"Narıncı Mebel"dən şikayət var: "Heç bir qanun tanımıram"
Günün sitatı2 iyun 2018 18:21

"Heç bir qanun tanımıram. Bura Azərbaycandır. Nə istəyirsiniz, edin". Bu sözləri şəhərdə fəaliyyət göstərən mebel mağazalarından birində vətəndaşın hüququnu pozan müdir deyib.
Qaynarinfo xəbər verir ki, "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bu barədə öz şəxsi "Facebook" hesabında məlumat verib.
Belə ki, vətəndaşın "Narıncı Mebel" adlı mağazada aldadıldığına dair etdiyi şikayət ərizəsini olduğu kimi sizə təqdim edirik:
"Mən, Abdulova Elnarə Mirzə qızı internetdə baxıb "Narıncı Mebel” MMC VÖEN 1502509531 Bakı şəhəri, M.Hadi küçəsi 136 ünvanında yerləşən, (Bakı şəhəri, N.Nərimanov rayonu, Fətəli xan Xoyski pr., ev 106, m. 44. Tel: 579-85-32; 4793-65-21, VÖEN: 1502850931) "Mebel” MMC direktoru Kişibəyova Ülkər Vaqif qızının işlədiyi yerə getdim. (Ülkərin telefonu: 012-370-77-35 – ofis, mob. 077-772-02-00) "Mebel” MMC salonunda satıcı Rəvan Hacıyevlə söhbət etdik. Elə həmin gün, yəni 12 iyul 2017-ci ildə saat 1500 – 1600 radələrində "Narıncı Mebel” MMC direktoru Ülkər və onun işçiləri Rəvan bizim yaşadığımız evə gəlib dizayn və mebeli yerləşdirmək üçün həmin yerin ölçülərini götürdülər. Sonra mebelin tezliklə düzəldilməsinə və təhvil verilməsinə söz verdilər. Müqavilədə göstərildiyi kimi 20 gün müddətində gətirib quraşdıracaqlar. Həmin gün 12iyun 2017-ci il tarixdə saat 1900-2000radələrində MMC-nin direktoru Ülkər bizə zəng edib dedi ki, mən Sizin evinizin yanındayam müqavilə bağlamaq üçün sənədləri gətirmişəm. Bizə aidiyyəti olan müqaviləni, smetanı və kassa mədaxil ordeninin qəbzini verərək 1200 (bir min iki yüz) manat onun (Ülkərin)istəyinə uyğun olaraq pul verdik.
Ülkər dönə-dönə bizə söz verdi ki, siz narahat olmayın, mən mebeli 20 gün müddətində hazırlayıb sizə təhvil verəcəyəm. Təxminən iki həftədən sonra Ülkər, Rəvan və Rəşad bizim evə gəldilər. Ülkər qışqır-bağır etməyə başladı ki, siz hələ mebeli qəbul etməyə hazır deyilsiniz. Sizin divarlar və döşəmələr xoşuma gəlmir, hamısı əyri-üyrüdür. Mənim ustalarım ideal şəraitdə işləməlidirlər.
Direktor "Mebel MMC” Kişibəyova Ülkər mənə sifarişi 20 günə hazır olacağına söz vermişdir. Lakin buna baxmayaraq vaxtından bir ay müddət keçdi, nə mebel hazır oldu, nə də pul qaytarıldı. Biz dəfələrlə ona zəng edərək verdiyimiz pulun qaytarılmasını tələb etdikdə, Ülkər hər dəfə ayrı-ayrı bəhanələr gətirərək ona lazım olan vaxtı uzadmağa başlayır. Biz isə məcbur olub ona deyəndə ki, Sizdən polisə və digər dövlət orqanlarına şikayət edəcəyik dedikdə, o isə mən, "Narıncı Mebel” MMC-nin direktoru Kişibəyova Ülkər Vaqif qızıyam mən sizin kimlərini çox görmüşəm, mənəhədə-qorxu gəlməyin, mən heç kəsdən qorxmayıram, heç bir qanun tanımıram, bura Azərbaycandır.
Yuxarıda deyilənləri nəzərə alaraq mən, Abdullayeva Elnarə Mirzə qızı tərəfindən Bakı şəhəri Yasamal rayon Prokurorluğuna ərizə ilə bu barədə müraciət etdim və Bakı şəhəri, Yasamal rayonu Polis idarəsinə də bu barədə Ərizə ilə müraciət etdim. Çox təəssüf olsun ki, hər iki dövlət orqanı bu məsələni həll edə bilmədi.
Yuxarıda deyilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Qanunlarına əsasən mebeli mənə təhvil vermədiyi və verəcəyi barədə heç bir vaxt təyin etmədiyi üçün artıq mebel aldığımı nəzərə alaraq ödədiyim 1200 AZN-nin qaytarılmasına köməklik etməyinizi Sizdən artıq dərəcədə xahiş edirik.
Sizdən xahiş edirik ki, bu haqda müvafiq dövlət orqanlarına və KİV-ə məlumat verəsiniz ki, əhali aldadılmasın".

AİİB sədri onu da vurğulayıb ki, məsələni danışıq yolu ilə həll etməyə çalışsalar da, mümkün olmayıb. Buna görə də ərizə iqtisadiyyat naziri Şahin Mustafayevə göndərilib. E. Hüseynov vətəndaşları ehtiyatlı olmağa çağırıb.
Oxşar xəbərlər
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 2025 11:35
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR
11 aprel 2025 11:39
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 2025 19:50
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 2025 00:06
- Xanlar Vəliyev təqaüdə göndərildi
8 aprel 2025 20:29
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya