Vəzifəni MƏSULİYYƏT kimi qəbul edən icra başçısı

Mən az müddətdir, təxminən 4 ildir ki, ailə üzvlərimlə birgə Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində yaşayıram.
Suraxanıda doğulub-böyümüş, uşaqlığı-gəncliyi burada keçmiş sadə insanlarla söhbət zamanı onların dedikləri məndə maraq doğurdu:
“Sizdən fərqli olaraq bizim uşaqlığımız da, yeniyetməliyimiz də, gəncliyimiz də Suraxanıda keçib. Suraxanı son illərdə o qədər dəyişib, abadlaşıb ki, hətta biz özümüz bəzən Suraxanını tanıya bilmirik. Bütün bu işlərin görülməsində Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin, 1-ci Vitse prezident Mehriban xanım Əliyevanın və uzun müddətdir rayona rəhbərlik edən cənab İlqar Abbasovun rolu və zəhməti əvəzsizdir”.
Sözün düzü, yerli Suraxanı camaatının səmimi söylədikləri həm inandırıcıdır, həm də adama xoş təsir bağışlayır. Çünki onların Suraxanının icra başçısı hörmətli İlqar Abbasova vəkillik eləməyə qəti ehtiyacı yoxdur. Sadəcə onlar son illərdə doğma rayonlarında baş verən müsbət dəyişikliklərdən fərəhlə və ürəkdolusu danışırlar.
Söhbət əsnasında Qarabağ müharibəsi veteranlarından biri bildirdi ki, Suraxanı Bakının digər mərkəzi rayonlarından ( Səbail, Nərimanov, Nəsimi və s ) fərqli olaraq həm “kənd tipli rayon” olub ( inzibati vahidlərinin çoxu köhnə Bakı kəndləridir: Əmircan, Bülbülə, Zığ, Suraxanı ), həm də həmişə bir az gözdən uzaq düşüb: “Hətta sovet dövründə də Suraxanıya az diqqət ayrılıb. Paytaxtın mərkəzi rayonlarından fərqli olaraq Suraxanıda həmişə bir pərakəndəlik, dağınıqlıq, basırıqlıq, bir az natəmizlik olub. Və ən əsası odur ki, Suraxanı şəhərdən çox kəndə bənzəyib. Ona görə deyirik ki, Suraxanı son illər büsbütün dəyişdi, rayon indi sözün əsl mənasında şəhərə bənzəyir. İlqar müəllim icra başçısı gələndən sonra Suraxanıya məhz bir səliqə-sahman, təmizlik gəldi. Əvvəllər Suraxanının, Əmircanın küçələrində yeriyəndə adamın ürəyi sıxılırdı. İndi maşallah, bir genişlik, səliqə-sahman var, hiss edirsən ki, məhz şəhərin küçələri ilə gedirsən. Suraxanı heç 70 illik sovet dönəmində bu qədər abadlaşmayıb”.
Digər həmsöhbətim isə daha maraqlı bir fikir söylədi: “Bilirsiniz, dövlətimizin paytaxtı Bakının gözəlliyi və abadlığı təkcə mərkəzlə bağlı ola bilməz. Bakının “başı”nı bəzəməklə abadlığa və quruculuğa nail olmaq mümkün deyil. Axı, şəhər təkcə başdan ibarət olmur. Bunun qolları var, gövdəsi var...Bunlar hamısı gözəl olanda Bakıya abad və gözəl şəhər demək olar. Yoxsa Bakı başı gözəl, amma ayaqları əyri-üyrü, qolları zəif, gövdəsi eybəcər raxit orqanizmə bənzər. Çünki Suraxanı, Xəzər, Pirallahı, Sabunçu rayonları Bakının qollarıdır. Məhz bütün bunları nəzərə alan dövlət başçısı İlham Əliyev cənabları Bakıətrafı qəsəbələrin abadlaşdırılmasıı problemini gündəmə gətirdi. Ki, Bakı sözdə deyil, həqiqətən də gözəl olsun. Və dövlət büdcəsindən bu məqsədlə kifayət qədər vəsait ayırdı. Ancaq hər məmur Prezidentin xoş məramını uğurla icra edə bilirmi ?”
Doğrudan da, əsas məsələlərdən biri də yerində olan və olmayan kadr problemidir. Məmur yerində olanda cəmiyyətdə narazılıq yaranmır, cəmiyyət də razı qalır, ölkə başçısı da.
