Xanım deputatın Hüseyn Abdullayevi müdafiə etməsinin təfərrüatları - Stenoqram
Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayevin həbs müddətinin uzadılmasının səbəbi ilə bağlı mətbuatda maraqlı məlumatlar yayılıb. Belə aydın olur ki, sabiq deputatla əlaqədə olan hər kəsin müəyyən olunması istiqamətində əsaslı iş aparılmaqdadır. “Yeni Müsavat” qəzeti (http://musavat.com/news/huseyn-abdullayevin-isinde-yeni-fiqurantlar_555529.html) yazır ki, Hüseyn Abdullayevlə Azərbaycanda vəzifədə olan məmur və deputatlarla bağlı araşdırma aparılır. Hüseyn Abdullayevlə bəzi deputatların, onların övladlarının əlaqələri haqda da dolaşan məlumatlar araşdırma predmetidir.
Hüseyn Abdullayev Azərbaycandan mühacirət edəndən sonra ən müxtəlif adlarla onun yanına gedib-gələn vəzifə sahibləri, onların yaxınları, hətta övladları olub. İstintaq vaxtı ilə Hüseyn Abdullayevi müdafiə edən şəxsləri də sorğu-suala çəkə bilər.
Xatırladaq ki, Hüseyn Abdullayev 2007-ci il martın 16-da parlamentdə deputat həmkarı Fəzail Ağamalıya hucum edib vurmuşdu. Bu olay o dövrdə böyük rezonans doğurmuş, ölkə rəhbərliyi məsələyə reaksiya vermək məcburiyyəti ilə üz-üzə qalmışdı. Həmin günlərdə xəbərlər dolaşırdı ki, Hüseyn Abdullayevi hərəkətə gətirən, ona himayəçilik edən o zaman Milli təhlükəsizlik naziri olan Eldar Mahmudovdur. Maraqlıdır ki, Hüseyn Abdullayevin deputat toxunulmazlığı məsələsi parlamentdə müzakirəyə çıxarılanda onu müdafiə edənlər də oldu.
“Yeni Müsavat”ın yazıdıqlarından belə aydın olur ki, hazırda həmin olaydan sonra Hüseyn Abdullayevi müdafiə edənlərlə bağlı da araşdırma aparılır.
Hüseyn Abdullayevi kimlər müdafiə edib?
Kim idi həmin şəxslər? Onunla Türkiyədə görüşən hansı deputatın, məmurun övladı olub?
Milli Məclisin saytında (http://www.meclis.gov.az/?/az/stenoqram/92) o vaxt keçirilən iclasların stenoqramları var.
Stenoqramların mətnindən aydın olur ki, 2007-ci il martın 19-da Hüseyn Abdullayevin toxunulmazlıq məsələsi müzakirəyə çıxarılanda səsvermədə iştirak edənlərin 79-u lehinə, 15-i əleyhinə olub, 5 nəfər bitərəf qalıb, bir deputat səs verməyib. Ümumilikdə parlamentin həmin iclasında 100 deputat iştirak edib. Nəticədə Hüseyn Abdullayevin toxunulmazlıq statusu haqda qərar qəbul edilib.
Parlamentdə 2 deputatın mövqeyi xüsusi ilə diqqət çəkib. Bunlardan biri o dövrdə deputat olan Ümid Partiyasının sədri İqbal Ağazadə, digəri isə Elmira Axundovadır.
Milli Məclisin 2007-ci il martın 19-da keçirilən iclasının stenoqramında yer alan digər deputatların çıxışından xanım deputatın fikirləri fərqlənir, olduqca maraqlı görünür. Elmira Axundova Hüseyn Abdullayevin addımlarını qeyri-siyasi hadisə kimi təqdim etməkdən belə çəkinməyib. Halbuki, o dövrdə Hüseyn Addullayevin hərəkətlərinin hansı siyasi məqsədlərə xidmət etdiyini, onun Eldar Mahmudovun diqtəsi ilə hərəkətə keçdiyini bilməyən yox idi. Belə bir vaxtda xanım deputat Hüseyn Abdullayevin xeyrinə danışıb, onun müdafiəsini yönəlik çıxış edib.
