700 bal toplayan tələbə: “Müəllim bir faizi belə mənə güzəştə getmədi”
Müsahibə3 may 2018 00:51
2017-ci ildə keçirilən ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayaraq Azərbaycan Diplomatik Akademiyasının Dövlət və İctimai Münasibətlər fakültəsinə daxil olan Pərvin Əhmədova azedu.az-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Pərvin, ali məktəblərə qəbul imtahanlarında maksimum nəticə göstərmisiniz, amma Azərbaycan Diplomatik Akademiyasında ödənişli əsaslarla təhsil alırsınız...
- ADA-da 700 bal toplayanlar bir semestr pulsuz təhsil alır. Əgər əlaçı olursansa, müəyyən məbləğdə güzəştlər olunur. Əvvəl Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmaq istəyirdim. Müəllimlərimin motivasiyası mənə stimul verdi. Onlar dedilər ki, əgər 700 bal toplamısansa, ADA-da əlaçı olub ödənişdən azad oluna bilərsən.
- Əlaçılar ödənişdən tamamilə azaddır?
- Xeyr. Müəyyən güzəştlər var. Məsələn, illik 6500 Azn yox, 1000 Azn ödəməlisən. Mən həm əlaçı olacağımdan əmin idim, həm də məcburi köçkün olduğuma görə hər il 750 manat verməklə kifayətlənirəm.
- Bəs ADA-nı seçməyinizin əsas səbəbləri hansılardır?
- Bakı Dövlət Universitetinin ingilis dili bölməsini də seçə bilərdim. Ancaq ADA-da iqtisadiyyatda oxuyanlar da ingiliscə danışırlar. Düşündüm ki, mən mühitin içində formalaşacam. Burada hamı ingilis dilində danışır, çünki mühit səndən bunu tələb edir. Təhsil aldığım müddət ərzində ingiliscə səlis danışa bilirəm. Bakı Dövlət Universitetində məncə, belə nəticə əldə edə bilməzdim. Bir sözlə, ADA-da həm ingilis dilli mühit, həm universitetin prestiji, həm də xarici müəllimlərin burada dərs keçməsi Bakı Dövlət Universitetini seçməyimə mane oldu. Hazırda 2 amerikalı, 1 britaniyalı müəllimdən dərs alıram. ADA- ya daxil olduqdan sonra həm dünyagörüşümdə, həm nitqimdə, həm də həyata baxışımda xeyli dəyişikliyin olduğunu görmüşəm.
- Məlum məsələdir ki, ADA-nın mühiti Azərbaycandakı başqa universitetlərin mühitinə bənzəmir. Bu baxımdan ali təhsil müəsisəsinə uyğunlaşmaqda hansı çətinliklər çəkdiniz?
- ADA-dakı ilk dərs günümdə Təhsil Nazirliyinin keçirdiyi tədbirdə iştirak etməliydim. Bu səbəbdən, ilk dərs günümə gecikmişdim. İçəri girdim ki, otaqda olan 18 nəfərin hamısı ingilis dilində danışır. Evə gəlib özümə ürək-dirək verdim. Xarakterimi dəyişən deyiləm, amma mühitə uyğunlaşmağı bacarıram. Bu artıq zərurət idi. Vaxt keçdikcə mühit kənarda durmur, səni qəbul edir. Qarşılıqlı əlaqələr nəticəsində hazırda özümü ADA-nın bir parçası hesab edirəm.
- ADA-da yüksək vəzifəli şəxslərin övladları da təhsil alırlar. Onlarla ünsiyyətdə çətinlik çəkmirsiniz?
- ADA-da bəzi xüsusiyyətlər var ki, onlara önəm verilmir. Mən 700 bal yığmışam amma, 400 bal yığan tələbəylə eyni yerdə oxuyuram. Biz ali məktəbdə yetkin olmağa doğru gedirik. Məktəbdə uşaqlarla bir az məsafə saxlayırdım, ADA-da isə mühiti görəndən sonra məsafə saxlasam, özümün itirəcəyimi anladım. Hələ mən 1-ci ildir ki, təhsil alıram. Bəlkə də elə adamlarla qarşılaşmamışam. Ancaq ADA mühiti hər bir adamla dostluq qurmaq lazım olduğunu tələb edir.
- Diplomatik Akademiyada müəllimlərin dərs keçmək metodu necədir?
