Mərdan Məhəmmədəliyev:“Bizdə təhsil sistemi kopyaçılıq, ancaq bilgi üzərində qurulub”
“Hal-hazırda təhsil sitemini ayaqda saxlayan məhz repetitorluqdur”.
“Bizdə sistem elə qoyulub ki,11-ci sinifəcən uşaq yaxşı oxuyur,amma universitetdə elə bil dincəlir”
Artıq tədris ili başlayıb və tələbələrin ,həmçinin də müəllimlərin qayğılı təhsil günləri başlayıb.Həmişə aktual olan və ölkə üçün vacib olan bu mövzuda söhbətləşmək üçün Sumqayıt şəhərində müəllim işləyən Mərdan Məhəmmədəliyevə müraciət etdik.
Buna da səbəb cavan kadr olmasına baxmayaraq Mərdan müəllimin istedalı və bacarıqlı pedaqoq olmasıdır.Ümid edirik “İmranla şənbə söhbətləri” rubrikası çərçivəsində bugünkü müsahibimizlə söhbət oxucularımız üçün maraqlı və faydalı olacaq.
Qısa arayış:
Mərdan Məhəmmədəliyev 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə Sumqayıtdakı 33 nömrəli tam orta məktəbi, 2009-cu ildə isə Müəllimlər Universitetinin Sumqayıt filialını bitirib.
Hal-hazırda Sumqayıt şəhərində yerləşən 14 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi işləyir. Həmçinin müstəqil repetitor kimi -“İntellekt ” tədris mərkəzində-hazırlıq kursunda fəaliyyət göstərir.
–Məhz coğrafiya müəllimi olmaq istəyiniz nədən qaynaqlanıb?
– Mənim orta məktəbdə də coğrafiya fənninə marağım böyük olub,məhz bu fənni də daha yaxşı oxumuşam.Elə coğrafiyaya olan həvəs də məni coğrafiya müəllimi olmağımda böyük rol oynayıb.İnsitutda da tələbə vaxtı coğrafiyadan yaxşı təhsil almışam.Onu da deyim ki,oxuduğum fakültə -tarix-coğrafiya fakültəsi respublikada yalnız bizim ali məktəbdə olub. 2005-ci ildə Müəllimlər Universitetinin Sumqayıt filialına daxil oldum , 2009-da isə oranı bitirdim.
–Müəllilim olmaq üçün ali məktəblərdə bal elə də yüksək deyil bizdə nədənsə …
–Əvvəllər də elə müəllim olmaq üçün bal elə də yüksək olmayıb.Ancaq bu o demək deyil ki,müəllim olmaq asandır…
– İndi ümumiyyətlə müəllimlərin təyinat sistemi necədir?
-Təyinat sisemi mən universiteti oxuyub qurtarandan sonra artıq ləğv olunmuşdu.Çünki təyinat üzrə rayonlara əksəriyyət getmək istəmirdi. Əvvəllər təyinat elə bölünürdü ki, məsələn Bakıda,Sumayıtda yaşayan ali məktəbi əgər yaşadığı yerdə bitiribsə,yalnız orada vakant yer olan təqdirdə onu müəllim kimi həmin şəhərdə dövlət qulluğuna götürürdülər. Amma mövcud şərtləri və reallıqları nəzərə alsaq bu həmişə alınmır.
– Pedaqoq kimi fəaliyyitənizin tarixçəsini bilmək maraqlı olardı…
-2010-cu ildə Ağdamda hərbi hissədə xidmətdə oldum.Əsgərliyimi çəkib qayıtdıqdan sonra müəllimlərin işə qəbulu üzrə imtahan verdim və 35 baldan 31- bal yığdım. 28 bal, şəhər balı,keçid balı idi. Şəhər balını yığsam da şəhərdə müəllim yerinə vakansiya olmadığı üçün doğma şəhərimdə qalıb işləyə bilmədim.Elektron qaydada seçim etdim və Şamaxı yaxın olduğu üçün həmin rayonun Mədrəsə qəsəbəsini seçdim.Pedoqoji fəaliyyətimi davam edə-edə Azərbaycanın fiziki coğrafiyası ixtisası üzrə magistraturanı da bitirdim.Mədrəsədən başqa imtahan verib eyni zamanda Şamaxıda açılmış, Avropa Azərbaycan liseyinin filialında da müəllim kimi fəaliyyətim göstərdim.