“Qorxuram ki, biz tələsək, düzgün qərar qəbul etməyək”
Elmira Axundovanın həmin iclasda söylədiklərini təqdim edirik:
“- Hüseyn Abdullayev həmin ifadələri, təhqirləri deyərkən burada hamını və Azərbaycanın siyasi elitasını təhqir etdi və bununla qeyri-əxlaqi hərəkətin bir zirvəsini göstərmiş oldu. Bundan o yana nə baş verir ki? Azərbaycanın söyüş leksikonunda bundan artığı varmı? Mən hesab edirəm ki, bu məsələdə hadisəyə fərdi, lokal bir müstəvidə yanaşanlar Azərbaycan üçün çox təhlükəli bir presedent təklif edirlər.
Mən Milli Məclisdə baş verən hadisəni pisləyir, onu mənfi qiymətləndirirəm. Hüseyn Abdullayev düz hərəkət eləməyib və şəxsən bizi, xanımları bu hərəkətlər sarsıdıb.
Bilirsiniz, mən ömrümdə çox şeylər görmüşəm. Müharibə vaxtı cəbhə bölgələrində gəzmişəm, od-alov, atışma altında müsahibələr götürmüşəm. 4 oktyabr və 17 mart hadisələrində birincilər sırasında Heydər Əliyevin yanında olmuşam. Mən heç vaxt qorxmamışam. Amma mən o gün qorxmuşam, qəhər məni boğmuşdu, indi də qorxuram. Mən qorxuram ki, biz tələsək, düzgün qərar qəbul etməyək.
“Hamınızı qəti qərar qəbul etməməyə çağırıram”
Mən sizin hamınızı bu gün qəti qərar qəbul etməməyə çağırıram. Hər halda Hüseyn Abdullayevi xalq seçib, ona etimad göstərib və xalqın əziz bayramı olan Novruz bayramı ərəfəsində tərəfimizdən belə sərt qərar verilməsi seçicilər tərəfindən də birmənalı qarşılanmayacaq. Mən Hüseyn Abdullayevin hərəkətinə haqq qazandırmaq istəmirəm. Amma mənə elə gəlir ki, biz bu məsələni parlament daxilində də müzakirə edə bilərdik. Biz bir ailəyiksə, öz qərarımızı özümüz verə bilərdik. Axırıncı xəbərdarlıq verə, tənbeh edə bilərdik. Amma deputat toxunulmazlığından məhrum etmək, məncə, çox sərt qərardır. Novruz bayramı ərəfəsində, bilirsiniz ki, insanlar adətən, bir-birini bağışlayır, barışırlar, səhvlərini etiraf edirlər və biz də səhvləri bağışlamağı öyrənməliyik.
“Bunu siyasi hadisə kimi qələmə vermək istəməzdim”
Burada düz deyilir ki, başqa parlamentlərdə də, elə bizim parlamentdə də vaxtı ilə buna oxşar hadisələr baş vermişdir. Biz televiziya ilə bunları izləmişdik. Amma buna görə heç kim onları deputat toxunulmazlığından məhrum etməyib. Mən nə təklif edirəm? Təklif edərdim ki, Hüseyn Abdullayevin hərəkəti pislənsin, bu barədə qərar qəbul eləyək. Biz onu Milli Məclisə çağırıb ondan xahiş edək ki, Milli Məclisdən və hökumət nümayəndələrindən üzr istəsin, yəni ona bir şans da verək. Əgər hamının qarşısında üzr istəməyi rədd edərsə, bizi eşitməsə, onda biz daha sərt ölçü götürə bilərdik. Yenə deyirəm, mən Hüseyn Abdullayevin hərəkətlərini pisləyirəm, hətta demək istəyirəm ki, onunla nə şəxsi dostluğum, nə də şəxsi münasibətim var. Əksinə, mənim onunla bir ilə yaxındır ki, toqquşmam gedir, o bilir nəyə görə. Mən bu barədə dəfələrlə yüksək instansiyalara, hətta Prezident Aparatına, İlham müəllimə də müraciət eləmişəm.
