Arif Qasımovun qardaşı Mətbuat Şurasına alternativ qurum yaradır ?

“3 il əvvəl Arif Qasımov Siyəzənin icra başçısı vəzifəsindən azad edən dövlət başçısı ona Bakının Nizami rayonunu tapşırdı. Bildirək ki, digər yüksək çinli məmurlarımız kimi, A.Qasımov da geniş biznes şəbəkəsi ilə tanınıb. 2011-ci ildə Siyəzənin icra başçısı təyin olunan Arif Qasımov özü üçün rayonda bir neçə nəhəng ferma inşa etdirib. Bu fermaları saхlamaq üçün təbii ki, əkin və otlaq sahələrinə ehtiyac var. Arif Qasımov bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını zəbt edib. Həmin ərazilər indi icra başçısının fermalarına хidmət edir. Bundan başqa cumhuriyyet.az olaraq araşdırmalarımız zamanı onu da öyrəndik ki, Arif Qasımovun Siyəzəndə bir neçə üzlük daş sexləri də fəaliyyət göstərir. Həmin seхlər rayonda görülən bütün təmir-tikinti işlərini tikinti materialları ilə təmin edirdi və çox yəqin ki bu proses Nizami rayonunda davam etdiriləcək.
Amma Arif Qasımovun biznesi Siyazənlə məhdudlaşmır. Siyəzənə rəhbərlik edən məmurun Nizami İcra Hakimiyyətində və bələdiyyəsində kifayət qədər dostu var. Məmur bu dostlarının vasitəçiliyi ilə Nizami rayonunun mərkəzi hissələrində torpaq sahələri alıb obyektlər tikdirir. Onun icra etdiyi tikinti layihələrinə, ümumiyyətlə biznesinin idarə olunmasına qardaşı Vüqar Qasımov nəzarət edir.
Bundan başqa, Arif Qasımovun bəzi yaxın qohumları Sabunçu rayonunun Ramana qəsəbəsində qanunsuz torpaq satışı ilə məşğul olurlar. Sözügedən qəsəbənin yarısı məhz icra başçısının qohumları tərəfindən satılıb. Həmin şəxslərin arxasında isə birbaşa icra hakiminin özü dayanıb.
Apardığımız araşdırmalar nəticəsində aydın oldu ki, Arif Qasımovun digər qardaşı Vidadi Qasımov 2007-ci ilin iyun ayında silahlı insidentdə iştirak edib. Belə ki, iyunun 17-də saat 01.00 radələrində Atatürk prospektində yerləşən “Pürrəngi” çayxanasında atışma olub. Nərimanov rayon prokurorluğunun məlumatına görə, münaqişə zəminində Arif Qasımovun qardaşı Vidadi Adil oğlu Qasımov odlu silahdan açılan atəşlə yaralanıb. Güllə yarası alan Vidadi Qasımov Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.”,- cumhuriyyet.az saytında Arif Qasımov haqqında yazılıb.
Onun oğlunun da adı mediada müxtəlif qalmaqallarda hallanıb. Bunlardan biri də onun hərbi xidməti ilə bağlıdır. Bir müddət əvvəl N.Qasımovun hərbi xidmətdə olduğu halda Bakıda dəbdəbəli həyatını davam etdirməsi haqda xəbərlər yayılmışdı. Hələ bu xəbərlər yayılarkən bəzi saytlar hansısa maraqlar naminə Arif Qasımovun və onun “məzlum” oğlu Nadir Qasımovun müdafiəsinə qalxdılar və iddia etdilər ki Nadir Qasımov son 6 ayda hərbi xidmət çəkməyib: “Nadir Qasımovun 6 ay əvvəl hərbi xidməti başa vurduğuna inansaq, onun hərbi xidmətinin başlanğıcı və böyük hissəsi məhz MTN-in və Eldar Mahmudovun vaxtına düşür.
Maraqlıdır görəsən, Eldar Mahmudov icra başçısının oğluna hərbi xidmət zamanı fərqli bir şərait yaradılması üçün göstəriş vermişdimi? Ancaq digər faktlar göz qabağındadır. Bəs həmin “adı açıqlanmayan mənbə” icra başçısının oğlunun “İnstagram”dakı profili haqqında nə deyə bilər?
Nadir Qasımov barəsində ən maraqlı məqam onun avtomobil kolleksiyası ilə bağlıdır. Arif Qasımovun oğlunun instagram səhifəsində yerləşdirdiyi fotolardan görünür ki, oğul bala əsl icra başçısının oğludur. 90-AA-852 nömrəli avtomobildə gəzən oğul Qasımova nə ilə bəraət qazandırmaq olar?! Aşağıda sizə təqdim etdiyimiz fotolardan da görünür ki, Nadir Qasımov əsl icra başçı oğlu kimi, “aristokrat” həyat tərzini sürür”.
