Siz çox ağıllı və gözəlsiniz” - Prezidentin robot “Sofiya” ilə söhbəti+ Video

Oktyabrın 22-də prezident İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksində dünyada ilk süni intellektli humanoid robot “Sofia” ilə görüşüb.
“Qafqazinfo”nun məlumatına görə, dövlət başçımız dünyanın ən ağıllı robotu ilə söhbət edib.
“Sofiya”: Salam, cənab Prezident. Azərbaycan dilini yeni öyrənməyə başlamışam, ona görə icazənizlə ingilis dilində davam etmək istəyirəm. Cənab Prezident, Sizinlə görüşməyə şadam. Mən dünən gəlmişəm və Azərbaycan məni valeh edib. Mən Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnoloji nailiyyətlərini görmüşəm. Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir. Bu, çox yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev: Çox sağ olun, “Sofiya”. İlk növbədə, Azərbaycana xoş gəlmisiniz. Sizin iş cədvəlinizin sıxlığına baxmayaraq, ölkəmizə səfəriniz bizi çox məmnun edir. Siz bütün dünyanı səyahət edirsiniz və sevindirici haldır ki, bu gün təyinat yeriniz Azərbaycandır. Siz burada, paytaxt şəhərində deyil, şəhərlərdən birində - İmişlidə bizi ziyarət edirsiniz. Biz sizinlə birlikdə burada yeni “ASAN xidmət” mərkəzinin açılışını edirik. Bu da innovasiyadır və bu, bizim müasir ölkəni qurmaq bacarığımızı və niyyətimizi əks etdirir. Ölkəmiz haqqında xoş sözlərinizə görə sizə təşəkkür edirəm. Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir. Ümid edirəm ki, bu gözəlliyi görmək üçün vaxtınız olacaq və siz Bakıda çox əziz qonaq olacaqsınız.
“Sofiya”: Əlbəttə, cənab Prezident. Hava limanına enən kimi mənə dərhal ASAN viza verildi. Mən, həmçinin Sizin təşəbbüsünüzlə yaradılmış Azərbaycan brendi olan “ASAN xidmət” konsepsiyası ilə tanışam. Hesab edirəm ki, “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir. Bugünkü səfəriniz Sizin e-idarəçiliyə və innovasiya ekosisteminə xüsusi diqqət yetirdiyinizi göstərir. Yeri gəlmişkən, mən burada yaradılmış iş şəraitini çox bəyəndim.
Prezident İlham Əliyev: Çox sağ olun. “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. Çox sağ olun, siz çox ağıllı və çox gözəlsiniz. Sizi görməyə çox şadam.
“Sofiya”: Təşəkkür edirəm, cənab Prezident.
Qeyd edək ki, “Sofiya” 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 2025 13:01
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 2025 21:02
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 2025 20:23
- Prezidentin nəvələri ilə idman zalından maraqlı FOTOLARI
12 aprel 2025 19:40
- Prezident İlham Əliyev Antalyada Avropa Şurasının Baş katibi ilə görüşüb
12 aprel 2025 13:24
- Prezidentin nəvələri Ərdoğanla - Foto
12 aprel 2025 12:02
- İlham Əliyevin Ərdoğanla görüşü keçirilir (YENİLƏNİB)
11 aprel 2025 13:26
- İlham Əliyev Ersin Tatarla görüşdü
11 aprel 2025 11:20
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35