BANK KASSİRİNİN VƏKİLİ JURNALİSTLƏRƏ HƏDƏ-QORXU GƏLİR?
Eskuderonun qohumlarını öz müəmmalı oyunlarına salmaq istəyən İlqar Yusubovun aqibəti necə olacaq?
Əsas mövzuya keçməzdən əvvəl adını yaza bilməyən, Vəkillər Kollegiyasının üzvü olan bəzi vəkillərə bir cümlə ilə bir daha bildirmək istəyirik ki, 365info.org saytının 365info.az domeni ilə heç bir əlaqəsi yoxdur və öz müştərilərinizdən pul qopartmaq üçün bilərəkdən domenləri “səhv salmayın”.
Əsas mövzumuz isə İlqar Yusubov barəsindədir. Keçən yazımızda onun haqda az da olsa məlumatvermişdik. “Yusubov İlqar Rasim oğlu… Bu şəxsi Bakı şəhərində bir çox məmurlar tanıyır. Orta təbəqə bu şəxsi tanıya bilməz. Çünki onun orta təbəqəylə heç bir əlaqəsi yoxdur. Burada sual yarana bilər ki, niyə? Çünki bu şəxs özü Biləcəri qəsəbəsində dəmiryolçu ailəsində anadan olub, böyüyüb. Atası Rasim Yusubov dəmir yolu idarəsində işləyərkən, tez vəfat edib. Atasının ən böyük arzusu avtomobil almaq olub. Buna görə o dəmir yolu idarəsində növbəyə də dayanıb. Oğlu İlqar isə “Narxoz”a qəbul olunur və oranı bitirəndən sonra bankların birində kassir vəzifəsinə işə düzəlir. Ancaq onu kassir vəzifəsi qane etmir. O atası Rasim kimi ömür boyu dövlətdən aldığı maaşla yaşayıb avtomobil növbəsinə dayanmaq istəmir. Bu şəxs indi əsas dövlət müəssisələri ilə iş görən şirkətlərin “obnal” əməliyyatı ilə məşğul olaraq dövlət müəssisələrinə qayıdan “şapkaya” nəzarət edir. Əsas da görünən odur ki, bu şəxs “obnal” əməliyyatlarından külli miqdarda pullar əldə edərək özünə Rolls-Royse avtomobili alıb”,-onun haqda bəhs edən yazıda bildirilir.
Ancaq bu persona ilə bağlı redaksiyamıza yeni-yeni məlumatlar daxil olmaqda davam edir. 365info saytına daxil olan yeni məlumata görə İlqar Yusubov hərbi xidmətdə olmadığı halda DİN-dən tabel silahı əldə edib. Vaxtı ilə Yasamal Rayon Mühafizə İdarəsinin rəisi Fariz Əliyev tərəfindən İlqar Yusubova “Makarov” tipli tabel silahı verilib.
Sual yaranır ki, İlqar Yusubov hərbi xidmətdə olmaya-olmaya onun odlu silah gəzdirməsinə necə icazə verilə bilər?! Və İlqar Yusubov kassir olduğu halda ona odlu silah nəyə lazım olub?!
365info-ya daxil olan məlumata görə İlqar Yusubovun əsas işi “obnal əməliyyatları” olub. Və o məmurlara çatası pulu bankdan özü çıxardaraq lazımi ünvana çatdırılmasını təşkil edib. Çox güman odlu silahda ona özünün və apardığı pulun təhlükəsizliyini təmin etmək üçün lazım olub.
Başqa bir maraqlı məlumata görə isə İlqar Yusubov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Stenli Eskuderonun oğlunun qohumları ilə biznes partnyoru olmağa çalışıb. Ancaq sonradan sabiq səfirin qohumları İlqar Yusubovun onları öz müəmmalı oyunlarına salmaq istədiyini bilib və onların aralarında böyük mübahisə baş verib.
