- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
“Gəncə hadisəsinin kökündə nə dayanır..."
Gəncə şəhərinin icra başçısı olan, hazırda Səbail rayonunun başçısı vəzifəsini icra edən Eldar Əzizovun “Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edirik:
- Sizin uzun müddət rəhbərlik etdiyiniz Gəncə şəhərində faciəli hadisələr, ağır cinayətlər baş verdi. Baş verənlərlə bağlı sizin məlumatlarınız, ehtimallarınız nədən ibarətdir?
- Mən 8 il Gəncədə işləmişəm. Təəssüf hissi ilə deməliyəm ki, bunlar çox ağır hadisələrdir. Mən həlak olan polkovnikləri şəxsən tanıyırdım. Səməd Abbasovu da, İlqar Balakişiyevi də. Biz onlarla bir yerdə, çiyin-çiyinə işləmişik. İkisi də layiqli, mübariz zabitlər olublar. Heyf onlardan! Mən fürsətdən istifadə edib onların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Onlar dövlətə və dövlətçiliyə sadiq, mübariz zabitlər olublar. Xidmətdə olan zabitlərin belə qətlə yetirilməsini əlbəttə ki, hər bir vətənpərvər insan pisləyir. Bu gün biz hamımız dərk etməliyik ki, əzəli, təbii düşmənlə üz-üzə dayanmışıq, torpaqlarımızın da bir hissəsi işğal altındadır. Başqa qüvvələr də vardır. Onlar bu cür vəziyyətlərdən istifadə etməyə çalışacaqlar. Təəssüf hissi ilə etiraf etməliyik ki, bu gün bizim özümüzdən başqa güclü, müstəqil Azərbaycan heç kimə lazım deyil. Hazırda dünyada gedən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanda sabitlikdir, ölkə inkişafdadır. Bu, özü-özünə alınmayıb. Cənab İlham Əliyevin siyasətinin nəticəsidir. Mövcud sabitliyi qoruyub-saxlamaq vacib bir məsələdir. Biz səylərimizi buna istiqamətləndirməliyik.
Yeri gəlmişkən, bu gün bəzi adamlar mətbuatda olmayan məsələləri şişirtmək istəyirlər. Mən özüm bu gün tamam başqa bir şəhərdə, başqa bir rayonda işləyirəm. Amma mənim adımdan müxtəlif şayiələr yayırlar. Məndən müsahibə götürmədən hadisələrə “münasibətimi” bildirirlər. Elə çıxır ki, sən heç müsahibə verməsən də, sənin adından ictimaiyyətə nə isə təqdim olunacaq. Amma mən bu günə kimi rəsmi müsahibə verməmişəm. Bunu sizə rəsmi şəkildə deyirəm. Sizdə, musavat.com-da bir məqalə gedib ki, guya Abbas Abbasovla bizim birgə işlərimiz olub və onun dəstəyi ilə mən icra hakimiyyətinin başçısı təyin olunmuşam. Mən ulu öndər tərəfindən Gəncə şəhərinə icra başçısı vəzifəsinə təyin olunmuşam və bununla fəxr edirəm. Nə mən bir dəfə Abbas Abbasovun otağında olmamışam, nə də o mənim otağımda olmayıb. Gəncədən qabaq və Gəncədə işlədiyim 8 il ərzində biz bir dəfə də olsun nə Nazirlər Kabinetində, nə də Gəncə Şəhər İcra Hakimiyyətində görüşməmişik. Bütün bunları hansı məqsədlə yazırlar, mən deyə bilmərəm. Kiminsə fantaziyası bu qədər zəngindir ki, olmayan şeyləri bu şəkildə reallaşdırmağa çalışır. Amma mən xatırlaya bilmirəm ki, işlədiyim dövrdə onlar Gəncədə nə isə tiksinlər, hansısa obyekt açsınlar. Amma mənim işlədiyim dövrdə Gəncə şəhərində belə fəaliyyətlə məşğul olmalarını da mən bu günə qədər xatırlaya bilmərəm. Abbas Abbasovla heç vaxt işgüzar ünsiyyətdə olmamışam. Mən özüm elə yazıları oxuyanda təəccüblənirəm. Ümumiyyətlə, özüm Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi arzulayardım ki, heç olmasa kiminsə haqqında nə isə yazılanda etika naminə müraciət etsinlər, soruşsunlar, xəbər doğrudur, ya yox.
- Bir neçə gün əvvəl sosial şəbəkələrdə məlumat yayılmışdı ki, siz Gəncə şəhərində bu hadisəni törədən insanın edam edilməsini tələb etmisiniz...
