"Direktor deyir ki, imkanlı valideynlərdən istifadə elə" - 30 nömrəli məktəbdə nə baş verir?
Dünya5 yanvar 2019 15:11
Bakı şəhəri, Binəqədi rayonu V.Əzizov adına 30 №li tam orta məktəbə yeni təyin olunan direktor institutu fərqlənmə diplomu ilə bitirmiş, 24 illik təhsil karyerasının 9 ilini cəbhə bölgəsində xidmət etmiş, 15 il isə direktor müavini kimi çalışmış müəllimin karyerasına son qoyub.
Bu barədə Qaynarinfo-ya işdən çıxarılan rus dili müəllimi və uzun illər məktəbin dərs hissə müdiri işləmiş Aygün Məmmədxanovadanışıb. O, direktor Abdullayeva Rübabə Hacı qızının onu qanunsuz şəkildə işdən xaric etdiyini bildirib:
"24 illik təhsil karyeram ərzində heç bir nöqsana yol verməmişəm. Müəllimlərin diaqnostik qiymətləndirilməsində maksimum 60 baldan 50-sini, ixtisasım üzrə isə 40 baldan 37-sini yığmışam. 19 yanvar 2018-ci ildə 1 il müddətinə bizə direktor təyin ediblər. Gənc kadrdır, rəhbərlikdə səriştəsi yoxdur. Gəldiyi ilk gündən açıq-aşkar dedi ki, mən səninlə işləmək istəmirəm. Müavinlərinin hamısı yeni idi, köhnə kadrlardan qalan təkcə mən idim. Buna etirazımı bildirdim. Dediyinə görə, 8 il iş karyerası var, amma bunun 6 ilini analıq məzuniyyətində olub.
Məktəbdə rus dili fənnini tədris edən 2 müəllimdən biriyəm. Siniflər də yarımqruplara bölünür. Yəni, məktəbdə dərs saatları kifayət qədərdir. Bizdə həmçinin varislik prinsipi var. Yəni, aşağı siniflərdə şagirdlərə bu fənni kim tədris edibsə, yuxarı siniflərə çatdan da həmin sinfin dərs yükü ona verilir. Təhsil Nazirliyinin də qərarı var ki, diaqnostik qiymətləndirmədən keçən direktorlar, direktor müaviləri dərs yükü ilə təmin oluna bilər. Sentyabrda gələndə gördüm ki, dərs yükümü əlimdən alıb. Daha sonra isə vəzifə funksiyalarıma aid olan bəndlərə özündən əmr verərək, qeyri-qanuni şəkildə düzəlişlər etdi.
"DİREKTORUN 5-6 "ƏLALTISI” VAR Kİ, BÜTÜN AKTLAR ONLARIN İZAHATI ƏSASINDA TƏRTİB OLUNUB"
Seçkilər zamanı dairə seçki komissiyasının sədri ola-ola mənə göstərişlər verib, saxta aktlar tərtib edib, dərsə davamiyyəti zəif olan şagirdlərin valideynlərini üstümə qaldırıb. Dəfələrlə dərsdən yayınan şagirdlərin siyahısını təqdim etmişəm, amma əhəmiyyət verməyib. Ətrafına yığdığı 5-6 "əlaltısı" var ki, kimisi dərs yükü üçün, kimisi də övladı orda oxuduğundan direktora qeyri-qanuni işlərində köməklik göstərirlər. Barəmdə tərtib olunan şər-böhtan xarakterli aktların hamısına eyni adamlar qol çəkib. Təsərrüfat işləri üzrə direktor müavini, katibə, kiçik texniki işçi, xadimə və s.”
BAKI ŞƏHƏRİ ÜZRƏ TƏHSİL İDARƏSİ TEXNİKİ İŞÇİNİN İZAHATI ƏSASINDA 24 İLİN MÜƏLLİMİNİN İŞDƏN ÇIXARILMASINA RƏVAC VERİB
A.Məmmədxanova direktorun onun vəzifələrini qeyri-qanuni şəkildə əlindən aldığı, həmçinin dərs yükünü azaltdığı üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və digər aidiyatı qurumlara müraciət etsə də, heç bir müraciətinə bağılmayıb:
"Bakı Şəhəri üzrə Təhsil İdarəsi mənim heç bir müraciətimə baxmadı. Amma texniki işçinin ərizəsi əsasında direktorun əleyhimə hazırladığı aktlara dərhal cavab verildi. Təsəvvür edin ki, izahatlar belə yazılır: "Mən kiçik texniki işçi, Həsənova Nərmin bildirirəm ki, direktor müavini Məmmədxanova Aygün öz işinin öhdəsindən gələ bilmir”.
