İşıq ver, Baba müəllim, işıq ver…
Hadisə25 avqust 2018 14:33
Rüşvət və korrupsiyanın qarşısını almaq üçün ölkədə Asan Xidmət yaradıldı. Əsas sahələri də bu xidmətin nəzarətinə verdilər ki, əlavə problemlər yaranmasın, rüşvət olmasın və sairə. Amma deyir sən saydığını say, gör yerlərdəki harın məmurlar nə sayır. Nə Asan Xidmət, nə qanun, nə sənəd. Hamsı onlar üçün boş cəfəngiyyatdır.
İnsafən demək lazımdı ki, Asan Xidmət işini dəqiq, vaxtında və konkret şəkildə görür. Sənədləşdirir, qanuniləşdirir, əməkdaşları vətəndaşla normal davranır və sairə.
Qalır məsələnin həllinə ki, bunu da yerli qurumlar etməlidir. Yəni, icra etməlidir. Əslində nə baş verir? Problemi kim və niyə yaradır? Niyə insanları narazı edirlər? Bu kimə və kimlərə lazımdı? Qanuniləşdirilmiş, dövlət rüsumu ödənmiş xidmət niyə icra olunmur?
Neftçala rayonunda vətəndaş evinə elektrik enerjisinin çəkilişini həyata keçirmək üçün 5 dəfə ya Masallı, ya da Sabirabad Asan Xidmət Mərkəzlərinə getməldir.
Niyə? Çünki, vətəndaşa sənədlərini hazırlamaq üçün idarədə yalan vəlumat verilir. Bu sənədi apar, o sənədi gətir. O qaldı, bu səhv oldu və sairə. Ona görə belə edirlər ki, vətəndaş bezsin və sonda desin ki, ala bu rüşvəti özünüz həll edin. Faktiki olaraq rayonda belə hallar mövcuddur və bu işlə məşğul olan adamların konkret adlarını yaxın günlərdə açıqlayacam.
Nəhayət sənədləri həll edib, rəsmi ödənişi ödəyib işıq idarəsinə gedirsən ki, gəlib sayğac qoyub, enerji ilə təmin etsinlər, qaragünlü vətəndaş heç olmasa işıq görsün.
Əsl müsibətdə elə budur. Neftçala işıq idarəsində nə vətəndaşı dinləyən var, nə də sənədi qəbul edən. Ümumiyyətlə, sənədləri qəbul belə etmirlər, etmək istəmirlər.
Niyə? Çünki sənədin arasında “şirinlik” (rüşvət) yoxdu. Hər kəs öz kefi damağındadır. Vətəndaşın 5 qəpik də qiyməti yoxdur bu idarədə. Rəsmi ödənişi edib 15 gün gözləyirsən ki, bəlkə gəlib sayğac qoydular. Yenə səs soraq yoxdu. İşin ən qəribə tərəfi də var. Problemin həlli üçün “Azərişıq”a müraciət edirsən və qurum dərhal araşdırmağa başlayır. Amma yenə də nəticə yoxdur. Yenə Neftçala işıq idarəsindən kimsə maraqlanmır ki, nə olub, nə baş verib.
Belə çıxır ki, bu idarə müdirinə və ya onun satış şöbəsinin rəhbərinə “Azərişıq” ASC-nin sədri Baba Rzayev xahiş etməldir ki, sənədləri qanuni olan vətəndaşa sayğac qoysunlar? Mən inanmıram ki, onlar Baba Rzayevi də eşitsinlər.
