Fuad Muradov Ukraynadakı diasporu barışdırdı

Diasporalarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov ilk böyük addımını atıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Avropa turnesinə çıxan komitə sədri Almaniya səfərinin ardınca Ukraynaya gəlib. Məlum olduğu kimi, Azərbaycanlıların ən çox yaşadığı ölkə olan Ukrayna həm də tarixən bu ölkədə güclü diasporası ilə tanınıb. Son beş-altı ilə qədər Ukraynadakı Azərbaycan diasporu dünyanın ən güclü diasporalarından biri sayılıb.
Lakin keçmiş komitə sədri Nazim İbrahimovun dönəmində həm də onun birbaşa təşkil etdiyi intiriqalarla bu ölkədəki Azərbaycan diasporu paramparça vəziyyətə düşmüşdü. Demək olar ki, son 5-6 ildə iki böyük hissəyə bölünərək Rövşən Tağıyevlə Hikmət Cavadovun ətrafında birləşən Ukrayna Azərbaycanlıları Konqresi ilə Ukrayna Azərbaycancılıların Birləşmiş Təşkilatı Azərbaycanın bu ölkədəki səfirliyinin yaratdığı üçbucaqla konkret bir-birini didmək, ziddiyyəti və parçalanmanı daha da dərinləşdirməklə məşğul olurdular.
Fuad Muradov isə komitə sədri təyin olunandan sonra bu ölkəyə ilk səfərlərindən birini edib. Dünən və bu gün Azərbaycanın da bu ölkədəki səfirinin və sözügedən diaspor təşkilatlarının iştirakıyla gərgin müzakirələr aparılıb. Dünən nəticəsiz başa çatan görüş bu gün Fuad Muradovun təkidi ilə yenidən baş tutub. Tədbirdə əsas münaqişə tərəfləri olan Rövşən Tağıyevlə Hikmət Cavadov barışdırılıb. Qərara gəlinib ki, hər iki təşkilatın nümayəndələrinin iştirakıyla birgə İşçi Qrupu yaradılsın və bu İşçi Qrup yaxın bir ay ərzində Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq layihəsi üzərində işləyib razılığa gəlinsin.
Tədbirdə iştirak edən bütün tərəflər səfirlik, diaspor komitəsi və diaspor təşkilatları belə bir zamanda birləşmənin vacib olduğunu bildiriblər. Və bundan Azərbaycan dövlətinin faydalanacağına inandıqlarını bildiriblər.
Komitə sədri Fuad Muradov diaspor rəhbərlərinə bildirib ki, bundan sonra heç bir kəsə qarşı ayrı-seçkiliyə yol verilməyəcək və bütün işlər Azərbaycan naminə aparılacaq. Sözegedən toplantılarda Ukraynada səfərdə olan azərbaycanlı jurnalistlər- Nicat Dağlar və Niyaz Niftiyev də təsadüfən iştirak ediblər. Müzakirələrə qatılan Azərbaycan Mətbuat Şurasının üzvü, “Azadinform”un baş redkatoru Niyaz Niftiyev faktı “Qafqazinfo”ya təsdiqləyib və bildirib ki, dünən və bu gün çox ciddi görüşlər keçirilib. Jurnalist gələcəkdə Ukraynada vahid Azərbaycan diasporunun fəaliyyət göstərəcəyinə inandığını vurğulayıb.
- ABŞ-nin Ukraynadakı səfiri istefa verib
10 aprel 2025 23:53
- Heç vaxt qorxmamışam - Zelenski
28 mart 2025 00:16
- ABŞ-ın Ermənistandakı səfiri MƏHKƏMƏ qarşısında ....
26 mart 2025 13:54
- Ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar
25 mart 2025 03:29
- Rusiya payızda Litvaya hücum edə bilər
24 mart 2025 01:10
- Qorbаçovun hаkimiyyətə GƏLMƏSİNDƏ və SSRİ-nin DAĞILMASINDA Rokfeller KLANININ ROLU
23 mart 2025 20:25
- Türkiyədəki son hadisələrin əsl səbəbi: -Dəvəni- toya odun daşımağa çağırırlar? - FAKTLAR
23 mart 2025 20:02
- Ukraynada seçki - hakimiyyətə Timoşenko gətirilir?
22 mart 2025 23:26
- Uzunömürlü SABİQLƏR
21 mart 2025 19:47
- Prezident onları təltif etdi - Siyahı
15 mart 2025 12:50
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02