Texniki işçinin mənim vəzifəm haqda heç bir məlumatı yoxdur, amma vəzifəmi guya icra edə bilmədiyim barədə izahat yazır. Və təəssüf ki, BŞTİ də bu izahatları dəlil kimi qəbul edir. Buna görə mənə şiddətli töhmət elan edildi. Halbuki, işçiyə öncə xəbərdarlıq, sonra töhmət, ən axırda şiddətli töhmət verilməlidir. Sonuncu xəbərdarlıqla şiddətli töhmət də əgər məktəbdə kiməsə xəsarət yetirmişəmsə, cinayət törətmişəmsə, yaxud işə sərxoş halda gəlmişəmsə və ya bütün günü işə gəlməmişəmsə və s. hallarda verilir. Lakin belə halların heç biri olmayıb”.
İŞ MƏHKƏMƏ İCRAATINDA OLA-OLA DİREKTOR MÜƏLLİMİ İŞDƏN XARİC EDİB
O, bu qanunsuzluqlarına görə direktoru məhkəməyə verdiyini və məhkəmə onun xeyrinə qətnamə çıxardıqdan sonra işdən çıxarıldığını bildirib:
"Mən həm məktəbdəki qanunsuzluğa, həm də mənə qarşı olan qərəzli mövqelərinə görə onları məhkəməyə vermişəm. Hazırda iş məhkəmə icraatındadır. Dekabrın 14-də məhkəmə qətnamə çıxardı ki, mənim dərs yüküm geri qaytarılsın və bu qətnamənin icrası da direktor Rübabə Abdullayevaya tapşırılsın. Qətnamə gələndən sonra dekabrın 18-də mən 70Ç (vəzifə səlahiyyətlətini icra edə bilməmək – red.) maddəsi ilə işdən xaric edildim. İş icraatda ola-ola işdən çıxarılmağım nə dərəcədə düzgündür? Həmçinin vəzifəmi icra edə bilmirdimsə, dərs hissə müdirliyindən xaric edərdi, nə üçün müəllim kimi də fəaliyyətimə son qoyulur? Artıq təhsil sahəsində də çalışa bilmərəm, adi müəllim kimi də fəaliyyət göstərə bilmərəm. Deməli mənim 24 illik peşə fəaliyyətim, cəbhə bölgəsindəki xidmətim, 15 illik direktor müavini işləməyim bir səriştəsiz rəhbərin güdazına getdi. Bu, bir müəllimi mənəvi cəhətdən öldürməkdir.
"ONUN ƏMR YAZMAQ, DƏRKƏNAR QOYMAQ SƏRİŞTƏSİ YOXDUR"
Guya mən Əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə funksiyalarımı yerinə yetirə bilmirəm. Mənim də əlimdə Dövlət Əmək Müfəttişliyinin məktubu var. O məktubda göstərilir ki, işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsində hüquq pozuntusuna yol verilib. Bir halda ki, əmək müqaviləsində hüquq pozuntusu varsa, mən onu necə icra edə bilərəm?
Dövlət Əmək Müfəttişliyinin məktubu bir tərəfdə qalıb, saxta aktlar, saxta təqdimatlar əsas kimi götürülür. Bütün izahatlar, bütün aktlar da eyni məzmundadır. Guya mən işə gəlməmişəm. Fakt da odur ki, işdə olmuşam. Əgər olmamışdımsa, əməkhaqqım tutulardı. Bu haqda da mühasibatlıq şöbəsindən heç bir arayış yoxdur. Cəmi bir gün - 17 may 2018-ci il tarixdə yarım gün işdə olmamışam, onunla bağlı da polis şöbəsində olduğuma dair arayış təqdim etmişəm. Polisin arayışını da qoyublar bir kənara ki, guya üzürsüz səbəbdən işdə olmamışam və bu səbəbdən əməkhaqqım tutulub. Sual verirəm ki, həmin gün mənimlə bərabər direktor da orda idi. Bəs onun əməkhaqqı nə üçün tutulmayıb?!
Direktor nə qədər özbaşınadırsa, mənə sabiq direktorun vaxtında sənəd yığmağım üçün verilən seyfi də mən məktəbdə ola-ola laqonda ilə kəsdirib. Bu barədə polis bölməsinə müraciət etdim, lakin onun da bir nəticəsi olmadı. Dedilər ki, direktor dövlətin əmlakına müdaxilə edə bilər.
