Asəf Rzayev: “Hamı bilməlidir ki, jurnalistə yumruq atanın cəzası nədir”
Mədəniyyət13 aprel 2018 18:18

"Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev qəzetin əməkdaşının döyülməsi ilə bağlı teleqraf.com saytına müsahibə verib.
- Asəf bəy, əməkdaşınız Famil Fərhadoğlunun səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimi zamanı döyülməsi faktını Yasamal rayon polisi araşdırır. Hazırda bununla bağlı hansı yeniliklər var?
- Famil Fərhadoğlunun peşə fəaliyyətini yerinə yetirərkən səhiyyə nazirinin işarəsilə döyülməsi faktı ilə bağlı cənab daxili işlər nazirinə və cənab baş prokurora müraciət etmişəm. Bu fakt Yasamal rayon 28-ci polis bölməsində təhqiqatçı Azər müəllim tərəfindən araşdırılır. Təəssüf ki, bu günə qədər jurnalisti döyən şəxslər məsuliyyətə cəlb edilməyib. Ancaq bir saat əvvəl 28-ci Polis Bölməsindən bizimlə əlaqə saxlayaraq dedilər ki, jurnalisti döyən şəxslər polisə gətirilir. Yəqin ki, gün ərzində üzləşmə olacaq. Hesab edirəm ki, mənim baş prokuror və daxili işlər nazirinə müraciətimdən sonra polis və prokurorluq orqanları bu fakta ciddi yanaşacaq. Ümid edirəm ki, son nəticədə jurnalisti döyən şəxslər cəzalandırılacaq.
- Səhiyyə Nazirliyi bəyan edib ki, jurnalistin döyülməsi faktının onlara aidiyyəti yoxdur, Famil Fərhadoğlu ilə insident yaşayan nazirliyin əməkdaşları deyil, mərhumun qohumları olub...
- Təbii ki, Səhiyyə Nazirliyi bu halı təkzib edə bilər. Amma ortada əsaslar var, hazırda təhqiqat gedir, nazirin işarəsi ilə bizim əməkdaşımıza iki nəfər xəsarət yetirib, çəkiliş üçün əlində olan vasitələri sındırıb. Mən Səhiyyə Nazirliyinin açıqlamasını qəbul etmirəm. Onlar sudan duru çıxmaq üçün belə təkziblə çıxış edə bilər.
- Jurnalist təşkilatlarının bu fakta reaksiyasını necə qiymətləndirirsiniz?
- Mən hadisədən sonra jurnalist təşkilatlarının və həmkarlarımızın sosial şəbəkələrdə münasibətləri ilə tanış oldum. Jurnalist təşkilatlarının, həmkarlarımızın, aparıcı sayt və qəzet rəhbərlərinin bu məsələyə reaksiyasını müsbət qiymətləndirirəm. Onlar məmurun jurnalistə qarşı hücum təşkil etməsini pislədilər, bunu ictimailəşdirdilər. Ümumiyyətlə, həmkarlarımızın bizimlə həmrəylik nümayiş etdirməsinin şahidi oldum. Buna görə, onların hər birinə təşəkkür edirəm.
- Bundan sonra hansı addımlar atmağı planlayırsınız?
- Biz indiki mərhələdə polis bölməsində təhqiqatın aparılmasını və onun nəticələrini gözləyirik. Bu məsələ öz həllini tapmasa və jurnalisti döyən şəxslər cəzalanmasa, Azərbaycan Prezidenti İlham Əliyevə və ölkənin birinci Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət edəcəyik.
- Səhiyyə Nazirliyi ilə sizin rəhbərlik etdiyiniz redaksiya arasında yaranan problemi yoluna qoymaq imkanları varmı?
- Öncə deyim ki, əməkdaşımız Famil Fərhadoğlunu döyən şəxslərin ağsaqqalları bizə müraciət etmişdi, jurnalisti döyən şəxslərin əvəzinə üzr istədiklərini qeyd etdilər və təklif olundu ki, biz bu məsələnin üzərindən keçək. Ancaq biz üzrxahlığı qəbul etmədik. Ona görə qəbul etmədik ki, bu ağsaqqallara hörmətsiz yanaşdıq, əksinə, onların addımını ehtiramla qarşıladıq. Lakin ictimaiyyət bilməlidir ki, jurnalistə yumruq atan şəxsin cəzası nədir. Sabah başqası da bilməlidir ki, jurnalistə hansısa bir məmurun sifarişi ilə şillə atmaq, döymək, onun kamerasını sındırmaq olmaz və bunun cəzası var.
İkincisi, Səhiyyə Nazirliyi ilə bizim gələcək münasibətlərimizə gəldikdə deyim ki, bunun yolu asandır. Bizim əməkdaşımızı döyən həmin iki şəxs "Unikal”ın redaksiyasına gəlib döydükləri jurnalistdən üzr istəsin. Bununla da problem yoluna qoyulsun.
- Bu hadisəyə qədər sizin rəhbərlik etdiyiniz media qurumu ilə Səhiyyə Nazirliyi arasında hər hansı problem olubmu?
- Xeyr. Mənim indiyə qədər Səhiyyə Nazirliyini tənqid etmək, onların informasiyasını verməmək kimi bir dərdim olmayıb. Sadəcə, bizim əməkdaşımız peşə fəaliyyətini yerinə yetirərkən hücuma məruz qalıb. Biz də bunu ictimailəşdirmişik. Mənim səhiyyə naziri ilə nə əlaqəm, nə də konfliktim olub.
Oxşar xəbərlər
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 2025 00:37
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 2025 20:28
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 2025 00:06
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
7 aprel 2025 23:35
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
7 aprel 2025 12:43
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
5 aprel 2025 12:46
Xəbər lenti
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02
Video & Fotoqalereya
Video
Fotoqalereya