Qobustan həbsxanasının rəisinə sui-qəsd ediləcəyi ilə bağlı
Maraqlı6 fevral 2019 12:34
Azərbaycanda həbsxana rəisinə sui-qəsd ediləcəyi ilə bağlı məktub göndərilib.
Bu barədə "Report"a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən verilən məlumatda qeyd olunub.
"Son günlər özünü Zümrüd Yağmur kimi təqdim edən sosial şəbəkə istifadəçisi əvvəllər olduğu kimi, yenidən Qobustan qəsəbəsində yerləşən Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkumlar - Taleh Bağırzadə və Abbas Hüseynin həmin müəssisənin rəisi Aftandil Ağayev tərəfindən döyülmələri, işgəncəyə məruz qalmaları, habelə qanuni hüquqlarından məhrum edilmələri, buna etiraz əlaməti olaraq adları qeyd olunan məhkumların aclıq aksiyasına başlamaları barədə həqiqətə uyğun olmayan şər-böhtan xarakterli məlumatlar paylaşmağa başlayıb. Bəzi informasiya saytları isə həmin istifadəçinin həqiqəti əks etdirməyən məlumatlarına istinadən yanlış informasiyaları öz səhifələrində yerləşdirməklə ictimaiyyətdə çaşqınlıq yaradır, nəticədə ayrı-ayrı şəxslər həmin saytların şərhlər bölməsində həbsxananın rəisi Aftandil Ağayev və onun ailə üzvlərinin ünvanına hədə-qorxu və təhqirlər səsləndirir, hətta həbsxanaya A.Ağayevə qarşı sui-qəsd edəcəkləri barədə məktub göndəriblər. Bütün bu qanunazidd əməllər təxribat xarakterlidir və həmin şəxslər öz məsulliyyətlərini dərk etməlidirlər. Bununla əlaqədar Penitensiar xidmət araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edib", - deyə məlumatda vurğulanıb.
Bildirilib ki, Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində hər hansı bir məhkuma qarşı işgəncə, yaxud insan ləyaqətini alçaldan hərəkətlərə yol verilmir və hal-hazırda cəza çəkənlər tərəfindən heç bir aclıq aksiyası keçirilmir: "Əvvəllər olduğu kimi, Xidmətin fəaliyyəti ilə bağlı bütün məlumatlar dolğun şəkildə ictimaiyyətə çatdırılacaq. Ombudsman aparatının əməkdaşları, habelə Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri həm adı qeyd olunan məhkumlara, həm də Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə mütəmadi olaraq baş çəkir, cəza çəkənlərin saxlanma şəraiti və onların hüquqlarının qorunması ilə yaxından maraqlanırlar".
Oxşar xəbərlər
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
Xəbər lenti
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
Video & Fotoqalereya
Video
Fotoqalereya
