Deputat Elmira Axundovanın oğlu məhkəmədə ifadə verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində deputat Elmira Axundovanın oğlu Həbib Axundov ifadə verib.
O, dindirilən zaman istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib. H.Axundov söyləyib ki, E.İbrahimov iş qurmaq adı ilə digər zərərçəkmiş Fərman Məmmədovdan 450 min manat pul alıb, həmin məbləğə isə zamin durub: "Fərman Məmmədovun isə Elnur İbrahimova verdiyi 140 min manatdan isə xəbərsizəm. Həmin pulu mən olmadan verib. Ona isə 125 min manat pul qaytarmışam".
Məhkəmədə qısa ifadə verən H.Axundov vurğulayıb ki, səhhəti ilə bağlı ölkə xaricinə gedəcək və orada əməliyyat olunacaq.
Digər zərərçəkmiş Fərman Məmmədov isə ifadəsində söyləyib ki, H.Axundova biznes qurmaq adı ilə ümumilikdə 575 min manat pul verib: "Həbib Axundov mənə zəng edib, Elnur İbrahimovun adamları tərəfindən tutulub, Şüvəlandakı bağ evinə aparıldığını dedi. Həbib mənim də ora gəlməyimi istədi. Orada Elnur kimlərdən pul aldığını etiraf etdi. Bir gün sonra Elmira Axundova mənə zəng edib, Elnurla danışdığını və digər şəxslərlə də razılığa gəlindiyini dedi. Məndə onun səs yazısı da var".
F.Məmmədov dəymiş ziyanı H.Axundovdan tələb etdiyini söyləyib: "Bu işdə Elnurla yanaşı Həbibin də günahı var. Mən istintaqdan narazıyam. Çünkü Elnur İbrahinovla bərabər Həbib Axundov da təqsirləndirilən şəxs qismində tanınmalı idi. Elnur İbrahimov həbs edilənə qədər o, Həbib Axundovun ailəsi tərəfindən himayədarlıq edilirdi".
Zərərçəkmişin sözlərinə görə, dəymiş zərərdən 250 min manat pulu deputat E.Axundova ona qaytarıb.
Məhkəmənin növbəti iclası iyulun 17-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.
Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.
Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.
Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.
- 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
11 yanvar 2025 12:14
- İsа Qəmbərdən incimişəm
11 yanvar 2025 00:11
- Azərbaycan etibarlı tərəfdaşdır - Millət vəkili Azər Allahverənov
10 yanvar 2025 22:26
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi
10 yanvar 2025 21:31
- Azərbaycanda general-mayor işdən çıxarıldı - FOTO
10 yanvar 2025 19:41
- İcra başçısı Lütvəli Babayevin oğlunun MƏHKƏMƏSİ
10 yanvar 2025 14:36
- Nazir postundan çıxarılan, Baş nazirə müavin təyin olunan Samir Şərifovun DOSYESİ
10 yanvar 2025 13:11
- Məhkəmə prezidentin qızı Gülnarə Kərimova ilə bağlı qərar verdi
9 yanvar 2025 20:50
- Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus klinikadа nələr .....
9 yanvar 2025 17:46
- Naxçıvanda gömrükdə 273 MİLYON manat mənimsənilib
9 yanvar 2025 17:08
- Ərdoğan Azərbaycana yeni səfir təyin etdi (FOTO)
11 yanvar 12:29
- 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
11 yanvar 12:14
- İsа Qəmbərdən incimişəm
11 yanvar 00:11
- DİM-dən Eldаr Mahmudova bağlı olduğu deyilən şirkətə 17 minlik sifariş
11 yanvar 00:01
- Tez-tez kartof yeyənlərə BƏD XƏBƏR
10 yanvar 23:42
- Professor İlham Rəhimov Putinlə necə tanış oldu? - AÇIQLADI
10 yanvar 22:55
- Azərbaycan etibarlı tərəfdaşdır - Millət vəkili Azər Allahverənov
10 yanvar 22:26
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi
10 yanvar 21:31
- Azərbaycanlı şagird dünya birincisi oldu
10 yanvar 21:15
- Sahil Babayev Samir Şərifovu əvəzləyəcək
10 yanvar 20:16
- Azərbaycanda general-mayor işdən çıxarıldı - FOTO
10 yanvar 19:41
- İqtisadi və sosial inkişaf yanbayan getməlidir - Millət vəkili Əli Məsimli
10 yanvar 18:19
- Samir Şərifovdan ilk açıqlama
10 yanvar 17:52
- Məktəblini döyən sabiq məmur namizədlikdən GERİ ÇƏKİLDİ
10 yanvar 15:11
- İcra başçısı Lütvəli Babayevin oğlunun MƏHKƏMƏSİ
10 yanvar 14:36
- Prezidentdən Samir Şərifovla bağlı SƏRƏNCAM
10 yanvar 14:00
- Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər
10 yanvar 13:23
- Nazir postundan çıxarılan, Baş nazirə müavin təyin olunan Samir Şərifovun DOSYESİ
10 yanvar 13:11
- Yollardakı tıxac probleminin həlli məsələləri
09 yanvar 23:05
- Erməni bloger 31 illik sirri açdı: heç yerdə getməyən mühüm VİDEO
09 yanvar 22:13
- Putin bizi də, Əsədi də aldatdı...
09 yanvar 21:25
- Çində yayılan virusun çarəsi TAPILDI – Bu vitamini qəbul edənlər yoluxmur
09 yanvar 21:18
- Məhkəmə prezidentin qızı Gülnarə Kərimova ilə bağlı qərar verdi
09 yanvar 20:50
- Bаkıdа narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb
09 yanvar 20:27
- Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus klinikadа nələr .....
09 yanvar 17:46
- Naxçıvanda gömrükdə 273 MİLYON manat mənimsənilib
09 yanvar 17:08
- Paşinyanın Azərbaycanla sülhə dair - Təklifləri
09 yanvar 16:27
- İlyas İsmayılov reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdı
09 yanvar 15:53
- Bizi meşədə ağaca bağlayıb zorlayırdılar - Bakıdan Moskva gedən qadınların işinin TƏFƏRRÜATI
09 yanvar 15:04
- Putinin fərmanı Rusiyadakı azərbaycanlılara hansı problemləri yarada bilər? - AÇIQLAMA
09 yanvar 14:48