Azadlıq Partiyası hakimiyyətdən açıqlama tələb edir

Azadlıq Partiyası Mərkəzi İcraiyyə komitəsi ölkədə nə baş verdiyi barədə hakimiyyətdən açıqlama tələb edib: Ölkədə nələr baş verdiyi barədə hakimiyyətin açıqlama verməsinə ehtiyac yaranıb.
Ölkənin ikinci böyük şəhərində əvvəlcə icra başçısı güllələnir və bəlli olur ki, bu ikinci cəhddir və bir neçə ay əvvəl həmin şəxs polisin əlindən silah alıb...
Qətl hadisəsindən sonra, ən azı bir həftə əvvəldən Gəncədə aksiya təyin olunur, aksiya günü xəncərlə, armaturla silahlanmış bir qrup şəxs şəhərin mərkəzində iki polis zabitini qətlə yetirir, digər polislər ərazidən qovulur, qətlə yetirilənlər silahsız, mülki formada olur, qətli törədənlər sakitcə aradan çıxıb gedirlər.
Hansısa kiçik kəndə belə bir hücum olsa belə bu cür hazırlıqsız hadisələr yaşanmazdı. İndi 21-ci əsrdir, sosial mediada çağırışlar ortada, polis hadisə yerində niyə silahsız olub, niyə mülki formada olub, icra başçısına hücumdan sonra xüsusi xidmət orqanları məsələyə niyə bu cür səviyyəsiz, səhlənkar yanaşıb. Müxalifətin dinc aksiyasına aksiyaçılardan bir neçə dəfə artıq qüvvə cəlb edən, daxili qoşunları hadisə yerində hazır tutan hakimiyyət bu məsləyə nədən bu qədər etinasız yanaşıb?
Bu hadisələrdə kənar qüvvələrin əli olması istisna deyil, ola bilər hansısa ölkə hakimiyyətə "açıq mesay" verir. Amma xüsusi xidmət orqanlarının belə qeyri-peşəkar yanaşması, bu məsələni hakimiyyət daxilində, klanlar arasında qanlı savaşın başlanmasına daha çox oxşadır.
Polis zabitlərimizə tanrıdan rəhmət diləyir, yaxınlarına baş sağlığı veririk. Hadisənin gercək səbəbləri araşdırılmalı, cinayətkarlar tapılıb mühakimə olunmalıdır.
Amma bir məsələ də qeyd edilməlidir ki, uzun illərdir ki, hakimiyyət bütün qanunsuz əməllərini polisin arxasında gizlənərək törədib. Bütün saxtakarlıqlara, rüşvətə, korrupsiyaya, milli sərvətlərin talanmasına haqlı etirazlar polis zorakılığı ilə qarşılanıb. Bir növ polis hakimiyyətlə xalqın arasında baryerə çevrilib. Polisin qanunda nəzərdə tutulan funksiyaları ilə həyata keçirdiyi funksiyalar ciddi şəkildə fərqlənir.
Hakimiyyət öz xalqı ilə zor dili ilə danışmağa davam etdikcə, millətin iradəsini saxtalaşdırmağa, ədalətsizliyə, oğurluğa davam etdikcə, ölkədə daha kəskin, daha böyük olayların baş verəcəyi şübhəsizdir. Heç bir qüvvə millətlə zor gücündə danışa bilməz.
Xalqla hakimiyyətin birliyi olmayan, hakimiyyətin öz xalqına güvənmədiyi ölkə güclü ola bilməz
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 2025 23:52
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 2025 15:47
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24