“İlham Əliyev: Praktik siyasətin real nəticələri” - Ramil Qasımov
Azərbaycan Televiziyası Mədəniyyət kanalının direktoru, politoloq Ramil Qasımov.
Məlum olduğu kimi, bu il fevral ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprel ayının 11-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi haqqında imzaladığı Sərəncamla növbəti seçki marafonuna start verildi. Prezident seçkilərini xalqımız və dövlətimiz üçün bir növ hesabat vermə və növbəti seçki tarixinədək öz müqəddəratını təyin etmə prosesi kimi səciyyələndirmək olar. Bu isə, heç də təsadüfi deyil ki, xalqın verdiyi qərar nəticəsində dövlətin idarəetmə sükanını kimə həvalə etməsi ilə əlaqədardır. Son 5 prezident seçkilərində xalqımız öz taleyinə və gələcəyinə biganə və laqeyd olmadığını nümayiş etdirərək, öz seçimində nə qədər doğru olduğunu sübuta yetirmişdir. Növbəti seçki marafonunda da Azərbaycan xalqının layiqli namizəd olan cənab İlham Əliyevə etimad göstərəcəyi şübhə doğurmur. Buna səbəb kimi fevral ayının 5-də keçirilmiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayında namizədliyinin irəli sürülməsi ilə bağlı qərarını, daha sonra fevralın 8-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VI qurultayında onun namizədliyinin rəsmən irəli sürülməsini göstərmək olar. Adları çəkilən hər iki təşkilat ölkədə ən böyük sosial bazaya və geniş siyasi-ictimai təsirə malik olan təşkilatlardır.
Lakin, düşünürəm ki, cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsini təkcə bu amillərlə məhdudlaşdırmaq olmaz. Məhz bu məqalənin yazılmasının səbəbi də budur. Dövlətimizin göstərdiyi qayğı və dəstəyin hər bir istedadlı gənc üçün olduğu kimi mənim də inkişafımda və gənc olmağıma baxmayaraq, belə bir bir mötəbər mövqeyə gəlməyimdə əvəzsiz rolu olduğu nəzərə alaraq və özümə vətəndaşlıq borcu bilərək, bu yazını yazmaq və növbəti seçkilərdə cənab prezident İlham Əliyevin gənclər tərəfindən dəstəklənməsinin əhəmiyyətini təhlil etmək qərarına gəldim.
Zənnimcə, ölkəmizin müstəqillik tarixi ilə bağlı qısa bir ekskursiya etmək yerinə düşərdi. Müstəqilliyin qorunub saxlanmasının onun qazanılmasından qat-qat çətin olduğunu tarix dəfələrlə sübut edib. Keçən əsrdə Azərbaycan iki dəfə müstəqillik əldə etməsinə və özünün suveren dövlətini yaratmaq imkanı qazanmasına baxmayaraq, ilk imkanını xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması ucbatından itirmişdir. Məlum olduğu kimi, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. 70 il sonra Sovet imperiyasının dağılması nəicəsində Azərbaycan xalqı öz milli müstəqilliyini ikinci dəfə bərpa etmək imkanı əldə etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunması ilə Azərbaycanın tarixində yeni dövrün başlanğıcının əsası qoyuldu. Lakin ilk müstəqillik tariximizdə olduğu kimi, yenə də, Azərbaycan Respublikası çox mürəkkəb ictimai-siyasi reallıqlarlara üz-üzə qalmalı oldu. Müstəqilliyini qazanılmasından sonra, mənfur qonşumuz Ermənistan Respublikasının təcavüzükar siyasəti nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi və o dövrdəki rəhbərliyin yarıtmaz siyasəti, daxili siyasi çəkişmələr, separatçılıq meyillər sayəsində qısa bir müddət ərzində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə böyük dövlətçilik və siyasi təcrübəyə malik olan ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsi yaranmış təhlükənin sovuşması üçün xalqımızın öz gələcək müqəddəratını təyin etməsi yolunda atddığı ilkin addımlardan biri oldu. Bu addımın atılması heç də təsadüfi deyildi, çünki XX əsr Azərbaycan tarixinin son otuz ili məhz Heydər Əliyevin adı ilə bağlı idi. Bu illər ərzində ümummilli lider Azərbaycanın məsuliyyətini öz üzərinə götürərək, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi onun adı ilə bağlıdır. Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyəlləndirmək olar. Heydər Əliyevin təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamış, ölkəmiz dünya ölkələri içərisində öz layiqli yerini tutmuş və 1994-cü ildə “Əsrin müqaviləsi” adı altında ən böyük neft müvaqviləsi imzalanmışdır. Onun məqsədyölü daxili və xarici siyasəti nəticəsində qısa bir müddətdə bir sıra beynəlxalq və regional təşkilatların üzvü olmuş, Dağlıq Qarabağ probleminin dünya birliyinin diqqətinə çatdırılmasına nail olunmuş və bu problemin Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı çərçivəsində həll olunması məsələsi birmənalı olaraq dövlətimizin xarici siyasətinin qayəsinə çevrilmişdir: “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyildir və heç vaxt olmayacaqdır... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcəkdir”.
Heydər Əliyevin hakimiyyəti illərində Dağlıq Qarabağ probleminin həlli istiqamətində bir sıra tədbirlər görülmüş - BMT Təhlükəsizlik Şurası tərəfindən işğal edilmiş rayonlarla bağlı dörd qətnamə qəbul edilmiş və bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq edilmiş və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi qəbul olunmuşdur. ATƏM-in 1994-cü ildə Budapeştdə keçirilmiş zirvə toplantısında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiqlik nümayiş etdirilərək, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul olunmuşdur.
Ermənistan-Azərbaycan münaqişəsi Avropa Şurasının müzakirə mövzusu olmuş, 1997-ci ildə Şuranın Parlament Assambleyası “Cənubi Qafqazda münaqişələr haqqında” qətnamə qəbul edərək, Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi, xüsusən, sərhədlərin toxunulmazlığı və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu verilməsi prinsiplərini irəli sürmüşdür.
Məhz ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın adının dünya siyasətində böyük dövlətlərlə bərabər səslənməsinə şərait yarandı. Bu baxımdan Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ümumilli lider haqqında söylədiyi fikirlər xüsusi maraq doğurur: “Heydər Əliyev iki əsrin ayrıcında öz ölkəsinin dövlət adlı gəmisini qlobal sarsıntılar dövrünün fırtınalarından sağ-salamat və uğurla keçirərək, ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının, özlərinə inamının qorunub saxlanılmasına müvəffəq olmuşdur. Siyasətin ön səhnəsində olduğu otuz dörd il ərzində, o, XX-XXI əsrlərin görkəmli siyasətçilərindən biri, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır”.
Beləliklə yuxarıda sadalananlara əsasən demək olar ki, Azərbacanda nizami ordunun yaradılması, sabit hakimiyyət qurumlarının yaradılması, iqtisadiyyatın bərpası və iqtisadi islahatların keçirilməsi, neft müqavilələrinin bağlanması, ölkədə davamlı ictimai-siyasi sabitliyin yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilməsi məhz Heydər Əliyev irsinin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mümkün olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan son 15 il ərzində sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmiş və ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr isə respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır.
Prezident İlham Əliyevin səmərəli siyasi fəaliyyətinin nəticəsi kimi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini misal göstərmək olar. Bu hadisəni cənab İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisi, Azərbaycan diplomatiyasının qələbəsi saymaq olar.
Azərbaycanın dinamik inkişafı ölkəmizin beynəlxalq imicinin yüksəlişinə təkan verən amillərdən biridir. 15 il ərzində həyata keçirilən dövlət proqramlarında reginonların tarazlı inkişafı və onlar arasındakı sosial, iqtisadi, mədəni fərqlərin aradan qaldırılması, əhalinin daimi iş yerləri ilə təmin edilməsi, abadlaşdırma və quruculuq işlərinin aparılması, infrastrukturun yaradılması və yenidən qurulması kimi vacib məsələlər reallaşdırılmışdır. 1993-cü ildən sonra Azərbaycanda formalaşmış yeni siyasi kurs bütün bu uğurların kökündə dayanır. Heydər Əliyevin müəllifi olduğu bu kurs ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edilir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının V qurutlayında demişdir: “Mənim bir məqsədim, bir amalım vardır. Bu, güclü Azərbaycan dövlətidir. Ulu öndərin bizə miras qoyduğu dövlətçiliyi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək mənim əsas vəzifələrimdir...”.
