Azərbaycan və Türkiyə qadın dövlət rəsmiləri BSU-da olub

Noyabrın 29-da Bakı Slavyan Universitetində TÜRKAB-ın təşkilatçılığı ilə Türkiyə Cumhuriyyətinin, Qırğızıstan Respublikasının və Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycanda səfərdə olan bir qrup qadın millət vəkili və dövlət rəsmiləri ilə görüş keçirilib. Görüşdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) AK Parti millət vəkili Mihrimah Belma Satır, TBMM müşaviri Şebnem Çıldır, TBMM Xarici əlaqələr və Protokol Başqanlğının məsul nümayəndəsi Didem Hastürk, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) millət vəkili Resmiye Canaltay, Türk Dünyası Qadın Platformunun (TÜRKAP) qurucuları Mehriban Alışanova, İlhamə Novruzova və Zaid Nəhmətov, Milli Məclisin şöbə müdiri Ülviyyə Abdullayeva, Azərbaycanın millət vəkilləri Jalə Əliyeva, Kamilə Əliyeva, Qırğızıstanın millət vəkili Elvira Surabaldiyeva və YAP Qadınlar Şurasının üzvləri iştirak ediblər.
Qonaqlar əvvəlcə BSU-nun foyesində “Arzu” rəqs ansamblının təqdimatında Azərbaycan, türk və slavyan ölkələrinin milli rəqslərindən ibarət tolerantlıq rəqsinə tamaşa ediblər.
Sonra BSU-nun rektoru, professor Nurlana Əliyeva qonaqları qəbul edib. O, Azərbaycanın beynəlxalq nüfuzundan, dünyada tutduğu mövqedən danışıb və ölkəmizin dünyada multikulturalizm, sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzi kimi tanındığını bildirib. N.Əliyeva müasir dünyada bütün insanlığın əsas məqsədinin sülh və əmin-amanlıq olmasının vacibliyini vurğulayıb. O, heç bir ananın gözü yaşı arzulamadığlını dilə gətirib. N.Əliyeva daha sonra ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ problemindən danışıb. O bildirib ki, Azərbaycan dövləti bu probelimi sülh yolu ilə həll etməyə çalışır. Bununla yanaşı, BSU rektoru Azərbaycanın güclü, sarsılmaz ordusunun olduğunu da qeyd edib. N.Əliyeva hərbi qüvvələrimizin hər növ müasir silah, texnika və avadanlıqlarla təchiz edildiyini söyləyib.
Söhbətin davamında rektor Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatındakı rolundan da söz açıb. Onun sözlərinə görə, Azərbaycan dövlətinin uğurlu qadın siyasətinin nəticəsində qadınlarımız həyatın bütün sahələrində, o cümlədən hakim Yeni Azərbaycan Partiyasının quruculuq işlərində fəal iştirak edirlər. Türkiyənin qadın dövlət rəsmilərinin ölkəmizə səfərini Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətt üzrə inkişafının göstəricisi kimi dəyərləndirən N.Əliyeva bu münasibətlərinin bütün dünya üçün örnək olduğunu diqqətə çatdırıb. Türkiyə ilə həmrəylik məsələləri barədə danışan Nurlana Əliyeva qeyd edib ki, YAP Qadınlar Şurasının əsas prinsipi qadın dayanışmasının sərhədlərini genişləndirmək, türk dünyası qadınları arasında dialoqu artırmaq, tarixdən gələn qardaşlıq bağlarını daha da gücləndirməkdir. Nurlana Əliyeva deyib: “Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl xarakterizə edən Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamıdır. Tarix göstərir ki, hər zaman xalqlarımız və cəmiyyətimiz bu mövqedən çıxış edərək bir-birinin köməyinə çatıblar”.
Görüş zamanı AK Parti millət vəkili Mihrimah Belma Satır çıxış edərək səmimi qəbula görə BSU rəhbərliyinə minnətdarlıq edib. Türkiyə Cümhuriyyəti rəhbərliyinin Azərbaycana salamlarını çatdıran türkiyəli millət vəkili Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq və qardaşlıq münasibətlərinin ölkələrimizin və xalqlarımız arasında əlaqələrin dinamikasına əlavə güc qatdığını xüsusi vurğulayıb. Mihrimah Belma Satır iki qardaş ölkənin əlaqərinin dövlət səviyyəsində, iş adamları və sivil qurumlar arasında qurulduğunu deyib.
Görüşün sonunda TÜRKAP və türkiyəli qonaq tərəfindən BSU-ya hədiyyələr təqdim olunmuşdur.
BSU-nun Mətbaut Xidməti
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 2025 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 2025 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 2025 23:05
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 2025 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35