“O vaxt bu, böyük xoşbəxtlik sayılırdı” - Mübariz Pənahov
Prezident Heydər Əliyevin keçmiş mühafizəçisi, Sədərək Gömrük Sərhəd Keçid Məntəqəsinin keçmiş rəisi Mübariz Pənahovun “Qafqazinfo”ya müsahibəsi:
- Azərbaycanda keçiriləcək prezident seçkilerinə az bir vaxt qalıb. Seçkiqabağı mühiti, ölkədə formalaşmış ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
- Bilirsiniz, bütün zamanlarda istənilən cəmiyyətin inkişafını onun elitası, irəlidə gedən təbəqəsi, ziyalısı müəyyən edib. Bu mənada toplumun tərəqqisi ücün hakimiyyətin formalaşdırılması, onun seçilməsi, hansı siyasi qüvvələrin önə çıxması həlledici əhəmiyyət daşıyır.
Bu baxımdan mən qarşıdan gələn 11 aprel Prezident seckilərini son dərəcə mühüm və məsuliyyətli siyasi hadisə kimi dəyərləndirirəm. Məsuliyyət ifadəsini xüsusilə qeyd etmək istərdim. Cünki seçmək hüququ özündə həm də seçmək məsuliyyətini ehtiva edir. Axı seçmək hüququnun aktiv, seçilmək hüququnun isə passiv hesab edilməsi hec də səbəbsiz deyil. Yəni faktiki olaraq hər bir seçici siyasi prosesin fəal iştirakçısı funksiyasını daşıyır. Bu konteksdə demək istəyirəm ki, qarşıdakı prezident seckilərində hər bir vətəndaşın üzərinə ciddi məsuliyyət düşür. 11 apreldə Azərbaycan vətəndaşları tək Azərbaycan Respublikasının dövlət başçısını yox, həm də Silahlı Qüvvələrin Ali Baş Komandanını seçəcəklər. Bu isə ölkəmizin mövcud durumu, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi fonunda həlledici faktora cevrilir.
Qarşıdakı prezident seçkilərinin son dərəcə mühüm əhəmiyyətini şərtləndirən daha bir məqam isə ümumilikdə beynəlxalq siyasi konyuktura, Azərbaycanın da daxil olduğu Yaxın, Orta Şərq bölğəsində baş verən hadisələr, Suriya ətrafında cərəyan edən faciəvi proseslər, yaxın qonşularımız Türkiyə, Rusiya Federasiyası kimi dünya siyasət nəhənglərinin maraqları, bölğəyə təsirləri və diğər mühüm amillərdir.
Bütün bu sadaladığim və digər önəmli məqamlar xalqımızın, cəmiyyətimizin nə qədər həlledici ictimai-siyasi hadisə ərəfəsində olduğunu təsdiqləyir.
- Bəs belə bir şəraitdə prezident postu uğrunda mübarizəni, ümumilikdə namizədlərin imkanlarını necə dəyərləndirirsiniz? Sizcə, ümumilikdə siyasi mübarizə hansı qüvvələr arasında gedəcək?
- Öncə onu qeyd edim ki, bu gun Azərbaycanda son dərəcə demokratik mühit, sabit ictimai-siyasi şərait formalaşıb.Tam əminliklə deyə bilərəm ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, o böyük, dahi zəka sahibinin istiqamətləndirdiyi və müəyyən etdiiyi təkamül yolu bütövlükdə Azərbaycan dövlətinin, cəmiyyətimizin inkişafını təmin edir və bundan sonra da bizim hamımızın bu yolla irəli gedəcəyimiz tam labüddür. Yəni bütövlükdə çağdaş Azərbaycan siyasətinin mayası, onun məhək daşı Heydər Əliyev ideologiyasına, Heydər Əliyev siyasi doktrinasına söykənir. Və bu siyasi platforma birmənalı olaraq cəmiyyət tərəfindən alternativsiz olaraq qəbul olunur.
Bu mənada, həm epoxal, strateji olaraq bütövlükdə Azərbaycançılıq ideologiyasının, Azərbaycan milli dövlətçiliyinin tam və geridönməz olaraq oturuşması, həm də taktiki.olaraq bu günün siyasi, iqtisadi, sosial reallıqlarını, formalaşmış qüvvələr nisbətini nəzərə alaraq birmanalı deyə bilərəm ki, Azərbaycanın bu günkü dövlət başçısı cənab İlham Əliyev seçki prosesinin faktiki olaraq alternativsiz lideri mövqeyinə malikdir. Cənab Prezidentin son 15 ildə həyata keçirdiyi siyasət məhz Heydər Əliyev kursuna, Azərbaycançılıq ideologiyasına söykənir. Və məhz bu siyasət xalqımızın milli maraqlarını özündə ehtiva edən yeganə düzgün və realistik bir siyasətdir. Və hətta elə də risk etmədən proqnoz da verə bilərəm. Xalqın tam böyük əksəriyyəti bu siyasəti dəstəkləyəcək, səslərini cənab İlhəm Əliyevə verəcək. Bununla da öz siyasi yetkinliyini nümayiş etdirəcək.