Müxtəlif sahələri əhatə edən islahatlar nəticəsində ölkə iqtisadiyyatında böyük uğurlar qazanılmış, prezidentin söylədiyi kimi hər bir vətəndaşın həyatında müsbət dəyişikliklər baş vermişdir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən artıq, dövlət büdcəsinin təxminən 20 dəfə artmış, bir milyondan artıq yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 49 faizdən 4 faizədək enmişdir. Əldə olunmuş bu nailiyyətlər cənab İlham Əliyevin ümumxalq etimadını qazanmasına səbəb olmuş və onun doğru yolda olmasını isbat etmişdir.
15 il ərzində dövlətimizin uğurlar qazanması, sürtəli iqtisadi inkişaf templəri ilə dünya liderləri sırasına çıxması ölkəmizdə dövlət idarəçiliyinin sağlam mexanizmlərlə reallaşdırılmasından xəbər verir. Bu mexanizmlərə dövlət başçısı tərəfindən imzalanmış fərmanların, təsdiq etdiyi dövlət proqramlarının həyata keçirilməsini aid etmək olar. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, Milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektoru üzrə 12 strateji yol xəritəsi, regionların sosial-iqtisadi inkişafı üzrə mərhələli dövlət proqramları, konkret sahələr üzrə dövlət proqramları, həmçinin müxtəlif fərman və sərəncamların təsdiqlənməsində məqsəd respublika iqtisadiyyatında pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının hazırlanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, ölkəyə investisiya axınında cənab İlham Əliyev mühüm rol oynamışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin istifadəyə verilməsi cənab İlham Əliyevin neft diplomatiyasının yeni mərhələsinin başlanmasına rəvac vermişdir. Bu illər ərzində Azərbaycanın neft sektorunda 30 min nəfərdən artıq insan işlə təmin edilmişdir. Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz kəməri (TANAP) və «Şahdəniz» Konsorsiumunun Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Qaz Kəməri (Trans-Adriatik Pipeline (TAP) layihələri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin növbəti uğurlarıdır. Bu layihələrlə yanaşı ölkənin yol-nəqliyyat infrastrukturunun inkişafı üçün Böyük İpək Yolu kimi tanınan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) layihəsinin reallaşdırılması Azərbaycanın mühüm tranzit ölkəsi kimi əhəmiyyətinin artmasına xidmət etmişdir.
Milli Məclisin deputatı olduğu dövrdə İlham Əliyev geniş və çoxşaxəli fəaliyyət göstərmiş, daima xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir.
İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti, məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərmiş, erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma “Dağlıq Qarabağ problemi” barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin həyata keçirilməsində prezident İlham Əliyev dayanmadan fəaliyyət göstərməkdə davam edir. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti kimi də İlham Əliyev həmin sahədə yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğunu göstərmiş, qısa müddət ərzində, Azərbaycan idmanını inkişaf etdirərək dünya səviyyəsinə qaldırılmasın nail olmuşdur. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, apardığı idman siyasətinin qələbəsidir. Bu siyasətin əsasında sağlam gəncliyin yetişdirilməsi, xalqımızın sağlam gələcəyinin təmin edilməsi kimi güclü mənəvi prinsiplər dayanır. Onun təşəbbüsü ilə ölkəmizin bütün regionlarında olimpiya idman-sağlamlıq komplekslərinin tikilməsi, idmanın inkişafı üçün müasir maddi-texniki bazanın yaradılması bu mənəvi prinsiplərin reallaşdırılmasına xidmət edir. Bunun nəticəsidir ki, ölkəmiz iki böyük beynəlxalq idman yarışına, idman bayramına – 2015-ci ildə Birinci Avropa Oyunlarına və 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmiş, hər il keçirilən Formula-1 idman yarışlarının Bakı qran-prisinə ev sahibliyi etməkdə davam edir. Bütün bunlar isə, heç şübhəsiz, İlham Əliyevin idman siyasətinin ən böyük uğurlarından biridir.