Yazı dərcə gedərkən 365info saytı ilə əməkdaşlıq edən bir neçə jurnalist redaksiya ilə əlaqə saxladı. Onlar bildirdilər ki, İlqar Yusubovla Eskuderonun qohumları arasında yaranan mübahisənin jurnalistlər tərəfindən araşdırılmasından xəbər tutan İlqar Yusubov sərxoş vəziyyətdə onlara zəng edib. Nə qəbul etdiyi məlum olmayan İlqar Yusubov jurnalistləri nalayiq ifadələr və ağır söyüşlərlə təhqir edib və hələ onlara tövsiyə də edib ki, onlar gedib özlərinə şərəfli peşə seçsinlər. Hətta İlqar Yusubov sonda jurnalistlərə deyib ki:“Məndən niyə yazırsız? Gedin dövlətin pulunu mənimsəyən məmurlardan yazın. Mən kiməm ki?! …Bu gün Azərbaycandayam, sabah Nikaraquadayam, məni çətin taparsız…”.
Məlumat üçün bildirək ki, İlqar Yusubovun jurnalistlərlə danışığının səs yazısı da redaksiyamıza təqdim olunub. Jurnalistlər həmçinin, onların İlqar Yusubov tərəfindən təhqir olunması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdiklərini və lazım gələrsə həmin səs yazısını aidiyyatı orqanlara təqdim etməyə hazır olduqlarını bildirdilər.
Apardığımız araşdırmalara görə İlqar Yusubov polis generalı,Qubanın keçmiş icra başçısı, general-mayor Ərziman Əliyevin sağ əlidir. Bildirilir ki, vaxtı ilə generalın iri “obnal” əməliyyatlarında İlqar Yusubovun böyük rolu olub.
365info saytının əldə etdiyi məlumata görə, bizim birinci yazımızdan sonra İlqar Yusubov özünə Abbas Kərimbəyli adlı vəkil tutub. Abbas Kərimbəyli də İlqar Yusubovun hüquqdan anlayışı olmadığını hiss edərək, onun özü üçün çox gülməli bir plan qurub.
Belə ki, Abbas Kərimbəyli bir çox saytlara İlqar Yusubovla bağlı gedən yazılara görə pretenziya məktubu göndərib. Ancaq həmin məktubları alan saytlar vəkilin pretenziya məktubunu gülüş atəşinə tutublar. Həmin sayt rəhbərləri öz həmkarları ilə görüş zamanı vəkil Abbas Kərimbəylini qınayaraq bildiriblər ki:”Daha belə yolla da pul qazanmaq olmaz axı …. Bizim saytlarda İlqar Yusubovla bağlı yazılar getmədiyi halda bizim ünvanımıza niyə pretenziya məktubu göndərilməlidir?!. Biz bunu jurnalistləri təhdid, hədə-qorxu kimi qəbul edirik”.
Vəkillər Kollegiyasının üzvü olan vəkil Abbas Kərimbəylinin bu qurumun saytında fotosunun olmadığı da açıq-aydın görünür. Çox güman vəkil Abbas Kərimbəyli öz fotosunu mətbuatdan gizlətmək üçün hələ də fotosunu Vəkillər Kollegiyasına təqdim etməyib.
Vəkil Abbas Kərimbəyli ilə əlaqədar apardığımız sorğu nəticəsində məlum oldu ki, bu şəxs ictimaiyyətdən gizlənən və İlqar Yusubov kimi “müəmmalı” işlərlə məşğul olan müştəriləri müdafiə edərək, pulun xatirinə hərdən kimlərəsə hədə-qorxu gəlməyi xoşlayır.
Ancaq əldə etdiyimiz məlumata görə sayt rəhbərləri ona cavab məktubu və Vəkillər Kollegiyasına Abbas Kərimbəyli ilə bağlı şikayət ərizəsi hazırlayırlar.
Araşdırmamız davam edir, bizi izləyin.
Fuad İbrahimov
365info.org
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 2024 12:48
- Hər kolbasa yedikcə, ömrünüzdən 24 dəqiqə oğurlanır: SENSASİON tədqiqat
20 dekabr 2024 11:41
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 2024 11:11
- Azərbaycanda 4 günlük iş həftəsi ola bilərmi? - Millət vəkili Elşad Musayev
17 dekabr 2024 22:31
- Bizi Şuşaya köçmək üçün qeydiyyata almayıblar, çünki... - Xan Şuşinskinin qızı
16 dekabr 2024 22:59
- Millət vəkili Elşad Musayevin vətəndaşlarla növbəti görüşü
15 dekabr 2024 12:44
- Dünyanın ən varlı illüziyaçısı 13 nəfərin necə yoxa çıxdığını etiraf etdi
15 dekabr 2024 02:35
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11