Bakı Abadlıq Xidməti MMC milyonlarla dolları göyə sovurur
Reportaj19 may 2018 14:51
"Baki Abadlıq Xidməti" özəl müəssisəsinin yerli icra hakimiyyəti orqanları ilə əlbir fəaliyyəti dövlət xəzinəsindən vəsaitlərin mənimsənilməsi ehtimalı ilə bağlı yeni fikirlərə yol açır.
Şəhər büdcəsi – harada boş, harada sıxdır
Necə olur ki, hörmətli Bakı meriyasının aparatı xəzinədən hər qəpiklə belə birmənalı pul xərcləyir. Axı Bakı Şəhər İcra Hakimiyyəti milyonlarla maliyyə axınlarını tənzimləyərək, özəl qurumlar üçün milyonlarla pulu səxavətlə paylayır, amma dövlət qurumlarına növbə qədər çatanda, xəzinənin kranı demək olar ki, tamamilə bağlanır.
Meriyada özəl sektora xüsusi rəğbət var? Deməzsən, onlarla özəl şirkətin və şəxslərin də bu qurumda (digər şəhər və rayonların icra hakimiyyətləri kimi) yaxud malların və xidmətlərin imzalanmış müqavilə altında qoyduğu qiyməti ala bilməmələrinə dair çoxlu fakt gətirmək olar. Burada isə bir dəfə kimsə kiminsə büdcə ventilini nəzarətə götürmək fikrinə gəlməyəcək.
Təsəvvürünüzə gətirin, Bakının abadlaşdırılmasına cavabdeh olan analoji dövlət qurumu Yaşıllaşdırma üzrə Təsərrüfat birliyi hər il Vergilər Nazirliyi və Hesablama Palatası tərəfindən ciddi yoxlanılılır. Bunun nə demək olduğunu hər bir təsərrüfatçı yaxşı anlayır.
Təsərrüfatın rəhbərliyi təxminən bir ay Hesablama Palatasnının auditorlarının, bundan bir neçə dəfə çox vergi işçilərinin sorğularının cavablandırılmasına yayındırılır. Bu zaman hər bir yoxlama nəticəsində ciddi nöqsanlar aşkarlanır.
Yeri gəlmişkən, auditorların ötənilki yoxlamalarının biri nəticəsinə görə diqqətə layiqdir. Orada qeyd edilir ki, yaşıllaşdıranlar kənardan sifariş axtarmaqda az effektlidir. Yəni yalnız dövlət sifarişini yerinə yetirirlər.
Düzgün irad, yaşamaq istəyirsənsə, fırlanmağı bacar. Əlavə gəlirlər təsərrüfat rəhbərliyinə işçilərə maaşı artırmağa və texnika almağa kömək edərdi. Amma bunu necə etmək olar ki, bu gün rəhbərliyi tamam başqa məsələ düşündürür?
Doğrudur, hamının gözü qarşısında pulun yeyilməsi olduğu halda kənardan hansı sifariş haqqında düşünmək olar?
Əsas odur ki, işdə qalasan. Sakit oturub heç olmasa maaş alacaqsan. Amma həddən artıq böyük fəallıq dövlət orqanının və xidmət ərazilərinin tam itirilməsinə gətirib çıxara bilər.
Görünür, bu dövlət strukturuna yalnız "öz işi" ilə məşğul olmağı elə möhkəm "tapşırıblar" ki, burada "Bakı Abadlıq Xidməti" MMC barədə heç nə danışmaq istəmirlər. Halbuki bu, açıq-aşkar rəqib firmadır. İstənilən sahibkarda rəqibi əleyhinə müxtəlif kompromatlar olur, lakin təsərrüfatına aid hər məsələnin "sükutlu" olduğu MMC rəhbəri Vaqif Novruzovun təsərrüfatı üçün yox.
Vaqif Novruzov
Və yəqin ki, Novruzov düşünür. Hökumət Evinin böyründəki yan bağlar təsərrüfatın hesabından çıxarıblar. Sağ olsunlar, heç olmasa kiçik bağın üç ayrı-ayrı hissədən ibarət kiçik bağın ən görünən hissəsini saxlayıblar.
Bu bağ da hökumət üzvlərinin gözləri qarşısındadır. Və belə bir qəribə mənzərə yaranır: binanın qarşısındakı parkın torpağı, bağışlayın, peyinlə qarışdırılır, onun xoşagəlməz iyi bir neçə gün ərzində ətrafa yayılır. İy zaman keçdikcə keçir, amma xoş yaşıllıq daha çox göz oxşayır. Həmin vaxt yan bağlarda köhnə çəmənlik əvəzinə yeni rulonları olan həmin otları səliqə ilə düzürlər. Novruzov özü də başa düşür ki, rulonlar yığmaq asandır və xoş iydən, başqa heç nə olmur. Amma nə etməli - büdcə imkan vermir. Eyni mənzərə qonşu "Sahil" bağında da hökm sürür, dövlət qurumları burada yerləşir: - Şəhər Prokurorluğu, Axundov adına Kitabxana, "Sahil" metro stansiyası, Səbail Rayon İcra Hakimiyyəti, "Yeni Azərbaycan" Partiyasının mərkəzi ofisi və s.
Təəssürat yaranır ki, şəhər icra hakimiyyəti həmin qurumlardan şikayət gözləyir ki, bu bağçaları "Bakı Abadlıq Xidməti" MMC-yə versin. Və yenə də tendersiz, yenə də digər yazılı prosedurların pozulması ilə. Halbuki bütün şirkətlərə bərabər şərait yaratmaq daha yaxşı olardı.
Bizdə xoşagəlməz şübhələr yaranır: - niyə Hesablama Palatası və digər nəzarətedici qurum kimi, bir dəfə də olsun, Baki Abadlıq Xidməti MMC-də dövlət vəsaitlərinin necə xərclənməsinə maraq göstərməyib?
Yox, biz Hesablama Palatasını ona xas olmayan vəzifənin icrasına - özəl qurumun yoxlanılması ilə məşğul olmağa çağırmırıq. Axı ora pul dövlət büdcəsindən daxil olur! Və vəsaiti ora bir dövlət qurumu - Bakı Şəhər İcra hakimiyyəti paylayır. Auditorlar isə nədənsə heç vaxt düşünmədi ki, niyə bu dövlət qurumu oxşar işlərə görə müxtəlif təşkilatlara özünün vəsait ayrılmalarını belə kəskin fərqləndirir.
Fevralın əvvəlində bütün ölkə KİV-ində Baki Abadlıq Xidməti MMC işçilərinin Heydər Əliyev prospekti boyunca saralmış otları yaşıl rənglə boyamaları barədə dərc olunmuş məlumata təkcə Hesablama Palatası deyil, həm də hüquq-mühafizə orqanları da reaksiya vermədi. Görünür, bu qüdrətli MMC-ə çox şey olar.
Əlbəttə, şəhərin yaşıllıq təsərrüfatında pullar az deyil. Təəssüf ki, bu barədə dəqiq məlumat tapa bilmədik. Və qəribə də deyil. Bakı Şəhər İcra hakimiyyəti bir zamandan etibarən tam məxfi dövlət qurumuna çevrilib. Mətbuat xidmətinin əməkdaşları da daxil olmaqla, bütün icra hakimiyyətinin əməkdaşları iddia edirlər ki, onlara jurnalistlərlə ünsiyyət iş üçün təhlükə yaradır.
Heç bir rəsmi saytda da heç bir maliyyə sənədi və ya göstərici tapılmır. Əlbəttə, bu, ölkə prezidenti İlham Əliyevin dövlət strukturlarına şəffaf fəaliyyəti təmin etmək və elektron adlanan müasir idarəetmə üsullarına keçid, rəqəmsal hökumət zəruriliyi çağırışlarına ziddir.
Ancaq Abutalıbov tərəfindən tikilmiş məxfilik qalasını sındırmaq asan iş deyil. Meriya mətbuatın tənqidinə reaksiya vermir, nəzarət orqanları isə susur. Bəlkə də Bakı Şəhər İcra Hakimiyyətinin mövcudluğunu ümumiyyətlə unudublar? Meriyanın o yolla getməsi kiməsə çox sərfəli ola bilər.
