“Vertolyotla Yevlağa kimi pul səpəcəm....

Tanınmış Qarabağ qazisi, 1992-ci fevralında Şuşanın Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərinin əhalisini mühasirədən çıxarmağa nail olmuş polkovnik Azay Kərimov 1980-ci illərdən Qarabağda yaradılmış “Krunq” təşkilatının rəhbərlərindən və maliyyələşdirənlərdən biri olan, Xankəndi daş karxanasının müdiri, o dövrün erməni milyonçusu Arkadi Manuçarovun Xankəndindəki bağ evində həbs edilərək Ağdama gətirilməsindən bəhs edib.
Moderator.az-a açıqlamasında polkovnik erməni separatçısı ilə aralarında baş vermiş dialoqdan bəzi məqamları da xatırladıb.
“Bu söhbəti ilk dəfədir açıqlayıram.1991-ci ilin payız günlərindən biri idi. Tarixlər dəqiq yadımda deyil... Xankəndinə, Ağdama, Şuşaya gediş -gəliş var idi, amma cox təhlukəli idi. Ermənilər kimi tuturdular, həmin dəqiqə başi kəsilirdi... Dagliq Qarabagda "Krunq" təşkilatini maliyyələşdirən, Qarabagda mitinqlərin əsas təşkilatcilarından və sponsorlarından biri, qatı türk düşməni, bir sözlə, Qarabag ermənilərinin agsaqqalı, sovet milyarderi Manucarovu Xankəndindəki bag evindən başına torba keçirib götürdük və Əsgəran yolunda əlimizdən alınmaq şansı olmasın deyə, Laçın yolu ilə Ağdama gətirdik... Manuçarovu o vaxt ermənilərin Xankəndində girov götürdüyü bizim bir tanınmış vəzifəli ilə dəyişmək üçün gətirmişdik. Bilirdik ki, qaytarılacaq. Özü də bunu bilirdi. Agdama çatanda torbanı başından cıxardıqdan sonra “UAZ” maşınında aramızda təxminən belə bir dialoq yarandı. Ona dedim:
“Ara, tutaq ki, siz Malibəylini işgal etdiniz, Xocalını, Cəmillini də tutdunuz, axi siz Şuşanı, Agdamı, Bərdəni, Bakını işgal edə bilməzsiniz. Bilirsiniz ki, axırda sizi nə gözləyir? Hamınız qırılacaqsınız, türmələrdə çürüyəcəksiniz...”
Manucarovun cavabı belə oldu: “Ara!... Mən sizin milləti yaxşi tanıyıram. Ona görə bilirsiz, nə edəcəm?.. Ermənistanda, bütün dünyada nə qədər erməni yaşayır, hamısından qızıl və gümüşlərinə, son 20 qəpiklərinə qədər toplayıb yıgacam vertolyota, qalxacam Şusaya, Agdama,Yevlaxa, lazım olsa, Bakıya kimi uçacam və pulları göydən səpələyəcəm sizin millətin başına. Başınız qarışacaq pul yıgmaga, hakimiyyət davasına, torpaq yaddan cıxacaq. Biz də Yevlaxa kimi altdan - altdan qıra-qıra gələcəyik... Bizə torpaq lazımdi, pul yox! Siz də bu yollarda ya öləcəksiniz, ya da başınız kəsiləcək, “v lucşem sluçyi dlya 100 qram vıpivki 20 kopeyki budete prosit” (ən yaxşı halda 100 qram araq üçün 20 qəpik dilənəcəksiniz”)!.. Ara! Mən onda sənə komak edə bilməyəcəm, e ara...”
Sonra Manuçarovu dəyişilənədək Ağdamda “Karyer Qasım” ləqəbli, onu yaxşı tanıyan Şahbulaq daş karxanasının müdiri Qasım Kərimovun bağ evində saxlamaq istədik, ancaq o, razı olmadı. Məcbur olub ermənini 3 gün Ağdamın küçələrində gecə-gündüz “UAZ” avtomobildə saxlayır, ayaqyolu üçün gizlincə avtovağzala aparırdıq... Nəhayət, o qatı daşnak separatçını bizim vəzifəli ilə dəyişə bildik...
Danışdığım olaydan on illər ötüb, ancaq torpaqlarımızın 20 faizinin işğalından sonrakı dövrə, bu günkü durumumuza baxanda düşünürəm ki, erməni olsa da, köpəkoğlu Manuçarovun sözlərində, təəssüf ki, həqiqət payı da var... Nə yazıqlar ki, bizim çoxumuz pula, vəzifəyə hərisik... Elə torpaqlarımızın 30 ilə yaxındır işğal altında qalmasının əsas səbəblərindən biri də budur... Dəhşətdi, vallah!.”
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
7 aprel 2025 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
7 aprel 2025 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
7 aprel 2025 20:14
- Ədalət Verdiyevə bəraət verildi
7 aprel 2025 19:38
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
7 aprel 2025 15:35
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
7 aprel 2025 12:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
7 aprel 2025 11:26
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
6 aprel 2025 23:01
- Azərbaycanda atların sayı niyə AZALIR?
6 aprel 2025 21:31
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
06 aprel 17:10
- Bir ayda ölkəyə 69 kq insan SАÇI gətirilib - Qiymətlər
06 aprel 15:00
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
06 aprel 14:27