Nadir Qocabəyli İlham Əliyevə müraciət etdi
Tanınmış yazıçı-tərcüməçi Nadir Qocabəyli prezident İlham Əliyevə və digər rəsmi şəxslərə müraciət ünvanlayıb. Müraciəti olduğu kimi dərc edirik.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
Ədliyyə naziri cənab Fikrət Məmmədova
Daxili işlər naziri cənab Ramil Usubova
Meqa Sığorta ASC idarə heyətinin sədri xanım S.Gülmalıyevaya
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün media qurumlarına
AÇIQ MƏKTUB
Hörmətli cənablar!
2017-ci il avqust ayının əvvəlində, sığorta agenti kimi tanıdığım və 2016-cı ildə mənə məxsus 90 BR 139 nömrə nişanlı Opel Astra markalı avtomobili AtaSığorta şirkətində icbari sığorta etdirən İsmayılov Cəbrayıl İsa oğluna sığortanı yeniləmək məqsədilə 75 manat pul verdim. Bir gündən sonra Meqa Sığorta ASC-yə aid sığorta şəhadətnaməsini və emblemini gətirib mənə verdi. Onu tanıdığım, sığorta emblemini də sığortanın əsas atributu hesab elədiyim üçün müqaviləyə və qəbzə diqqət etmədim.
Təxminən 20 gün qabaq sükan arxasında təhlükəsizlik kəmərini taxarkən, YPX əməkdaşları məni saxlayıb, 40 manat cərimə yazdılar. Onlara kəməri taxmağı unutduğumu söyləsəm də, qulaq asmadılar. İrad bildirdim ki, sizin vəzifəniz təkcə hər şeyə, xüsusilə də, qüsurunu anlayıb onu dərhal aradan qaldıran sürücüyə cərimə yazmaq yox, qanun pozuntularını aradan qaldırmaq olmalıdır. Cəmiyyəti, insanları tərbiyə etmək, qayda-qanuna dəvət etmək ancaq cəzadan və cərimədən keçmir. Bağışlamaq, əfv etmək, güzəştə getmək, mükafatlandırmaq da lazımdır ki, vətəndaşlar dövlətə ancaq cəza aparatı kimi baxmasınlar. Nə isə, bu başqa bir söhbətin mövzusudur...
YPX əməkdaşı cərimə kağızını mənə verərkən, daha 210 manat borcum olduğunu söyləyəndə xeyli təəccübləndim. Çünki qayda-qanunlara hörmət edən bir insan olaraq, onları heç vaxt şüurlu surətdə pozmuram. Əlbəttə ki, diqqətsizlik, məlumatsızlıqla bağlı nadir hallar istisna olmaqla.
Bu ayın əvvəlində qonorarımı alan kimi, cərimələrin mahiyyətini aydınlaşdırmaq və ödəmək üçün bəzi yoldaşların məsləhəti ilə Bakı şəhər DYP idarəsinə getdim. Orada 3-4 qapıya girib-çıxandan sonra məlum oldu ki, respublika Dövlət Yol Polisinin Xırdalan şəhərində yerləşən baş idarəsinə getməliyəm.
Orada məni 403-cü otaqda çox saymazyana qarşılayan polis əməkdaşları “250 manat nədir ki, camaatın 3-4 min cəriməsi olur” dedilər. Onlara izah etdim ki, mən o adamlardan deyiləm.
Polis əməkdaşları kompüterə baxıb mənə bildirdilər ki, sizə məxsus avtomobil 2017-2018-ci illər üçün sığorta olunmayıb, bu səbəbdən də DYP-yə aid radar kameraların obyektivinə düşmüsünüz. Dəhşətə gəldim. Bu necə ola bilər axı? Mənim əlimdə müqavilə, maşınımda Meqa Sığortanın emblemi var. Cavab verdilər ki, olsaydı, radarlar belə səhvə yol verməzdilər. Soruşdular ki, Baxşəliyev Tahir Tərlan oğlu kimdir? Dedim ki tanımıram? Bəs Mirzəyev Ağamirzə Ələmdar oğlu? Onu da tanımıram. Siz maşınınızı bu adamlara notarius etibarnaməsi ilə vermisiniz? Xeyr, mən ümumiyyətlə avtomobilimi heç vaxt heç kəsə etibar etməmişəm. Amma burada göstərilir ki, vermisiniz. Verməmişəm! Bunu sübut etmək lazımdır. Necə? Notariusdan arayış gətirməklə. Hansı notariusdan? Bilmirik. Kompüterdəki məlumatların mənə verilməsini xahiş etdim, monitorun şəklini telefonla çəkə biləcəyimi söylədilər. Telefonumun girişdə müsadirə olunduğunu bildirib, print etmələrini xahiş etdim. Cavab verdilər ki, printer işləmir, ancaq yaşadığım rayonun DYP-sinə müraciət etsəm, bildirişləri ala bilərəm. Yalnış məlumatları kompüterdən necə silməyin mümkünlüyünü soruşdum, cavab verdilər ki, yalnız sığorta idarəsindən və notariusdan gətirəcəyim arayış əsasında mümkün ola bilər.
