Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal - Araşdırma aparılır
Siyasət24 fevral 2018 22:26

Son illər təkcə paytaxt Bakıda deyil, ətraf şəhər və qəsəbələrdə abadlıq işləri gedir. Belə şəhərlərdən biri də Sumqayıtdı. 2015-ci ilin payızından Sumqayıtda böyük bir abadlıq işlərinə başlandı.
Dənizkənarı bulvarı tamamilə yenidən quruldu, böyüdüldü. Şəhərdə yaşayış binalarının damları təmir edilir, avtomobil yolları genişləndirilir, asfalt örtüyü təzələnir. Hətta məhəllədaxili yollar belə abadlaşdırılır. Binalar əsaslı şəkildə təmir edilir. Yüzlərlə yaşayış binalarının zirzəmilərindən çirkab sular təmizlənib.
Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev son illər Sumqayıtda olarkən görülən işləri təqdir edib, abadlıq işlərini yüksək qiymətləndirib, şəhər rəhbərliyinə gördükləri işlərə görə təşəkkür edib.
Təəssüf ki, bəzən yaxşı işləri gözdən salan əməllər də olur. Bu da görülən müsbət işlərə kölgə salır. Fevralın 23-də Musavat.com-a Sumqayıt sakinlərindən şikayət daxil olub. Sakinlərin dediyinə görə, Sumqayıtda Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağı məhv edilir. Bildirilir ki, 50-dən artıq şam ağazı kəsilib. Şəhər sakinləri deyirlər ki, bu ağacların yaşı çoxdur, Sovet dövründə əkilib.
Musavat.com-un araşdırması zamanı yaşıllığı məhv edən şəxslərin kimliyi üzə çıxıb. Sayta daxil olan məlumatda bildirilir ki, yaşıllıqları məhv edən və yerində obyekt tikmək istəyən şəxs Həsənli Emil Emin oğludu. Bu soyad oxucuya tanış gəlirmi? İlk baxışda xeyir! Amma əməkdaşlarımız araşdırıb, öyrəniblər ki, Emil Həsənli baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovunnəvəsidi. O da məlum olub ki, Ə.Həsənovun qardaşı İlyas Həsənov Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisidir. Təsəvvür edin, yaşıllığa məsul olan şəxsin yaxın qohumu on illərlə yaşı olan ağacları kəsib, məhv edir.
Deyilənə görə, E.Həsənlinin atası hüquq mühafizə orqanlarında yüksək vəzifə tutur. Məsələ ilə bağlı aidiyyatı idarələrin mövqeyini öyrənməyə çalışırıq.
Son anda musavat.com-a daxil olan məlumata görə, artıq faktla bağlı hüquq mühafizə orqanları araşdırmalara başlayıb.
Oxşar xəbərlər
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 2025 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 2025 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 2025 13:21
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 2025 23:52
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya