Əbülfəz Məlikovla Eldar Mahmudov arasında hansı anlaşma olub?

Məlikovla “Karqo Şamil” kimi tanınan Şamil Heydərovu birləşdirən “Karqo biznesi”nin sirrləri…
Saxta məhsulları Brend adı altında satan işbazların malları necə rəsmiləşdirilir və onlar hansı Karqo şirkətləri ilə ölkəyə gətirilir?
İran, Rusiya, Türkiyə, Gürcüstan, ABŞ və Çindəki böyük biznes və karqo şəbəkəsi sahiblərinin Azərbaycanda tanıdığı gömrük monopolisti Əbülfəz Məlikovla bağlı Bizimxeber.az-a olduqca ilginc məlumatlar daxil olub.
Bu sahəni dərindən bilən mənbənin dediyinə görə, “Trans Broker”-in sahibi Əbülfəz Məlikovun son aylar fəaliyyətindəki zəifləmə əsasən karqo işində ciddi problemlər yaradıb. Aylardır Abşeron Logistika Mərkəzinin baş direktoru postunu tutan (aidiyyatı qurum bu məlumatı nə təsdiq edir, nə də təkzib) Əbulfəz Məlikov köhnə əməllərini unutdurmağa çalışır.
Ümumiyyətlə, son aylar karqo fəaliyyətində də ciddi problemlər müşahidə olunmaqdadır. Sahibkarlara yüklərini hansısa yükdaşıma şirkəti tərəfindən daşınması pıçıldanır. Mənbə bildirir ki, bu hazırda yükdaşımada ən incə məsələ hesab olunur. Yəni, yük hansı şirkətin maşınında gəlib, xeyir kimə (bu barədə geniş araşdırma yazısını yaxın günlərdə oxuculara təqdim edəcəyik) verilir, rahat rəsmiləşdirmə kimi hallar və sairə.
Guya ki, Məlikov hazırda yükdaşınma işinə nəzarəti yaxın adamı “Karqo Şamil” kimi tanınan Şamil Heydərova həvalə edib. İllərdir yükdaşıma ilə məşğul olan, bu sahədə Məlikovdan sonra ikinci sayılan Şamil Heydərov keçmiş gömrük şefi Aydın Əliyevin nəzarətində çalışıb. Aydın Əliyevin bu postu itirməsindən sonra böyük uğursuzluğa dücar olan, dəstəksiz qalan Şamil Heydərov “Trans Broker” Əbülfəz Məlikovla anlaşıb. Bu anlaşma Məlikovla- Heydərovun işinə yarıyıb.
Əbülfəz Məlikov gözləmə mövqeyində olduğu zaman “Karqo Şamil” bu sahəni nəzarətdə saxlaması diğər yükdaşıma şirkətlərinin boşluqdan istifadə edərək bazara girməsini əngəlləyib. Heydərovun yükdaşıma fəaliyyəti əsasən Binə və Sədərək Ticarət Mərkəzlərində çalışan sahibkarların yüklərinin daşınmasına hesablanıb və bu yüklər Abşeron Logistika Mərkəzinə gətilir, orada da rəsmiləşdirilir. Yəni, yükdaşımada “Karqo Şamil”, gömrük rəsmiləşdirilməsi və saxlamada Abşeron Logistika Mərkəzindəki baş direktor Əbülfəz Məlikov birliyi uğurlu davam edir. Bir güllə ilə bir neçə dovşan… Necədə sistemli və planlı…
Mənbə daha bir maraqlı məlumatı da diqqətə çatdırdıb. Sən demə Əbülfəz Məlikovun gömrükdə qılıncının bütün tərəflərinin kəsdiyi vaxtlarda ehtiyyatlandığı yeganə şəxs MTN şefi Eldar Mahmudov imiş. Məlumata görə, Eldar Mahmudov Məlikovun fəaliyyətinin addım-addım izləyirmiş. Günlərin birində Mahmudovun tapşırığı ilə qaramaskalılar tərəfindən MTN-nə aparılan Məlikov həbs olunmasa da ildə bir neçə dəfə Mahmudovun hüzuruna aparılırmış. O zamanlar mediada ara-sıra belə xəbərlər yer alsa da, bu barədə heç bir rəsmi açıqlama verilmirdi.
Mənbə bildirir ki, sonuncu dəfə Mahmudovun məqsədi Məlikovu həbs etmək imiş. Amma Məlikovla eks MTN rəhbəri arasında bu günə kimi hamı üçün sirr qalan hansısa anlaşma gomrük monopolistini həbsdən qurtara bilib. Hətta guya bu gün yüksək vəzifə tutan məmurlardan biri Məlikov üçün Mahmudovdan xahiş də edibmiş.
