Biznesmeni oğurlayıb 1 milyon dollar tələb edən İradə Rüstəmova kimlərlə əlbir olub?
Kriminal4 sentyabr 2018 15:57
Qazaxıstan hüquq-mühafizə orqanları bu ölkədə türkiyəli iş adamını oğurlamaqda şübhəli bilinən və axtarışda olan, Azərbaycanda yaxalanaraq ekstradisiya edilən İradə Rüstəmovanın işi ilə bağlı məlumat yayıb.
virtualaz.org xəbər verir ki, milliyətcə azərbaycanlı olan, ancaq Qazaxıstan vətəndaşlığı daşıyan qadın 2018-ci ilin iyul ayında bu ölkəyə ekstradisiya edilib. Hazırda o, Astana polisinin təcridxanasındadır.
Astana prokurorluğundan bildirildiyinə görə Rüstəmova əvvəlcədən bir qrup şəxslə əlbir olaraq adam oğurluğunda və hədə-qorxu yolu ilə xüsusilə iri məbləğdə pul tələb etməkdə şübhəli bilinir.
Belə ki, 2017-ci ildə Qazaxıstanda müvəqqəti yaşayan Türkiyə vətəndaşı Taner Aydın və onun birlikdə yaşadığı İradə Rüstəmova Astanada yaşayan türkiyəli biznesmen Dolğun Tepebaşı oğurlamaq qərarına gəliblər. Ər-arvad bu məqsədlə Elnur Rüstəmov, Baqdan Maqamadov və Bislan Dakayevləəlbir olublar. Onlara deyiblər ki, Tepebaşın 300 min dollar borcu var. Taner Aydın və İradə Rüstəmova bu adam oğurluğu cinayətinə habelə Vaqif Calalıyevi və Zemfira Fərhadovanı da cəlb ediblər.
Sonuncular 2017-ci ilin noyabrında biznesmenlə "Uzbeçka” kafesində iki dəfə görüşüblər və onu aldadaraq kirayə mənzilə aparıblar. Qapını Rüstəmova açıb. Onlar Tepebaşı döyüblər və əl-qolunu bağlayıblar, daha sonra "Volkswagen Touareg” avtomobili ilə Almata vilayətinə aparıblar. Biznesmeni Çemolqan stansiyasında kirayə götürülmüş evdə saxlayıblar.
Bundan sonra Aydın Tepebaşın Türkiyədə yaşayan qardaşından biznesmenin azad edilməsi üçün 1 milyon dollar tələb edib. Cinayətkar qruplaşmanın qalan iştirakçıları Rüstəmova istisna olmaqla bu haqda bilməyiblər və Tepebaşdan 300 min dollar borcunu qaytarmağı tələb ediblər. Tepebaşın heç bir borcu olmadığına əmin olandan sonra onu azadlığa buraxıblar.
Oğurlanmış biznesmen Elnur Rüstəmovu, Maqamedovu, Dakayevi, Calalıyevi və Fərhadovanı bağışlayıb. Cinayət işi tərəflərin barışmasına görə bağlanıb. Adam oğurluğunun təşkilatçısı Taner Aydın hazırda axtarışdadır. İradə Rüstəmova isə qaçıb Azərbaycanda gizlənibmiş. Onun barəsində beynəlxalq axtarış elan olunub.
Dolğun Tepebaş "Kaztur Texnik” şirkətinin baş direktorudur, bu şirkət ixtisaslaşmış tikinti işlərini yerinə yetirir. İyulun 30-da Qazaxıstanın Baş prokurorluğu İradə Rüstəmovanın Azərbaycandan ekstradisiya olunduğunu elan etmişdi. Lakin onun adı keçən cinayət işinin təfərrüatları məlum deyildi.
Oxşar xəbərlər
- Azərbaycanda ən yaşlı və ən GƏNC rektorlar (SİYAHI)
28 noyabr 2024 11:04
- O niyə İslamdan imtina etmişdi?
