Azərbaycanda bu analizin qiyməti 3 minə yaxındır

Hazırda ölkədə xeyli sayda qadın nikahdankənar uşaq dünyaya gətirdiyi üçün qarşı tərəfdən aliment tələb edə bilmir.
“Qafqazinfo” xəbər verir ki, onlar yalnız atalıq təsdiq olunduğu halda aliment iddiası irəli sürə bilər. Atalığı müəyyən etmək üçün isə mütləq DNT analizi aparılmalıdır. Bu xidmət pullu olduğundan əksər analar uşağın atasını sübut edə bilmir. Buna maddi imkanları çatmır.
Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi hüquq şöbəsinin əməkdaşı Seymur Məmmədov məsələylə bağlı bildirib ki, qanunvericilik uşağın atası olduğu iddia olunan şəxsdən DNT analizinin xərci əvvəlcədən alınmasına icazə vermir. Yəni ana uşağın atalığını müəyyən etmək üçün öncə özü vəsait tapıb, bu laborator analizi aparmaq üçün klinikaya müraciət etməlidir. Əgər atalıq təsdiqlənərsə, bu vəsait atadan alına bilər.
Hazırda paytaxtda fəaliyyət göstərən bir çox özəl klinikalarda atalıq testi götürülür. Ancaq bunun üçün bəzi nüanslar var. Uşağa atalıq testi etmək istəyən ailə klinikaya hüquqşunasla yaxınlaşmalıdır. Bu zaman onlar uşağın şəhadətnaməsi, ana və atanın şəxsiyyət vəsiqəsi və nikahdan öncəki arayış kimi sənədləri təqdim edərək terapevtlə görüşür. Test üçün nümunələr burada götürülərək Türkiyəyə göndərilir. Cavablar isə təqribi 1 ay müddətində bəlli olur. Testin qiyməti isə 1000-1500 manat arasında dəyişir.
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bildirib ki, ölkəmizdə DNT analizinin qiyməti 2-3 min manat aralığında dəyişir:
“Hansısa cinayət işi ilə əlaqədardırsa, bu zaman hüquq mühafizə orqanlarının qərarı əsasında DNT analizləri məhkəmə bioloji şöbəsində dövlət hesabına edilir. Əgər cinayət işi yox, mülki işdirsə, kimsə boşanırsa, evlənirsə, uşağın atalığı təyin olunmalıdırsa, onda bütün xərclər həmin şəxsin hesabına olunur. Bu, təqribən 2-3 min manat aralığında başa gəlir. Bizdə xəstəlik təyin olunmur, ancaq atalıq və şəxsiyyətin identifikasiyası”.
Vəkil Vasif İsrafilovun sözlərinə görə, hazırda ölkəmizdə DNT analizi ilə bağlı müraciətlərin sayı xeyli yüksəkdir:
“Atalığın müəyyən olunması ilə bağlı əvvəlcə məhkəməyə müraciət olunur. Əgər ata məhkəməyə gəlib uşağın ondan olduğunu boynuna almasa, iş genetik ekspertizaya göndərilir. Rəsmi nikah olmadığı halda məhkəmə analiz üçün sizdən evlilik haqda sənəd tələb edə bilməz”.
Maraqlıdır ki, məşhur alış-veriş saytı olan EBAY hətta DNT testi də təklif edir. Şirkət nəticələrin doğruluğuna 100% zəmanət verilsə də, qiymətlərin aşağı olması çox vaxt alıcılarda şübhə doğurur. Belə ki, testlərin qiyməti 7-500 dollar arasında dəyişir.
DNT analizi həm də sağlamlıqla bağlı bütün həqiqətləri ortaya qoyur. Çünki hansısa xəstəlik obyektiv səbəblərə görə özünü büruzə vermir. Müəyyən vaxta qədər onlar insan orqanizmində gizli olaraq qalmağı bacarır. Bu səbəbdən DNT diaqnostikası sağalmaz xəstəliklərin sonradan özünü büruzə verməsinin qarşısını almaq üçün çox xeyirlidir. Bu xəstəliklər sırasına isə altsgeymer, şəkərli diabet, kökəlmə, xərçəng, genetik mutasiyanın çətin forması, ürəktutmaları və sair daxildir". Lakin bu metod elmi aləmdə fikir ayrılığı da yaradıb. Bir sıra mütəxəssis bildirir ki, DNT-nin dəqiq diaqnostikası üçün texnologiya hələ bir qədər də təkmilləşdirilməlidir.
Son olaraq qeyd edək ki, qonşu Türkiyədə atalıq testi 1000 lirəyə (265 AZN) başa gəlir.
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 2025 23:21
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 2025 20:23
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 2025 00:54
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 2025 00:30
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 2025 19:50
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 2025 00:06
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35