“Nar” 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı

“Nar” 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı
Cari ilin üçüncü rübünün nəticələrinə əsasən “Nar” bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib və bir çox uğurlu layihələr təqdim edib.
Təkmilləşdirmə işlərinin nəticəsi olaraq ikinci rübdən bu yana 370-dən çox 4G, 70-dən çox 3G baza stansiyaları qurulub. Hazırda ölkə ərazisində “Nar” 4G baza stansiyalarının sayı 1620-ni, 3G baza stansiyalarının sayı isə 2670-i ötüb. 4G və 3G baza stansiyalarının sayını sürətlə artıran “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq, Bakı və Abşeron yarımadasından başqa 40-dan çox bölgə mərkəzləri “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. Nəticədə mobil operatorun abunəçi bazası üçüncü rübdə 4% artıb. “Nar” hazırda 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.
Yeni istismara verilən “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksək keyfiyyətli mobil internet xidməti nəticəsində, 2018-ci ilin əvvəli ilə müqayisədə, “Nar” 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artıb. Hazırda “Nar”-ın yüksək keyfiyyətli 4G xidmətindən istifadə edən abunəçilərin sayı yarım milyona çatıb.
“Nar”-ın üçüncü rüb ərzində həyata keçirdiyi əhəmiyyətli layihələrdən bir də brendini və şüarını yeniləməsi oldu. Yenilənmiş “Nar” brendi müştərilərin ehtiyaclarını qarşılamaq, onların etibarlı tərəfdaşı olmaq məqsədi daşıyır.
Daim yenliklər edən “Nar” Azərbaycan telekommunikasiya bazarında ilk dəfə olaraq, onlayn TV - “Nar TV” tətbiqini təqdim edib. “Nar TV” istənilən məkanda və vaxtda mobil telefonlarda və ya tabletlərdə idman, əyləncə, uşaq, film, xəbər də daxil olmaqla, 100-ə qədər seçilmiş yerli, regional və beynəlxalq televiziya kanallarına giriş imkanı verir.
Üçüncü rüb ərzində müştəri məmnuniyyətində də artım müşahidə olunub. “Nar” ölkə ərazisi boyunca 3G, 4G və LTE-A şəbəkəsini genişləndirməklə, abunəçilərə sərfəli qiymətə yüksək keyfiyyətli mobil internet paketlərini təqdim etməklə müştəri loyallığı indeksinin artımına müvəffəq olub. Üçüncü rüb ərzində müştəri loyallığı indeksi 11%, internet məmnuniyyəti indeksi isə 4% artıb.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə “Nar” zəng xidmətlərinin keyfiyyətinin yüksəldərək “HD-Voice” xidmətini tətbiq etmiş və həmin ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur.
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 2025 11:35
- Gürcüstan Prezidenti aprelin 15-də Azərbaycana səfər edəcək
11 aprel 2025 22:38
- İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü FOTO YENİLƏNDİ
11 aprel 2025 20:54
- Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi
11 aprel 2025 20:44
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35