- İştirak etdiyimiz debatlarda məktəblə ADA-nı nümunə gətiririk. Məktəbdə mənim parta yoldaşım olsa da, indi yoxdur. Mən gündə bir adamla otururam. Hər gün də başqa şey öyrənirəm. Ancaq məktəbdə bir nəfərlə oturanda eyni adama öyrəşirdim. Müəllimlər deyir ki, bir nəfərlə həftədə iki dəfə oturmaq olmaz. Bu qayda mənə hərdən qəribə gəlirdi. Amma sonradan bizim xeyrimizə olduğunu başa düşdüm. Mənim yaxın dostumdur, mən ancaq onla oturum deməklə kifayətlənmək olmaz. Müəllimlərimiz kurikulumu tətbiq edirlər. Dərslər musiqi ilə inteqrasiya olunur. Əyləncə və gülüş mütləqdir. Listen Speaking müəllimimiz bizi sakit görəndə "nəyə görə qəmginsiniz? pozitiv olun”- deyir. Məktəbdə isə əksinə, uşaqları sakitləşdirməyə çalışırlar ki, ancaq dərs oxumaq lazımdır.
- III kursdan sonra hüquqa, yoxsa iqtisadiyyata yönəlmək istəyirsiniz?
- Bizə 3 il müddət verilibsə, deməli bir bildikləri var. Kodlaşdırmaya qədər BDU-nu seçmək fikrim var idi, bir günün içində isə ADA oldu. Ola bilsin ki, 3 ildən sonra iqtisadiyyatı seçdim.
- Belə başa düşdüm ki, təsir altına tez düşən birisiniz...
- Siyasətçilərə məxsus fikirlər yürütməyə çalışıram ki, hüquq oxuyub nə edə bilərəm? Hamı hüquqşünas olmaq istəyir. İnsanı özündən yaxşı tanıyan yoxdur. Zamanla həm özünü dərk edəcəksən, həm də özün üçün ən yaxşısını seçəcəksən. Mən hələ qəti qərar verməmişəm. Siyasət oxuyacam. Ondan sonra biləcəm ki, siyasəti hansı sahədə daha mükəmməl tətbiq edə bilərəm.
- "Parlaq Zəka” oyununda tarix və coğrafiya üzrə birinci yerə çıxmısınız. Halbuki, III ixtisas qrupunda coğrafiya fənni yoxdur..
- 700 bal toplamağı çoxları əzbərçiliklə əlaqələndirir. Əgər əzbərləmək bu qədər asandırsa, hamı 700 bal toplayar. Məktəb vaxtlarında coğrafiyanı, fizikanı oxuyanda hamı təəccüblə soruşurdu ki, sən bu fənnləri neynirsən? Amma indi deyirəm ki, nə yaxşı ki, oxumuşam. Bu gün qarşılaşdığım uşaqlar I, II ixtisas qrupu üzrə hazırlaşıblar. Ən azından katalizator və demoqrafiq partlayış barədə soruşanda mən onlara yaxşı cavab verə bilirəm. III qrupa hazırlaşıram deyə biliyimi, yalnız beş fənlə məhdudlaşdırmaq mənə görə deyil. Bu barədə çox qısqancam. Digər qruplarda keçirilən dərslərdən niyə xəbərdar olmayım?
Texniki sahələrə yönələnlərin ədəbiyyat oxumaq məcburiyyətləri yoxdur. Bəzən sual verirlər ki, Mir Cəlal Paşayev kimdir? Deyək ki, hazırlaşdığın qrup ədəbiyyat oxumağı tələb etmir. Bəs 8-ci sinifdə keçdiyimiz dərs də yadında deyil?
Bəzən mənə məntiqi sual verməyə çalışırlar ki, 2 ayaq üstə dayananda çəkin çox olacaq, yoxsa bir ayaq? Bu sualın cavabı fizikanın qanunlarına söykənir. Belə ki, 1 ayaq üstündə də dursan çəkin eynidir, 2 ayaq üstə dursan da. Qardaşım 11-ci sinifdə oxuyur, fizikadan test edir. Fikirləşib cavabı deyirəm. Demirəm, fizikadan qardaşımdan çox bilirəm. Xeyr, amma "sıfır” da deyiləm.
- Bəs, həm öz dərslərinizlə, həm də digər fənlərin dərsləri ilə məşğul olmaq üçün vaxtı necə bölüşdürürdünüz?
- Bu 11 ildən irəli gəlir. ADA-ya daxil olanda ilk günüm ancaq oxumaqla keçdi. Deyirdim ki, yəqin oxumaqdan gecələri yata bilməyəcəm. Artıq hər şey rahatdır. Siyasət də oxuyuram, internetdə əlavə videolara da baxıram. Əsas odur ki, yolun tapasan. Ondan sonra hər şey insana adi gəlir.
-Qeyd etdiniz ki, 700 bal toplamaq 11 ilin bəhrəsidir. Bəs, məktəbi əlaçılıqla bitirənlərin bir çoxu qəbul imtahanlarında 200 balı keçə bilmir. Bu nədən qaynaqlanır?
