Zorlama xəbəri yayılan məktəb haqda - Şok iddialar + Reportaj

Bakının Xətai rayonundakı 263 saylı orta məktəbdə 1-ci sinifdə oxuyan oğlan uşağının həmin məktəbin 10-cu sinif şagirdi (bəzi məlumata görə iki şagirdi) tərəfindən zorlanması, yaxud seksual zorakılığa məruz qalması iddiaları ilə bağlı qalmaqaldan sonra bu gün məktəbdə valideyn iclası keçirilib. İclasda direktor Nurqələm Bayramova və uşağın himayəçisi qismində çıxış edən xalası məlumatı yayanları məhkəmə ilə hədələyib.
Bu barədə virtualaz.org saytına iclasdan çıxan valideynlər məlumat veriblər. “Dedilər ki, uşağın valideynləri qəzada ölüb, onu xalasının himayəsinə veriblər. Xalası da bildirdi ki, uşaq məktəbin tualetində yıxılıb, zorlamada ittiham olunan uşaqlar isə əksinə, ona köməklik ediblər, yerdən qaldırıblar”, -valideynlərdən biri söyləyib.
Direktor isə valideyinləri sakitləşdirərək bu məlumatın “qəsdən yayıldığını”, məktəbə qarşı “təxribat” olduğunu deyib. Bildirib ki, məsələ artıq yoluna qoyulub, polisə də müvafiq izahat verilib.
Valideynlər deyiblər ki, uşağın xalasının hədəsindən sonra heç kim etiraz etməyib, hadisənin düzgün araşdırılmasında israr etməyib. “Görəndə ki, uşağın himayəçisi direktorun dediyini deyir, biz nə edə bilərdik? Ona görə də heç kim məsələnin düzgün araşdırılmasında israr etmədi”-iclasdan çıxan valideyinlərdən biri danışıb.
Direktor Nurqələm Bayramova isə gün ərzində sayt əməkdaşlarının telefon zənglərinə cavab verməyib. Məktəbdəki mənbələr deyir ki, Xətai rayon Polis İdarəsinin təhqiqatçısı dünən direktorun iştirakı ilə zorakılığa məruz qalan azyaşlının xalasından ifadə alıb. “Qadın ifadəni təhqiqatçının diqtəsi ilə yazırdı. Təhqiqatçı ona diqtə edib yazdırdı ki, uşağa qarşı seksual zorakılığın olduğu təsdiqini tapmayıb”.
DİN-in mətbuat xidməti isə “faktın deyilən formada təsdiqini tapmadığını” deyib.
Maraqlıdır ki, direktorun iclasda valideyinlərə dedikləri ilə onun ötən gün məktəbin qarşısına toplaşan valideyinlərin qarşısında dedikləri ilə üst-üstə düşmür. Çünki direktor əvvəlcə “10-cu sinif şagirdinin 1-ci sinif şagirdini vurduğu”, insidentin ancaq bundan ibarət olduğunu demişdi. İndi isə o, iclasda tamam fərqli versiya ilə çıxış edib.
Xatırladaq ki, valideyinlərin dediklərinə görə direktor məktəbdə baş vermiş seksual zorakılıq cinayətini ört-basdır etmək üçün həmin 10-cu sinif şagirdinin valideyinləri ilə anlaşıb, zorakılığa məruz qalan uşağın xalasına 2 min manat verib. Direktor özü bu deyilənləri rədd edir.
“Uşaq mənim övladımla birgə oxuyur. Oğlum dedi ki, bu gün dərsə gəlib, amma sinifdə heç bir uşaqla danışmayıb. Xalası iclasda dedi ki, onun uşağını biabır etmək istəyənləri cəzalandıracaq, bu onun və məktəbin işidir, digərlərinin qarışması düzgün deyil. Polis də belə hadisənin baş vermədiyini söyləyəndən sonra valideynlərin deməyə sözü qalmadı”-bunu da direktorun iclasında iştirak etmiş başqa valideyin deyir.