İşın ən gülməli tərəfi odur ki, Neftçala işıq idarəsinin başbilənləri özlərini sudan quru çıxarmaq üçün əsaslandırmağa çalışır ki, ödəniş başqa bankda ödənilib. Bu lap biabırçı və gülüncdür. Heç olmasa elə səbəb gətirin ki, gülüş obyekti olmayın. Əvvəla Asan Xidmətin bankı yoxdu. Diğər tərəfdən də qəbzin üzərində açıq görünən möhürdə yazılıb ki, “Kapital Bank” Masallı şöbəsi. Masallı Asan xidmət mərkəzinin 2-ci mərtəbəsində Kapital Bank-ın filialı yerləşir. Ödənişlər də burda edilir. Bu sadəcə biabırçılıqdı, utancdır. Niyə belə deyirlər? Bunun da səbəbi var. Çünki rayon işıq idarəsindəki “alim”lərə yaxınlaşıb sənədləri təqdim etmək istəyirsən, baxmırlar, eşitmirlər, dinləmirlər. Vətəndaşı heç saya saymırlar. Nəticədə də özlərini gülünc vəziyyətə qoyub gülməli arqumentlər gətirirlər. Beləcə, günü-günə calayıb vətəndaşı ışıqsız qoyurlar, Baba Rzayevin qarşısında “hər şey normaldı” deyib xal qazanırlar. Amma heç də heç nə normal deyil yoldaş Rzayev. Sizin Neftçala rayonundakı işıq idarəsinin yeni rəhbərliyi, köhnə idarə müdiri Vurğun Şirəliyevin yolunu gedir, işləmir, xidmət göstərə bilmir.
İllərdir ölkə mətbuatı yazırdı ki, ölkənin enerji sektorunda problemlər var. Dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait aidiyyatı üzrə xərclənmir. Bəzən mətbuat nümayəndlərini topa tuturdular ki, cəfəng yazırlar, böhtan atırlar və sairə. Amma bir ay əvvəl “Azərenerji” rəhbəri Etibar Pirverdiyevin fəaliyyətsizliyi nəticəsində bütün ölkə qaranlığa qərq oldu. İki gün Azərbaycanı qaranlıq bürüdü.
Eyni vəziyyətlə nə zamansa “Azərişıq”da rastlaşacaq. Eyni aqibəti Baba Rzayev də yaşayacaq. Çünki, yerlərdəki idarələrin rəhbərləri işləmir, işləyə bilmir, öz səhvlərini vətəndaşın böynuna yükləməyə çalışırlar. Ölkənin enerji sektoruna milyardlar ayrılıb ki, vətəndaşlar fasiləsiz enerji ilə təmin olunsunlar. Amma və lakin bu gün sənədləri qaydasında olan, ödənişini 15 gün əvvəl etmiş bir vətəndaş evinə işıq çəklişini həyata keçirə bilmirsə, demək ki, bu sistemdə boşluq var və bu bir gün özünü ciddi şəkildə göstərəcək. O zaman Etibar Pirverdiyev kimilər müşavirədə başını aşağı salıb bütün xalqdan üzr istəyəcək ki, canını həbsdən, məsuliyyətdən qurtarsın. Yenə təkrar edirəm, yerlərdə işıq idarələrinin müdirləri, əməkdaşları vətəndaşlara normal xidmət göstərə bilmir, eşitmir, dinləmir, saymazlıq edir.
Ona görə də, prezident İlham Əliyevin etimad göstərib bu vəzifəyə layiq bildiyi “Azərişıq” ASC-nin rəhbəri Baba Rzayevə üzümü tutub deyirəm- Yoldaş Rzayev – sənədləri qanuni olan, dövlət rüsumu 15 gün əvvəl ödənmiş, kabelini, işıq dirəyini özü almış, yerə bərkitmiş, bütün təhlükəsizlik tələblərini gözləmiş vətəndaşa işıq ver, işıq. İşıq ver ki, onun da övladı, oxusun, yemək yesin, yaşasın, sabahın əsgəri olub vətənin keşiyində dursun, ac, susuz qalmasın, işıqsız qaranlıqda yaşayıb qorxaq böyüməsin, qaranlıq həyatı seçməsin, psixoloji gərginlik yaşamasın, vətənə, dövlətə, millətə sevgi, sayğı ilə böyüsün. Qaranlıqda böyüyən, kitab oxumayan, televizor seyr etməyən uşaqdan gələcəkdə normal insan formalaşmaz. Anlayın, başa düşün, yoldaşlar. Sənədləri qaydasında ola-ola işıqsız qalan o evdə gələcəyin əsgəri, alimi, ziyalısı, hərbçisi böyüyür.