– Demək olar ki,qızğın pedoqoji fəaliyyət göstərmisiniz…
-Elədir,hələ orada repetitor fəaliyyəti ilə də məşğul olmağa başladım.2014-cü ildə isə yaşayış yeri ,ailə vəziyyəti ilə bağlı Sumqayıta qayıtdım.
–Tələbələriniz arasında ali məktəbə daxil olanlar var?
-Xeyli tələbəm var ki,yüksək balla universitetlərə daxil olublar.
–– Sumqayıtda bəs fəaliyyətinizi necə davam etdiniz?
-İlkin olaraq özəl kurslarda işlədim.”Zirvə”də ,”Hədəf”də… “Zirvə” kurslarında bir müddət filial rəhbəri oldum.
2017-ci iləcən ,4 il “Kaspi” tədris mərkəzində fəaliyyət göstərdim.
Sonradan öz fənnim üzrə repetirorluğa daha çox vaxt ayırmağa başladım.
2017-ci ildə Şabran rayonunda müəllimlərin işə qəbulu üzrə diaqnostik imtahan verdim,60 baldan 53 bal topladım və həmin rayonda 1 nömrəli ümumi orta məktəbdə işləməyə başladım.Şabranda olduğum zaman Təhsil nazirliyi tərəfindən keçirilən müəllilmlərin diaqnostik imtahanında 60 baldan 57 bal yığaraq 5 şimal rayonu arasında rayon və region birincisi oldum.
– Amma sonradan yenə də Sumqayıta qayıtdız…
-Hə,rayon stajlarını necə deyərlər yerinə yetirdim…
– Əlbəttə coğrafiyaya marağınız olması təbiidir,hazırlığa yanınıza gələnlədəki kimi.Çünki çoğrafiya ümumiyyətlə riyaziyyatdan,fizikadan belə demək mümkünsə maraqlıdır,amma müəllimlərin maaşının bizdə az olmasını bilə-bilə niyə müəllim olmaq istədiz?
-Mən əlbəttə bilirdim ki,müəllilmlərin maaşı ilə ailə saxlamaq,dolanışı təmin etmək çətindir.Qarşıma qoyduğum məqsəd yaşadığım şəhərdə tanınan müəllim olmaq və repetitorluqla məşğul olmaq idi.Buna nail olacaqağıma məndə inam var idi.Bunun üçün maksimum çalışırdım.Hətta 3 il ərzində çalışıb kitab-vəsait də ərsəyə gətirdim.
– Maraqlıdır,müəllim olmaq üçün verilən suallar nə səpkidə olur?
-Əslində bu suallar ali məktəbə daxil olmaq istəyən abituriyentə verilən suallardan elə də ciddi fərqlənmir,sadəcə müəyyən qismi sırf pedoqoqika ilə bağlıdır.
– Çoğrafiya elmi indi nə dərəcədə aktualdır, praktikdir,bəşəriyyətə xeyri var?Əvvəllər,məsələn orta əsrlərdə materiklər,ölkələrə kəşf olunmamışdı ,Kolumb, Vasko da Qama “gündəmdə” idi … Amma indi internətdə hər şey var…
-Baxdığımız hər bir şeydə coğrafiyanı görmək olur. Müasir coğrafiya elmi üç əsas sahədən ibarətdir:Fiziki coğrafiya ,İqtisadi və sosial coğrafiya ,kartoqrafiya .Coğrafiya böyük elmdir,o təkcə maraq üzərində dayanmayıb və bu elmin bütün elmlərlə-biologiya,tarixlə,riyaziyyatla ,hətta ədəbiyyatla belə inteqrasiyası,bağlılığı var.Məsələn, çoğrafiyanın riyazi coğrafiya adlı bölgüsü var ki,bununla yer kürəsində məntəqələr arasında hesablamalar aparılır, ondan saat qurşaqlarının tapılmasında tədbiq olunur,onlardan istifadə qaydası müəyyən olunur. Zaman keçdikcə coğrafiya elminin sferasından bir-çox müstəqil elmlər meydana gəldi:biocoğrafiya ,democoğrafiya tibbi coğrafiya,hətta hərbi coğrafiya.İqtisdi coğrafiyasız kənd təsərrüfatının inkişafını təsəvvür etmək çətindir.Çünki iqtisadi coğrafiya müəyyən edir ki,Azərbaycanda hansı təsərrüfat sahələrinin inkişaf etdirmək lazımdır,gələcəkdə hansı sahələri yaratmaq olar. Gələcəyə proqnoz verilir ki, hansı sahələr bizim ölkəmiz üçün daha yararlıdır,haranın iqlimi,torpaq şəraiti bitkilərin yetişdirilməsində,heyvanların çoxalmasınada daha münbit şəraitə malikdir.
