Şah qanundur, ya Azər Qasımov?

Şah qanundur, ya Azər Qasımov?
Və ya Ağabəy Əsgərov nardaranlılardan nə istəyir?
“Bakı Apellyasiya Məhkəməsinin sədri bizim dostumuzdur . Məhkəmə qərarı boş şeydi. Az qalıb, Apellyasiya məhkəməsində onu da ləğv edəcəyik. Artıq hər şeyi danışmışıq, həll etmişik”.
NUH xəbər verir ki, bunu məhkəmə qərardadı ilə Nardaran sakinlərinin mülkiyyətində olan torpaq sahələrinin hasarlarını qanunsuz sökülməsinə qadağan edilmiş “Azərbaycan” nəşriyyatının nümayəndəsi Azər Qasımov deyib. Narazı sakinlərin redaksiyamıza göndərdikləri şikayət məktubunu olduğu kimi təqdim edirik:
“Azər Qasımovun sözlərinə görə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərardadı müvəqqətidir, ondan şikayət verilib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsi baxacaq və razılıq alınıb ki, “Azərbaycan” nəşriyyatının şikayəti təmin olunacaq.
Qeyd edək ki, Nardaran sakinlərinə məxsus torpaq sahələrinin hasarlarını “Azərbaycan” Nəşriyyatı tərəfindən qanunsuz sökülməsinə əsas verən Sabunçu rayon İcra şöbəsinin qərarının ləğv edilməsinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsi qərardad qəbul edib.
Nəzərinizə çatdırırıq ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3152 saylı 05.07.2016-cı il tarixli icra vərəqəsinə əsasən Əzimov Valis Əlibaba oğlu Abşeron rayon Zəhmətkeş Deputataları Soveti İcraiyyə Komitəsi tərəfindən Sabunçu rayonu, Nardaran qəsəbəsində Azərbaycan SSR “Kommunist” nəşriyyatına ayrılmış və 20 fevral 1981-ci il tarixli “Torpaqdan İstifadə Hüququna aid Dövlət aktı”nda göstərilən sərhədlər daxilində olan 15 hektar torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində inşa edilən istixanalar və özbaşına tikililər onun hesabına sökülməlidir.
Qeyd edilən icra vərəqəsinin bir ildən çox müddətdə verilməsinə baxmayaraq, uzun müddət onun icrası mümkün olmayıb. Belə ki, məhkəmə icraatı zamanı iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin koordinatları naturada müəyyən olunmadığından, qətnamənin nəticə hissəsində də, konkret torpq sahəsi və koordinatları göstərilmədiyindən, tələbkarın tələb etdiyi torpaq sahəsini ona təhvil vermək mümkün olmayıb.
İcra işinin icrası mümkün olmadığına baxmayaraq, Sabunçu İcra şöbəsi tələbkara aid olmayan 15 hektar torpaq sahəsini ona təhvil verilməsi barədə Akt tərtib edərək icra işinə xitam verilməsi barədə qərar qəbul edib.
İcra vərəqəsi üzrə tələbkara aid 15 hektar torpaq sahəsinin koordinatları naturada müəyyən olunmadan, ərazidən yeganə cavabdeh olan Əzimov Valis Əlibaba oğlu çıxarılmadan və həmin torpaq sahəsində inşa edilən istixanalar və özbaşına tikililər sökülmədən, tələbkara aid olmayan torpaq sahəsini ona təhvil verilməsi ilə icra işinə xitam verilməsi, Sabunçu İcra şöbəsinin “Azərbaycan” Nəşriyyatının böyük təsiri altında olduğundan xəbər verir. Çünki, həmin
Akta əsaslanaraq “Azərbaycan” Nəşriyyatının nümayəndələri icraçıların iştirakı olmadan, DİN-nin əməkdaşlarının müşahidəsi ilə heç vaxt məhkəmədə mübahisə predmeti olmayan Nardaran sakinlərinin torpaq sahələrinin hasarlarını sökməyə başlamışlar, baxmayaraq ki, onlar həmin torpaq sahələrinin qanuni mülkiyyətçiləridir.
Həmin mülkiyyətçilər Azərbaycan nəşriyyatının nümayəndələri tərəfindən törədilən bu qanunsuzluğa son qoyulması barədə bütün dövlət qurumlarına müraciət etsələr də, Azər Qasımovu və onun himayədarlarını məsuliyyətə cəlb etmək mümkün olmayıb. Onlar hələ də qanunun onlara aid olmadığını iddia edirlər.
Hadisə yerində asayışı qorumaq üçün çağırılmış DİN-nin əməkdaşları Azər Qasımovun mülkiyyətçilərin əmlakına müdaxiləsini əsaslı və qanuni olduğunu bildirsələr də, Bakı şəhəri Sabunçu rayon Məhkəməsi 22 yanvar 2018-ci il tarixli qərardadı ilə Azərbaycan nəşriyyatının törətdiyi əməllər qanunsuz olduğunu təsdiq edərək Daxili İşlər Nazirliyinin əməkdaşlarının bu qanunsuzluğa biganəliyini də, ortaya çıxarır.
Lakin Azər Qasımovun bəyanatından məlum olur ki, qərardadın ləğvi üçün hərəkətə keçib və Bakı Apellyasiya Məhkəməsində vəziyyəti öz xeyrinə dəyişməyə nail olub.
Maraqlıdır ki, Bakı Apellyasiya Məhkəməsi Azərbaycan nəşriyyatının qanunsuz əməllərinə səbəb olan Sabunçu İcra şöbəsinin qərarına hansı don geyindirərək haqlı çıxarıb Sabunçu rayon Məhkəməsinin qəraradadını ləğv edəcək.
Qeyd edək ki, Azərbaycan nəşriyyatı bu qanunsuz əməlləri ilə Nardaran sakinlərinin hesabına külli miqdarda sərvət əldə etmək fikri olduğu bildirilir. Görünür, qanunsuz əməlləri ilə toplanan böyük pullar onu hətta, məhkəməyə “meydan oxumağa” sövq edir. Barəsində cinayət məsuliyyəti elan olunan şəxs “məhkəmə boş şeydir” deyirsə, yəqin ki, Bakı Apellyasiya Məhkəməsi də, onun təsiri altındadır…”.
Redaksiyadan: Yazıda adı çəkilən şəxslərin də mövqeyini öyrənib dərc etməyə hazırıq…
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 2025 16:36
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
9 aprel 2025 20:27
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Naxçıvanda ər arvadını tavandan asaraq öldürdü
24 mart 2025 18:32
- Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərdən biri də SAXLANILDI - DTX-dən ƏMƏLİYYAT
21 mart 2025 16:18
- Deputat Azər Allahverənov Nardarandа vətəndaşların qəbulunu keçirib
16 mart 2025 00:20
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 2025 12:26
- Gərək fevralın 14-də birləşmiş komandanlıq altında MDB ordusuna qoşulmağa dair müqaviləyə qol çəkəydim...- Mütəllibov
8 mart 2025 17:04
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35