Biz bu suallara sonra cavab tapacağıq. İndi isə suallara Hesablama Palatasının saytındakı kiçik rəqəmlər və göstəricilərlə cavab verməyə çalışacağıq. Bu məlumatlar şəhərin yaşıllaşdırılmasına ayrılmış maliyyə subsidiyalarının təqdim etməyə imkan verəcək.
Hesablama Palatası nə deyir?
Ölkənin dövlət büdcəsinin xərcləri hissəsindən göründüyü kimi, 2016-ci ildə Azərbaycanda tullantıların (yaşıllaşdırma işləri də bura daxildir) yığılması və təmizlənməsi, abadlaşdırılması üçün büdcədən 260 milyon manatdan çox pul ayrılıb. Yerli icra hakimiyyətlərinə bu məbləğin təxminən 150 milyon manatı ayrılıb.
Əgər nəzərə alsaq ki, bu məbləğin əsas hissəsi tam aydın səbəblərə görə paytaxtın payına düşür, onda ehtimal etmək olar ki, Bakının yaşıllaşdırılmasına bu subsidiyanın ən azı yarısı düşür. Bu zaman Ekologiya Nazirliyi və Nəqliyyat Nazirliyi (hər halda o Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşənə qədər) yaşıllıqların özlərinə aid hissələrini özləri maliyyələşdirir.
Halbuki da, bu vəsait dövlət büdcəsindən, aidiyyəti üzrə nazirliklərə verilir. Dənizkənarı Bulvarın, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Nazirlər Kabineti yanında və yerli icra hakimiyyəti orqanlarının, "Təmiz Şəhər" ASC-nin, həm də digər orqanların ayrıca xərc bölməsi var.
Daha bir detalı diqqəti çəkir. Əgər xərclər üzrə büdcə paraqrafı 8.2.2.7 (bərk tullantılardan təmizlənməsi və abadlaşdırılması üçün yerli icra hakimiyyətlərinə ayrılır) son illər azalırsa, əksinə, həmin məqsədlər üçün xərclər 8.2.2.9 (kommunal təyinatlı və yaşayış massivlərinə aid abadlıq infrastrukturunun bərpası) paraqrafa görə, eyni orqanlarına ayrılanlar artır. Burdan belə nəticə çıxır – bir neçə on milyon manatlıq subsidiya hər il "JEK"lər (MKİS) və bir neçə özəl qurumlar, o cümlədən "Bakı Abadlıq Xidməti" MMC arasında bölünür. Amma bu məbləğin nisbətən kiçik hissəsi, artıq qeyd etdiyimiz kimi, dövlət qurumlarına çatır. Və bunun əksinə olaraq bütün maliyyə dəstəyi ilə "Baki Abadlıq Xidməti" MMC-nin brend inkişafı üçün şərait yaradılır.
Təcrübədə belə hallar digər ölkələrdə də müşahidə olunur. Amma bütün bunlar, bir qayda olaraq, hansısa yüksək vəzifəli məmurun güclü dəstəyi ilə bağlıdır. Və onların hamısı öz mövqelərindən istifadə edərək dövlətin verdiyi səlahiyyətlərdən seçilmiş şirkətlər üçün daha əlverişli rejim yaradırlar.
Sonra büdcə maliyyələşdirilməsinin artırılması və müxtəlif güzəştlərin verilməsi əldə edilir, Bütün bu işlər, əlbəttə ki, sadə deyil. Əslində həmin məmur hətta əgər onun yaranmasında əvvəlcədən iştirak etməyibsə belə, o şirkətin əsas sahibinə çevrilir.
Əlbəttə, bu zaman onun adı xüsusi olaraq açıqlanmır. Nəhayət, hər şey açılır, məmur isə xidməti vəziyyətindən və dövlət büdcəsindən istifadə yolu ilə korrupsiya səviyyəli gizli danışıq aparılması mexanizmində iştirak etdiyinə görə məsuliyyətə cəlb olunur. Belə olan halda məntiqli sual yaranır: "Bakı Abadlıq Xidməti" MMC-nin arxasında kim dayanır? Kim hakimiyyətin ali eşelonlarında bu quruma "krışalıq" edir?
