Gürcüstanda kəndliyə 6-7, bizdə 26 faizlə kredit təklif olunur
Maqazin26 aprel 2018 17:49
Azərbaycanda kənd təsərrüfatının ləng inkişafı kəndlilərin kütləvi şəkildə dolanışıq üçün şəhərə axın etməsinə gətirib çıxarır. Təbii ki, Azərbaycan Respulikasının Konstitusiyasında da qeyd olunduğu kimi, kimliyindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində olan hər kəsin qanuni surətdə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçə bilmək hüququ var. Və buna heç kəs və heç bir şəkildə müdaxilə edə bilməz. Amma bu gün ölkədə kənd əhalisinin şəhərə axın etməsinə səbəb olan amillər təbii ki, bu azadlıqdan və insanlarımızın istəyindən irəli gələn məsələ deyil. Hər kəs yaxşı bilir ki, kəndlərdə əhalinin vəziyyəti o qədər də ürəkaçan deyil.
Bəs bu vəziyyəti düzəltmək üçün kənd təsərrüfatında, istehsalda hansı addımların atılmasına ehtiyac var?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmli məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verib. O, sözügedən sahədəki mövcud problemlərin baş vermə səbəblərini sadalayıb və həll yollarını diqqətə çatdırıb:
"Ölkədəki torpaq-iqlim şəraiti imkan verir ki, Azərbaycan indikindən 3 dəfə artıq kənd təsərrüfatı məhsulu istehsal etsin. Azərbaycanın torpaq-iqlim şəraiti Türkiyənin, İtaliyanın, İspaniyanın torpaq-iqlim şəraitinə uyğundur, amma ümumilikdə götürüldükdə bizdəki şərait onlarınkından daha üstündür. Sadəcə, mövcud resurslarımızdan səmərəli istifadə edə bilmirik. Ona görə də indiki halda biz özümümzün ərzaq və kənd təsərrüfatı məhsullarına olan ehtiyacımızı idxalın hesabına ödəyirik. Regionlarımız elə yerləşir ki, orada fərqli çeşiddə çoxlu sayda kənd təsərrüfatı məhsulu yetişdirmək olar. Hətta 50-yə yaxın meyvə-tərəvəz növü var ki, həmin məhsulları qonşu ölkələrin istehsal etmək imkanı yoxdur və bu məhsulların emalı üçün müəssisələr tikmək, kənddə yaşayan əhalinin bir hissəsini həmin zavaodlara cəlb etmək olar.
Həmçinin, trikotaj fabrikləri açmaq olar. Məsələn, Zəyəm kəndində əvvəllər belə bir fabrik var idi və ətraf kəndlərdən də əhali buraya gəlib, işləyirdi. Onu 15 il bundan öncə bağlayıb, yerində polis şöbəsi açdılar.
Keyfiyyətli pambıq istehsal edə, onu emal edə bilər və sonra həmin məhsuldan da paltar hazırlanar. Azərbaycan elə cins paltar istehsal edər ki, Amerikanın istehsal etdiyi kimi yüksək dəyərə təklif edə bilərik.
Biz südü idxal edirik. Nə üçün onu özümüz istehsal etməyək?! Özümüz emal edib pendir, kərə yağı və s. hazırlaya bilsək, görün nə qədər qazanc əldə etmiş olarıq. Hər il təxminən ölkəyə 50 milyon dollarlıq, hətta daha artıq kərə yağı idxal edilir.
Ümumiyyətlə istehsal edə biləcəyimiz, lakin onu başqa ölkələrdən idxal etdiyimiz məhsulun ümumi dəyəri 1 milyard 500 milyon dollardan artıqdır. Yəni, təxminən 2,5 milyard manat. Bu, bizim kənddə yaşayan əhalinin əldə edə biləcəyi qazancdır ki, əcnəbi fermerlərin cibinə gedir. Bu səbəbdən şəhərə böyük axın yaranır. Azərbaycanda kənd təsərrüfatı məhsulunun istehsalı və emalı üçün hər cür imkan, resurslar, işçi qüvvəsi var. Bizim əhali bacarıqlıdır, sadəcə bunu dəyərləndirə bilmirlər. Kənddən şəhərə axın təbii prosesdir. Əhalinin bir hissəsi var ki, şəhər mühitində yaşamaq istəyir. Bu da az bir qisimdir. Lakin indi çoxu məcburiyyət qarşısında qaldığı üçün, ailəsini dolandırmaq, özünü bir tikə çörəklə təmin etmək üçün şəhərə gəlir. Onlara da buna görə irad tutmaq olmaz".
