- 94 yaşlı Nəriman Həsənzadə əməliyyat olundu - Foto
- Məktəblərdə TELEFON qadağan edildi
- Azərbaycan Ordusunun əsgəri odlu silahla özünü öldürdü - Cinayət işi başlandı
- Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı- Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
İran azərbaycanlıları: "Türkcə olan qədim adlar farslaşdırılır"
"Savalan dağını dəyişdirib ediblər Səbəlan. Qədim Qoşaçay şəhəri var, iki çay arasında yerləşir. Onun da adını dəyişdirib qoyublar Miyandoab", farsca "iki çayın arasında" anlamını verir", İranda yaşayan etnik azərbaycanlılar BBC News Azərbaycancaya deyirlər ki, ötən əsrin 20-ci illərindən bəri onların yüz illərdir yaşadıqları kəndlərin, şəhərlərin, kəndlərin adları dəyişdirilib farslaşdırılır.
"Ən çox göz dağına çevrilən" isə Araz çayının adının Ərəs kimi dəyişdirilməsidir. "İxtiyarımız yoxdur başqa formada yazaq. Məcburuq bu qaydada yazmağa", deyə müsahiblərimiz vurğulayırlar ki, rəsmi sənədlər, ərizələr yeni adları tələb edir, yoxsa, "ərizənə baxmazlar". İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Əli Musəvi isə BBC News Azərbaycancaya açıqlamasında bildirir ki, məhəllə, şəhər, xiyaban adları fars adlarına dəyişdirilə bilər, amma "kütləvi deyil". Savalan niyə Səbəlan oldu? "Savalan dağını dəyişdirib ediblər Səbəlan. Qədim Qoşaçay şəhəri var, iki çay arasında yerləşir. Onun da adını dəyişdirib qoyublar Miandoab. Farsca "iki çayın arasında" anlamını verir. Hələ üstəlik həmin çayların - Cığatı və Tatai çaylarının adlarını da farslaşdırıblar: Şiminərud və Zərrinrud", deyə İranda yaşayan İbrahim Hüseyni (ad dəyişdirilib) BBC News Azərbaycancaya ölkədəki qədim türk toponimlərinin "kütləvi halda" dəyişdirilməsindən şikayətlənir. Onun sözlərinə görə, bu cür örnəklər "yüzlərlə yox, hətta minlərlədir". Müsahibimiz deyir ki, milli fəallardan biri yerli dərgidə (jurnalda-red.) təkcə onun yaşadığı bölgədə 100-200 arası toponimin dəyişdiyini yazır. Dəyişdirilənsə təkcə şəhər, dağ, kənd adları deyil, məhəllə, bulaq, meydan, bazar, hətta bazarların giriş qapılarının adlarıdır, İbrahim Hüseyni vurğulayır. BBC News Azərbaycancaya danışan İran azərbaycanlılarının iddialarına görə, "farslaşdırma siyasəti" ötən əsrin 20-ci illərindən, pəhləvilərin hakimiyyətə gəlişindən sonra vüsət alıb. Düzdür, onlar hesab edirlər ki, türk toponimlərinin dəyişdirilməsinə Pəhləvilərdən öncə də az rast gəlinməyib. "Pəhləvi şahı Rza xanın vaxtında, 1925-ci ildən, belə bir siyasət qüvvəyə mindi: "Bir millət, bir din, bir bayraq". Fars dilindən başqa dildə danışmaq, oxumaq, yazmaq qadağan edildi. Yas mərasimlərində belə, türkcə danışanda dövlət qurumları müdaxilə edirdi. Elə o zamanlar da əski türk yerlərinin adlarına müdaxilə olundu. Məqsəd türklərin izini bu torpaqlardan silmək, onların kökünün olmadığını göstərmək idi", - İbrahim Hüseyni deyir. O, dəyişiklərin üç metod əsasında aparıldığını əlavə edir. Deyir, birinci yol budur ki, türkcə adlar farscaya uyğunlaşdırılır. "Məsələn, Savalan dağı olub Səbəlan. Təbrizdə Axmaqayə adlı məhəllə var, onu Əhməqiyə ediblər. Tərcümədə "dəli olan yer" deməkdir və ya Camışavar məhəlləsi Cəmşidabad, Gümüşqayə Dəməşqiyə olub". İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Əli Musəvi BBC news Azərbaycancaya deyir ki, yer, meydan, və başqa məkanların adlarının dəyişdirilməsi halları ola bilər, amma bu, kütləvi deyil. "Bir-iki qəsəbə, kənd adı dəyişib, bu barədə eşitmişəm, amma bu barədə dəqiq məlumat yoxdur. Ola bilər ki, hansısa küçə və ya xiyabanın adı dəyişdirilib, ora şəhid olan kiminsə adı verilib. Dəyişikliyə belə hallar səbəb ola bilər və ya hansısa şair vəfat edəndən sonra yerin adı dəyişdirilərək