BSU-nun professor-müəllim heyəti təltif olunub

30 oktyabr 2018-ci il tarixdə Bakı Slavyan Universitetində (BSU) Elmi Şuranın iclası keçirilib.
İclasda “Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət strategiası”na uyğun fənn kurikulumlarının tərtibi və tədris standartlarının tətbiqi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə keçirilən tədbirlər və bu istiqamətdə universitetdə görülən işlər, SABAH qruplarının fəaliyyəti və yeni tədris ili üçün qrupların formalaşdrılması, professor-müəllim heyəti üçün əlavə təhsil tədbirlərinin təşkili, pedaqoji ixtisaslar üzrə müəllimlərin işə qəbulu imtahanlarında məzunların iştirakı, nəticələr, IV kurs tələbələri ilə müvafiq tədbirlərin təşkili, istehsalat və pedaqoji təcrübənin keçirilməsi məqsədilə orta ümumtəhsil məktəbləri, baza müəssisələri ilə əlaqələrin qurulması və digər məsələlər müzakirə olunub.
BSU-nun rektoru, professor Nurlana Əliyeva müzakirələrdən öncə universitetin bir qrup professor-müəllim heyətini elmi-pedaqoji fəaliyyətlərindəki uğurlara görə təşəkkürnamə ilə tətif edib. Rektor Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzovun “Tərəqqi” medalı ilə təltif olunmasını universitetə verilən dəyər kimi qiymətləndirib. Sonra rektor Beynəlxalq Müəllimlər Günü münasibətilə Pedaqogika və psixologiya kafedrasının dosenti Zemfira Mehrəliyevanı, BSU nəzdində Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və ədəbiyyatı müəllimi İradə Nəbiyevanı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı” aldıqlarına görə təbrik edib. Qeyd edək ki, universitetin əməkdaşları, Pedaqogika və psixologiya kafedrasının dosenti Nazim Mirzəyev, Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrasının baş müəllimi Svetlana Balametova, İngilis filologiyası kafedrasının baş müəllimi Janna Əliyeva, İdman klubunun baş müəllimi Səftər Məlikov, Tibbi biliklər və mülki müdafiənin əsasları kafedrasının baş müəllimi Miboyat Nəzərov müəllimlər günü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunublar. Bundan əlavə, Nurlana Əliyeva Doktorantura və dissertantura şöbəsinin elmi işçisi Solmaz İsmayılzadəni 70, Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhmədi 60, Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi İlyusa Səlimzanovanı 65, Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi, dosent Fərman İsayevi 65 illik yubileyləri münasibətilə təbrik edib, onlara uzun ömür, can sağlığı arzulayıb. BSU-nun Həmkərlar Təşkilatı tərəfindən yubliyarlara gül dəstələri və hədiyyələr təqdim olunub.
Elmi Şuranın davamında Nurlana Əliyeva BSU-nun beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı İlyas Hüseynovu Rusiyanın Qaraçay-Çərkəz Respublikasının Arxız qəsəbəsində PRO natiqlik “Multikultural mühitdə ictimai çıxışların, danışıqların, debatların aparılması sənəti” adlı beynəlxalq elm-təhsil forumunda “Ən yaxşı natiq”nominasiyası üzrə I yer tutması münasibətilə təbrik edib. Rektor gənc natiqin fəaliyyətini yüksək qiymətləndirərək ona gələcək işlərində uğurlar arzulayıb.
Sonra çıxış edən tədris işləri üzrə prorektor, professor Telman Cəfərov “Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun fənn kurikumlarının tətbiqi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə keçirilən tədbirlər və bu istiqamətdə görüllən işlər barədə məlumat verib. Təlim–tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova Elmi Şurada universitetdə aparılan təlim-tərbiyə işləri və həyata keçirilən mədəni-kütləvi tədbirlər barədə hesabat məruzəsi ilə çıxış edib.
BSU-nun Mətbuat Xidməti
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
6 aprel 2025 21:46
- V kurs tələbəsi dəm qazından boğulub
6 aprel 2025 20:47
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
6 aprel 2025 18:28
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
6 aprel 2025 17:10
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
5 aprel 2025 20:30
- NАR müəllimlər üçün mobil rabitə təlimi keçib
5 aprel 2025 12:31
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
4 aprel 2025 23:01
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- Fermasında dağ keçiləri saxlayan ovçu tutuldu - Foto
4 aprel 2025 19:04
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
06 aprel 17:10
- Bir ayda ölkəyə 69 kq insan SАÇI gətirilib - Qiymətlər
06 aprel 15:00
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
06 aprel 14:27
- Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
06 aprel 09:51
- Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı
06 aprel 00:18
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
05 aprel 21:54
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
05 aprel 20:30
- Ukrayna Rusiyanın başına OD ƏLƏYİR - strateji ZAVODLAR VURULDU, qırğın gedir
05 aprel 15:23
- Şirvan Appelyasiya Məhkəməsi bizimxeber.az saytının fəaliyyətini dayandırıb
05 aprel 14:47
- Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 aprel 13:06
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
05 aprel 12:46
- NАR müəllimlər üçün mobil rabitə təlimi keçib
05 aprel 12:31
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
04 aprel 23:01
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
04 aprel 22:11
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
04 aprel 21:44
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
04 aprel 21:25