İşıq ver, Baba Rzayev, işıq ver…
Bizimxeber.Az
Oxşar xəbərlər
- Şaxta baba iş adamını güllələdi - FOTO
3 yanvar 2025 14:21
- NАR Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb
1 yanvar 2025 22:02
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 2024 18:34
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 2024 21:25
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- Heydər Əliyev onun üçün göstəriş verdi, övladı olmadı, 29 yaşında... – Xeyransa Məmmədova
15 dekabr 2024 16:23
- Zeynəb Xanlarovanın yeni ildə çıxışı olacaq
6 dekabr 2024 00:18
- Hüseyn Cavidin anım günüdür. Cavidin baş hissəsini məzardan çıxarıb alnından öpdüm.. - Fotolar
5 dekabr 2024 21:56
- TERMENDİZM NƏDİR? - Sabiq millət vəkili Etibar Əliyev
3 dekabr 2024 12:12
- Korrupsiya qarşı Mübarizə Komissiyasının sədri Ramiz müəllim özü Ostrovskini oxuyubmu ?
17 dekabr 2024 18:31
Xəbər lenti
- Ərdoğan Azərbaycana yeni səfir təyin etdi (FOTO)
11 yanvar 12:29
- 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
11 yanvar 12:14
- İsа Qəmbərdən incimişəm
11 yanvar 00:11
- DİM-dən Eldаr Mahmudova bağlı olduğu deyilən şirkətə 17 minlik sifariş
11 yanvar 00:01
- Tez-tez kartof yeyənlərə BƏD XƏBƏR
10 yanvar 23:42
- Professor İlham Rəhimov Putinlə necə tanış oldu? - AÇIQLADI
10 yanvar 22:55
- Azərbaycan etibarlı tərəfdaşdır - Millət vəkili Azər Allahverənov
10 yanvar 22:26
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi
10 yanvar 21:31
- Azərbaycanlı şagird dünya birincisi oldu
10 yanvar 21:15
- Sahil Babayev Samir Şərifovu əvəzləyəcək
10 yanvar 20:16
- Azərbaycanda general-mayor işdən çıxarıldı - FOTO
10 yanvar 19:41
- İqtisadi və sosial inkişaf yanbayan getməlidir - Millət vəkili Əli Məsimli
10 yanvar 18:19
- Samir Şərifovdan ilk açıqlama
10 yanvar 17:52
- Məktəblini döyən sabiq məmur namizədlikdən GERİ ÇƏKİLDİ
10 yanvar 15:11
- İcra başçısı Lütvəli Babayevin oğlunun MƏHKƏMƏSİ
10 yanvar 14:36
- Prezidentdən Samir Şərifovla bağlı SƏRƏNCAM
10 yanvar 14:00
- Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər
10 yanvar 13:23
- Nazir postundan çıxarılan, Baş nazirə müavin təyin olunan Samir Şərifovun DOSYESİ
10 yanvar 13:11
- Yollardakı tıxac probleminin həlli məsələləri
09 yanvar 23:05
- Erməni bloger 31 illik sirri açdı: heç yerdə getməyən mühüm VİDEO
09 yanvar 22:13
- Putin bizi də, Əsədi də aldatdı...
09 yanvar 21:25
- Çində yayılan virusun çarəsi TAPILDI – Bu vitamini qəbul edənlər yoluxmur
09 yanvar 21:18
- Məhkəmə prezidentin qızı Gülnarə Kərimova ilə bağlı qərar verdi
09 yanvar 20:50
- Bаkıdа narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb
09 yanvar 20:27
- Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus klinikadа nələr .....
09 yanvar 17:46
- Naxçıvanda gömrükdə 273 MİLYON manat mənimsənilib
09 yanvar 17:08
- Paşinyanın Azərbaycanla sülhə dair - Təklifləri
09 yanvar 16:27
- İlyas İsmayılov reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdı
09 yanvar 15:53
- Bizi meşədə ağaca bağlayıb zorlayırdılar - Bakıdan Moskva gedən qadınların işinin TƏFƏRRÜATI
09 yanvar 15:04
- Putinin fərmanı Rusiyadakı azərbaycanlılara hansı problemləri yarada bilər? - AÇIQLAMA
09 yanvar 14:48
Video & Fotoqalereya
Video
Fotoqalereya