Cahangir Hacıyev xanımına görə narahatdır

Vəkil Aqil Layıcov müvəkkili, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevlə görüşüb.
Bu barədə Modern.az-a A.Layıcov özü məlumat verib.
A.Layıcov Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı proseslərdən xəbərdar olduğunu bildirib:
“Sonuncu dəfə ötən həftə görüşmüşük. Cahangir bəy medianı izləyir, bütün xəbərləri oxuyur. Qeyd edim ki, mediada gedən bəzi məsələlər heç bir hüquqi əsasa söykənmir. Bəziləri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı prosesin təfərrüatını bilmədən məlumatı tirajlamaqda davam edir. Əslində “İzah edilməmiş gəlirlər” cinayət məsuliyyəti yaratmır. Bu, sadəcə adminstrativ araşdırmadır. Yəni araşdırma nəticəsində şəxsə hər hansı cəza verilə bilməz, yaxud o, əmlakdan məhrumiyyətə məruz qala bilməz. Ona görə də media bu tip mövzulara həssas yanaşmalıdır. Əksəriyyət buna cinayət kontkestindən yanaşır, məsələni həddindən artıq şişirdir. Bununla da şəxsin təqsirsizlik prezumpsiyasını pozurlar”.
A.Layıcova Zamirə Hacıyeva ilə bağlı yerli mətbuatda gedən yazıların əsasən xarici KİV-lərə istinadən yayıldığını xatırlatdıqda, cavabı belə olub:
“Xarici KİV-lərdə bir məlumat oxudum. Orada da qeyd olunur ki, bu, sadəcə araşdırmadır. Və vurğulanır ki, cinayət konkestində gedən araşdırma yox, inzibati araşdırmadır”. Ona görə də inzibati araşdırma ilə, cinayət tipli araşdırmanı bir-birindən fərqləndirməliyik. Onlar tamam başqa-başqa məsələlərdir. Bəzi mətbuat orqanlarında məlumat elə yazılıb ki, sanki Zamirə Hacıyeva təqsirkardır və onu təqsirləndirilən şəxs qismində təqdim edirlər. Əslində isə Zamirə Hacıyevanın bu məsələdə iştirakı yalnız şahidlikdir. Həmin araşdırmanın nəticəsi cinayət məsuliyyəti yaratmır. Bu, bizdə də var. Müəyyən əmlaka sahib olan şəxslərin bəyənnamə vermək öhdəliyi var. Bu da onun tipli bir şeydir”.
Hüquq müdafiəçisi Cahangir Hacıyevin səhhətində müəyyən problemlər olduğunu da vurğulayıb:
“Ümumiyyətlə o, dərmanla yaşayan insandır, narahatlıqları var. Və həyat yoldaşı ilə bağlı məsələlərdə də təbii olaraq narahatlıq keçirir".
Qeyd edək ki, C.Hacıyev 2016-cı ildə sədri olduğu “Azərbaycan Beynəlxalq Bankı”nda külli miqdarda mənimsəmədə ittiham edilərək həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun apelyasiya şikayəti təmin edilməyib. Sabiq bankir ittihamları qəbul etmədiyini, qondarma olduğunu bəyan edib.
Bir neçə ay əvvəl Cahangir Hacıyevə qarşı yeni cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Həbsdəki bankir ABB-nin Moskva filialındakı yeyintilərlə bağlı yeni istintaqa cəlb olunub.
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 2025 15:47
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı
6 aprel 2025 00:18
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
3 aprel 2025 13:24
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Tramp Putini HƏDƏLƏDİ: Davranışına görə qəzəblənmişəm
30 mart 2025 18:36
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02