Qarakənddə vertolyotu Qatır Məmməd vurub?
İdman5 sentyabr 2018 15:53

"Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov jurnalist Əvəz Zeynallının "Qaynar Qazan” layihəsinə müsahibəsində 1991-ci ilin 20 noyabrında baş vermiş Qarakənd faciəsinə - Azərbaycan siyasi xadimlərinin olduğu vertolyotun vurulması hadisəsinə toxunaraq, bir sıra ittihamlar səsləndirib.
Hacı Əbdül vaxtilə keçmiş batalyon komandiri, mərhum Qatır Məmmədlə (Yaqub Rzayev) həbsdə olarkən ondan sensasiyalı sözlər eşitdiyini bildirib:
"Qatır Məmməd dedi, "vertolyotu biz vurmuşuq”. O, belə danışanda mən şokdaydım ki, bu nə danışır? Dedi, "Tamerlan Qarayev bizə zəng elədi ki, "bir erməni vertolyotu filan vaxtı oradan uçacaq, siz onu vurmalısınız”. Qatır Məmməd deyirdi ki, vertolyot gəlib keçəndə biz onu vurduq. Vertolyot dağın döşünə düşəndə uzaqdan onu gülləyə tutduq. Sonra gəlib gördük ki, özümüzünkülərdir”.
Modern.az saytı məsələylə bağlı o zaman hacı Əbdülün dəstəklədiyi eks-prezident Ayaz Mütəllibovla əlaqə saxlayıb. A.Mütəllibov bunun heç də yeni söhbət olmadığını bildirib:
"Əslində Hacı Əbdülün dedikləri yeni deyil. Bu hadisə barədə bir neçə il bundan qabaq fikirlərimi soruşmuşdular. 1991-ci ildə baş verən Qarakənd faciəsi sonrası belə söhbət yayılmışdı. Hacının dedikləri kimi. Onun Qatır Məmmədlə görüşləri olub. O ki qaldı hadisənin Hacı Əbdülün dediyi formada həqiqət olmasına, yəni vertolyotun Qatır Məmməd tərəfindən vurulmasına, bunu iddia etmək bir qədər çətindir. Çünki həqiqəti cəmiyyətə çatdırmaq üçün fakt olmalıdır. Ortada isə fakt yoxdur. Amma bu söhbətlər olub. Hacı Əbdül bunları ürək ağrısı ilə danışırdı. Qatır Məmməd Ağdamda özünümüdafiə batalyonunun komandiri olub. Amma mən Qatır Məmmədlə görüşməmişəm”.
Hadisədən sonra iddialarla əlaqədar Tamerlan Qarayevlə görüşüb-görüşmədiyinə gəlincə, eks- prezident bunun baş vermədiyini söyləyib:
"Bu vaxta qədər Tamerlan Qarayev haqqında söhbətlər tükənmir. Vaxtaşırı gündəmə gətirilir. Amma dəqiq demək olmaz ki, Tamerlan Qarayevin Qarakənd faciəsindən xəbəri olub. Yəni deyə bilmərik ki, Tamerlan Qarayev faciədən öncə nələrisə bilib və qəsdən edib. Müxtəlif iddialara əsaslanıb dəqiq deyə bilmərik ki, "bu onun günahıdır, məsuliyyət də onundur”. 1991-ci ilin Qarakənd faciəsi zamanı artıq Moskvada idim. Həmçinin məsələ ilə bağlı Tamerlan Qarayevlə görüşüm də olmayıb”.
1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus "Mi-8” hərbi vertolyotu odlu silahla vurulub.
Hadisə nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları - dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər, millət vəkilləri həlak olublar.
Həmin hadisə baş verərkən Azərbaycanın prezidenti Ayaz Mütəllibov idi. A.Mütəllibov 1991–ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilmişdi. 1992-ci il martın 6-da istefa verib.
Oxşar xəbərlər
- Veysəloğlu Şirkətlər Qrupu, MŞ və TŞİİB-lə birgə jurnalistlər üçün araşdırma müsabiqəsinə start verdi
3 aprel 2025 16:02
- Mirvari Qəhrəmanlı prokurorluğa çağırıldı
27 mart 2025 21:44
- Onunla evlənməyən oğlanı öldürdü - Bakıda qadının ŞOK CİNAYƏTİ
26 mart 2025 02:08
- Yolda təkəri partladı, AAYDA-nı məhkəməyə verib təzminat aldı – Fotolar
25 mart 2025 20:05
- Bu ölkələrdə Novruz necə qeyd olunur? - Siyahı
25 mart 2025 00:06
- Qorxu və qisas
20 mart 2025 23:45
- Stalinin məktubları -Günəşin doğuşu- nu dayandırıb
11 mart 2025 15:21
- DSMF-nin vəzifəli şəxsi maşınla piyadanı vurub öldürdü
9 mart 2025 01:49
- Ədliyyə Nazirliyi son 2 gündə 41 obyekt icarəyə götürüb – Tam siyahı
7 mart 2025 01:15
- Tarlaları don vurdu: Bir həftə sonra qiymətlər 50% artacaq
27 fevral 2025 16:52
Xəbər lenti
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
06 aprel 17:10
Video & Fotoqalereya
Video
Fotoqalereya