Yəni coğrafiyanın praktik əhəmiyyəti var və əsrlər əvvəl olduğu kimi təkcə ensiklopedik biliyə əsaslanmır. Fiziki coğrafiya daha çox insanın dünyagörüşünün artırılmasında rol oynayır. Bu gün bildiyiniz kimi turizm ən sürətli inkişaf edən,maraq oyadan sahələrdən biridir və təsadüfi deyildir ki,ali məktəblərdə 2-ci qrupda ixtisasların çoxu turizm,turizm coğrafiyası ilə bağlı olduğundan şagirlərin çoxu bu sahələri seçir.
– Sovet dövrü siyasi coğrafiyaya çox önəm verilirdi;kapitalist ölkələri,sosialist ölkələri ..amma indi bu elə də hiss olunmur…
-Əslində bu məlumatlar dərs vəsaitlərində var,amma əvvəlki şəkildə yox.Bu barədə əsasən müəllimlər şagirdlərə deməlidir.Mən həm repetitor,həm də məktəbdə zərurət yarananda şagirdlərə müəllim kimi bu haqda bilgiləri aşılayıram.
Böyük coğrafi kəşflər dövründə Hindistana dəniz yolunu axtarırdılar,amma bunun altında siyasi motivlər var idi.
Böyük İpək Yolu bildiyiniz kimi müsəlman ölkələrindən, əsasən Osmanlı imperiyasından keçirdi.Hindistana dəniz yolunun tapılması da Böyük İpək Yolunu zəiflətmək,müsəlman ölkələrinin iqtisadiyyatını zəiflətmək məqsədi daşıyırdı.Bu barədə coğrafiya kitablarında yazılmır. Müasir dövrdə dünyanın iqtisadi gücləri dərsi var,regional coğrafiya var ki, o bölümdə ölkələr haqda .İnkişaf etmiş,İnkişaf etməkdə olan ölkələr,orta inkişaf etmiş ölkələr, sənaye ölkələri ,Böyük yeddilik ölkələri də, mövzu kimi siyasi coğrafiyada tədris olunur,amma bu məlumatlar dərsliklərimizdə səthi göstərilir.Ölkələrin siyasi və iqtisadi cəhətdən niyə böyük gücə malik olmalarının səbəbləri və s. kimi məsələlər məktəblərdə aşılanmır.Ona görə bu barədə bilgiləri uşaqlara çatdırmaq məllimlərin boynuna düşür.
– Azərbaycanda repetitorluq çox geniş yayılıb. Ümumiyyətlə bizdə repetitorların bu qədər artması hansı zərurətdən yaranır;müəllimləri dolanışığının zəifliyindən,yoxsa məktəblərdəki təhsilin aşağı olmasından?
-Ümumiyyətlə bütün dünyada repetitor sistemi var.Yaponiyada,Norveçdə,isveçdə,hətta təhsil sisteminin yüksək səviyyədə olduğu Finladiyada belə repetitor sistemi mövcuddur . Amma həmin ölkələrdə bu Azərbaycandakı qədər deyil.Orada sırf dərs zamanı nisbətən zəif təsir bağışlayan şagirdlər üçün əlavə dərslər keçirilir . Azərbaycanda isə bu kütləvi hal alıb.Çünki bizdə Təhsil sistemi həqiqətən də düzgün işləmir. Məktəblər bu gün 90 % təhsil vermir.
Məktəbdəki təhsil valideyni qane etmirsə o məcbur olub uşağını repetiror yanına qoyur.Bu gün məktəblərdəki sistemin ən pisi bir məktəbdə 20-30 nəfər şagirdin olmasıdır.Məsələn , müəllimin coğrafiya fənnini həftədə 2 dəfə 45 dəqiqə ərzində şagirdlərə effektiv tədris etməsi mümkün deyil.
