Korrupsioner məmur Azərbaycana keçmək üçün dağlara qaçdı
Qonşu Dağıstanda casus-döyüş filmlərini xatırladan hadisələr baş verir.
Virtualaz.org xəbər verir ki, Dağıstanın tibbi-sosial ekspertiza Bürosunun rəhbəri, respublika parlamentinin deputatı Maqomed Maxaçev mayın 31-də işdən azad edilib. Maxaçev həmin Büroya 2013-cü ildən başçılıq edirdi və hüquq-mühafizə orqanları onun saxta sənədlərlə yüzlərlə dağıstanlıya əlillik statusu verdiyini, nəticədə Rusiyanın Dövlət Pensiya Fonduna on milyonlarla rubl ziyan vurdğunu müəyyən ediblər.
Həmin gün onun evinə qəfildən güc strukturlarının əməkdaşları gedib, amma Maxaçevi evdə tapıb həbs etmək mümkün olmayıb. Məlum olub ki, korrupsioner məmur həbsdən yayınmaq üçün dağlara qaçıb.
Dağıstan KİV-lərinin yazdığına görə Maqomed Maxaçev beş illik fəaliyyəti ərzində həkimlərdən, tibb bacılarından, ekspertlərdən, başçılıq etdiyi büronun əməkdaşlarından və digərlərindən ibarət mütəşəkkil qruplaşma yaradıb. Həmin qruplaşma ildə yüzlərlə Dağıstan sakininə rüşvətlə saxta əlillik statusu verib. Deyilənlərə görə Maxaçevin sayəsində Dağıstanda sakinlərinin az qala hamısı əlil statusu daşıyan kəndlər yaranıb.
İstintaqın hesablamalarına görə Maxaçevin əməlləri sayəsində Pensiya Fonduna 24-27 milyon rubl ziyan dəyib. Bu, təkcə 2017-ci il üçün olan rəqəmdir. Maxinasiyalarla bağlı 5 maddə ilə cinayət işi qaldırılıb. Mayın 31-də güc strukturlarının əməkdaşları əllərində Maxaçevin həbsi barədə orderlə onun Mahaçqaladakı evinin qapısını döyüblər. Lakin məlum olub ki, Maxaçev onların gəlişindən cəmi bir neçə dəqiqə əvvəl evi tərk edə bilib.
Müəyyən olunub ki, Maxaçev öz avtomobilində tələsik Mahaçqalanı tərk edib və doğma kəndinə- Tlyaratinsk rayonunun Mahaçqaladan 300 kilometr məsafədə yerləşən Qindib kəndinə doğru gedir. Güc strukturlarının əməkdaşları 20 avtomobillə onun dalınca düşüblər, amma kəndə çatanda məlum olub ki, Maxaçev orada da yoxdur və dağlara qaçıb.
“Komsomolskaya pravda” qəzetinin Dağıstan əlavəsinin yazdığına görə hazırda Qindib kəndinin ətraflarında və yaxınlıqdakı meşələrdə xüsusi təyinatlıların iştirakı ilə Maxaçevin axtarışları gedir. Habelə Maxaçevin evinin yaxında xüsusi təyinatlılar növbə çəkir. Bildirilir ki, onun çoxsaylı qohumları, tayfasının üzvləri də Maxaçevi dəstəkləmək üçün evinin ətrafına toplaşıb. İstintaq hesab edir ki, dağlara yaxşı bələd olan Maxaçev Rusiya-Azərbaycan sərhədinə tərəf gedib və Azərbaycana keçməyi planlaşdırır.
Maxaçevin işi üzrə 200-ə yaxın şəxs şübhəli qismində istintaqa cəlb olunub. Həmin cinayət işi üzr bir neçə həftə əvvəl Tibbi-Sosial Ekspertiza Bürosunun bir neçə əməkdaşı həbs edilmişdi. Daha sonra istintaq Maxaçevin özünü də həbs etməyi qərara alıb, amma onu yaxalamaq mümkün olmayıb.
Bildirilir ki, Dağıstanda saxta arayışlarla əlilik statusunun verilməsi Maxaçevdən əvvəl də geniş yayılmışdı. Nəticədə xalq arasında Dağıstana “idmançılar və əlillər diyarı” adı verilmişdi. Maxaçev də vəzifəyə təyin olunandan sonra bu ənənəni davam etdirib. Bir neçə il əvvəl onun fəaliyyəti barədə araşdırmalar aparılsa da deputat-məmur Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovla yaxınlığı sayəsində məsuliyyətdən kənarda qala bilib.
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 2024 21:29
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 2024 15:18
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 2024 15:51
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 2024 12:12
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 2024 15:21
- Zaman gələcək gənclərimiz Qərbi Azərbaycan Universitetində də təhsil alacaqlar...
21 noyabr 2024 15:41
- Yeni həyat şəhəri – Ağdam
21 noyabr 2024 13:10
- BMT Baş katibi Azərbaycana GƏLDİ
21 noyabr 2024 11:10
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 noyabr 2024 21:11
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07