Eks MTN rəhbəri Eldar Mahmudovla Məlikov arasında aparılan təkbətək söhbətdən sonra Məlikov çox narahat halda otağı tərk edərək xarici ölkələrdən birinə yollanıb. Tərəflər arasında hansı anlaşmanın olduğu barədə heç bir məlumat yoxdur. Ehtimal olunur ki, Eldar Mahmudov Əbülfəz Məlikovdan onun adamlarının bütün yüklərinin daşınmasına və gömrükdən problemsiz çıxarılmasına dəstək olmasını istəməklə yanaşı, əlavə olaraq ondan daha ciddi nəsə istəyib. Bu da Məlikovu bərk narahat edib. Daha bir məlumata görə, Eldar Mahmudovun işdən uzaqlaşdırılmasından sonra barəsində aparılan araşdırmalar səbəbindən Məlikov müxtəlif qurumlara dəvət edilib və araşdırma aparıldığı barədə məlumatlandırılıb. Hətta araşdırma işi ilə bağlı bir neçə həftə oncə qurumlardan birinə aparılıb. Amma bu dəfə də o sudan quru çıxa bilib.
Hazırda Əbülfəz Məlikovla Eldar Mahmudov arasında hansısa əlaqələrinin qalıb qalmadığı barədə dəqiq məlumatlar yoxdu. Amma Mahmudovun bir neçə biznes şəbəkəsinin hələ də mövcud olduğu və onun adamlarına məxsus yüklərin Abşeron Logistika Mərkəzinə gəldiyi barədə məlumatlar var. Mərkəzə gələn yüklərin elə oradakı Gömrük postunda rəsmiləşdirilməsi mümkündür. Məlikovun bu Mərkəzdə baş direktor olması və Mahmudovun yüklərinin bu Mərkəzə gətirilməsi ehtimalı kimi faktların araşdırılmasına böyük ehtiyac var.
Təbii ki, kimsə iddia etmir Məlikovla Eldar Mahmudov arasında hansısa əlaqə indi də mövcuddur. Amma hələlik görünən budur ki, hansısa səbəblərdən Əbülfəz Məlikovun Abşeron Logistika Mərkəzində yüksək vəzifə tutması faktı gizlədilir. Bu isə araşdırma aparmaq üçün bir əsasdır.
Məlumat üçün bildirək ki, “TransBroker” ASC şirkətinə 2 aydan artıqdır ki, 5 suallıq sorğu göndərilməsinə baxmayaraq heç bir rəsmi cavab verilmir. Bu səbəbdən də müəyyən suallara cavab almaq və qarşı tərəfin mövqeyini işıqlandırmaq mümkün deyil.
Odur ki, qarşı tərəflərin mövqeyini işəqlandırmağa hazırıq.
Bir neçə gün əvvəl ölkədə saxta malları Brend adı altında satan şəbəkə müəyyənşdirildi və bütün Brend məhsulların satışı nəzarətə götürüldü. Təbii ki, illərdir saxta məhsulu Brend olaraq insanlara satmaq bir cinayətdir və artıq istintaq gedir.
Amma burda diğər bir məsələ də bu malların ölkəyə hansı ad altında, hansı şirkətin məhsulları olaraq gətirilməsidir ki, bunun da araşdırılmasına ehtiyac var.
Gömrük bəyənnaməsində bu mallar hansı ad altında rəsmiləşdirilir?
Rəsmiləşdirilmə zamanı məhsulların doğrudan da hansı şirkətə məxsus olması müəyyənləşdirilirmi?
Gömrükdə Brend məhsulların ölkəyə girişi hansı kriteriyalarla tənzimlənir?
Ölkəyə gətirilən bu məhsulun kodlaşdırılması hansı qaydalarla aparlır?
Bu kimi məhsullar hansı karqo şirkəti tərəfindən ölkəyə gətirilir?
İllərdir bu fəaliyyətlə məşğul olan şəxslərlə Əbülfəz Məlikovun hansısa əlaqəsi olubmu?
Gömrük rəhbərliyinin və ya “TransBroker” ASC-nin rəhbəri Əbülfəz Məlikovun bu məhsulların adı məhsul kimi sənədləşdirilməsinə baxmayaraq Brend adı altında satılmasından xəbəri olubmu?
“TransBroker” ASC-nin saxta məhsullar satan bu şirkətlərlə müqaviləsi olubmu?
“Karqo Şamil”ə məxsus Karqo şirkəti ilə saxta məhsul satan şəxslərin yüklərinin daşınmasında hansısa əməkdaşlıq mövcuddurmu?
Yaxın günlərdə rəsmi sorğular və cavablarla tanış ola biləcəksiniz… Bizimxeber.Az
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 2025 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 2025 23:22
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 2025 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 2025 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 2025 12:31
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
14 mart 2025 11:28
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 2025 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 2025 12:56
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 2025 12:08
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50