Siz kimsiniz cənab X?
Adətən belə "krışa"nı təsəvvür etdiyin kimi tapmaq asan olmur. Hətta peşəkar istintaq-əməliyyat tədbirlərinə məharətlə qurulmuş piramidanın ən hündür yerinə çıxmasına həmişə imkan olmur. "Aşağılar" belə qurumları üzərlərinə götürürlər, "yuxarılar" isə onlara onsuz da qaça bilmədikləri aqibəti yüngülləşdirmək üçün kömək edir. Bu məsələlərdə yarım mafiya və ya son vaxtlar deyildiyi kimi korrupsiyaya qurşanmış qurumlar dayanır. Bu, onların davamlılığı ilə izah olunur – rəhbər həmişə kölgədə qalır. Ondan fərqli olaraq rəsmi icraçıları yaranmış vəziyyəti yüngülləşdirmək üçün bəyanatlarla çıxış edə bilər.
Amma bizim məsələ detektiv kitab və filmlərin müəllifləri kimi göstərmək istədikləri kimi belə alınmadı. "Yüksək vəzifəli" MMC, yumşaq desək, digər KİV orqanlarının məlumatlarından göründüyü kimi, mətbuatla danışmağı sevmir. Onlar ictimaiyyətlə tanış deyil.
Amma bu quruma necə "krışalıq" edilməsini öyrənmək asandır. JEK-lərdən birinin ilk rəisində yuxarıda qeyd etdiyimiz "Bakı Abadlıq Xidməti" MMC-nin nailiyyətləri necə əldə etməsi barədə kifayət qədər məlumat var. O, MMC-nin nailiyyətləri haqqında danışmağa başladı. O bizə "izah etməyə" çalışdı ki, MMC-nin qabaqcıl dövlət qurumu kimi bütün lazımi mütəxəssisləri və lazımi texnikası var.
Onu şəhər mərkəzinə, digər qələbəlik bağçalara və istirahət yerlərinə lazımi görkəm vermək üçün bütün lazımi avadanlıqlarla təchiz edirlər: müstəqil dövlət qurumları - Dənizkənarı Bulvar İdarəsi kimi orqanlar.
MKS rəisinin tabeli MMC sahəsində bilikləri bizi valeh etdi. O, tədricən işçilərinin bu "qabaqcıl dövlət strukturunun" əməkdaşlarından az maaş alması səbəblərinə keçdi. Guya, o, daha məsuliyyətli bir işdir və s. onlardan daha yaxşı işləyir.
Paxıllıq etmədən hər şeyi, yuxarı orqanlarda hamının bunu bildiyini və hər şeyi düzgün böldüyünü danışırdı.
- Əgər bu, dövlət strukturudursa, yəqin onun kuratoru da olmalıdır - deyə soruşuruq.
O cavab verir:
- Əlbəttə ki var. Bakı Abadlıq Xidmətinin fəaliyyəti Nazirlər Kabinetinin kurasiyasındadır. Bu ölkə rəhbərliyinin şəhərin mərkəzinin, onun park və xiyabanlarının abadlaşdırılmasına nə dərəcədə böyük fikir verdiyini bir daha sübut edir.
Xülasə, oxucularımızı hansısa JEK müdirinin fəlsəfi müdrik kəlamları ilə yormayaq, özü də onun cavabının məzğini adi fəhlədən tutmuş dövlət qurumlarının başçılarına qədər bir sıra instansiyalarda təsdiq edirlər.
Bir çoxları Nazirlər Kabinetinin özəl şirkəti kurasiya etməsində heç bir qəbahət görmürlər. Bir çoxları, amma, hamı yox. Elələri də var idi ki, hiyləgərliklə gülümsəyərək, ikibaşlı nəticələr çıxarırdılar.
Amma biz ikibaşlı nəticə çıxarmağa tələsməyəcəyik. Nazirlər Kabinetinin rəhbərliyinin bu təşkilatla hansısa şübhəli əlaqlələrə girdiyini təsəvvür etmək çətindir və biz hörmətli insanların üzərinə kölgə salmaq istəmirik.
