Kəmaləddin Heydərov biznesini və mülklərini ingilis xanımın adına keçirdi
Günün sitatı25 yanvar 2019 14:02

İngiltərədə fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus çoxsaylı şirkətləri oğlanları Nicat və Taleh idarə edir. Amma hansısa səbəblərdən fövqəlnazir son 1-2 il ərzində onların adlarını şirkətlərin rəsmi təsisçiləri sırasından çıxarıb və bununla guya Britaniyadakı biznesinə son qoyduğu görüntüsünü yaratmağa çalışıb.
Tanınmış jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, fövqəlnazir bu ölkədəki pullarını uzun illərdən bəri oğlanlarına biznes işlərində kömək etmiş tərəfdaşlarına etibar edib.
Böyük ehtimalla cənab Heydərovu bu addımı atmağa vadar edən son vaxtlarda hakimiyyətlə münasibətlərində yaranmış çatlardır. Yəni uzun illər hakimiyyətə sədaqətlə qulluq etmiş fövqəlnazir artıq ona etibar etmir, günün birində vəzifəsini və Azərbaycandakı iqtisadi imperiyasını itirəcəyini anlayır, vaxtında xaricdəki biznesini göz qabağından yığışdırmağa üstünlük verib.
Kəmaləddin Heydərovun İngiltərədəki biznesini etibar etdiyi ən sadiq dostu 1963-cü il təvəllüdlü Britaniya vətəndaşı xanım Gillian RALSTON JORDAN-dır. Əslində kifayət qədər cazibədar görünən Gillian xanım daha əvvəldən Gilan Holdinq sahibinin biznesinin böyük qismini öz kölgəsində gizlədib. Hazırda o, Taleh və Nicat Heydərovların adına olan 5 şirkəti idarə edir.
Bloombergin məlumatına görə, xanım Jordan 25 ildən çox idarəçilik təcrübəsinə malikdir, Şotlandiya Krallıq Bankının rəhbərinin müavini olmaqla yanaşı, Bermuddakı offşor şirkətlərinin meneceri olaraq fəaliyyət göstərir.

Məlum olduğu kimi indiyədək Heydərov qardaşlarının adına İngiltərədə 12 şirkət və cəmiyyət qeydiyyatdan keçirilib;
AZERBAIJAN GERMAN CONSULTANCY COMPANY LIMITED (şəhadətnamə nömrəsi 06859927, 26 mart 2009-cu ildə təsis edilib, 2013-cü ildə qapadılıb) Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
AZERBAIJAN CARPETS LIMITED (şəhadətnamə nömrəsi 06860002, 26 mart 2009-cu ildə təsis edilib, 25 mart 2013-cü ildə qapadılıb) Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
UEI CAY LIMITED (şəhadətnamə nömrəsi 06860070, 26 mart 2009-cu ildə təsis edilib, 25 mart 2013-cü ildə qapadılıb) Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
UEI RESTAURANTS GLOBAL FOOD LIMITED (şəhadətnamə nömrəsi 08645712, 12 avqust 2013-cü ildə ildə təsis edilib, 11 oktyabr 2016-cı ildə qapadılıb) Qeydiyyat ünvanı: 15 Queen Anne Gate, London, England.
UEI REAL ESTATE LIMITED (şəhadətnamə nömrəsi 07196786, 19 mart 201-cu ildə təsis edilib, 30 avqust 2016-cı ildə qapadılıb) Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
UEI RESTAURANTS LIMITED (şəhadətnamə nömrəsi 07325381, 26 iyul 2010-cu ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib. Qeydiyyat ünvanı: 15 Queen Anne Gate, London, England.
UEI CASPIAN CAVIAR LIMITED (şəhadətnamə nömrəsi 06860019, 26 mart 2009-cu ildə təsis edilib, 25 mart 2013-cü ildə qapadılıb) Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
CAFE BAKU LIMITED (şəhadətnamə nömrəsi 07808904, 26 mart 2011-ci ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib. Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
UEI PROPERTY (UK) LIMITED (şəhadətnamə nömrəsi 07573289, 22 mart 2011-ci ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib. Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
UNITED ENTERPRISES INTERNATIONAL LIMITED (şəhadətnamə nömrəsi 06716004, 6 oktyabr 2008-ci ildə ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib. Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.