Azərbaycan həqiqətlərinin yayılmasında, dövlətimizin beynəlxalq imicinin artmasında ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbirlərdən danışarkən humanitar, mədəniyyət və digər sahələrdə keçirilən tədbirləri unutmaq olmaz. Artıq illərdir ənənə halını almış Qəbələ Musiqi Festivalı, Beynəlxalq Muğam müsabiqəsi böyük maraqla qarşılanır. Azərbaycanın 2011-ci ildə isə «Eurovision» mahnı müsabiqəsindəki qələbəsi müsiqi mədəniyyətiminiz daha da inkişafına, Bakıda keçirilən «Eurovision-2012» müsabiqəsi isə bu mədəniyyətin təbliğinə şərait yaratmışdır.
Cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi dövrdə görülmüş ən mühüm strateji tədbirlər sırasında ölkə mədəniyyətinin inkişafı və dünya miqyasında təbliği istiqamətində atılan addımlar xüsusi yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan təbliğat və tanıtım işləri ölkəmizə aid bir çox incəsənət nümunələrinin YUNESKO tərəfindən «Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı»na daxil edilməsi ilə nəticələnib.
Onu da qeyd edim ki, prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Cənab İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. 2009-cu il referendumundan son adı çəkilən prinsip dövlətin ali məqsədi kimi konstitusiyamızda daxil edilmişdir. Bu zaman minimal baza tələblərinin təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir. Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizdən çoxu sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur.
Cənab İlham Əliyevin fəaliyyəti dövründə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində xüsusi işlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan hüquqları günü elan edilib. Xüsusilə qeyd etmək istərdim ki, cənab İlham Əliyevin siyasi kursunun qanunauyğun nəticəsi kimi, ölkəmizdə söz və mətbuat azadlığı yüksək səviyyədə təmin edilib, o cümlədən dövlətimizin başçısı mətbuatın inkişafına, media nümayəndələrinin sərbəst fəaliyyətinə və sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir.
Fikrimcə, Azərbaycanın regionda lider dövlətə çevrilərək beynəlxalq birlikdəki yerinin möhkəmlətməsi, söz sahibinə çevrilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dünya miqyasında qəbul edilən reallığa çevrilmişdir. Bu reallıq bir sıra amillərlə - gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunun artması ilə bağlı olan, prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərlə, ölkəmizin siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilməsilə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasıyla bağlıdır.
Göründüyü kimi, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev dövlətimizə rəhbərlik etdiyi 15 il ərzində ölkənin ictimai-siyasi həyatının bütün sahələrində böyük uğurların qazanılmasına, xalq və dövlət üçün taleyüklü layihələrin həyata keçirilməsinə, Azərbaycanın iqtisadi və hərbi potensialının güclənməsinə, əhalinin həyat və yaşayış səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə nail olmuşdur.
Tərəddüdsüz qeyd etmək olar ki, Azərbaycan xalqının alternativsiz lideri olan cənab İlham Əliyev dövlətin milli maraqlarını, xalqın ali mənafeyini, ölkəmizin suverenliyini qətiyyətlə qoruyur.
Sonda onu vurğulamaq istərdim ki, çoxşaxəli və mütərəqqi ictimai-siyasi cizgilərə sahib olan, uzun illərdir dövlətçilik sükanının başında əzmkarlıq və dəyanətlə dayanmış, vətənini və xalqını öz canından çox sevdiyini dəfələrlə vurğulamış və bunun inkaredilməz həqiqət olduğunu öz yorulmaz fəaliyyəti, xalqına xidməti ilə sübut etmiş cənab İlham Əliyevin növbəti 7 il ərzində xalqın dəstəyi ilə bu fəaliyyətini davam etdirəcəyinə şübhəm yoxdur. Cənab prezidentin də söylədiyi kimi, biz gənclərin də vəzifəsi dövlətin inkişafı və xalqın rifahının yüksəldilməsi kimi müqəddəs vəzifələrin yerinə yetirilməsində yorulmadan fəaliyyət göstərmək, bu işdə prezidentin ətrafında sıx birləşməkdir. Heç şübhəsiz ki, xalqımız növbəti prezdient seçkilərində, yəni altıncı dəfə seçiminin nə dərəcədə düzgün olduğunu təsdiq edəcəkdir!
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 2024 21:29
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 2024 15:18
- Bakıda tarixi qərar verildi
24 noyabr 2024 00:42
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 2024 19:36
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 2024 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Prezident İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi
22 noyabr 2024 12:46
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07