Çətin ki, ölkənin bütün iqtisadiyyatını idarə edən insan, xadimələrin və bağbanların maaşına göz dikəcək. Ola bilsin ki, dövlət başçısı doğrudan da NK-nin rəhbərliyinə şəhərin mərkəzinin abadlaşdırılmasına, əhalinin və qonaqların layiqli istirahətinin təmin olunması ilə bağlı göstərişlər verib. Yüksək vəzifəli məmurlar da bu nəcib istəyi rəhbər tutaraq, sadəcə üzərinə düşən vəzifənin öhdəsindən şərəflə gəlməyə çalışırlar. Lakin, yaxın ətrafdan kimsə bu nəciblikdən yararlanaraq, öz məqsədləri üçün istifadə etmək qərarına gəlib.
Amma istənilən halda bu mister X-i Nazirlər Kabinetinin rəhbərliyindən tutmuş MMC-nin rəhbərliyinədək dar məkanda axtarmaq lazımdır. Hətta, o da istisna deyil ki, bu funksiyanı MMC-nin rəhbərliyi özü yerinə yetirir.
Amma, belə hallarda əsassız nəticələr etmək heç kimə icazə verilmir. Belə nəticəyə daha dərin araşdırmadan sonra gəlmək olar.
Amma, necə deyərlər, podratçının seçimi, onun maliyyələşdirilməsi, sağlam rəqabət prinsiplərinin pozulması halları göz qabağındadır.
Bu artıq kifayət edir ki, bu faktlarla daha səlahiyyətli orqanlar məşğul olsunlar.
Yeni seçilmiş hökumətin bu siqnalı diqqətdən kənarda qoyması inandırıcı deyil.
Qanun hamı üçün
Bəli, hökumətin yeni tərkibi dövlət başçısının təyin etdiyi vəzifələri layiqincə yerinə yetirmək üçün mürəkkəb vəzifələri həll etməlidir. Lakin, nə bu vəzifələri, nə də ölkənin inkişafına və əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən geniş miqyaslı islahatları, qanunun aliliyinə ciddi riayət etmədən həyata keçirmək mümkün deyil. Burada məhz yüksəkrütbəli məmurlar nümunə rolunu oynamalıdırlar.
İnanıram ki, Nazirlər Kabinetinin şöbələrində oturan bu yüksək vəzifəli şəxslər siqnalımıza birbaşa reaksiya verəcək və şəhərin abadlaşmasında qayda-qanun yaradacaqlar.
Bizim isə məqsədimiz onlara həqiqəti çatdırmaqdır və eyni zamanda son zamanlar müəyyən məmurların ticari əməliyyatların keçirilməsində (o cümlədən tenderlərin), dövlət müqavilələrinin icraçısının seçimi ilə bağlı üzərlərinə düşən öhdəlikləri inkar etməsini və konkret şirklətərlə müqavilə bağlamasını nəzərinizə çatdırmaqdır.
Qanunla əgər belə müqavilənin dəyəri 50 min manatı ötürsə, bu halda onlara belə bir hüquq verilmir.
Düzdür, "Dövlət satınalmaları haqqında" Qanunda bir neçə əsaslı istisnalar var ki, bu zaman hərracları keçirmək vacib deyil. Onlardan biri - fövqəladə hallarda satınalmalardır. Lakin fövqalə hallara - yanğınlar, daşqın və digər hadisələr aiddir ki, bu zaman müsabiqələr üçün uyğun vaxt deyil.
Amma bizdə olan məlumata görə, hazırda məmurlar fövqəladə vəziyyət şəklində nəyi desən rəsmiləşdirilər. Amma əgər yenə şəhərin yaşıllaşdırılmasını da fövqəladə hallar adı altında rəsmiləşdirirlərsə, bu artıq hörmətsizlikdir. Bəs birdən doğrudan fövqəladə hal yaranarsa, onda onlar nə edəcəklər? Ona görə hər şey baha və keyfiyyətsiz ediləndə, bunu daha sonra yenidən baha və keyfiyyətsiz bərpa olunanda, hoqqasnı gizlətməyə çalışan məmurları başa düşmək olar.
Üzdə belə sadə olsa da, belə fırıldağı, vaxtında açmaq heç də həmişə mümkün olmur.
Ciddi şirkətin onlarla bank hesabı nəyinə gərək?
Sadalananlarla prinsipcə buna son qoymaq mümkün olardı, lakin bir hal olmasaydı. Əslində, bunu cinayət və ya maliyyə pozuntusu kimi təqdim etmək mümkün deyil. Hər iki halda bu qanunla cəzalandırılır, və özünə hörmət edən heç bir sahibkar buna qarşı gedə bilməz. Əlbəttə ki, buna qarşı "Bakı Abadlıq Xidməti" Ltd. şirkətinin rəhbərliyi də getməyəcək, hətda özünün havadarlarının nə dərəcədə güclü olmasına baxmayaraq, büdcəni bacarıqla talamaq lazımdır. Ancaq hələ də bu vəziyyət ciddi düşüncələrə səbəb olur, sadə jurnalist araşdırması bu suala cavab verə bilməz.
Bəs bu düşüncələr nədən ibarətdir?
Müvəffəqiyyətlə aradan qaldırdığımız "inkişaf etmiş sosializm" dövründə hər bir müəssisədə yalnız bir bank hesabı - rubl hesabı var idi. Yalnız İxrac-idxal əməliyyatları ilə məşğul olan bir neçə iri müəssisəyə xarici valyuta hesabı açmağa icazə verilirdi. Ancaq növbəti mərhələyə - "inkişaf etmək olan kapitalizmə” keçdikdən sonra bu qaydalar dəyişdi. Nəticədə yalnız biznes və şirkətlər deyil, hətta fərdi şəxslər də istədikləri qədər bank hesabı aça bilərlər. Buna görə də, kimsə bir neçə bank kartını cibində daşıyarkən buna təəccüblənmək lazım deyil. Bunun üstünlükləri var. Başqa bankların ATM-dən pul çıxaranda nə qədər faiz itirdiyimizi xatırlamaq kifayətdir. Lazımi bankın kartı olduğu təqdirdə ən azı pul çıxarılarkən faizlərin itirilməsindən qaçmaq olar.
Ona görə də, "qabaqcıl" şirkət olan "Bakı Abadlıq Xidməti” MMC-nin ölkənin bir sıra aparıcı banklarında bir neçə hesabının olmasını təsadüfən aşkar etdikdə təəccüblənmədik. Amma hələ də bəzi şübhələr jurnalist marağını daha da artırdı. Şəhərin yaşıllaşdırılması ilə məşğul olan adi şirkətin bu qədər bank hesabı nəyinə lazım və ümumilikdə onun neçə belə hesabı var?
Ancaq ilk baxışdan bu sual sadə görünür. Bank sirri, praktikada əmin olduğumuz kimi çətin aradan qaldırılan maneədir. Ancaq əzmkarlıq öz bəhrəsini verdı: MMC-nin 20-dən çox belə hesabının olması məlum oldu. Və bu, bizim hələ öyrənə bildiyimizdir. "Bakı Abadlıq Xidmətinin” neçə bank hesabı var? Şəhərin abadlaşdırılması qədər özü kimi təvazökar bir işlə məşğul olan şirkətin onlarla hesabında hələ nə qədər pul saxlanılır?
Bəli, hörmətli oxucu, yalnız manat hesabı ilə şirkətin 20-dək hesabını aşkar etmişik - Bank Respublika-da dörd, AG Bank-da üç, Caspian Development Bankda iki, hərəsindən bir dənə AtaBank, Bank of Baku, Kapital Bank-da.
Dollar hesabları isə iki dəfə azadır – cəmi 6 belə hesab var. Həmin banklarda - Caspian Development Bankda və Bank Respublika (iki hesab), Kapital Bank, AG Bank (bir hesab) da fəaliyyət göstərirlər. Eyni banklarda avro (üç), sterlinq və rubl hesabları da var ...