AZERBAIJAN JUICES LIMITED (şəhadətnamə nömrəsi 06860062, 26 mart 2009-cu ildə ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib. Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
THE EUROPEAN AZERBAIJAN SOCIETY (şəhadətnamə nömrəsi 06635743, 2 iyul 2008-cj ildə ildə təsis edilib, fəaliyyətini dayandırmaq üçün müraciət edilib). Qeydiyyat ünvanı: Griffins Tavistock House South, Tavistock.
QAYA REAL ESTATE 04.29.2010-cu ildə Londonda 07239249 nömrəsi ilə təkrar qeydiyyata alınıb. Brook Street 67 ünvanında yerləşir. Şirkət Heydərov tərəfindən satın alınana qədə Source One Limited adı ilə fəaliyyət göstərib. 2015- ci ildə gəliri 2 080 104 funt-sterlinq (2.732.085,3375 dollar) olub. 2016-cl ildə dövriyyəsi 8 807 735 funt-sterlinq, yəni 11.563.190,8561 dollar təşkil edib. Bunlar Heydərovların üzdə olan şirkətləridir.
QAYA REAL ESTATE 04.29.2010-cu ildə Londonda 07239249 nömrəsi ilə təkrar qeydiyyata alınıb. Brook Street 67 ünvanında yerləşir. Şirkət Heydərov tərəfindən satın alınana qədə Source One Limited adı ilə fəaliyyət göstərib. 2015- ci ildə gəliri 2 080 104 funt-sterlinq (2.732.085,3375 dollar) olub. 2016-cl ildə dövriyyəsi 8 807 735 funt-sterlinq, yəni 11.563.190,8561 dollar təşkil edib. Bunlar Heydərovların üzdə olan şirkətləridir.

Maliyyə hesabatlarına görə onlardan yalnız UEI RESTAURANTS LIMITED şirkəti daha ciddi aktivlərə sahibdir. 2016-cı ilin maliyyə hesabatına görə bu şirkətin kapital və rezervləri 10 milyon 770 min funt sterlinq həcmindədir. Bu o deməkdir ki, əvvəlki illə müqayisədə 500 min funt sterlinq artıb. Bu şirkət Londonda Heydırovlara məxsus BAKU RESTAURANT-ı idarə edir. Bu restoran Londonda kifayət qədər bahalı məkanlardan sayıır. Burda14 funt sterlinqdən başlayan qiymətlərlə kabab, 35 funta nərə balığı kababı, hətta 100 funta qara kürüdən dadmaq olar.
Sloana Streetdəki Bakı kafesi də Heydərovlara aiddir. Bura daha çox bar-qəlyanxana kimi tanınır və CAFE BAKU LIMITED şirkti tərəfindən idarə olunur. Kapitalı 700 min dollara yaxındır.
AZERBAIJAN JUICES LIMITED şirkətinin aktivlri isə bundan bir qədər artıqdır. 2015-ci ilin tədiyyə balansına görə 800 min funt sterlinqdən bir qədər artıq. Sənədlərə görə Taleh və Nicat Heydərovların yaşadıqları ünvan 13 Albert Hall Mansions, Kensington Gore, London olaraq göstərilir. Bu ünvanda 4 otaqlı evlərin qiyməti 6,5-7 milyon funt sterlinqdən başlayır.


















Oxşar xəbərlər
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 2025 14:12
- İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi - Yenilənib
11 aprel 2025 12:39
- Ağdaban faciəsindən 33 il ötür
8 aprel 2025 00:39
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
7 aprel 2025 21:58
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
7 aprel 2025 10:50
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 2025 00:40
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya