Türkmənistan prezidenti Füzulidən sitat gətirdi
“Mən möhtərəm İlham Heydər oğluna və onun nümayəndə heyətinin üzvlərinə bir daha səmimi minnətdarlığımı və təşəkkürümü bildirmək istərdim. Onlar bizim dəvətimizi qəbul edərək öz qonşularının, qardaşlarının ölkəsinə rəsmi səfərə gəliblər və biz bu gün onları qonaqpərvər Türkmənistanda görməyə şadıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib:
Türkmənistan prezidenti bildirib: “Demək istəyirəm ki, bu gün biz həqiqi qardaşlar kimi qarşılıqlı hörmət şəraitində çox yaxşı danışıqlar apardıq, ikitərəfli əməkdaşlığımızın, regional və beynəlxalq xarakterli məsələlərin çox böyük aspektini müzakirə etdik. Biz bütün aspektlərə aid 21 sənəd imzaladıq. Buraya həm humanitar, həm də istehsalat istiqamətləri daxildir. Ən başlıcası, biz, əlbəttə, nəqliyyat məsələlərinə çox böyük diqqət yetirdik.
Ümumiyyətlə, biz İlham Heydər oğlunun təşəbbüsü ilə Xəzərə aid məsələləri nəzərdən keçirdik. Bildiyiniz kimi, biz Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanı artıq qəbul etmişik. Odur ki, biz nəqliyyat-tranzit dəhlizinin düzgün logistikasını tərtib etməliyik. Bundan sonra biz həmin mövzunu lobbiləşdirməyə başladıq və yeri gəlmişkən, yəqin Siz də bilirsiniz ki, bu təşəbbüsə dair Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri qəbul edilib. Hətta nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, düzgün logistika barədə 3 qətnamə qəbul edilib. Noyabrın 28-də məhz nəqliyyat-tranzit dəhlizlərinin inkişafı mövzusunda konfrans keçiriləcək və elə indi bütün hörmətli səfirlərimizi həmin konfransa dəvət edirəm.
Məntiqlə yanaşsaq, coğrafi baxımdan həm Türkmənistan, həm də Azərbaycan bu məsələdə əsas ölkələrdir. Yəqin ki, Böyük İpək Yolunu xatırlamağa və onun haqqında danışmağa ehtiyac yoxdur, çünki bu il Türkmənistanda “Böyük İpək Yolu İli” elan edilib. Ümumiyyətlə, bugünkü görüşdə biz bunu qeyd etməkdən başladıq ki, Türkmənistan və Azərbaycan xalqları tarixən həmişə zəngin millətlər olub. Onların həmişə güclü ehtiyat potensialı olub və bu potensialdan həm öz xalqlarının, həm də qonşularının, regionun rifahı naminə istifadə ediblər. Sevindirici haldır ki, bu gün biz bunu müasir mərhələdə davam etdiririk.
Bir daha qeyd etmək istəyirəm ki, bugünkü danışıqlar həqiqətən qarşılıqlı hörmət, qarşılıqlı etimad, mehriban qonşuluq ruhunda keçdi, bizim dostluq tellərimizi bir daha nümayiş etdirdi. Səhv etmirəmsə, Azərbaycanın böyük şairi Füzuli deyib ki, düz yol ilə gedən insana dostu həmişə kömək edər. Bu kəlam bir daha sübut edir ki, bu gün biz həqiqətən öz milli ənənələrimiz və xüsusiyyətlərimizlə mənəvi cəhətdən dəyərliyik. Mən öz qardaşlarıma ən səmimi sözlərimi dedim. Qoy, dostluğumuz əbədi olsun”.
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
