“Gəncədəki hadisəni törədənləri qəhrəman kimi göstərməyə çalışırlar”

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər ölkədə baş verən hadisələrlə bağlı "Fəlakətdən zövq alanlar..." adlı məqalə yazıb.
"Qafqazinfo" həmin yazını təqdim edir:
"Yaxşı insanlar həyatda baş verən hər şeyə işıqlı tərəfdən baxır, əgər qəlb oxşayan, ruh dincəldən bir şey görürlərsə, onu başqaları ilə paylaşır və hamının bu gözəllikdən bəhrələnməsinə çalışırlar. Hətta yaxşı bir şey görmədikdə belə, onlar özləri gözəlliyi yaradır və yenə də ətrafları ilə paylaşırlar.
İyulun 3-də 42-45 dərəcəyə yüksələn isti havanın təsiri ilə ölkənin enerji təminatında mühüm rol oynayan Mingəçevir İES-də baş vermiş qəzadan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Xüsusi Dövlət Komissiyası yaradıldı, dövlət başçısının tapşırığına uyğun olaraq müvafiq qurumlar operativ şəkildə qəzanın nəticələrinin aradan qaldırılmasına başladılar. Atılan addımlar nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı dərhal alındı, ən əsası isə, vətəndaşlarımızın həyatı qorundu, insan tələfatına yol verilmədi və çox qısa zaman kəsiyində elektrik enerjisi təminatı bərpa olundu.
Dövlət qurumları qəzanın nəticələrini aradan qaldırmağa çalışarkən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı sui-qəsd həyata keçirildi, onun özü və mühafizəçisi yaralandı. Məsələ barədə dərhal Azərbaycan Prezidentinə məruzə olundu, dövlət başçısının tapşırıqları alındı, cinayəti törədən şəxs isti izlərlə tərksilah edilərək saxlanıldı.
Hər kəs yaxşı bilir ki, heç bir ölkə fövqəladə haldan, təbii fəlakətdən, böyük qəzalardan və kriminal hadisələrdən sığortlanmayıb. Hazırlıq dərəcəsindən asılı olmayaraq, fövqəladə situasiyaların yaratdığı gözlənilməzlik effekti hər bir ölkədə müəyyən fəsadlar ortaya çıxarır. Ölkəmizdə kriminogen durum sabit olsa da, cinayətlərin sayına görə Azərbaycan MDB və Şərqi Avropada sonuncu yerlərdə qərar tutsa da, törədilən cinayətlərin açılma səviyyəsinə görə öncül mövqeləri bölüşsək də, insan canına qəsd tipli hadisələr cəmiyyətdə narahatlıq, çaşqınlıq və xof yarada bilir. Belə cinayət tanınmış şəxslərə qarşı törədiləndə isə onun doğurduğu ajiotaj daha böyük olur.
Azərbaycanda baş vermiş həm son fövqəladə qəzanın, həm da məlum kriminal hadisənin eyni vaxta düşməsi, əlbəttə ki, əlavə gərginlik yarada bilən hal kimi xarakterizə edilə bilər. Belə hallarda məmurundan tutmuş adi vətəndaşına, iqtidarından tutmuş müxalifətinə, ziyalısından fəhləsinə qədər - hər bir təbəqə, hər bir sağlam düşüncəli insan ümumi işə töhfə vermək üçün əlindən gələni etməli, bunu bacarmadıqda isə, ən azından işə mane ola biləcək artıq hərəkətlərdən çəkinməli, süni gərginlik yarada biləcək hərəkətlərə yol verməməlidir. Lakin təəssüf ki, hərdən insan fəlakətini, fövqəlada qəza və kriminal hadisələri özünə maddi və siyasi dividend mənbəyi hesab edən fürsətcillər, insan ölümündən xüsusi zövq alan şəxslər də tapılır.
İnsan faciəsi, baş verən fəlakət yalnız dövlət qurumları üçün deyil, ümumilikdə bütün cəmiyyət üçün, siyasi mövqeyindən, dinindən, irqindən asılı olmayaraq hər bir şəxs üçün bir kamillik imtahanı, sınaq anıdır. Bir şəxsin düçar olduğu bədbəxt hadisədən, insanların rastlaşdığı kütləvi faciələrdən zövq almaq, yaxud bundan öz maraqları naminə bəhrələnməyə çalışmaq indiyə qədər heç kimə divident qazandırmayıb. Fəlakət və qəzalara bir millət olaraq nə dərəcədə hazırıq, fors major situasiyalarda dövlətin yanındayıqmı, şayiə texnoloqlarının, antimilli ünsürlərin, dövlətimizin qəsdinə hazır duranların fəaliyyətinə, işbazların bazarına meydan tanıyırıqmı? Dünənki hadisəlr fonunda Azərbaycanda mütləq əksəriyyətin bu sınaqdan alnıaçıq çıxdığını çəkinmədən söyləyə bilərəm...