Valideynlər onu da əlavə ediblər ki, hadisədən sonra məktəbdə nəzarət gücləndirilib, kənar şəxslər, hətta valideynlər içəri buraxılmır. İbtidai sinif müəllimlərinə uşaqlara nəzarət etmələri tapşırılıb, dərs vaxtı uşaqlar ayaqyoluna buraxılmır. Hadisədən sonra nəzarətçilər təyin edilib, ayaqyolu və dəhlizdə gəzirlər.
Sual yaranır, əgər məktəbdə belə hadisə baş verməyibsə o zaman direktor niyə ayaqyoluna və dəhlizlərə nəzarətçilər təyin edib, uşaqları dərs vaxtı ayaqyoluna buraxmamağı tapşırıb?
Yuxarı sinif şagirdləri isə deyirlər ki, zorlama həqiqətən baş verib, sadəcə məsələni gizlətməyə çalışırlar.
“Hadisə dərs vaxtı olub, tualetdə uşaqdan başqa heç kim yoxmuş. Zorlayanlar qalıb bir kənarda, başqa bir uşağın boynuna qoymağa çalışıblar. Həmin oğlanı uşağa göstəriblər, o da tanımadığını deyib. Direktor həmin uşaqların kim olduğunu yaxşı bilir. Onuncular məktəbə yalnız həftənin 2 günü gəlirlər, digər günlər repititor yanına gedirlər. Eşitdiyimizə görə oğlanların biri məktəbin yaxınlığında yaşayır. Hadisədən sonra qorxusundan məktəbə gəlmirlər”-yuxarı sinif şagirdlərindən biri deyib.
Məktəbdə olan daha bir mənbə isə deyib ki, uşaq ona qarşı iyrənc hərəkət edən 10-cu sinif şagirdinin əlamətlərini sadalayıb-eynək taxır, üzü sızanaqlıdır.
Təhsil eksperti Kamran Əsədli məktəb ətrafında bu qalmaqalı virtualaz.org-a şərh edərkən deyib ki, onun da məktəbdəki mənbələri zorlama hadisəsinin olduğunu təsdiqləyir.
“Məktəbdə belə cinayət verirsə, buna görə məktəb direktoru, tərbiyə işləri üzrə müavin və sinif rəhbəri məsuliyyət daşıyır. Hadisə araşdırılanadək hər üçü vəzifəsindən kənarlaşdırılmalıdır. Mən şokdayam, başqa heç nə deyə bilmirəm. Hadisə olubsa və bu işi ört-basdır edirlərsə qoy onların da övladlarının başına belə hadisə gəlsin”-K.Əsədli deyir.
Lakin göründüyü kimi bu cür dəhşətli cinayət əməlinin baş verdiyi iddia edilən məktəbin direktoru, müavini və sinif rəhbəri vəzifələrindən hələ də kənarlaşdırılmayıb. Bakı şəhər Təhsil İdarəsinin rəisi Məhəbbət Vəliyeva da hələ ortaya çıxıb məktəbdə nə baş verdiyi haqda danışmayıb, məsələyə münasibət bildirməyib və məktəb rəhbərliyi barəsində tədbir görməyib. Hansı ki, təhsil sferası üzrə mütəxəssislər deyirlər ki, Bakı məktəbləri məhz M.Vəliyevanın bu vəzifəyə təyin olunmasından sonra əsl bazara çevrilib. Repititor yanına gedən yuxarı snif şagirdlərinin pul qarşılığında dərslərdən azad edilməsi, uşaqlardan pul yığılması, müəllimlərin dərs keçməkdən başqa nə işlə desən məşğul olması onun vaxtında geniş yayılıb.
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 2025 16:00
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 2025 14:06
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
7 aprel 2025 14:45
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
6 aprel 2025 20:16
- Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
6 aprel 2025 09:53
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
5 aprel 2025 12:46
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35