- Gəlin razılaşaq ki, cəmiyyətdə problemlər də kifayət qədərdir. Onların sırasında həm Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, həm əhalinin sosial problemləri kimi ən müxtəlif cinahlara aid məsələləri sadalamaq olar...
- Sizinlə razıyam. Təəssüf ki, bəşər övladı yaranandan daim onu problemlər müşayiət etmiş, sosial cətinliklər mövcud olmuşdur. Həyat özü elə yaşamaq uğrunda mübarizədir. Və heç bir zaman, heç bir ictimai- siyasi quruluşda insanların problemlərini tam olaraq həll etmək heç bir cəmiyyətə nəsib olmayıb. Bu gün Azərbaycan dövləti öz potensialından maksimum istifadə edərək ədalətli sosial siyasət yürüdür, qayğıya ehtiyacı olan insanların, sosial təbəqələrin tələbatlarını hərtərəfli ödəməyə çalışır. Bilirsiniz, hər şey müqayisədə ölçülür. Bu gün səhiyyəyə, təhsilə olan qayğı, bu sahələrə ayrılan dövlət vəsaitinin həcmi, məktəblərin, xəstəxanaların, sosial obyektlərin inşası, yolların, körpülərin tikintisi günümüzün reallığıdır. Baxın, hər bir yaşayış məntəqəsi, hətta ən ucqar dağ kəndləri belə təbii qazla təmin edilib. Bu mənzərəyə nə Türkiyədə, nə də ki bütöv Avropanın qaz bazarının 40 %-ə qədərinə nəzarət edən Rusiyada rast gəlmək mümkün deyil. Bəzən biz əldə edilənləri bir norma, bir standart kimi qəbul edirik və bizə elə gəlir ki, bütün bunlar elə belə də olmalıdır. Amma nəzərdən qaçırmayaq ki, bütün bunlar cənab prezident İlham Əliyevin, bütövlükdə mövcud iqtidarın düzgün siyasətinin nəticəsidir. Və əldə edilən uğurların, inkişafın real miqyasını tam təsəvvür etmək, onalrı qiymətləndirmək üçün heç olmasa qonşularımıza baxmalıyıq, müqayisə aparmalıyıq. Son illər Azərbaycan dövləti, cəmiyyətimiz bütün sahələrdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Yaşam normaları, həyat standartları tamamilə dəyişib. Yəni, demək istədiyim odur ki, müstəqilliyimizin ilk illərində, obrazlı şəkildə desək, əgər evdə bir-iki saat işıq yanırdısa, bir yemək bişirmək üçün qaz olurdusa, bu böyük xoşbəxtlik sayılırdı. Amma bu gün, şükürlər olsun, bütün bunlar adi bir şey kimi qəbul olunur, norma kimi qəbul edilir. Və bu elə belə də olmalıdır. Çünki reallaşdırılan siyasət də məhz sadə insanların maraqlarının tam təmin olunmasına yönəlib.
Bununla belə, təəssüf ki, cəmiyyətimizdə çətinliklər hələ də mövcuddur. Əlbəttə, konkret insanların yaşadıqları çətinliklər həmişə təəssüf hissi doğurur. Və bu barədə cənab prezident dəfələrlə öz çıxışlarında qeyd edib. Bu mənada həlledici məqam bütün məmurların, o cümlədən də dövlət başçısının özünün xalqın xidmətçisi olduğunu önə çəkməsidir.
Amma şükürlər olsun ki, Azərbaycanda bu gün fəal sosial siyasət həyata keçirilir, çox böyük resurslar sadə insanların tələbatlarının ödənilməsinə, təhsil, səhiyyə kimi həyati əhəmiyyətli sahələrə sərf edilir. Bu xüsusda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini önə çəkmək isrəyirəm.
Hələ 2015-ci ildə referendum yolu ilə Konstitusiyaya edilən dəyişikliklərin ən vacib vəzifəsi dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi idi. Bu gün əminliklə deyə bilərəm ki, xalqımızın tam əksəriyyətinin dəstəklədiyi bu dəyişikliklər ötən zaman kəsiyində özünü təsdiq etdi. Yeni təsis edilən Birinci vitse-prezident vəzifəsinə Mehrıban Əliyevanın təyin olunması isə zamanın tələbi, cəmiyyətin içindən gələn çağırış, bir sosial sifariş idi.
Mehriban xanımın istər ictimai siyasi, istərsə də dövlətçilik sahəsindəki çoxşaxəli fəaliyyəti müasir Azərbaycan qadınının parlaq obrazını yaradır. Xalqımızın tarixin dərinliklərindən süzülüb gələn milli-mənəvi dəyərlərinə söykənən fəaliyyətin mayasını insanlara yaxşılıq, təmənnasız xeyirxahlıq təşkil eir. Öz fəaliyyətinin çox böyük hissəsini əhalinin aztəminatlı təbəqəsinin, xəstə, valideyn himayəsindən məhrum olmuş uşaqların, köçkün və qaçqınların problemlərinin həllinə yönəldən Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin bütün dünyada tanıtdırılması istiqamətində ən yüksək meyarlara cavab verən fəaliyyət göstərir. Bu sırada Talessemiya xəstəlikli uşaqlara qayğı, muğamın beynəlxalq aləmdə tanıdılması, Gimnastika Federasiyasının prezidenti kimi idmanın bu növünün uğurları xüsusi seçilir.
Xüsusilə qeyd etmək istərdim ki, bütün bunlarla yanaşı Mehriban xanım həm də yüksək təşkilatçılıq bacarığına malikdir. Öz şəxsi nüfuzu hesabına "Evrovision" mahnı müsabiqəsinin, I Avropa Olimpiya Oyunlarının, 4-cü İslam Həmrrəyliyi Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi üzərinə düşən bütün vəzifələri şərəflə, böyük məsuliyyətlə yerinə yetirdi.
Bütün bu sadaladıqlarım məqamlar Azərbaycan siyasətində vahid bir iqtidar komandasının formalaşdığını, dayanıqlı siyasi varisliyin təşəkkül tapdığını özündə ehtiva edir. Bu isə öz növbəsində Mehriban xanımın cənab prezident İlham Əliyevin silahdaşı kimi xalqa, dövlətə, ümumilikdə Azərbaycan cəmiyyətinə xidmətini yeni bir fenomen kimi ortaya qoyur.
O ki qaldı Dağlıq Qarabağ probleminə... Bu günün reallıqlarından baxdıqda, aydın görmək olur ki, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin kökləri cox dərindir. Mən hətta deyərdim ki, bu konflikt geostrateji xarakter daşıyır. Yaxın qonşularımız olan ölkələrdə baş verənlər, Moldovada Pridnestryovya, Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemləri, hətta nəhəng hərbi-sənaye kompleksinə, geniş beynəlxalq dəstəyə malik olmasına baxmayaraq 50 milyonluq Ukraynanın Krımı itirməsi, Donbas münaqişəsi...
20 milyondan artıq əhalisi olan, cox qədim dövlətçilik ənənələrinə malik Suriya isə faktiki olaraq məhv olma ərəfəsindədir. Suverenliyini itirərək qlobal güclərin əlində alətə cevrilib, 5 milyon(!) insan qaçqın düşüb, 400 000 vətəndaş həlak olub, ərazisi isə yeni silah növlərinin sınaq poliqonuna çevrilib. Amma Azərbaycan bu gün burulğanlı okeanda sabitlik adasını xatırladır, dünyada qlobal əməkdaşlığın mərkəzinə çevrilib. Burada ən nüfuzlu beynəlxalq tədbirlər keçirilir, regional və qlobal miqyaslı layihələr reallaşdırılır.
Bununla belə biz öz mübarizəmizi aparırıq. Hüquqi cəhətdən Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir. Cənab Prezidentin apardığı fəal xarici siyasət kursu, diplomatiyada hücum taktikası isə ümumilikdə ölkəmizin iqtisadi, hərbi gücü ilə bir sinerqizm təşkil edərək sonda mutləq uğur qazandıracaq. Tam əminliklə deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsini məhz İlham Əliyev siyasəti, təmkini, onun beynəlxalq aləmdə olan sonsuz nüfuzu həll edəcək.
Bilirsiniz, bir şeyi anlamaq lazımdır ki, biz yalnız döyüşü uduzmuşuq, ümumilikdə müharibə, mübarizə isə davam edir və onun həlledici məqamları hələ irəlidədir. Həmin məğlubiyyətlərin səbəbləri də məlumdur və dəfələrlə bu barədə deyilib, yazılıb. Təəssüf ki, ötən əsrin 90-çı illərinin əvvəllərində bir tərəfdən səriştəsiz qüvvələrin hakimiyyəti ələ keçirməsi, cəmiyyətdə baş alıb gedən anarxiya, özbaşınalıq, digər tərəfdən də məlum imperialist dairələrin erməniləri dəstəkləməsi öz acı nəticələrini göstərdi.