Təəssüf ki, bu dəfə də istisnalar oldu. Yenə də müxalifətin radikal kəsimi və xarici ölkələrdə məişət müxalifətçiliyi edən bəzi “milli təəssübkeşlər” ölkəmizdə baş verən qəzanı şans sanıb iç üzlərini bütün çılpaqlığı ilə açdılar, ortaya kamillik deyil, rəzillik nümunəsi qoydular. Onlar qaranlıq gecəni “məxfilik pərdəsi” hesab edərək insanları “bankları dağıtmağa”, “Azadlıq” meydanına çıxmağa, Gəncədəki cinayəti - dövlət məmurunun həyatına sui-qəsdi “digər şəhərlərdə də təkrarlamağa” çağırışlar etdilər. Onların bir çoxunun saxta profillərdə gizləndiyi, bəzi qonşu dövlətlərin uzantısı olduğu az-çox siyasətdən başı çıxan hər kəsə məlumdur. Amma bu sırada 1992-1993-cü illərdə Azərbaycanda dövlət katibi, dövlət müşaviri, nə bilim nazir, icra başçısı, prokuror, polis rəisi, hərbi hissə komandirinin olduğunu görüncə, yaxud sabah ölkəmizdə prezident, ölkə başçısı, parlament sədri olmaq istəyən “siyasi xadimlər”i müşahidə edəndə sağlam düşüncəli insanı dəhşət bürüyür. Bunlar o illərdə ölkəmizi necə və hansı təfəkkürlə idarə ediblər?! Allah eləməsin, belələri indiki təfəkkür və mövqe ilə bir neçə il hakimiyyətdə qalsaydı gör nələr yaşanardı? Yaxud, Allah eləməsin, onlar gələcəkdə ölkənin sükanını əllərinə keçirsələr nə olar?
Ölkədə olarkən özlərinə Dədə Qorqud donu biçib “barışdırıcılıq”, “arbitrilik” eşqinə düşən bəziləri isə xaricə qaçaraq yad ölkələrdə özlərinə sığınacaq tapar-tapmaz XIX əsrin rus anarxistləri üslubunda hər yerdə itaətsizlik təşkil etməyə çalışır, hər gün üsyan çağırışları edir, hətta Gəncədəki kriminal hadisənin personajını qəhrəmanlaşdırmağa cəhd göstərdilər.
Məsələnin daha pis cəhəti ondadır ki, həmin çağırışlara müxalifət partiyalarının ayrı-ayrı tanınmış nümayəndələri tərəfindən də dəstək verilir. Bəzən vətəndaş cəmiyyətinin müxalif düşüncəli bəzi təmsilçilərinin mövqeyi də adamı əməlli-başlı çaşdırır.
Görən bunca rəzillik, yetişdikləri torpağa, kökləri ilə bağlı olduğu xalqa, dövlətə, Vətənə bunca nifrət hardandır bu adamlarda? Bunlar bu ağıllamı iqtidara gəlib dövləti idarə etmək istəyirlər? Heç kim unutmamalıdır ki, dövlətin atributları hansısa iqtidarın inhisarında deyil və olmayacaqdır. Allah eləməsin, sabah belə təfəkkürlü insanlar iqtidara gəlsə, ölkənin qanunları ilə, dövlətlə, dövlətçiliklə beləmi davranacaqlar? İtaətsizliyə, dövlət atributlarına sayğısızlığa, insanlara qarşı sui-qəsdə çağıran siyasətçi ilə dövləti necə idarə etmək olar? 1991-1992-ci illərin havasından çıxmaq üçün bu insanlara görəsən daha neçə onilliklər lazımdır? Getdikləri yolun hara aparıb çıxara biləcəyini və yaxud çıxarmayacağını anlamaq onlar üçün bu qədərmi çətindir?"
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 2025 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 2025 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 2025 22:42
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 2025 15:47
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24