Bu yaxınlarda isə 365İNFO saytına Arif Qasımovun Ədliyyə Nazirliyi İcra Baş İdarəsində işləyən qardaşı Vüqar Qasımov barəsində maraqlı məlumat daxil olub. Ümumiyyətlə Arif Qasımovdan jurnalistlər tənqidi yazılar yazan kimi. o, başına topladığı bir yığın “jurnalis”tlərin vasitəsi ilə mətbuat işçilərinə təzyiqlər göstərməyə cəhd edir.
Əldə etdiyimiz məlumata görə Vüqar Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin icra şöbəsinin rəisi vəzifəsində işləyirdi bu yaxınlarda isə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə başqa vəzifəyə dəyişdirilmişdir. Və Vüqar Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə proseslərinə ezam olunan jurnalistlərlə əlaqə yaratmağa çalışır.
Məlumat üçün bildirək ki, bəzi jurnalistlərə bahalı ətir, gül buketi bağlatdırıb göndərən Vüqar Qasımov hətta bir neçə sayt rəhbərlərinə qardaşının icra başçısı olduğu Nizami rayonunda obyekt hədiyyə edib. Sayt rəhbərlərinin arasında 3-4 noutbuk hədiyyə alanlarda olub. Ancaq sonradan Vüqar Qasımovun etdiyi xahişlərdən bezən sayt rəhbərləri onun hədiyyə etdiyi noutbukları aparıb Bakı Agır Cinayətlər Məhkəməsinin qarşısında qapıçıya təhvil veriblər ki: “Bu noutbuklar Vüqar Qasımova çatacaq”.
Ölkə mətbuatının yazdığına görə guya DMX-nin Bakı Regional İdarəsinin rəis müavini İntiqam Məmmədov Vüqar Qasımovu xidmətdə “yağlı” vəzifəyə təyin edib. Ancaq bu doğru məlumat deyil.
365İNFO saytının apardığı araşdırmalara görə dediyimiz kimi, Vüqar Qasımov hal-hazırda Ədliyyə Nazirliyinin Baş İcra idarəsində işləyir. Vüqar Qasımov bu vəzifədən savayı qardaşına görə Mətbuat Şurasına alternativ bir təşkilat da yaratmaq istəyir ki, ölkə mətbuatında onun qardaşı barədə yazan jurnalistlərə təzyiq göstərsin. Yeni yaradılan təşkilatda da Vüqar Qasımovu təmsil edənlər onun tərəfindən vaxtı-vaxtında hədiyyələrlə təmin olunan “jurnalist”lərdir.
Məlumata görə vaxtından əvvəl hakimlik fəaliyyətinə xitam verilən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə Vüqar Qasımov yaxın dostlardır. Hətta ölkə mətbuatının yazdığına görə Vüqar Qasımovun qardaşı Arif Qasımov iki il əvvəl 600 min manatlıq maхinasiyada ittiham olunmuşdu.
Belə ki, Prezident İlham Əliyev tərəfindən səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat pul alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi. Məlumata görə, bu işdə Siyəzənin keçmiş icra başçısı Arif Qasımov da iştirak edib. Hər halda 600 min manat pulu alınan iş adamı istintaqa belə ifadə verib. O, istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndərib. İndi də yuxarıda qeyd etdiyimiz kimi, bu xəbərlərin ölkə mətbuatında yayılmaması üçün Vüqar Qasımov başına yığdığı “jurnalist”lər vasitəsilə qardaşı və qardaşı oğlu barədə yazı yazan sayt rəhbərlərinə təzyiqlər göstərir.
Lakin, Azərbaycan Dünyəvi, hüquqi, müstəqil, demokratik və günü-gündən inkişaf edən bir ölkədir – ölkəmizdə söz azadlığı var. Mətbuat isə cəmiyyətin elə bir güzgüsüdür ki, düzü-düz, əyrini-əyri əks etdirir. Bu güzgüdə özünü və yaxud yaxın qohumlarını eybəcər görmək istəməyənlər, ilk növbədə korrupsiyaya bulaşmadan onlara həvalə olunan vəzifələrə vicdanla yanaşmalıdırlar.
Namiq Nərimanoğlu
365İNFO.ORG
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 2025 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- Çirkab suları Ceyranbatan Su anbаrınа axıdılır
12 aprel 2025 16:17
- Elşad Musayev vətəndaşları qəbul etdi
12 aprel 2025 14:40
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 2025 14:12
- Prezident İlham Əliyev Antalyada Avropa Şurasının Baş katibi ilə görüşüb
12 aprel 2025 13:24
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24