Şagirdlərin dərs yükü hal-hazırda həddindən artıq çoxdur və fənlərin çox olmasından şagirdlər əziyyət çəkir.Bundan başqa qruplar üzrə fənlərin bölgüsü də səhv aparılır.Məsələn elə qrup var ki,orada riyaziyyatdan həm buraxılış,həm də qəbul imtahanında imtahan verilir ki, bu da absurdur. Mən təklif edərdim ki,məktəbdə ali məktəblərdəki ixtisas qruplarını ödəyəcək fənlər keçirilsin. Bu fənlərin sayını azaldar.Məsələn ,turizmi və iqtisadiyaatı seçən üçün coğrafiya,riyaziyyat ,ana dili,xarici dil olsa kifayətdir. Amma bu qrupa tarixi və digər fənləri əlavə etmək artıq bir şeydir.Hətta bu repetitorlarda dərs cədvəlinin tərtib olunmasında belə problem yaradır.
-Belə fikir də populyardır ki, də var ki,müəllimlər özləri dərsləri bilərəkdən zəif keçir ki,uşaqlar onun yanına hazırlığa gəlsin.
-Belə neqativ hallar olur,amma bunu bütün müəllimlərə şamil etmək olmaz.Həm də az maaş alan müəllimdən də keyfiyyətli dərs geçməsini tələb etmək düzgün deyil.
– Kurslar,yoxsa repetitorluq daha yüksək təhsil verir?
– Sumqayıtda repetitorlar kurslara baxanda daha yüksək səviyyədə tədris keçir,baxmayaraq ki,qiymətlər eynidir.Repetitor yanına gedənlər bir qayda olaraq ali məktəblərə qəbul zamanı daha yaxşı nəticə göstərir ki,bunun da səbəbi kurslardan fərqli olaraq repetitor yanında fərdi qaydada dərs keçilməsidir.Fərdi qaydada dərs almaq isə daha effektlidir,çünki hər tələbəyə xüsusi diqqət olur.Kurslarda isə orta məktəblərdə kimi ümumi dərs keçirilir.Kurslarda dəqiq vaxt bölgüsü olur;bir dərs 45 dəqiqə-1 saat.Müəllim bu vaxt kəsiyində nəyə vaxtı çatırsa onu deyir,çünki o getməlidir ki,artıq digər müəllim gəlib dərsini desin .Bu da çatıçmamazlıqlar yaradır.Repetitor isə əlavə vaxt ayırır tələbəyə . Ehtiyac yaranarsa tələbə qalıb başqa qrupla da dərsdə otura bilər.Yəni uşaqlara həm fərdi yanaşılır,həm də vaxt baxımından daha çox -2 saat dərs keçilir.Qazanc baxımından da repetitorluq daha sərfəlidir.Kurslarda dərs saatına görə maaş verilir,amma repetitor özü müəyyən edir qiyməti . Hal-hazırda təhsil sitemini ayaqda saxlayan məhz repetitorluqdur.Əgər repetitorluq yığışdırılsa təhsildə “t” hərfi belə qalmaz.Kurslar bu işin öhdəsindən təkcə gələ bilməz.
– Ümumiyyətlə məktəbdənkənar hazırlıq ümumuyyətlə normaldırdırmı və orta məktəblərdə təhsilin səviyyəsini necə qaldırmaq olar?
-Təbii ki, bu normal hal deyil. Elə bil təhsil evə gedib.Təhsili məktəbə daşımaq üçün təhsildə böyük islahatlara ehtiyac var.Ən birinci təhsilə ayrılan vəsaiti artırmaq lazımdır,yəni müəllimlərin maaşı qalxmalıdır. Orta məktəblər rəsmən pulsuzdur və təhsil yüksək olmadığından müəllimlərə də dövlət təərfindən maaş az verilir.Məktəblərdə pilot layihələr hazırlanmalıdır.Məsələn, şagirdlər orta məktəblərdə 8-9-cu siniflərəcən müəyyən biliklərə sahib olmalıdır,artıq 9-11-ci siniflərdə bir istiqamət üzrə seçim edilməlidir və şagirdlər getdiyi fənlərdən tədris keçməlidir.Digər fənlərdən dərs keçilrilməməsi daha məqsədəuyğun olardı.
– “İntellekt” tədris mərkəzində dərs metodikasının başqa yerlərdən fərqli cəhətləri nədir?
-Tədris üçün şükür Allaha ,bizim yaxşı şəraitimiz mövcuddur. Geniş dərs otağımız bütün coğrafi vəsaitlərlə , xəritələrlə, lazımi kitablarla ,digər inventarla təchiz olunub.Əlavə mətbəximiz belə var. Yəni ,hazırlığa gələnlərin rahat dərs almaları üçün hər bir şərait yaradılıb.Vəsait kimi özümün 3 il ərzində internetdən,çoxsaylı kitablardan yığıb tərtib etdiyim kitab vəsaitindən də istifadə olunur.Sosial fəaliyyətimiz də olur.Məsələn,yay vaxtı rayonlara gəzintilərimiz-turlarımız olur ki,uşaqlar bu zaman coğrafi məkanları öz gözləri ilə görürlər.Dərs gərginliyini,stressi atmaq üçün arada oğlan şagirdlərlə birlikdə futbol matçlarına da baxırıq.Bununla onlar bir növ sıxıntılardan uzaqlaşır,fənnə daha çox bağlanır.
-Hazırlığa yanınıza gələnlərin yaş həddi nə qədərdir?
-Əsəsən 9-11- ci siniflərdə oxuyanlar gəlir.Təbii ki,sərf ali məktəbə qəbula hesablandığına görə.9-cu sinifəcən bir qayda olaraq uşaqlar ixtisas seçimini müəyyənləşdirmirlər.
-Uşaqların coğrafiyaya marağı nə dərəcədədir?
-2-ci qrupda coğrafiya əsas fənn olduğu üçün uşaqlar bu fənnə böyük maraq göstərirlər.Bildiyiniz kimi 1 -ci qrup ,belə desək, mühəndislik qrupudur.2-ci qrup isə demək olar iqtisadiyyat qrupu,idarəetmə qrupudur.Hər iki qrupda riyaziyyatla coğrafiya ən əsas fənlər,necə deyərlər bal verən fənlər sayılır.Coğrafiya müəyyən mənada “xilaskar” fənn sayılır tələbələr üçün.Əgər uşaqlar riyziyyatda bir qayda olaraq çətinlik çəkirlərlərsə və onu o qədər də “sevmirlərsə” coğrafiya isə əksinə, maraq doğurur onlarda və bu fənni daha həvəslə öyrənirlər.
-İndəyəcən tələbələrinizin ali məktəblərə daxil olmaq baxımdan hansı nailiyyətləriniz olub.
-Ümumi -həm kurslarda ,həm də indiki -“İntellekt” tədris mərkəzinidəki fəaliyyətimi nəzərə alsam ,mən 2013-cü ildən repetirorluq fəaliyyəti ilə məşğulam.İndiyəcən 600-dən çox tələbəyə dərs demişəm. Coğrafiyanın hesabına daha çox bal yığıb ali məktəbə uğurla daxil daxil tələbələrimiz çoxdur.3 il ərzində repetitor kimi sırf özümün hazırladığı tələbələrin nəticəsi 100 faizdir,yəni universitetə qəbul olmayan,fərqi yoxdur,pulsuza daxil olub və ya pulluya,kəsilən uşaq yoxdur və bu mənim üçün çox böyük uğurdur.
Düzdür,keçid balı 200 olduğu üçün aşağı balla qəbul olanlar da var,amma bununla yanaşı yüksək bal toplayan tələbələrim də az deyil.Bu il şagirlərin bir çoxu 600 -dan çox bal yığıb.669 balla isə bir şagirdim-Səfərağa Cəbrayılov ADA Universitetinə qəbul olub.Bir dənə 700 balımız yoxdur,inşallah o da yeni sistemdə olar…
-Sovet dövrü müəllimlərə az qala müqəddəs varlıq kimi kimi baxırdılar.İndi isə bu heç də belə deyil,bir çox müəllimlər bu şərəfli bir peşəyə sırf qazanc ,iş kimi baxırlar. Mənəvi amillər müəllimlikdə nə qədər rol oynayır?