- Mənə elə gəlir ki, onlar məqsədsiz şəkildə və güzəştlə qiymət alanlardır. Bu günə qədər güzəştlə qiymət almamışam. Müəllim güzəşt edib "5” yazanda qiymətimi "4” etməsini xahiş etmişəm. Adam ona əsəbiləşir ki, əslində qiymətim "4” olsa da, müəllim məni çox istədiyindən, yazığı gəldiyindən bu qiyməti yazıb.
- Bəs qəbul imtahanında topladığınız bal gündəlik həyatınıza necə təsir edir?
- Biz özümüzü müəllimlərə tanıtmırıq. Müəllim deyir ki, bir-biriniz haqqında danışın. ADA Universitetinin "facebook” və "intagram”da səhifələri var. Onlar məndən müsahibə götürüblər. Buna görə qrup yoldaşlarım və müəllimlərim məni görən kimi tanıdılar. Mən qrup yoldaşımla danışanda özümü təqdim edirəm və 700 bal topladığımı deyirəm. Artıq müəllim onu məndən yox, bu barədə danışdığım adamdan soruşur. Mənə "Miss 700”deyə xitab edirlər. Sən 700 bal yığmısan, hər şeyi edərsən deyirlər. Yəni, maksimum nəticə müəyyən mənada özünü göstərir. 700 sadəcə, mənim keçmişlə bağlı xatirəm oldu. Ali məktəbdə də yüksək nəticə göstərəndə 700 balla əlaqələndirirlər. Əslində isə elə bu çalışqanlıqla bağlı olan məsələdir.
- Maksimum nəticə qiymətlərinizə güzəşt edilməsinə səbəb olub?
- ADA-da mövzu təqdimatında 99 % almışam. Müəllim bir faizi mənə güzəştə də gedə bilərdi. Soruşdum ki, nəyə görə 99% ? Dedi, təqdimat zamanı dərindən nəfəs aldın, bu auditoriyada qarışıqlıq yarada bilər və tələbələrdə yanlış fikirlər formalaşdıra bilər. Ondan sonra dərk etdim ki, 100 % almaq üçün intonasiyama fikir verməliyəm. Yəni, o bir faizi belə müəllim mənə güzəştə getmədi.
- Pərvin, Azərbaycan təhsilində nələrin dəyişməsinə ehtiyac var? Yəqin ki, hər şey mükəmməldir deməyəcəksiniz..
- Real olan şeyləri danmaq kənardan gülünc görünə bilər. Universitetə girəndən sonra dünyaya baxış tərzim dəyişdi. Məktəbdə oxuyanda deyirdim ki, müəllimlərin şagirdləri sıxmağı yaxşıdır. Hazırda bir çoxları kurikulumdan narazıdır. Çox yaxşı sistemdir, tətbiq etmək lazımdır. Bu sistemi cavan müəllimlərimiz çox gözəl tətbiq edirlər. Bəziləri isə deyir ki, qoyun öz ənənəvi qaydalarımızla dərs keçək. Qaydaları keçib əzbərçi yetişdirməkdənsə, qaydaların yolun öyrədib şagirdlərin qaydaları özlərinin tətbiq etməsini öyrətmək olar. Müəllimlərə kurs keçirlər, müəllim də gəlir sadəcə "deyim getsin” edir. Azərbaycanın bir çox məktəbində vəziyyət belədir. Uşaqları motivasiya eləmək lazımdır. Uşaqlar məktəbə əzbərçiliyə görə gəlmirlər. Əgər şagirdlərə Nizamini keçirsinizsə, uşaqlar niyə Leyli və Məcnunu oxumaqla kifayətlənməlidir? Bəs digər 4 əsər? Başqa əsərlərdə başqa maraqlı faktlar da var. Qrupla işləmək lazımdır. Uşaqları eyni adamlarla əyləşdirmək lazım deyil.
- Belə başa düşdüm ki, əsas problemi müəllimlərdə görürsünüz...
- Şagird, müəllim və valideynlərdə görürəm. Müəllim bütün mövzuları artıqlamasıyla keçə bilər. Amma evdə valideyn deyirsə ki, müəllim çox şey deyir sən ona qulaq asma, bu, artıq faciədir. Bu hallarla çox rastlaşmışam. Valideyn iclasına belə gəlməyən valideynlər var. Bunun qarşısını almaq üçün nələrsə etmək lazımdır. Söhbətlər təşkil olunmalı, bu debatlarda iştirak zəruri olmalıdır. Əks halda hamının bir-birini günahlandırması hansısa nəticəyə gətirib çıxarmayacaq. Problemi demək çətin deyil. Əsas olan onun həlli yollarını tapmaqdır.
- 700 bal toplayan gənc olaraq gələcək hədəfləriniz nələrdir?