28 noyabr 2024 09:30
- Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?
28 noyabr 2024 09:07
- Tovuzda dəhşətli qəza: 5 hərbçimiz həlak oldu
27 noyabr 2024 22:55
- Milli Məclisin saxlanılmasına ayrılan vəsait açıqlandı
27 noyabr 2024 16:11
- Prezidentin rektor təyin etdiyi Kamilə Dadaşzadə kimdir? - DOSYE
27 noyabr 2024 15:54
- Merkel xatirələrini yazdı: 41 il əvvəl Azərbaycana niyə gəlmişdi?
27 noyabr 2024 15:45
- ABŞ və Türkiyə razılaşdı: F-35 təyyarələri...
27 noyabr 2024 00:09
- Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər
26 noyabr 2024 23:53
- NAR abunəçiləri üçün -İnternet Kredit - xidmətini təqdim edir
26 noyabr 2024 20:49
Xəbər lenti
- İlham Əliyev həmkarını təbrik etdi
28 noyabr 11:21
- Azərbaycanda ən yaşlı və ən GƏNC rektorlar (SİYAHI)
28 noyabr 11:04
- Deputat: - Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır-
28 noyabr 09:48
- O niyə İslamdan imtina etmişdi?
28 noyabr 09:30
- Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?
28 noyabr 09:07
- Bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib
28 noyabr 00:19
- AZAL-dan -Uçuran Cümə- kampaniyası: aviabiletlərə 30%-ə qədər endirim
28 noyabr 00:01
- Tovuzda dəhşətli qəza: 5 hərbçimiz həlak oldu
27 noyabr 22:55
- Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi
27 noyabr 21:31
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi
27 noyabr 21:13
- Deputat: - Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir -
27 noyabr 20:22
- Milli Məclisin saxlanılmasına ayrılan vəsait açıqlandı
27 noyabr 16:11
- Prezidentin rektor təyin etdiyi Kamilə Dadaşzadə kimdir? - DOSYE
27 noyabr 15:54
- Merkel xatirələrini yazdı: 41 il əvvəl Azərbaycana niyə gəlmişdi?
27 noyabr 15:45
- Etibar Əliyev: - Prezidentə təşəkkür edirəm, vəziyyətimi nəzərə aldı-
27 noyabr 15:36
- ABŞ və Türkiyə razılaşdı: F-35 təyyarələri...
27 noyabr 00:09
- Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər
26 noyabr 23:53
- NAR abunəçiləri üçün -İnternet Kredit - xidmətini təqdim edir
26 noyabr 20:49
- Əli Məsimli: - Korrupsiyaya, məmur özbaşınalıqlarına qarşı mübarizənin gücləndirilməsi...
26 noyabr 20:15
- Bu qidaları ağzınıza da atmayın: Çiy yeyildikdə öldürür
26 noyabr 19:54
- -Capital City- tikinti şirkəti obyektləri və yaşayış evlərini sakinlərin başlarına uçurmaqdan çəkinmir
26 noyabr 18:59
- Səyyad Aran: - A kişi, qurtarın da bunları -
26 noyabr 18:03
- Milli Məclisin iclası başladı: Dövlət büdcəsinin müzakirəsi davam edir
26 noyabr 12:06
- Qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapıldı
26 noyabr 12:00
- İsti qidalar xərçəngə səbəb olur - Diqqətli olun!
26 noyabr 11:00
- İlham Əliyev Trampa zəng vurdu
26 noyabr 10:35
- TƏCİLİ: Mingəçevir su anbarında ZƏLZƏLƏ
26 noyabr 10:22
- Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
26 noyabr 10:13
- Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı: 3-4 min manat tələb olunur, əgər bu davam etsə...
25 noyabr 21:39
- SON DƏQİQƏ! Hərbi ekspert Ədalət Verdiyev həbs edildi - SƏBƏB...
25 noyabr 20:57
Video & Fotoqalereya
Video
Fotoqalereya