onun adına verilə bilər", səfirliyin əməkdaşı əlavə edir. Ancaq İbrahim Hüseyni deyir ki, kəndlərin adları da dəyişikliyə uğrayıb, İstilli (bu söz ölçü vahididir) kəndi indi rəsmi sənədlərdə İstəllu, Sırxaylı Sırxəviz, Nəştöylü Nəştiban kimi yazılır. "Məsələn, avar kəndləri var, Şaltavar, onu Sultanabad, Sərəvur kəndini Səhrivər, Hümləvar kəndini Həmləabad ediblər. Həmləabad farscada "hamballar olan yer" mənasındadır. Azərbaycanlıların yaşadığı şəhərlər var, Məlikkənd, onu Məlikan kimi dəyişdiriblər, Tikantəpə olub Tikap, Sayınqala Şahindiş, Sarıdaş Sərdəşt kimi dəyişdirilib. Yəni farsca tələffüzə uyğunlaşdırılıb". Urmiya BBC News Azərbaycancaya danışan azərbaycanlıların sözlərinə görə, onlardan ötrü "ən çox göz dağına çevrilən" isə Araz çayının adının Ərəs kimi dəyişdirilməsidir. "İxtiyarımız yoxdur başqa formada yazaq. Məcburuq bu qaydada yazmağa" söyləyirlər. "Türk dili İranda dövlət dili deyil. Dövlətə namə (məktub-red.) göndərsən və orada Tikap əvəzinə Tikantəpə yazsan məqsədinə çatmazsan, çünki rəsmi sənədlərdə Tikantəpə deyilən yer yoxdur", - İbrahim Hüseyni izah edir. İran azərbaycanlılarının sözlərinə görə, bəzi toponimlər türkcədən farscaya tərcümə olunmaqla dəyişdirilib. O, bəzi qədim türkcə toponimlərinin farscaya tərcümə edildiyini və bu zaman mənaya fikir verilmədiyini qeyd edir: "Məsələn, Qaraçəmən deyilən bir kənd var. Qara türkcədə təkcə siyah anlamında işləmir, axı, o həm də "böyük", bəzən də yön mənasında işlənir, bizdə Ağbulaq və ya Qarabulaq kimi çox sayda kəndlər var, Qarabulaq daha çox quzeyi (şimalı -red.) nişan verir. Amma Qaraçəməni Siyahçəmən ediblər. Siyah da çəmən olar? Çəmən yaşıl olar... Bir sözlə harda qara sözü varsa götürüb siyah sözü ilə əvəzləyiblər. Qaragöl Siyahistəx, Qaratəpə Siyahkuh olub". Və ya "uca yer gözətçiləri" anlamında olan Örəbiki kəndinin adının Əbrbekuh - "buluda meyl edən dağ" kimi tərcümə edildiyi bildirilir. "Ləncava kəndi olub Lencabad. Yəni dağ başında gəmi. Axı, dağ başında gəminin nə işi var? Onlar suyu düz əməlli görməyiblər", müsahibimiz əlavə edir. "Təbriz yaxınlığında məşhur bir kənd var, qayaları oyub ev düzəldiblər. Dünyanın hər yerindən oranı görməyə gəlirlər. Türkcə adı Gündoğdu olub, indi Kəndovandır", etnik azərbaycanlılar deyirlər. Onun sözlərinə görə, bəzi türkcə toponimləri mənası olmayan sözlərlə əvəzləyiblər: "Təbriz yaxınlığında məşhur bir kənd var, qayaları oyub ev düzəldiblər. Dünyanın hər yerindən oranı görməyə gəlirlər. Türkcə adı Gündoğdu olub, indi Kəndovandır. Bunun heç farsca mənası da yoxdur. Nə gəldi qoyublar, təki türkcə olmasın. Köyü şəhəri var, onu Kosər, Sərəskənd şəhərini Həştərud, Tufarqan şəhərini Azərşəhr, Meydan çayını Mehranrud qoyublar". "Yeni tendensiya dini adlarla əvəzləmədi" Bu ölkədə yaşayan azərbaycanlılar deyirlər ki, dəyişiklər indi də davam edir və son zamanlar farsca adlardan çox, dini adlar qoymağa meylləniblər. Onlar Ərdəbil şəhərindəki Təzə Meydan-ın indi İmam Hüseyn Meydanı, İlancıq kəndinin Vəliəs (şiələrdə sahibi əz-zaman deməkdir) adlandırıldığını misal çəkirlər. Amma bəzi azərbaycanlılar narazıdırlar ki, yerlilər durumla razılaşırlar, buna etiraz etmirlər. "Niyə Səttarxan körpüsü demirsən? Farsın qondarma adını söyləyirsən? Özündən asılıdır", - İran azərbaycanlısı Rza (ad dəyişdirilib) deyir. Urmiya Onun sözlərinə görə, bəzən bu yer adlarının dəyişdirilməsinə, yəni əvvəlki adlarının qaytarılmasına nail olmaq mümkündür, ancaq bunun üçün etirazlar daha kütləvi olmalıdır. İbrahim Hüseyni də Zəncanda iki ay öncə bazarda "Dördağızlı" adlanan girəcəyin farsca "Çahardərbi" ilə əvəzlənməsinə cəhd edildiyini, etirazlardan sonra əvvəlki adın