Azərbaycanda tibbə məlum olmayan hadisə baş verib
Maraqlı25 mart 2018 11:16
Göz bəbəkləri olmadan dünyaya gələn qızcığazın köməyə ehtiyacı var
Sərbəst gəzir, rəqs edir, mahnı oxuyur, evin pilləkənlərini köməksiz düşüb-çıxır, hətta yoldaşları ilə "gizlənqaç” da oynayır. Hərəkətlərindən tam sağlam uşağı andırsa da, əslində dünya işığından məhrumdur. Görmə qabiliyyəti olmayan qızcığazı sanki gözləri deyil, hissiyyatı idarə edir. O, evə nə vaxt qonaq gələcəyini, hətta qonağın nə alıb gətirəcəyini belə təxmin edə bilir.
Şabran rayon sakini Fatimə Elçin qızı Qafarova dünyaya anadangəlmə fiziki qüsurlu gəlib. Xəstəxanada körpənin sağlamlığında hər hansı problemin olduğu bilinməyib. Yalnız evə gətirdikdən sonra valideynləri uşağın göz yerlərinin olduğunu, lakin göz bəbəklərinin olmadığının fərqinə varıblar.
Fatimənin Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan nənəsi Aygün Qafarova deyir ki, nəvəsinin gözlərinin görməsinə ümidlərini itirməyiblər: "Fatimə ana bətinindəykən bir neçə dəfə USM-də müayinə olunub. Həkimlər həmişə hamiləliyin normal keçdiyini bildiriblər. Hətta Fatimə anadan olanda belə, həkimlər onun gözlərinin olmadığından xəbərsiz oldular. Uşağı xəstəxanadan çıxarıb evə gətirəndən sonra özümüz gördük ki, uşaqda gözlərinin yuvası var, amma özü yoxdur”.
Çarəsiz nənə bildirir ki, ilk günlər Fatimənin müalicəsi üçün müxtəlif xəstəxana və klinikalara müraciət ediblər, lakin hər yerdə onlara ancaq "birinci dəfədir bu cür halla rastlaşırıq” cavabını veriblər. Artıq ailə bütün ümidlərini itirmək üzrə olduğu vaxtda bir ümid işığı yanıb.
Fatimə danışmağa başlayanda gözünün üç yaşından sonra "Allah” tərəfindən açılacağını deyirdi, biz isə onun bu sözlərini ciddiyə almırdıq. İki yaş yarımında onun gözünün birində bəbək yaranmağa başladı. Bunun bizə "Allahın hədiyyəsi” olduğuna ümidlənərək, müalicə üçün Heydər Əliyev Fonduna müraciət etdik”, — deyir nənə.
Bundan sonra qısa zamanda ailənin müraciətinə baxılıb və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə və müalicəsi təşkil edilib. Təxminən dörd-beş ay müalicə olunub. Həkimlər bildiriblər ki, bir gözü müəyyən faiz görə bilər.
Aygün Qafarovanın sözlərinə görə, həkimlərdən bu xəbəri eşitmək ailəyə təsəvvürəgəlməz sevinc hissi bəxş edib. Lakin ailənin xoşbəxtliyi çox çəkməyib. 3 ay əvvəl Fatimə yenidən həkimə aparılıb, analizləri verilib. Amma ödənişi verə bilmədikləri üçün müayinənin cavablarını ala bilməyiblər.
"Ödənişi tam ödəməyəcəyimiz təqdirdə, müayinənin cavabları haqda bizə heç bir məlumat verilməyəcəyi bildirildi”, - deyən dərdli nənə Fatimənin gözlərinin açılması ümidi ilə yaşadığını, lakin həkimlərin sözlərinə görə, müalicəsi davam etməzsə, ümidlərinin heçə enəcəyini bildirir.
Həyat yoldaşı Qarabağ müharibəsində birinci qrup əlil, oğlu isə işsiz, ailəsinin maddi imkanları həddən artıq aşağı olan Aygün Qafarova imkanlı şəxslərdən Fatiməyə köməklik göstərmələrini xahiş edir.
Oxşar xəbərlər
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
Xəbər lenti
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
Video & Fotoqalereya
Video
Fotoqalereya
