"GünayBank" qalmaqalının detalları: Qara pullar, maxinasiyalar...
Maqazin20 iyun 2018 20:36
Azərbaycanın ilk kommersiya banklarından olan və 1992-ci ildən fəaliyyət göstərən "GünayBank” ASC-də baş verənlər barədə redaksiyamıza yeni sensasion məlumatlar daxil olub. Belə məlum olur ki, bankın idarə heyətinin sədr müavini, on milyonlarla manatla xaricdə qaçdığı deyilən Emin Zeynalov "GünayBank”da rəsmi bankçılıq fəaliyyəti ilə yanaşı qeyri-leqal pul dövriyyəsi sxemi də təşkil edib. Bu sxem üzərindən on milyonlarla dollar dövr elətdirib və üstəlik həmin pulları "Forex” beynəlxalq online valyuta mübadiləsi birjasında "fırladıb”, amma bu əməliyyatlarda böyük pullar itirib.
Bankir Emin Zeynalovun 100 milyon manata yaxın pulla ölkədən qaçdığı barədə xəbərimizdən sonra "GünayBank” ASC-nin Müşahidə Şurasının sədri, xanımı Yeganə Şirinova ilə birlikdə bankın səhmlərinin 90 faizə yaxın hissəsinə nəzarət edən Mahmud Məmmədov saytlardan birində təkzib xarakterli bəyanatla çıxış edib. Bildirib ki, Emin Zeynalovun bankın pullarını götürüb qaçması yalandır, amma onun "xaricdəki biznes tərəfdaşları” qarşısında borcları olub və həmin borclar barədə eşidən kimi Zeynalovu vəzifədən uzaqlaşdırıb.
Lakin Emin Zeynalovun adı bu gün səhər saatlarına qədər "GünayBank”ın saytında bankın idarə heyəti sədrinin müavinləri sırasında yer alırdı. Yalnız saat 12.00 radələrində həmin məlumat saytdan silindi.
Mənbəmiz bildirir ki, Emin Zeynalovun atası iri bankir olub, ölkənin iri banklarından birində rəhbər vəzifə tutub. E.Zeynalov "GünayBank” ASC-də vəzifəyə keçəndən sonra Bakıda müxtəlif imkanlı şəxslərdən milyonlarla manat yığaraq hesaba alınmamış vəsaitlər qismində bankda dövriyyəyə buraxıb. Bu qanunsuz pul dövriyyəsinin bankın Müşahidə Şurasının rəhbərinin xəbəri olmadan təşkil edildiyi ağlabatan hesab edilmir. Mənbə bildirir ki, bankda uçota alınmamış pulların dövriyyəsindən böyük gəlirlər əldə etmək mümkün olur.
Qeyd edək ki, Cahangir Hacıyevin dövründə eyni sxem Azərbaycan Beynəlxalq Bankında da təşkil edilmişdi və bankda uçotsuz "fırlanan” vəsaitlərin həcmi onun rəsmi aktivlərinin həcmindən dəfələrlə çox olmuşdu. Söhbət milyardlarla dollardan gedirdi.
Mənbənin bildirdiyinə görə Emin Zeynalovun Mahmud Məmmədova 15 milyon dollar borcu yaranıb. Həmin pulun 8 milyon dollarını onun atası ödəyib. Zeynalovun borclarının ümumi məbləği isə 60 milyon dollar, yəni 100 milyon manata yaxındır. Mahmud Məmmədovun pullarının bir hissəsini geri alandan sonra Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına məlumat verdiyi bildirilir.
"GünayBank” ASC-də baş verənlər və Emin Zeynalovun əməlləri barədə daha bir məlumat redaksiyamızın elektron poçtuna daxil olub. Həmin məktubda deyilir:
"Hörmətli Redaksiya,
Sizə "GünayBank” ətrafında yaranmış situasiya ilə bağlı müraciət edirəm. Mən bu fırıldaq sxemindən zərər çəkənlərdən biriyəm, amma hələlik təhlükəsizlik nöqteyi-nəzərindən kimliyimi gizlətməyə məcburam.
Bir ildən də artıq müddət ərzində bu bankda tam mənada qara valyuta bazarı fəaliyyət göstərib. Emin pulları nəğd şəkildə bankın filiallarında götürüb (şəxsən mən pulları "Azzure” filialında birbaşa kassaya vermişəm, mənə qəbz vəd etdilər, amma vermədilər) və hər ay 1-3 faiz həcmində "komission haqqı” ödəyib. Emin faktiki olaraq ölkədə avro, dinar və digər valyutaların mübadiləsini inhisara almışdı. Hamı onunla işləyirdi. Bank tamamilə bu prosesə cəlb olunmuşdu, pullar kassalarda qəbul edilirdi, komission haqqı da kassalarda ödənilirdi. Emin deyirdi ki, bankın sahibi valyuta əməliyyatlarından qazanılan pulların bir hissəsini özünə götürür və ona görə də hər şeyə göz yumur. Məndə bununla bağlı səsli mesajlar var və onları sizə təqdim edə bilərəm.
Mən və mənim kimi 20-30 nəfər, hamımız Eminə inanmışdıq və bütün pullarımızı ona verdik. Günlərin birində Emin yoxa çıxdı, biz Mahmud Məmmədovla görüşməyə getdik, o isə açıq mətnlə dedi ki, Emin ondan 7 milyon pul oğurlayıb. Ona görə də o, Eminin ailəsinin bütün əmlakını hədə yolu ilə əlindən alıb, özünün barəsində isə hüquq-mühafizə orqanlarına müraciət edib. Sonra isə o mətbuata deyir ki, bankdan guya heç bir pul itməyib, oğurluq olmayıb, Eminlə isə əlaqəni kəsib. Tam ziddiyətli açıqlamalardır.
Ölkədə irimiqyaslı fırıldaq əməlinin baş verdiyi ortadadır-bankın sahibi və onun müavini teatr qurublar, özləri isə böyük pulları oğurlayıblar. Belə çıxır ki, bir ildən çox bankın kassalarına milyonlarla manat pul verilir, faizlər də hər ay kassadan ödənilir, amma bankın sahibinin bunlardan xəbəri olmur? Hamı bilir ki, Mahmudun xəbəri olmadan bu bankda bir qəpik də xərclənə bilməz. Məhz bizim pullarımız hesabına bank bir ilin içində böyüyüb, xeyli valyuta mübadiləsi məntəqəsi açıb və həmişə gəlirlə işləyib.
Mənim kimilər onlarladır və biz son həddə gəlib çatmışıq. Bütün həyatımız məhv olub. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət yazmışıq, Mahmud Məmmədovla görüşmüşük, o isə heç nədən qorxmur və hamımıza açıq deyir ki, yuxarılarda güclü "krışası” var. Xahiş edirik bu məsələyə diqqət ayırasınız. Biz təslim olmayacağıq, çünki itirməyə heç nəyimiz qalmayıb!!!”
Mənbə: virtualaz.org
Oxşar xəbərlər
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 2024 20:27
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 2024 18:49
- Əsədin əmisi oğlu BELƏ DÖYÜLDÜ - DƏHŞƏT VIDEO 18 +
16 dekabr 2024 11:10
- Putinin azərbaycanlı müəlliminin xatirəsi anıldı
15 dekabr 2024 01:08
- Sahibsiz bir saza bənzəyir ömrüm, Çalır əsəbimi hər nadan bir az - Suliddin Qasımlı
13 dekabr 2024 22:55
- Temperatur 10° enəcək, yollar buz bağlayacaq
12 dekabr 2024 18:35
- Bu gün Bakıya qar yağacaq
12 dekabr 2024 11:01
- Hüseyn Cavidin anım günüdür. Cavidin baş hissəsini məzardan çıxarıb alnından öpdüm.. - Fotolar
5 dekabr 2024 21:56
- Qulu Məhərrəmli: Çox böyük qayğı göstərdiyimiz şəxslər kişilik, ləyaqət sınağından çıxa bilmədi - MÜSAHİBƏ
5 dekabr 2024 13:49
- 2024-cü ildə vəfat edən tanınmış simalar- Namiq Abbasov, Hadı Rəcəbli, Dudaş Rzayev və s...
5 dekabr 2024 12:43
Xəbər lenti
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
Video & Fotoqalereya
Video
Fotoqalereya