qaytarıldığını söyləyir. Amma onun sözlərinə görə, bu heç də həmişə alınmır, güzəştlər "xırda-para məsələlərdə" edilir. O deyir ki, Təbriz şəhər şurasına qədim məscidlərdən biri Göyməscidin sonradan Məscidi-Kəbud adlandırılmasına görə şikayət edilsə də, nəticəsiz qalıb. "Abbas deyər..." İranda yaşayan azərbaycanlılar isə qədim toponimlərin bərpası mümkün olmadığından onu yaddaşlarında qorumağa çalışdıqlarını deyirlər. Hərçənd etiraf edirlər ki, bu həmişə alınmır. Məsələn, gənc nəsil Miyandoab şəhərinin vaxtilə Qoşaçay adlandığından xəbərsizdir. Onlar qədim adları şeirlərdə, dastanlarda "mühafizə etdirdiklərini" bildirirlər: "İndi Azərşəhr adlanan, ilkin adı Tufarqan olan şəhərdən olan aşıq Abbas Tufarqanlı yazırdı ki: ""Adım aşıq Abbas, yerim Tufarqan. Gahdan ağla, gühdan yada sal məni", deyə müsahibimiz XVII əsrdə yaşamış azərbaycanlı aşıq Abbas Tufarqanlının şeirindən bir misra söyləyir. İranın Azərbaycandakı səfirliyindən deyirlər ki, yer, meydan, və başqa məkanların adlarının dəyişdirilməsi halları ola bilər, amma bu, kütləvi deyil. İran səfirliyindən bu iddialara cavab: "Kütləvi deyil" Bakıdakı İran səfirliyinin mətbuat katibi Əli Musəvi bəzi məhəllə, şəhər, xiyaban adlarının fars adlarına dəyişdirilməsini gizlətmir. Amma İran azərbaycanlılarının iddialarını əsassız sayır. "Bu adların da nə üçün dəyişdirildiyi tam məlum deyil və kütləvi deyil",- Əli Musəvi sözlərinə əlavə edir. O, bildirir ki, bu yaxınlarda Azərbaycana səfərə gələn İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerinin və İranın ali-dini lideri Ayətullah Əli Xamneyi də milliyətcə azərbaycanlıdır və İranda belə ayrı-seçkilik yoxdur. Səfirliyin əməkdaşı deyib ki, ola bilər ki, hansısa rayonda oranın rəhbəri hansısa səhvə yol verib, amma bu kütləvi deyil və belə siyasət aparılmır. İranda adların dəyişdirilməsi ilə bağlı məsələ ilə təkcə etnik azərbaycanlılar yox, həm də digər etnik azlıqlar da üzləşiblər. Adların dəyişdirilməsinə 80 il əvvəldən, Rza Şahın dövründən başlanıb. O, fars dilində farsca olmayan sözlərin ləğvi prosesini aparırdı. Qoşaçay-ın adı da elə o vaxt yəni 81 il əvvəl də Miandoab adlandırılıb, BBC-ə danışan iranlılardan biri deyir. "Ancaq indi bu prosesin getməsini söyləmək çətindir. Bununla bağlı hökumətin hər hansı göstərişi yoxdur", o əlavə edir.
- Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı- Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
15 yanvar 2025 18:30
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 2025 09:58
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 2025 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 2025 22:10
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 2025 20:34
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 2025 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 2025 14:22
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 2025 12:32
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 2025 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 2025 18:05
- Səfirimiz Nəsimi Ağayev Almaniya Prezidenti ilə görüşə belə qatıldı - Foto
15 yanvar 20:53
- 94 yaşlı Nəriman Həsənzadə əməliyyat olundu - Foto
15 yanvar 19:39
- Elm və Təhsili Nazirliyi 77 milyonluq hazır yemək alır
15 yanvar 19:27
- Məktəblərdə TELEFON qadağan edildi
15 yanvar 19:16
- Azərbaycan Ordusunun əsgəri odlu silahla özünü öldürdü - Cinayət işi başlandı
15 yanvar 18:51
- Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
15 yanvar 18:37
- Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı- Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
15 yanvar 18:30
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42