Mənim və Rəsul Rza küçəsində yaşayan bir sıra sakinlərin onunla toqquşması olub. Həmin toqquşma davan edəcək, amma bununla bərabər hamınızı tələsməməyə çağırıram, çünki bu birinci dəfədir. Doğrudan da, o birinci dəfədir belə hərəkət edir. Bilirsiniz, o, çox emosional adamdır, mən onu izləyirəm. Emosional və rus demişkən “neurovnoveşannıy” bir adamdır və mən istəməzdim ki, doğrudan da belə adamlar millət vəkili seçilsinlər. Mən istəməzdim ki, onun kimi emosional adamlar millət vəkilləri olsunlar. Amma onu kimsə seçib, onu xalq seçib. Bizim Milli Məclisdə belə adamlar az deyil. Mən istərdim ki, seçilməzdən qabaq millət vəkilləri bu barədə fikirləşsinlər. Gələcəkdə belə hallar olmasın, deyə mən çox istərdim ki, seçkilər ərəfəsində millət vəkilliyinə namizədlər xüsusi tibb komissiyasından keçsinlər və sağlamlıq haqqında arayış alsınlar. Bizim seçkilərimizdə bunlar olmayıb, təəssüflənirəm. Ona görə də biz belə hərəkətləri izləmişik və mənə elə gəlir ki, izləyəcəyik, parlamentdə biz buna dözməliyik. Bu, siyasi hadisə deyil və mən bunu siyasi hadisə kimi qələmə vermək istəməzdim. Sadəcə olaraq, mən bir qadın kimi xahiş eləmək istərdim ki, biz mərhəmətli, bir az dözümlü olaq. Onu birinci dəfə bağışlayaq və gəlsin, burada, hamımızın qarşısında xalqdan, bizdən üzr istəsin. Diqqətinizə görə təşəkkür edirəm”.
Hüseyn Abdullayev hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Bu onun 2-ci həbsidir. Deputat Fəzail Ağamalı ilə parlamentdə əlbəyaxa davasından sonra tutulan Hüseyn Abdullayev sonradan azadlığa buraxılmışdı. “Yeni Müsavat”ın həmin dövrlə bağlı “Mümkündür ki, o dövrdə parlamentdə Hüseyn Abdullayevi müdafiə etmiş deputatlar da məşhər ayağına çəkilsinlər”,- yazarkən ad çəkməməsi də maraqlı məqamlardandır.
Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci il aprelin 22-də Türkiyədə yaxalanaraq Azərbaycana gətirilib. Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri onun həbsi ilə bağlı birgə məlumat yayıb. Vergilər Nazirliyinin apardığı səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” Məhdud Məsuliyyətli Cəmiyyətdə 1 milyon 436 min manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməməsi faktı üzrə 2013-cü il iyunun 7-də Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il oktyabrın 3-də Hüseyn Abdullayevin ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.
Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 2018-ci il fevralın 14-də başlanan cinayət işi üzrə Hüseyn Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi "Araz-İnşaat” Açıq Səhmdar Cəmiyyətində onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Namiq İsmixan oğlu Babayev və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib. Eləcə də Hüseyn Abdullayevin dəfələrlə Namiq Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib.
Reyting.az
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 2024 15:51
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 2024 14:05
- Ağacan Abıyevin vəziyyəti pisləşdi - Xəstəxanaya qaldırıldı
20 noyabr 2024 17:18
- Onun evindən bir qılınc, iki tapança çıxmışdı... - Hüseyn Cavidi, Mikayıl Müşfiqi kim satmışdı?
18 noyabr 2024 23:35
- Bir araya gəlib gələcək nəsillərə sağlam bir planet ötürmək məsuliyyəti...
18 noyabr 2024 19:50
- Mirzə Cəlil onunla puluna görə evlənmişdi? - Həmidə xanımın çap olunmayan məktubu - İlk dəfə
16 noyabr 2024 20:40
- Prezident görüşlər keçirir - Fotolar - Yenilənib
14 noyabr 2024 15:08
- İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü
13 noyabr 2024 19:33
- Baba Pünhanın qızı: Mirşahin atamın üstünə gəlmişdi ki... - Müsahibə
11 noyabr 2024 21:16
- Prezident xalqa müraciət etdi, Bayraq Meydanında Azərbaycan Bayrağını ucaltdı (YENİLƏNİB)
8 noyabr 2024 18:54
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00