-Əlbəttə müəllim sənətinə sırf biznes kimi baxanlar da az deyil.Belələri düşünür ki,əsas hazırlığa gələn tələbə çox olsun və qazanc da çox olsun.Tələbənin isə oxuyub-oxumaması onları düşündürmür,əsas necə deyərlər kəmiyyət olsun,keyfiyyət olmasa da olar.Mən belə yanaşmanın qəti əleyhinəyəm.Bir çox hallarda repetitor uşaq zəif oxusa da onu qrupdan çıxartmır,çünki bu ona maddi baxımdan sərf etmir.Məndə belə hallar olanda ilk növbədə valideyni xəbərdar edirəm,sonra isə baqşqa yol qalmadıqda şagirdi dərsdən kənarlaşdırıram.Əgər uşaq açıq-aşkar oxumursa ,dərsləri yola verirsə niyə valideyn artıq xərc çəkməlidir.Özü də çox zaman bu pul çətinliklə qazanılır.Bunu valideynlərdə anlaşıqlı qarşılayır. Bəzi uşaqlar da var ki,valideyn qorxusundan,onların təzyiqi altında hazırlığa gedir.
Bəzən valideyn özü də uşağının ali məktəbə girə bilməyəcəyi ilə razılaşıb onu hansısa sənətin öyrənilməsinə yönəldir.Elə valideyn də olur ki, deyir ki,”qoy oxumasın,heç nə olmaz, amma hazırlığa getsin,mən öz atalıq borcumu yerinə yetirirəm,sonra böyüyüəndə deməsin ki,”atam məni oxutmadı”.Görün neçə şeylər olur cəmiyyətimizdə.Həm də qazandığım təcrübə , dioqnostik qiymətləndirmə artıq onu deməyə imkan verir ki,qarşımdakı uşaq ali məktəbə daxil ola bilər,yoxsa yox. Çox təəsüflər olsun ki,repetiroluqda da müəyyən pozuntular var.Elə repetitorlar var ki,güclü dərs keçə bilmir amma reklam , digər yollarla yanına uşaqlar cəlb edə bilir.Təbii ki, bu davamlı olmur, nəticələr aşağı olduqca uşaqlar da belə müəllimlərdən uzaqlaşır,amma yenə də onlar xeyli müddət fəaliyyət göstərə bilirlər.Ona görə də yaxşı olardı bu işlə bu işi bilənlər məşğul olsun.Amma açığı istərdim ki,hazırlıq orta məktəblərdə aparılsın.Müəllim elə dərs dediyi məktəbdə də repetitorluqla məşğul olsun.Məktəb bilk qazanılan yedən başqa həm də təlim-tərbiyə yeridir.Öz fəaliyyətimdə şagirdlərimin savad qazanmaqdan başqa mənəvi cəhətdən yüksəlməsinə ,sağlam düşüncəli ,dövlətinə ,vətəninə layiqlə xidmət edən vətəndaş kimi yetişməsinə çalışıram.
-Bu reallıqdır ki,ali məktəblərə bizdə kütləvi axın var,amma ali məktəbi bitirənlərin böyük əksəriyyəti normal iş tapa bilmir və ya ixtisasına uyğun işləyə bilmir.Hətta görürsən 2 ali təhsili olan taksi fəaliyyəti ilə məşğul olur və ya ticarətlə məşğul olur…
-Ümumiyyətlə Azərbaycanın təhsil sistemin ən böyük qüsurlarından biri ixtisas üzrə vakant yerlərin çox olmasıdır.Məsələn, müəllimliyi götürsək, hər il onminlərlə tələbə qəbul olunur ali məktəbə və o qədərə yaxın da tələbə ali məktəbi bitirir.Təbii ki,bu iş yeri baxımdan sıxıntı yaradır.Düzdür, dövlət müəllimləri rayonlara yönəltmək siyasəti yeridir,amma ümumi götürəndə işlə təmin olunanlar azdır.Avropa və ya Amerika təhsil sistemində isə universitetdə oxumaq istəyənlər dövlət strukturlarında özlərinə yer tutmaq istəyənlərdir.Yəni ,həmin universiteti qurtaranlar dövlət tərəfindən mütləq işlə təmin olunur.Bizdəki kimi daha müəllimlər işə qəbul üçün imtahan vermir, başqa sahələrdə də dövlət qulluğu üçün müsbiqə-filan keçirilmir.Yəni dövlət tərəfindən universiteti bitirənə tam təminat verilir ki,o dövlət işinə qəbul olacaq.Orda dövlətin proqramı var və nə qədər kadr lazımdırsa dövlət o qədər vakant yer təklif edir.