Ekspert pambıqçılığın inkişafı ilə bağlı da danışıb və hazırda onun ölkəyə heç bir gəlir gətirmədiyini vurğulayıb:
"İndiki halda pambıqçılıq Azərbaycana heç bir gəlir gətirmir. Ona görə gəlir gətirmir ki, hazır pambığın ixracı ilə yüksək vəzifəli məmurlar məşğul olur və daha çox onlar gəlir əldə edir. Bu pambıqdan kəndli heç bir gəlir götürə bilmir. Keçən il onlar 10 milyon manatdan çox ziyana məruz qaldılar. Dövlət də bundan gəlir əldə edə bilmir. Dediyim kimi, bundan yalnız pambığın, mahlıcın, lifin ixracı ilə məşğul olan yüksək vəzifəli məmurlar qazanc götürür".
Vahid Məhərrəmli bildirib ki, kəndliyə az fazilə kreditlər verilməlidir. Yalnız bu halda kənd təsərüfatının inkişafına nail olmaq mümkündür:
Ümumiyyətlə istehsalı rayonlar üzrə bölmək hökumətin işi olmamalıdır. İmkan verilsə, kəndlilər özləri çox yaxşı bilirlər ki, hansı regionda hansı məhsulu yetişdirib, onu rəqabətqabiliyyətli etmək, keyfiyyətini yaxşılaşdırıb, maya dəyərini aşağı salmaqla bazara çıxarmaq olar. İlk növbədə kəndliyə sərbəstlik verilməli, ikincisi də onlara ucuz kredit təklif olunmalıdır. Kəndli digər ölkələrdə, o cümlədən qərb ölkələrində olduğu kimi 3-4-5 faizlik kredit resursu əldə edə bilməlidir. Ona görə ki, kənd təsərrüfatı bir o qədər də gəlirli deyil. Əgər kredit faizinin dərəcəsi aşağı olarsa, onda kəndli gəlir əldə edə biləcək, istehsalda maraqlı olacaq, biznesini genişləndirəcək. Ancaq bizdə kəndliyə "şapka"sız 25 faizdən kredit təklif olunur və sonra müəyyən faiz də "şapka" alınır.
Belə olduqda da kəndli il ərzində 10-15 faiz gəlir əldə edir və onunla da heç kreditinin faizini ödəyə bilmir. Əgər 5 faizlə kredit verilsə, o zaman kəndli də qazanc əldə edə bilər və bu sahəyə maraq artar. Hökumət bu istiqamətdə 4-5 il iş aparsa, bir müddətdən sonra kəndlinin artıq həmin kredit resursuna da ehtiyacı qalmayacaq. Qərb ölkələrində sistem belədir. Hətta qonşu Ermənistan və Gürcüstanda kəndliyə təklif olunan kredit 6-7 faizdir. Mən bunu dəqiq bilirəm. Brüsseldə tədbirlərin birində bizdən də, onlardan da nümayəndə heyəti iştirak edirdi və onların təqdim etdiyi məlumatlar orada səsləndirildi, bizim nümayəndələr də o rəqəmi qəbul etdi. Azərbaycanda 26 faiz, qonşu Gürcüstan və Ermənistanda 6-7 faiz. Təsəvvür edin son 3 ayda Gürcüstandan Azərbaycana diri heyvanların idxalı ötən illə müqayisədə 3 dəfə artıb. Bu, böyük məbləğdi. Deməli Azərbaycanın neftdən gələn gəliri digər ölkələrin fermerlərinin ciblərinə gedir".
"Bizim kifayət qədər resursumuz var, amma ondan istifadə edə bilmirik. Çünki bu sahəyə məsul olan şəxslərin kənd təsərrüfatından anlayışları yoxdur. Çalışmaq lazımdır ki, xarici ölkələrdə təhsil alan, bu sahəni dərindən bilən kadrlar işə cəlb olunsun. O zaman yaxşı nəticə əldə olunar və əhalinin sosial durumu yaxşılaşar. Bu gün kənddə yaşayan əhalinin sayı 4,5-5 milyona yaxındır. Əhalinin demək olar ki, yarısı kənddə yaşayır. Onları müvafiq işlə təmin etmək lazımdır. Nə vaxta qədər kəndli şəhərə gəlib, qazandığı 5-10 manat pulla ailəsini dolandıracaq?!" deyə ekspert əlavə edib.
Oxşar xəbərlər
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 2024 13:38
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 2024 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 2024 14:29
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 2024 11:11
- Azərbaycanda 4 günlük iş həftəsi ola bilərmi? - Millət vəkili Elşad Musayev
17 dekabr 2024 22:31
- Əsgərlik yaşı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi : 18-30 YAŞ
16 dekabr 2024 14:39
- Sabiq müdafiə naziri: - Hərbi çağırış həddini nəinki 30 yaşa, 27 YAŞA ENDİRMƏK lazımdır
15 dekabr 2024 01:23
- Gürcüstanda bədbəxt hadisə – Kurortda 12 nəfər öldü
15 dekabr 2024 00:07
- Gürcüstanın ORTA TƏHSİLLİ yeni prezidenti haqqında DOSYE
14 dekabr 2024 15:54
Xəbər lenti
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54
Video & Fotoqalereya
Video
Fotoqalereya