Tarixə nəzər saldıqda, görərik ki, qədim Roma imperiyası dövründən bəri ən qüdrətli imperiyalar belə müəyyən döyüşlərdə lokal məğlubiyyətlərə uğrayıblar. Amma vurulan zərbələrə tab gətirmək, büdrəsə də ayaq üstə qalmaq qüdrəti yalnız güclülərə xas olan xüsusiyyətdir. Özü də bu xüsusiyyət universal xarakterə malikdir. İstər dövlət olsun, istərsə də fərd. Əgər xatırlayırsınızsa, Ulu Öndər Heydər Əliyevin həyatında da çox mürəkkəb, əzablı məqamlar olmuşdur. Amma onun siyasi əzmi, insani iradəsi imkan verdi ki, bütün çətinlikləri dəf etsin, müqavimətləri yararaq öz missiyasını reallaşdırsın. Eyni sözləri cənab prezident İlham Əliyev haqqında da deyə bilərəm. Həyatın ən müxtəlif sahələrində əldə edilən uğurlar təsdiq edir ki, bir şəxs olaraq, bir siyasi xadim olaraq hər zaman talenin zərbələrinə tab gətirib, bütün mümkün çətinliklərə, daxili, xarici müqavimətlətə baxmayaraq, öz yoluna davam edib və yekunda həmişə qalib olub.
- Bir qədər də yaxın gələcəyə nəzər salmağa cəhd edək. Təbii ki, seçkilərdə xalq da öz sözünü deyəcək, seçimini edəcək. Bəs sizin gözləntiləriniz hansılardır, hansı dəyişiklikləri vacib hesab edirsiniz?
- Diqqəti bir daha ölkəmizdə uğurla həyata keçirilən siyasətə çəkmək istəyirəm. Cənab prezident öz çıxışlarında sosial sahənin, təhsilin, ümumilikdə insan kapitalının nə qədər böyük əhəmiyyətə malik olduğunu dəfələrlə vurğulayıb. Gənclərə qayğı, istedadlı uşaqların öz potensiallarını reallaşdırması üçün yaradılan şərait, müasir texnologiyaların ölkəmizə cəlb edilməsi, bacarıqlı gənc kadrların önə çəkilməsi, onların yüksək dövlət vəzifələrinə təyinatı ümumilikdə reallaşdırılan xəttin mükəmməl bir dövlət siyasətinə söykəndiyini təsdiqləyir. Cənab Prezident İlham Əliyev demək olar ki, bütün çıxışlarında investisiyaların gələcəyə, insan kapitalına yönəldiləcəyini ardıcıllıqla qeyd edir. Bu mənada ümumilikdə bu siyasətin davam etdiriləcəyini əminliklə demək olar.
Bir məqamı da diqqətə çatdırmaq istəyirəm. İndi islahatlar haqqında çox danışılır. Əlbəttə, islahatlar vacibdir. Amma bütün addımlar gərək ölçülüb-biçilə. Bu baxımdan cənab Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar, onlarln dərinliyi nəticələrin müsbət olacağına təminat verir. Bu təminatı islahatların məhz cəmiyyətin çağırışlarına cavab verməsi, onların düz vaxtında, - nə tez, nə də gec,- qəbul edilməsi müəyyənləşdirir. Bu mənada birmənalı demək olar ki, seçkidən sonra da bu xətt davam etdiriləcək, Azərbaycanı yeni inkişaf səviyyəsinə qaldıracaq.
Mən xalqımızı, hər bir seçicini bu taleyüklü siyasi prosesdə fəal iştiraka dəvət edirəm, onları ictimai-siyasi sabitliyə, tərəqqiyə, yeniliyə səs verməyə çağırıram. Ən əsası dövlət suverenliyinin qorunub saxlanılmasıdır. Bütün qərarlar Azərbaycanda həll edilməlidir. Nəzərdən qaçırmaq olmaz ki, demokratiya pərdəsi altında ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri, öz maraqlarını həyata keçirmək istəkləri həmişə olub. Bu baxımdan da cənab prezident İlham Əliyevin "Bütün məsələlərimizi özümüz, öz ölkəmizdə həll etməliyik", mesajı tam aydlnlığı və dərinliyi ilə önə çıxır.
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 2024 17:26
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 2024 11:54
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- Prezident Mixeil Kavelaşvilini təbrik etdi
14 dekabr 2024 22:55
- SSRİ-də dəhşətli atom sınağı - 45 min hərbçi cəlb edilib, zabitlərin beşdə üçü ölüb
12 dekabr 2024 17:42
- Bizi cəbhəyə vuruşmağa göndərirsiniz, özünüz isə arvadlarımızı yoldan çıxarırsınız -Azərbaycanda Baş Nazirə deyilib...
12 dekabr 2024 16:13
- 3 minədək şəxsin namizədliyi irəli sürülüb - Məzahir Pənahov
12 dekabr 2024 15:36
- ŞOK! Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi
11 dekabr 2024 21:00
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29