Dövlət özü tənzimləməlidir ki,ona nə qədər işçi lazımdır.
Həm də bizim cəmiyyətdə belə yanlış bir fikir var ki,”qonşunun uşağı oxuyursa mənim də uşağım oxumalıdır”. Sovet dövründən belə yanlış düşüncə qalıb ki,”lazım olamasa da belə qoy uşaq oxusun,diplomu olsun,ola bilər nə vaxtsa lazım olar” və ya bununla sadəcə fəxr edilir… Əlbəttə oxumaq birmənalı olaraq yaxşı şeydir və bizdə hər bir valideyn istəyir ki,övladı ali təhsil alsın.Elə buna görə də Azərbaycan dünyada savad baxımdan öncül yerlərdədir.90 faz bizdə oxuyub-yazma qabiliyyətinə malikdir. Avropada,ABŞ-da insanların çoxu texniki peşə kolleclərinə üz tutur.Sırf hanısa bir sənəti,sahəni öyrənmək üçün.Belə adam fikirləşir ki,”mən ali məktəbə daxil olmaq istəmirəm,çünki,mən dövlət işində işləmək istəmirəm,siyasətlə məşğul olmayacam,mən öz işimi qurmaq istəyirəm” və həmin ölkələrdə özəl sektorda iş yerlərinə təlabat çox olduğundan texniki kolleci qurtaranlar özlərinə rahatçlıqla normal iş tapırlar.Amma bizdə isə əksəriyyət dövlət işinə meyl edir.Bunun da səbəbi özəl sekrun dövlət işindən fərqli olaraq davamlı olmamasıdır.Biz görürük ki, xaricdə milyarderlər var ki,heç bir ali təhsilləri yoxdur.
-Bu problemdə dövləti günahlandırmaq lazımdır,yoxsa cəmiyyəti?
-Sistemi.Çünki cəmiyyət sistemin davamçısıdır.Dövlət sistemi hansı istiqamətdə qoyulursa cəmiyyət də o istiqamətdə gedir.Yaponiyada olan inkişafın əsas səbəbi təhsilə dövlət tərindən böyük önəm verilməsdir,ona böyük vəsait ayırmasıdır.Bizdə sistem belə qoyulub ki,11-ci sinifəcən şagird yaxşı oxuyur,amma universitetdə o qədər də oxumur.Halbuki ali məktəbdə tələbə təhsilni daha da artırmalı,biliyini genişləndirməlidir,ali məktəbdə araşdırmalar ,eksperimentlər aparılmalıdır,ixtiralar-filanlar edilməlidir.Amma bizdə bunun əksi baş verir;tələbə ali məktəbdə elə bil dincəlir.Yəni bizdə sistem tərsinə işləyir.
-Azərbaycan təhsili ilə Avropa təhsilinin fərqləri nədir?
Azərbaycan təhsil sistemi “kopyaçılıq”,sırf bilgi üzərində qurulub.Ona görə də bizdə ixtiraçılar az olur.İntelektual,ensiklopedik bilik baxımdan bizim şagird avropalı şagirdən üstündür,amma təcrübəyə,praktikaya,yaradıcılığa gəldikdə azərbaycalı tələbənin səviyyəsi çox aşağıdır.Laboratoriyalar məsələn, bizdə çox az saydadır.Bizdə uşaqların beyni elə bil fleş-kartdır,orda hər şey məlumat kimi qalır.Avropada isə coğrafiya ixtisasını qurtaran tələblər ali məktəblər tərəfindən xarici səfərlərə aparılır və bunun xərcini məktəb özü ödəyir.
-Maraqlı və fayadalı söhbətə görə təşəkkürlər!
-Siz də sağ olun!
Söhbətləşdi: İmran Kərimli
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 2024 21:42
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 2024 23:31
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 2024 15:51
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 2024 15:03
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 2024 14:46
- Zaman gələcək gənclərimiz Qərbi Azərbaycan Universitetində də təhsil alacaqlar...
21 noyabr 2024 15:41
- Azərbaycanda bu həkimlər qadınların lüt görüntülərini paylaşır
20 noyabr 2024 21:35
- NAR uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
20 noyabr 2024 20:46
- Günün mübarək, KƏLBƏCƏR
25 noyabr 10:40
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30