BŞTİ DİREKTORUN ÖZBAŞINALIQLARINA VƏ SƏRİŞTƏSİZLİYİNƏ GÖZ YUMUR
Əmrlərdə sənəd saxtakarlığı var. Mənə əlavə vəzifə bölgüsü verib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Xəyyam Fərəcov məktəbimizə gələndə ona bütün faktları göstərdim, lakin o da qərəzli münasibət göstərdi. Sənəddə yazılıb ki, mən filan-filan işləri görməliyəm. Xəyyam müəllimə dedim ki, mənimlə direktor arasında əmək müqaviləsi var. Əgər belədirsə, yenidən vəzifə bölgüsünə nə ehtiyac var? Özlərinə sərf edəndə deyirlər ki, əmək müqaviləsinə uyğun işləməlisən, etməyəndə də vəzifə bölgüsünə qabağıma qoyurlar. Məsələn, Dövlət Əmək Müfəttişliyinin təsdiqlədiyi vahid tarif ixtisas sorğu kitabçamda göstərilir ki, mən şagirdlər arasında baş vermiş hüquq pozuntularının aradan qaldırılması məqsədilə hüquq-mühafizə orqanları ilə birgə tərbiyə işini təşkil etməliyəm. Amma direktor mənim dərslərə və ya dərsdən kənar siniflərə girməyimə icazə vermir. Sinif jurnallarımız var, amma direktor tapşırdığı üçün müəllimlər dərsdə iştirak etməyənlərin qeydiyyatını aparmırlar. Elə uşaqlar var ki, onların varlığından xəbərimiz yoxdur, amma qayıblar yazılmır.
"DİREKTOR REPETİTOR YANINA GETDİYİ ÜÇÜN DƏRSLƏRDƏ İŞTİRAK ETMƏYƏN ŞAGİRDLƏRİN QEYDİYYATININ APARILMAMASI QARŞILIĞINDA, HƏMİN UŞAQLARIN VALİDEYNLƏRİNDƏN PUL ALIR"
"10-11-ci siniflərin əksəriyyəti repetitor yanına getdikləri üçün dərsdə iştirak etmirlər. Lakin onlara qayıb yazılmır. Bunun qeydiyyatını da aparanda direktor valideynləri və sinif rəhbərlərini üstümə qaldırır. Təsəvvür edin 18 kktyabr Müstəqillik Günü ilə bağlı tədbirlər keçirdiyim üçün də barəmdə idarəyə təqdimat yazılıb. Guya bunu direktordan icazəsiz etmişəm. Halbuki, bu barədə tapşırıq yuxarı təşkilatdan gəlir və direktor da bunun icrası barədə məktəbdaxili əmr imzalamalıdır”.
"DİREKTOR MÜXTƏLİF TƏŞKİLATLARIN BİLETLƏRİNİ MÜƏLLİMLƏRƏ SATDIRIR…"
A.Məmmədxanova bildirib ki, direktor məktəbdə qanunsuz şəkildə bilet satdırır:
"Hansısa təşkilat bizə biletlər gətirir ki, bunun satışını təşkil edin. Bu, qanunsuzdur. Belə olan halda bunu icra edə bilməyim üçün direktordan yazılı əmr istəyirəm. Lakin direktor deyir ki, belə bir sənəd yoxdur, amma mən deyirəmsə etməlisən. Direktorun göstərişin yerinə yetirəndə açıq-aşkar qanunu pozmuş oluram və o, sinif rəhbərlərini yığıb akta qol çəkdirir ki, guya onlara qanunsuz bilet aldırmışam, etməyəndə də əmrə qarşı gəldiyim barədə akt tərtib olunur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Xəyyam müəllim də mənə direktorun yazılı və şifahi əmrlərini yerinə yetirməli olduğumu bildirir.
"MƏNƏ DEYİR Kİ, İMKANLI UŞAQLARIN VALİDEYNLƏRİNDƏN İSTİFADƏ ELƏ…"
Elə mötəbər tədbirlər olur ki, onların təşkili üçün müəyyən qədər vəsaitə ehtiyac olur. Bunun üçün direktora müraciət edəndə də, deyir ki, imkanlı uşaqların valideynlərindən istifadə elə. Belə tapşırıq olar? Bu nə dərəcədə düzgündür?”
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRİLMƏ KEÇİRİLMİR"
"Birinci və ikinci yarımilin sonunda şagirdlərin böyük summativ qiymətləndirilməsi keçirilməlidir. Amma mənim dərs dediyim siniflərdə 10A sinifi istisna olmaqla heç birində summativ qiymətləndirmə keçirilməyib. Əslində direktorun rəhbərliyi altında komissiya təşkil olub, icra edilməlidir. Bəs bu şagirdlər necə qiymətləndirildi, onlar sinifdən sinifə necə keçdilər? O jurnalda da mənim yerimə qiymət yazılıb-yazılmadığı da bilinmir”.