- Həyatım boyu kiçik şeylər düşünməmişəm. 5-ci sinifdə oxuyanda çox uşaq 700 balın nə demək olduğunu bilmirdi, amma mən bunun xəyalını qururdum. Məqsədim siyasətə dərindən yiyələnməkdir. Bu gün "Qənirə Paşayeva kimdir?”- deyə soruşanda hamı tanıyır. Niyə Pərvin Əhmədova deyiləndə tanınmasın? Azərbaycanı layiqincə təmsil etmək istəyirəm. Öz sözünü deyən adamların çoxalmasının tərəfdarıyam, onlardan birinin də özüm olacağıma inanıram.
- Pərvin, hansı siyasətçiləri bəyənirsiniz?
- Heydər Əliyevin nitqini çox bəyənirəm. Səməd Vurğunun "Azərbaycan” şeirini inanılmaz dərəcədə gözəl deyib. Rəcəb Tayyib Ərdoğanın kütlə qarşısında çıxışı, jestikası təqdirəlayiqdir. Trump çox ürəkdən danışır, amma nə danışır başa düşmürəm. Danışığında ağlabatan heç nə yoxdur.
- Çox gözəl. Liderlərin daha çox nitqlərini bəyəndiyinizi vurğuladınız. Bəs hansıların siyasətini bəyənirsiniz?
- Migel Kautornenin "Tarixin 100 ən dəhşətli diktatoru” kitabını oxuyanda dəhşətə gəlmişdim. Biri var öz dövləti üzərində siyasət yeridən insanlar, biri də var başqa dövlətlərin torpaqlarını zəbt etmək istəyənlər. Onların ürəyində qorxu hissi yoxdur deyə düşünürəm.
- Bəs, idarəçilik qorxu hissinin olmamasını tələb etmir?
- İnsanıqsa, qəlbimizdə qorxu hissi olmalıdır. Emosional insanam. Oxuyanda ölümlərin yalnız idarəçilik üçün olduğuna görə təəssüflənirəm. Niyə başqasının torpağına göz dikəsən? Nəyə görə indi müharibə vəziyyətində yaşayırıq? Siyasət problemlərin həllinə yönəlməlidir, problemlərin yaradılmasına yox. Bu kitabla tanış olanda bildim ki, diktatorların çoxu allahsızdır və qorxuları yoxdur.
- Allahsız adlandırdığınız diktatorlara gələcəkdə haqq qazandıra bilmə ehtimalının olduğunu düşünürsünüzmü?
- Çingiz Abddulayev deyir ki, kişi verdiyi sözü tutmalıdır, deyirlər. Keçən il qayda başqa cür idi, indi isə başqa. Normal olaraq kişi sözünü poza bilər. 9-cu sinifdə oxuyanda mənə sual verdilər ki, təsəvvür et, bu uşaq Hitlerdir və o, böyüyəndə milyonlarla insanı öldürəcək. Sən o uşağı öldürərdin? Cavabım "yox” idi. Amma hazırda deyirəm ki, bəli öldürərdim. Yəni gələcəyin nə göstərəciyini bilmək olmaz.
- Pərvin, son olaraq abituriyentlərə nələri tövsiyə edirsiniz?
-700 bal topladığıma görə heyfsənləmirəm. Bu mənim məqsədim idi. Məqsədsiz şəkildə 500 bala ehtiyacım var, amma 600-ü keçim kimi məsələlər heç kimin yararına deyil. Onsuzda 695, 400, 300və ya 200 bal toplayan uşaqlarla bir yerdə oxuyacaqlar. Birazdan qəbulda yığılan bal unudulub gedəcək. Hazırda oxuduğum ixtisasın keçid balı 473-dür. Mən 227 bal artıq yığmışam. Keçid balı 500-dür, amma mən 600 toplamalıyam. Ona görə ki, adım qəzetlərdə çıxacaq və s. Özünüzə əziyyət verməyin. Əlinizdə olanla kifayətlənin. Özünüzü çox yormayın, nə qədər lazımdırsa, o qədər oxuyun. Həyatınız baldan asılı deyil. Qarşınıza boyunuzu aşan məqsədlər qoymayın. Məqsədə çatmayanda ümidsizliyə qapılmaq və sonradan vəziyyətdən çıxmaq çox çətindir. Bütün günlərinizi dərsə ayırmayın. İnsanın yadına məktəb vaxtı dəftərlər-kitabçalar düşmür. Bəzən müəllim maksimum nəticəmə görə, nitqimi fərqli gözlədiyini deyir. Hamı unudur ki, mənim 700-üm 5 fənn üzrədir. Bu bal o demək deyil ki, mən hər şeyi bilirəm. Ola bilər ki, keçid 705 olsaydı, mən onu yığa bilməzdim.
Oxşar xəbərlər
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 2025 09:58
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 2025 23:21
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 2025 20:52
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 2025 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 2025 14:31
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 2025 13:01
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 2025 11:59
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 2025 15:04
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 2025 13:27
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 2025 10:42
Xəbər lenti
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25
Video & Fotoqalereya
Video
Fotoqalereya