Ertəsi gün Suraxanı bölməsinə müraciət etdim və cərimələrin bildişlərini mənə verdilər. Çox kübar qarşılamasalar da, özlərini Bakı və respublika DYP-dəkindən xeyli sadə apardılar və onlardan daha detallı məlumat ala bildim. Mənim avtomobilimə həqiqətən 250 manat cərimə yazılmışdı. 250 manatlıq cərimənin yalnız ikisi – kəmərlə bağlı yazılan 40 manat, bir də sürət həddini aşmaqla bağlı yazılan 10 manat mənim adıma rəsmiləşdirilmişdi, qalan 200 manat Bakı şəhər, Ə.Qədirli küçəsi. 3/9 ünvanında yaşayan Baxşaliyev Tahir Tərlan oğlunun (sənəddə yazıldığı kimi yazıram) adınadır. Təəccübləndiyimi görən bu polis əməkdaşı da məndən avtomobilimi etibarnamə ilə kiməsə verib-vermədiyimi soruşdu. Cavab verdim ki, heç vaxt belə bir şey olmayıb. O bunu eşitdikdən sonra kompüterin monitorundakı yazıları oxumağımı xahiş etdi. Orada qeyd olunmuşdu ki, mənə məxsus 90 BR 139 nömrəli Opel Astra markalı avtomobili 2012-ci il aprel ayının 9-da Mirzəyev Ağamirzə Ələmdar oğlu etibarnamə ilə Baxşaliyev Tahir Tərlan oğluna dövr edib. Etibarnaməni Bakı şəhər 6 saylı dövlət notariusu verib.
Üz tutdum Meqa Sığortaya. Məlum oldu ki, İsmayılov Cəbrayıl İsa oğlu məndən pul alsa da, sığorta şirkətinə ödəməyib və mənə saxta müqavilə, bir də emblem verib. Şirkətdə onu da dedilər, emblem sadəcə reklamdır və bundan başqa heç nə ifadə etmir! Onlara inanmadım. Mənimlə söhbət edən şirkət əməkdaşı dedi ki, hazırda İsmayılov Cəbrayıl İsa oğlu onlarla əməkdaşlıq etmir və çoxlu adamı aldadaraq ölkədən qaçıb. Ona görə də, mənə dəyən ziyanı ödəyə bilməzlər. Soruşdum ki, bəs niyə onun haqqında hüquq-mühafizə orqanlarına məlumat vermirsiniz? Axı onun hərəkətləri şirkətinizin imicinə ziyandır. Cavab belə oldu ki, yazılı şikayət yoxdur. Əgər çox sayda adam yazılı ərizə ilə müraciət etsə, bunu edərlər. Mən onlara şikayət ərizəsi yazdım.
Yaxşı, bəs avtomobil icbari sığorta olunmadığına görə niyə 4 dəfə cərimə yazılıb? Cavab belə oldu: cərimələrlə bağlı bildirişlər Baxşəliyev Tahir Tərlan oğlunun ünvanına göndərilib və vaxtında ödənmədiyi üçün qanundakı müvafiq qaydaya əsasən yenidən göndərilib. Beləcə, 4 dəfə təkrarlanıb, cərimə də olub 200 manat.
Artıq axşam düşdüyündən və yorulduğumdan, 6 saylı notariusa getməyi növbəti günə saxladım. Ertəsi gün 6 saylı notariusun arxivindən çıxarılan sənəddən məlum oldu ki, Mirzəyev Ağamirzə Ələmdar oğlu həqiqətən 90 BR 139 nömrə nişanlı avtomobili 2012-ci il aprel ayının 9-da etibarnamə ilə Baxşaliyev Tahir Tərlan oğluna dövr edib. Etibarnamənin seriyası və nöməsi belədir: ƏN – III № 713786. Lakin avtomobil Opel Astra yox, “Mersedes Bens”dir. Notariusun əməkdaşları xeyli çək-çevirdən sonra, belə qərara gəldilər ki, mexaniki səhv olub və bir həftə ərzində bunu sistemdə düzəldəcəklər.
Ya da dövlət yol polisi 2008-ci ildə mənə verilən nömrə nişanının saxta dublikatını başqa maşına verib. Bu maşın oğurluq da ola bilər. Araşdırılmalıdır. Əgər belə olsa, bu çox pisdir. Deməli, ölkədə maşın oğurluğu ilə məşğul olan cinayətkar dəstə var, həm də yol polisi və notariusla əlbir işləyirlər. Bu mənim fikrimdir.