- Siz bunu nə qədər demokratik hesab edirsiniz? Mənə heç kim bu barədə müraciət etməyib və heç kimə müsahibə verməmişəm, bu yalan məlumatın müəllifi də mənə məlum deyil. Mən bunu eşidəndə çox təəccübləndim və bu müsahibə ilə tanış olandan sonra deyə bilərəm ki, bu çox primitiv şəkildə yazılıb. Ölüm hökmü Azərbaycanda 1998-ci ildə ləğv olunub və mən bir tarixçi kimi bunu yaxşı bilirəm. Amma bu saxta məlumatı hazırlayanların yəqin ki, bundan xəbəri olmayıb. “Azadlıq” qəzeti bu məlumatı fasebokda yayıb və geniş müzakirələr təşkil edib. Məqsədi də bəllidir. Mən bu günlər ərzində ilk müsahibəni bu gün telefonla yalnız sizə vermişəm, o da sizin zəngə cavab olaraq. Bu günə kimi mənim adımdan yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyil.
- Siz də təsdiq edə bilərsiniz ki, bəzən mətbuata məqsədli şəkildə dezinformasiyalar da ötürülür, bunu istisna etmirik. Üstəlik, adətən məmurlara çıxış imkanı məhdud olduğundan dəqiqləşdirmə aparmaq da müşkülə dönür. Yeri gəlmişkən, həmin yazıda bir məqam da var ki, Abbasovlara məxsus 1,5 milyonluq özəl mülk Elmar Vəliyev 2011-ci ildə Sizi əvəzlədikdən az sonra yerlə yeksan edilib. Bu barədə nə deyə bilərsiniz?
- Mən xatırlaya bilmərəm. Çünki onlarla işgüzar ünsiyyətdə olmamışam. Düzdür, bizim dövrümüzdə Abbas Abbasovun oğlu (Aydın Abbasov) Gəncə şəhərindən deputat seçilmişdi. Dörd deputatdan biri də o idi. Bu isə başqa bir mövzudur. Lakin deyim ki, mənim bunlarla, hansısa məsələlərlə bağlı müzakirələrim olmayıb. Onların Gəncədə bəzi obyektləri olub və bunlar mənim Gəncəyə rəhbərlik etdiyim dövrdən əvvəl olmuşdu. Yəqin ki, onlardan söhbət gedə bilər.
- Siz Gəncədəki hadisələrin arxasında hansı qüvvələrin dayandığı qənaətindəsiniz? Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisini yəqin ki, yaxşı tanıyırsınız. Burada dini amillərin icra başçısına sui-qəsd etməsinə, polis zabitlərini qətlə yetirməyə gətirib çıxarması real görünürmü?
- Mən həmişə demişəm, bu gün də deyirəm, gəncəlilər çox qədirbilən camaatdır. İnanmıram ki, gəncəlilər tərəfindən Balakişiyevə və Abbasova kimsə əl qaldıra bilərdi. Ola bilər ki, hansısa təxribatçı qruplardır. Bu gün istintaq gedir və yəqin ki, istintaqın nəticəsi açıqlanacaq. Mən bir tarixçi kimi burada daha geniş problem görürəm. Hər halda, istintaq daha konkret deyəcək.
- Rəis müavinlərinin hədəfə alınması, sizcə, təsadüfdür, yoxsa məqsədli olub?
- Mən 7 ildir Gəncədən çıxmışam. Bu gün birmənalı desəm, ciddi qəbul olunmayacaq. Hər halda, bu, yaxşı hal deyil, cinayətdir. Xidmət zamanı zabitləri qətlə yetiriblər. Biz birmənalı şəkildə bunu pisləyirik. Ancaq başqa nələr baş verib, bunu yalnız orada olanlar qiymətləndirə bilər. Mən yalnız vətəndaş kimi bunu çox pis qiymətləndirirəm. Bu, qətldir. Qətlə yetirilənlər dövlət işçiləridir, Azərbaycan dövlətini təmsil edən yüksək rütbəli zabitlərdir. Onlara qarşı əl qaldırılması Azərbaycan dövlətçiliyinə qarşı əl qaldırılması kimi qəbul olunmalıdır və bütün dünyada bu cür hadisələr belə qiymətləndirilir.
- Heç təsəvvürünüzə gətirərdinizmi ki, günün birində kimsə elə icra hakimiyyətinin qarşısında Sizə yaxınlaşa və silahlı hücum edə bilər? Nə vaxtsa belə bir təhlükədən ehtiyatlanmısınızmı?
- Bilirsiniz, burada bəzi qüvvələr bizi üz-üzə qoymaq, müqayisə etmək istəyirlər. Bu, etik cəhətdən düzgün deyil. Mən başqa bir dövrdə işləmişəm, o, (Elmar Vəliyev) başqa bir dövrdə. O vaxt təsəvvür edə bilməzdim ki, Gəncədə belə bir hadisə baş verə bilər. İndi dünya dəyişir, müxtəlif xarakterli proseslər gedir. “Bu gün orada niyə belə oldu” sualına müvafiq təşkilatlar, istintaq aydınlıq gətirəcək. Ancaq birmənalı şəkildə bu nə hadisədir, kökündə nə dayanır, demək çətindir. İstintaqın yekununu gözləyək.