Yenə də həmin şirkəti yuxarıda göstərilən JEK və Bakı şəhərinin yaşıllaşdırılmasına dair Təsərüffat birliyi ilə müqayisə etməyə çalışacağıq. Birliyin bir bank hesabı var, o da manat hesabı ilə. Valyuta ilə - onların işi yoxdu. JEK-lərə gəlincə, onlar valyutada bank hesablarını heç xəyal etmirlər, onlara cari xərclər üçün kifayət qədər manat olsaydı bəs edərdi. Bəli, lüks həyat onlar üçün deyil. JEK və Təsərüfat müdirləri onlarla hesabı olan və müxtəlif valyutalarda maliyyə maxinasiyalarında iştirak edən həmkarları kimi "öyünə” bilməzlər.
Amma ilk baxışdan eyni işi görürlər. Sadəcə şəhərin müxtəlif yerlərində. Axı onlar geoloji tədqiqat aparmırlar ki, deyək ki, torpaq kateqoriyasına əsasən qazma işlərinin qiyməti də dəyişir. Bəli, qumlu və qayalı yerlərdə qazıntılar eyni şey deyil. Lakin park və küçələrin təmizlənməsi, ağacları və çiçəkləri sulamaq üçün qiymətlər, kimin həyata keçirməsi və şəhərin hansı yerində həyata keçirilməsinə görə dəyişə bilməz. Düzdür, qiymətə təsir edə bilən yalnız bir vəziyyət ola bilər - brend. Əgər dünya miqyaslı tanınan bir şirkət mürəkkəb texniki və texnoloji iş apararkən, eyni işi görən, ama heç kəsə tanış olmayan şirkətdən daha baha qiymətə həyata keçirir. Bəlkə "Bakı Abadlıq Xidməti” qlobal bir markadır, biz, adi bakılılar bundan xəbərsizik? Ancaq bu vəziyyət də şirkətin çoxlu sayda bank hesabı, o cümlədən xarici valyutada hesab sirrinə aydınlıq gətirmir. Özü də şirkət iddia edir ki, onlar artıq heç bir ölkədən bitki örtüyü idxal etmir və ağaclar və otların alınmasında yerli istehsalçılara müraciət edir.
Əcaib baobablara və palmalara tələbat azalıb, amma şirkətin xarici valyutaya ehtiyacı, görünür, artır. Buradan yalnız bir nəticəyə gəlmək olar. Görünür, MMC ağacları sulamaqdan, çəmənlikləri, bağları, küçələri abadlaşdırmaqdan artıq bezib və böyük bizneslə məşğul olmaq qərarına gəlib.
Abadlaşdırmaqda çoxmu qazanacaqsan? Amma onda şəhərin bilavasitə abadlaşdırılması ilə məşğul olan "Baki Abadlıq Xidmətini” dəyişmək lazımdı. Belə desək, tikinti kərpicinin istehsalı ilə məşğul olan şirkətə Kosmosun mənimsənilməsi ilə məşğul olmaq yaramaz. Burda qapalı dairə alınır - hara fırlasan, onlarla bank hesablarının sirrinin cavabı yoxdur. Oxşar mənzərə Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin işində də olub. Çoxsaylı manat və valyuta bank kartlarının köməyi ilə Canik, onun arvadı və qızı pulların mənşəyi ilə hesablaşmadan milyonları pulu sağa və sola xərcləyirdilər. Amma bir də çətin kiminsə ağlına Canikə oxşamaq gələr. Bəli, belə israfçılıq keçmiş bankirə baha başa oturdu - 14 il müddətinə azadlıqdan məhrum edildi. Düşünmək istəməzdik ki, onun yeni ardıcılları təvazökar MMC-də tapılacaq.
(Araşdırma davam edir)
Mənbə: haqqin.az
Oxşar xəbərlər
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 2024 21:29
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 2024 15:18
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 2024 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 2024 19:57
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 2024 19:28
- Elektron siqaret qadağan edildi
23 noyabr 2024 15:25
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 2024 13:46
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 2024 15:21
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 2024 13:08
Xəbər lenti
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
Video & Fotoqalereya
Video
Fotoqalereya