6 saylı notariat kontorunun notariusu İmanov Ərəstun Loğman oğluna bildirdim ki, sizin səhviniz ucbatından mən 150 manat əlavə cərimə ödəməliyəm. Çünki bu “xəta” olmasaydı (xəta olub-olmadığı məncə araşdırılmalıdır) icbari sığortanın ödənilməməsi haqda ilk bildiriş mənim ünvanıma gələcək və vaxtında tədbir görəcəyimdən, 4 dəfə təkrar cərimə ödəməyə məcbur olmayacaqdım. Ona görə də, cərimənin 150 manatını siz ödəməlisiniz. Dərhal cığallığa keçdi, əsəbləşib özündən çıxdı və heç bir şey ödəməyəcəyini dedi. Dedim, ödəmirsiniz-ödəməyin, onda ya səhvinizlə bağlı arayış, ya da həmin etibarnamənin surətini verin ki, DYP-yə təqdim edim. Heç nə verməyəcəyini dedi, mən də ona ədliyyə nazirliyinə və prezidentə şikayət edəcəyimi, məhkəmə iddiası qaldıracağımı söylədim. İmanov Ərəstun istənilən yerə müraciət edə biləcəyimi söylədi. Ancaq məncə o, başçılıq etdiyi idarənin səhvinə görə vətəndaşdan üzr istməli və vurulan ziyanı ödəməliydi. Təəssüf ki, bu olmadı.
Bu gün məcbur qalıb, ölkədə fəaliyyət göstərən üç qurumun məsuliyyətsiz, vicdansız, qanunsuz, səriştəsiz, nadan, kobud və mənəviyyatsız hərəkətləri nəticəsində üzərimə qoyulan qanunsuz, haqsız və ədalətsiz cəriməni ödəməli oldum. 250 manat mənim ailəmin yarım aylıq dolanışıq, güzəran puludur. Mən o pulu ağır zəhmətlə, çox çətinliklə qazanıram. 250 manat mənim üçün 50 səhifə tərcümə, 10 gün gündə 10-12 saat işləmək deməkdir. Mən o pulun yerini doldurmaq üçün evimdən nəsə satmalıyam, boynumu büküb ərzaq mağazasından nisyə mal almalıyam, səsimi qısıb kimdənsə borc istəməliyəm. Mən həm də düz 3 gün idarə və müəssisələrə ayaq döydüm, 3 gün işləmədim, boş yerə yolpulu verdim.
Mən o cəriməni həm də bu gün ona görə ödədim ki, avtomobilimi satmaq istəyirəm, alan adamın əziyyət çəkməsini istəmirəm. Avtomobilimi ona görə satıram ki, artıq hər gün 10-12 saat işləməklə yaşamaq mümkün deyil, artıq o avtomobili sürmək, onun xərclərini, haqsız cərimələrini ödəmək ağır problemə çevrilib. Ona görə satıram ki, bu ölkənin ziyalısı, onun ailəsi köhnə və miskin bir avtomobilin satışından gələcək miskin bir vəsaitlə mövcudluğunu bir az uzatmaq istəyir. Mən o 250 manatı heç kəsə halal etmirəm. Üç gündə təxminən itirdiyim 100 manatı da. Onu zorla dartıb əlimdən alanların burnundan gəlsin deyirəm və əminəm o gün uzaqda deyil!
Hörmətli cənab prezident!
Hörmətli nazirlər!
Hörmətli idarə-müəssisə, şirkət rəhbərləri!
Yuxarıda haqqında yazdığım hadisə bu ölkədə təkcə mənim başıma gəlmir. Bu ölkənin hər bir vətəndaşı hər gün bundan qat-qat dəhşətli şeylərlə üzləşir. Aldadılır, təhqir olunur, soyulur, tikəsi əlindən alınır, alçaldılır. Sizdən çox xahiş edirəm, bunlara son qoyun! Bu mümkündür! Bunu etmək, bu kiçik ölkədə yaşamaq üçün heç olmasa minimum şərait yaratmaq olar. Sizdən çox xahiş edirəm, xalqın qayğısına qalın. Harın, fırıldaqçı, yekəxana, nadan, kobud məmurları cilovlayın. Bu da mümkündür. Vallah, mümkündür. Onlar bu ölkəni də, bu xalqı da, onun rəhbərlərini də rüsvay edirlər. Çox xahiş edirəm, DYP-nin 403-cü otağında oturanları, 6 saylı notariusları, ərəstunları, cəbrayılları cəzalandırın!
Hörmətlə, yazıçı-tərcüməçi Nadir Quliyev (Qocabəyli)
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 2024 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 2024 20:27
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 2024 12:05
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 2024 21:29
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 2024 20:24
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 2024 17:37
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41