- Bu günlər ərzində həmkarınız, həm də xələfiniz olan Elmar Vəliyevlə əlaqə saxlamaq, onun sağlıq durumundan məlumat almaq imkanınız olubmu?
- Mənim onun qardaşı Xanlar Vəliyevlə telefon danışığım olub. Təbii ki, o, bizim həmkarımızdır. Mən Gəncədə 8 il işlədim, o da 7 il işləyib, artıq 8-ci ildir. Əlbəttə, biz bir komandanın üzvüyük. Təbiidir ki, mən son hadisələri pisləyirəm. Azərbaycanda hüquqi dövlət var, kim kimdənsə narazıdırsa, o, sözünü deyə, hansısa instansiyaya müraciət edə bilər.
- Yəqin ki, Gəncə ilə əlaqələriniz var. Hazırda vəziyyət barədə nə demək olar? Bundan sonra analoji hadisələr təkrarlana bilərmi?
- Mən inanmıram ki, bir daha belə bir hadisə təkrar olunsun. Gəncə camaatı müdrik camaatdır. Bu gün Azərbaycan xalqı dünyaya baxıb min dəfə şükür edir ki, Azərbaycanda sabitlikdir, inkişaf var, bunu qoruyub saxlamaq lazımdır. Bu sabitlik və inkişaf cənab prezidentin siyasətinin nəticəsidir. Böyük xoşbəxtlikdir ki, bu gün ölkənin başında bu cür dahi insan durur, onun siyasətinin nəticəsində bu sabitlik yaranıb və inkişaf göz qabağındadır. Yaxın Şərqə, Avropaya, Ukraynaya baxın, nələr baş verir? Azərbaycan onların fonunda stabil dövlət kimi çıxış edir, bunu qoruyub-saxlamaq lazımdır. Azərbaycan xalqı da müdrik xalqdır. Bütün görülən işləri qiymətləndirir. Ona görə də mən inanmıram ki, orada böyük bir miqyasda nə isə problem yaradılsın. Ayrı-ayrı adamlar bütün dünyada var, bütün quruluşlarda mövcud olublar.
- Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi neçə vaxtdır ki, boşdur. Son olayla əlaqədar Gəncənin icra başçısı da səlahiyyətlərini icra edə bilmir. Ölkə əhalisinin az qala yarısını təşkil edən iki şəhərimizdəki belə bir vəziyyət Sizi narahat edirmi?
- Bakı şəhərində sistem yaradılıb, bütün rayon icra hakimiyyətinin başçıları yerlərində öz funksional vəzifələrinin öhdəsindən gəlirlər. Gəncə şəhərində bu cür faciəli hadisə baş verməsinə baxmayaraq orada dövlət strukturları öz fəaliyyətlərini davam etdirirlər. Azərbaycanın xoşbəxtliyi ondadır ki, möhtərəm prezidentimizin siyasəti nəticəsində sistem yaradılıb. Artıq o sistem əsasında dövlət idarə olunur. Bu gün hüquqi, demokratik, dünyəvi dövlət bir reallıqdır, bu dövlət də göz qabağındadır. Ona görə də bu gün ayrı-ayrı vəzifələrdə vakansiya olanda sistem özü işləyir, artıq sistem mövcuddur, bu da bir xoşbəxtlikdir.
- Uzun illər boyu Bakının icra başçısı vəzifəsinə namizədlər sırasında sizin də adınız çəkilib, ona görə sizdən soruşdum...
- Vallah, çox şey deyə bilərlər, bunlar əsassız fərziyyələrdir. Mənə cənab prezident böyük etimad göstərib, mən can-başla çalışıram ki, onun etimadını əməli işlərimlə doğruldum.
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 2024 14:02
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 2024 12:00
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 2024 16:59
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 2024 18:49
- Rusiyanın müdafiə naziri Şoyqunun qızı Kseniya TURANA SALAM...BOZQURD...Rus millətçiləri qəzəbləndi
15 dekabr 2024 18:06
- Gəncədə inanılmaz fırıldaq - VƏFAT ETMİŞ 11 NƏFƏRİN ADINA 162 MİN MANAT əməliyyat
13 dekabr 2024 21:32
- Vətəndaşların ad-soyadını qanunsuz dəyişdirən rəisə - 9 il HƏBS
12 dekabr 2024 11:59
- Məktəb direktoruna ŞİDDƏTLİ TÖHMƏT
10 dekabr 2024 12:27
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 12:59
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 12:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17