Bakı Şəhəri üzrə Təhsil idarəsi isə məsələyə belə aydınlıq gətirib:
"Bakı şəhəri 30 nömrəli tam orta məktəbin rəhbərliyindən BŞTİ-yə daxil olmuş təqdimat əsasında həmin məktəbin tərbiyə işləri üzrə direktor müavini (təşkilatçısı) Məmmədxanova Aygün İldırım qızının əmək fəaliyyəti ilə bağlı mövcud vəziyyət araşdırılmışdır. Müəyyən edilmişdir ki, 2018-2019-cu dərs ilində Məmmədxanova Aygün İldırım qızı adıçəkilən təhsil müəssisəsinin müvafiq əmri əsasında vəzifə bölgüsü ilə ona aid edilmiş məsələlər üzrə məktəb rəhbərliyinin öz səlahiyyətləri çərçivəsində verdiyi əmr və göstərişləri yerinə yetirməkdən əsassız olaraq boyun qaçırmış, həmçinin dəfələrlə iş yerini üzrlü səbəb olmadan vaxtından əvvəl tərk etmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, A.Məmmədxanova məktəbin digər işçiləri ilə münasibətdə işgüzar və pedaqoji etik davranış qaydalarına uyğun olmayan ifadələr işlədərək, onlara qarşı kobud rəftar etmişdir. Bununla yanaşı, Aygün Məmmədxanovanın şagirdlərə qarşı münasibətdə kobud davranış nümayiş etdirməsi valideynlər tərəfindən narazılıqla qarşılanmış və onlar A.Məmmədxanovanın qeyd edilən neqativ davranışları barədə şifahi və yazılı şəkildə məktəb rəhbərliyinə müraciət etmişlər. Valideynlər A.Məmmədxanova ilə görüşməyə cəhd etsələr də, o, valideynlərlə görüşməkdən imtina etmiş və dərhal məktəbdən çıxıb getmiş, iş yerini təkrarən vaxtından əvvəl tərk etmişdir. Bununla əlaqədar valideynlər BŞTİ-yə müraciət edərək şikayətlərini bildirmişlər.
Qeyd olunanları nəzərə alaraq, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini və əmək funksiyalarını yerinə yetirmədiyinə görə A.Məmmədxanovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən BŞTİ-nin 25.06.2018-ci il tarixli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bununla bağlı A.Məmmədxanova BŞTİ-yə dəvət olunaraq İnsan resursları sektorunda qəbul edilmiş və gələcəkdə belə hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcəyi nəzərinə çatdırılmışdır. A.Məmmədxanova qeyd olunan əmrin ləğvi barədə məhkəmə orqanlarına iddia ərzəsi ilə müraciət etsə də, əvvəlcə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.10.2018-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmiş və daha sonra həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayəti həmin məhkəmənin 28.12.2018-ci il tarixli qətnaməsi ilə təmin olunmayaraq, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır.
Bildiririk ki, A.Məmmədxanova ona verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmətdən heç bir nəticə çıxarmayaraq, öz əmək funksiyalarını və vəzifə öhdəliklərini lazımi şəkildə icra etməmək, iş yerini üzrlü səbəb olmadan vaxtından əvvəl tərk etmək, məktəb rəhbərliyinin səlahiyyətləri çərçivəsində verdiyi qanuni göstərişləri icra etməmək hallarını davam etdirmiş və bununla da məktəbin normal iş ahəngini pozmuşdur. Bununla bağlı BŞTİ tərəfindən yenidən araşdırma aparılaraq qeyd olunan hallar təsdiqini tapmışdır. A.Məmmədxanova qeyd olunan hallarla bağlı izahat verməsi üçün İdarəyə dəvət olunsa da, o, İdarə rəhbərliyinin adına yazılı məktub ünvanlayaraq izahat verməkdən imtina etmişdir.
Qeyd olunanları nəzərə alaraq, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Bakı şəhəri 30 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini (təşkilatçısı) Məmmədxanova Aygün İldırım qızı ilə bağlanmış əmək müqaviləsi BŞTİ-nin 17.12.2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsi 70-ci maddəsinin "ç” bəndinə əsasən ləğv edilmişdir".
Oxşar xəbərlər
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 2024 19:16
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 2024 15:51
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 2024 15:21
- 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞD
21 noyabr 2024 10:53
- NAR uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
20 noyabr 2024 20:46
- Onun evindən bir qılınc, iki tapança çıxmışdı... - Hüseyn Cavidi, Mikayıl Müşfiqi kim satmışdı?
18 noyabr 2024 23:35
- Bir araya gəlib gələcək nəsillərə sağlam bir planet ötürmək məsuliyyəti...
18 noyabr 2024 19:50
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 2024 12:48
- Mirzə Cəlil onunla puluna görə evlənmişdi? - Həmidə xanımın çap olunmayan məktubu - İlk dəfə
16 noyabr 2024 20:40
- Astanada Fələstinə yardım toplayan qız həbs edilib – özünə mənzil, maşın və s. alıbmış
16 noyabr 2024 12:52
Xəbər lenti
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
Video & Fotoqalereya
Video
Fotoqalereya