“O vaxt hamını MTN-lə qorxudurdular”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal" qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə təqsirləndirilən M. Abbasov ifadə verib. O deyib ki, istintaqda S.Əliyevlə üzləşmək istəsə də, müstəntiq etməyib: "Rəna xaricə qaçmışdı, mən onunla üzləşmək istədim, etmədilər. Bircə Hikmətlə üzləşmişəm, o da əli qandallı gəlmişdi. Mən dedim Hikmət nə deyibsə odu. Çingiz İbadov və Rasim Hüseynovla da üzləşmək istədim, etmədilər. Hamısı xaricə qaçırılıb".
M.Abbasov masaj salonu epizodu üzrə də danışıb: "Mən qəzet redaktoruyam, materiallar mənə göndərilib. Turalla Şahinlə tanışam, çörək yemişik. Pul istəsəydim onlardan alardım. Masaj salonunda çəkiliş etməmişəm, çəkilişdə iştirak da etməmişəm. Sadəcə çəkiliş olunub, o materiallar mənə verilib. Bu gün o salon fəaliyyət göstərmir. Həmin adamların çəkiliş etməkdə məqsədləri o idi ki, jurnalistlərin ayağı oradan çəkilsin. 10-a yaxın jurnalist ora gedib yeyib içib pul vermirdilər".
M. Abbasov zərərçəkmiş Rasim Hüseynova kömək etdiyini, amma pul almadığını deyib: "Rasim mənə zəng edib dedi jurnalistlər 100 min pulunu alıblar. O, Yevlaxda işləyir, Bakıda onunla görüşdüm. Dedim day pulsuz vaxtı mənim yanıma niyə gəlmisən? Məndən kömək istədi, adını çəkdiyi jurnalistlərin hamısını da tanıdım. Dedi yanımda saxladığım "medsestra"ya saxta diplom almışam. Sənədə baxan kimi saxta olduğunu bildim, çünki biz də hazırlayırdıq ondan. Diplomun "kopya"sını götürdüm, dedim sizin icra başçısı ilə dostam. İcrada bir adama zəng etdim, dedim Rasimə zəng etsəniz siz MTN-ə cavab verəcəksiz. O vaxt hamını MTN ilə qorxudurdular. Diplomun "kopya"sını da saxladım ki, Rasim məndən çəkinsin. Sonra deməsin ki, Rasimə pul vermişəm. Onda mən də deyəcəkdim sənin məndə saxta diplomun var. Son günə kimi də Rasim məndən çəkinirdi. 6 ay sonra Rasimi Gəncəyə "perevod" etdilər. Sonra bir dostum da Rasimdən yazmışdı, mənə zəng etdi. Dedim borcunu ver, həll edim. O da vermədi, hələ də borcludur. Həm də o jurnalistlər böyük iş görürdülər, mənim o işi həll etməyə gücüm çatmazdı. İstintaqda isə müstəntiq dedi yaz 2500 almışam, mən də yazdım".
M. Abbasov bütün epizodlar üzrə özünü təqsirli bilmədiyini deyib: "Biz istintaqda istənilən ifadəyə qol çəkirdik ki, oradan çıxaq. Çünki burdakı kimi sərbəstlik yox idi. İndi də bunun izahını veririk. İstintaqa verdiyim ifadəmi təsdiq etmirəm. Heç kimi hədələməmişəm, mətbuatda rüsvay edəcəyimi deməmişəm.
Daha sonra məhkəmə istintaqı tamamlanıb, proses mayın 3-də davam etdiriləcək.
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 2024 00:10
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 2024 13:34
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 2024 13:08
- Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb
21 noyabr 2024 16:22
- Azərbaycanda bu həkimlər qadınların lüt görüntülərini paylaşır
20 noyabr 2024 21:35
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 noyabr 2024 21:11
- Onun evindən bir qılınc, iki tapança çıxmışdı... - Hüseyn Cavidi, Mikayıl Müşfiqi kim satmışdı?
18 noyabr 2024 23:35
- Bir araya gəlib gələcək nəsillərə sağlam bir planet ötürmək məsuliyyəti...
18 noyabr 2024 19:50
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46