Müşərrəf Akay Bakı Slavyan Universitetində
Məşhur türk sənətçisi Bakı Slavyan Universitetində
Bakı Slavyan Universitetinin növbəti qonağı qardaş Türkiyə Cümhuriyyətinin sevilən sənətçisi Müşərrəf Akay olub. Dekabrın 3-də universitetin rəhbər heyətinin, müəllim və tələbələrinin iştirakı ilə ali təhsil müəssisəsində tanınmış sənətçi ilə unudulmaz görüş keçirilib. Qonaq BSU-nun girişində tələbələrin təqdimatında Azərbaycan Türkiyə qardaşlığını təcəssüm etdirən milli mahnılar və rəqslərlə qarşılanıb. Foyedəki kiçik konsert proqramının ardından tədbir universitetin akt zalında davam edib.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözüylə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin yaranma tarixindən, burada türk dili və mədəniyyətinə, ədəbiyyat və musiqisinə olan böyük diqqətdən danışıb. Bakı Slavyan Universitetinin yarandığı gündən dünyanın bir çox ali təhsil ocaqları ilə beynəlxalq əməkdaşlıq qurduğunu dilə gətirən N.Əliyeva qardaş Türkiyə ilə əməkdaşlığın daha dərin köklərə malik olduğunu bildirib. Sonra N.Əliyeva BSU-dakı Türkiyə Araşdırmaları Mərkəzinin fəaliyyətindən danışıb, o, Bakı Slavyan Universitetinin Türkiyənin Qafqaz Universiteti, Qazi Universiteti, Ankara Universiteti, İstanbul Kültür Universiteti və başqaları ilə əməkdaşlıq haqqında müqavilələr bağladığını, eyni zamanda beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində türkiyəşünaslıq üzrə təhsil alan tələbələrə Türkiyənin iqtisadi-siyasi və mədəni cəhətdən inkişafını əks etdirən kursların tədris olunduğunu vurğulayıb. N.Əliyeva qonağa bu günlərdə BSU ilə Türkiyə Cümhuriyyətinin Reytinq Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Kultuiraloji paradiqmalar və yeniləşən Azərbaycan” adlı tədbir barədə məlumat verib. O, həmin tədbirdə Türkiyənin tanınmış elm və siyasət adamlarının, diplomatlarının iştirak etdiyini, əməkdaşlığın aktual problemlərinin müzakirə olunduğunu bildirib. N.Əliyeva daha sonra Müşərrəf Akay sənətindən, onun Azərbaycandakı heyranlarından danışıb.
ATV-nin nəzdində Teleradio Akademiyasının rəhbəri, BSU-nun Jurnalistika kafedrasının müəllimi, professor Etibar Babayev çıxışında türk sənət ustası barədə müsbət öz fikirlərini səsləndirib. E.Babayev Müşərrəf Akayın Azərbaycan-Türkiyə arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm xidmətləri olduğunu diqqətə çatdırıb, onun Azərbaycan incəsənətinə, milli ruhuna bağlılığını xüsusi qeyd edib.
Sonra tanınmış sənətçinin Azərbaycanla bağlı xatirələrini əks etdirən video-çarxın nümayişi olub.
Nümayişin ardından “Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi Emil Nəsirli Müşərrəf Akaya jurnalın “Fəxri üzvü” olması münasibətilə diplom və qızıl medal təqdim edib. Çıxış edən Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova yüksək səviyyəli tədbirin təşkilinə görə BSU rəhbərliyinə minnətdarlığını bildirib.
Azərbaycan haqqında təəssüratlarının olduqca xoş olduğunu deyən Müşərrəf Akay bu günlərdə Gəncədə olduğunu, orada çox səmimi qarşılandığını vurğulayıb. Sənətçi Azərbaycana əvvəlki illərdəki səfərləri ilə bağlı xatirələrini universitet əməkdaşları və tələbələrlə bölüşüb. Öncəki illərdə Bakıya gəlişini yada salan müğənni Azərbaycanın, Bakının inanılmaz şəkildə dəyişdiyini, inkişaf etdiyini, BSU-da artıq ikinci dəfə qonaq olduğunu söyləyib. Universitet kollektivinin diqqəti, marağı da sənətçini təsirləndirib: “Azərbaycan xalqının mənə olan münasibəti, diqqəti məni çox təsirləndirdi, gözlərim yaşardı. Eyni hörmət və qayğını Bakı Slavyan Universitetində də görmək mənim üçün olduqca sevindirici haldır”.
Sənətçi Azərbaycanla Türkiyə arasında mədəniyyət, incəsənət istiqamətində qurulan əlaqələrin dərin köklərindən söz açıb. Hazırda Türkiyənin “TRT müzik” kanalının efirində yayınlanan “Əziz dostlar” verilişi barədə məlumat verən M.Akay bildirib ki, bu layihənin əsas məqsədi Azərbaycan xalq mahnılarını və sevilən sənətçilərini türk xalqına daha yaxından tanıtmaqdır.
Səmimi görüşdən razı qalan qonaq tələbələrin suallarını cavablandırıb, sonda BSU əməkdaşları ilə xatirə şəkillər çəkdirib.
BSU-nun Mətbuat xidməti
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