Ümumiyyətlə, kadr məsələsi, komanda problemi hər bir rəhbərin ən həssas yeridir. Düzdür, müstəqillik tariximiz cəmi 27 il olduğu üçün bizdə hələ kadr korpusu tam oturuşmayıb. Həm də dövlətçilik tərbiyəsi deyilən ciddi bir meyar var. Ona görə də ölkə başçısı bəzi yararsız kadrları vəzifəsindən uzaqlaşdırmaqla məmur korpusuna yeni bacarıqlı kadrlar gətirir. Ki, problemlər həll olunsun. Axı, dövlət başçısının ölkənin qarşısında duran problemləri təkbaşına həll etmək üçün ən azı fiziki imkanları çatmaz. Bu mümkün olan iş deyil. Ona görə də hər bir dövlət məmuru ölkə başçısının ona göstərdiyi etimadı ŞAN-ŞÖHRƏT kimi deyil, məhz MƏSULİYYƏT kimi başa düşməlidir. Ki, prezident mənim çiynimə məsuliyyət qoydu. İlqar Abbasov da vəzifəni məsuliyyət kimi qəbul edən məmurlardan biridir. Əlbəttə söhbət ediyimiz sakinlər mövcud problemlərdən də danışır, öz təkliflərini bildirirdilər.
Amma obyektivlik naminə onu da qeyd etməliyik ki, məmurun sehrli çubuğu-zadı yoxdur ki, bir dəqiqədə hamının illərlə yığılmış problemlərini həll etsin. Əslində bizim vətəndaşlar məmurlardan çox şey də ummurlar, sadəcə insani münasibət görmək istəyirlər. Belə insani münasibətləri son illər Suraxanı sakinləri rayonun rəhbərliyindən görür.
Bir daha qeyd edirəm ki, heç bir məmur hamının dərdinə çarə tapa bilməz. Amma ən böyük problem insana insan kimi yanaşmaq, onu dinləmək, probleminə şərik olmaqdır. Çünki məmurun borcu vətəndaşları qəbul etmək, onları dinləmək, qarşısındakını insan kimi qəbul etməkdir. Bu artıq bizim insanların problemlərinin həllinin yarısı deməkdir. Çox təəssüf ki, bu adi həqiqəti bəzi məmurlar başa düşmür. Ancaq bu problem Suraxanıda son illər öz həllini tapıb, cənab İlqar Abbasov sakinlərlə açıq görüşlər keçirir, vətəndaşları dinləyir və problemlərin həll olunmasına çalışır.
Həm də söhbət təkcə icra başçısının özündən deyil, eyni zamanda vətəndaşlarla işləməyi bacaran işgüzar komandasından gedir. Axı, icra başçısı az bir müddətdə bu qədər işi təkbaşına görə bilməzdi.
Yazının bu yerində yadıma bir neçə il əvvəl yenicə mühüm vəzifəyə təyin olunmuş bir dövlət məmurunun ilk tele-çıxışı düşdü. Həmin məmur deyirdi ki, Prezident mənə qəti şəkildə tapşırdı ki, “ get oranı düzəlt”. Aydındır ki, heç bir ölkənin rəhbəri, o cümlədən cənab İlham Əliyev rəhbərlik etdiyi ölkənin pis vəziyyətdə olmasını istəməz. Əksinə istəyir ki, ölkə inkişaf eləsin, abadlıq olsun, insanların rifahı yaxşılaşsın. Çünki ölkədə yaxşı və pis nə varsa ictimai rəydə və tarix qarşısında ölkə başçısının adına yazılır. Amma bəzi məmurlar prezidentin “get oranı düzəlt” tapşırığını öz xarakterlərinə uyğun olaraq, öz başa düşdükləri kimi icra edirlər.
Bu məqamda ölkə başçısı İlham Əliyev cənablarının bir sözü yada düşür: “Bəzi hallarda yerli icra orqanlarının nümayəndələri öz vəzifə borclarını yerinə yetirə bilmirlər. Onların özləri, yaxınları insanları incidirlər, yersiz hərəkətlər edirlər, özlərini təvazökar apara bilmirlər…
Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən mən”.
Bəli, cənab İlqar Abbasov da Prezidentin buyurduğu kimi vəzifəni MƏSULİYYƏT və XALQA XİDMƏT kimi qəbul edir.
Yazının sonunda hörmətli icra başçısına sakinlərin bir təklifini çatdırmaq istəyirik. Əslən Suraxanıdan olan və 22 yaşında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Əmi Məmmədovun büstünə layiqli bir məkan seçilsin.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 2025 16:21
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Məmməd Musayev yola salındı
15 aprel 2025 23:05
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 2025 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 2025 23:52
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24