Habil Vəliyevin valideynləri yenidən prezidentə müraciət etdi
"Gündəlik Bakı" qəzetinin Baş redaktoru Habil Vəliyevin valideynləri "Leqal.info"ya müraciət ünvanlayıblar.
Müraciəti olduğu kimi təqdim edirik.
Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə
Zəngilan rayonundan məcburi köçkün düşmüş Vəliyeva Ərkinaz Abdulla qızı və Vəliyev Allahverdi Mütəllim oğlu tərəfindən
Müraciət
Hörmətli Cənab Prezident!
Siz Azərbaycan xalqının, o cümlədən bizim çox üzvlü ailəmizin arxa dayağı, son ümid yerimizsiniz. Sizdən öncə atanız, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə, həmçinin sizin başçılığınız altında ölkəmiz böyük inkişaf yolu keçib. Biz sizin və atanızın siyasi ideyalarını hər zaman dəstəkləmişik. Yaşımızın çox olmasına baxmayaraq hər prezident seçkilərində sizə sevə-sevə səs vermişik. Buna görə özümüzü çox xoşbəxt hesab edirik.
Hörmətli İlham Əliyev!
Diqqətinizə çatdırmaq istəyirik ki, oğlumuz, "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev 2016-cı ilin dekabr ayının 6-da DTX əməkdaşları tərəfindən saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində gedən məhkəmə proseslərinin yekununda oğlum 4 il müddətinə azadlıqdan məhrum edildi. Cənab Prezident bizə Azərbaycana və onun prezidentinə daim sadiq olan bir oğul böyütmüşük. Habil Vəliyev hələ gənc yaşlarında könüllü olaraq Birinci Qarabağ savaşında iştirak edib, Azərbaycanın ilk zabitlərindəndir. O hər zaman sizə və dövlətinə sadiq olub. Yeni Azərbaycan Partiyasının ilk və ən fəal üzvlərindəndir. Habil Vəliyev eyni zamanda uzun müddət, yəni 20 ildən artıq 125 saylı Zəngilan Qubadlı seçki Dairəsinin 6 saylı seçki məntəqəsinin sədri işləyib. Bundan başqa o Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal rayon Şöbəsinə uzun illər rəhbərlik edib.
Cənab Prezident onu da bildirmək istəyirik ki, oğlumun həbsindən öncə Bizim Dövr qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli də həbs olunmuşdu. Surxay Əliyev 47 epizod üzrə 49 tomlu işdə ittiham olunurdu, ona qarşı ağır ittihamlar irəli sürülmüşdü. Habil Vəliyevin cinayət işində isə 12 nəfər zərərçəkmiş var idi. Həmən zərərçəkmişlərə dəymiş maddi ziyan məhkəmə istintaqı dövründə tam ödənildi və heç bir şikayətci qalmadı. Biz oğlumuzun azadlığa çıxacağını gözlədiyimiz bir vaxtda məhkəmə onu 4 il müddətinə azadlıqdan məhrum etdi. 47 epizod üzrə ittiham olunan, eləcə də həbs edilən Surxay Əliyev və müavini Hikmət Nəcəfli isə məhkəmə zalından azadlığa buraxıldılar. Halbuki Habil Vəliyev Surxay Əliyevin həvalə qərarı ilə həbs olunub. Necə olur ki, Surxay Əliyev və onun bandası azadlıqdadır, Habil Vəliyev isə həbsdə? Cənab Prezident bu necə ola bilər? Niyə həmən şəxslər azadlığa buraxıldı amma oğlumuz həbsdə qaldı? Biz bunu ədalətsizlik kimi qiymətləndiririk. Hazırda oğlumun barəsində çıxarılmış məhkəmə qərarından apellyasiya şikayəti vermişik. Amma belə görünür ki, Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlamaq istəyir. Bu isə bizdə belə bir fikir yaradır ki, oğlumun həbsi kimlərinsə sifarişidir və həmən insanlar Habil Vəliyevin azadlığına qovuşmasına imkan vermirlər.
Hörmətli İlham Əliyev!
Bizim sizdən başqa ümid güman yerimiz yoxdur. Sizdən xahiş edirik ki, oğlumu əfv edəsiniz. Əvvəlcədən dərin minnətdarlığımızı bildiririk. Sonda onu da qeyd edək ki, Habil Vəliyevin həyat yoldaşı ağır xərçəng xəstəsidir və həkimlər onun həyatına az müddət qoyublar. Eyni zamanda biz valideynləri də artıq yataq xəstəsiyik. Heç olmasa ömrümüzün son çağını oğlumuzla birlikdə keçirək.
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 2025 20:34
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 2025 14:41
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 2025 16:32
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 2025 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 2025 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 2025 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 2025 10:25
- İsrail Azərbaycana yeni səfir təyin etdi
12 yanvar 2025 23:58
- AZAL təyyarəsində sağ qalan sərnişin İLK DƏFƏ NƏLƏR DАNIŞDI - VİDEO
12 yanvar 2025 17:55
- Serbiya Prezidenti Azərbaycana və İlham Əliyevə təşəkkür etdi
12 yanvar 2025 17:38
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25