İstinadla verilən məqaləyə görə 40 min təzminat !
Günün sitatı12 fevral 2018 16:08

Şirvan Apelyasiya Məhkəməsində hakim Tofiq Heydərovun sədrliyi ilə bir neçə mətbuat orqanına qarşı şikayətə baxılıb. İş üzrə iddiaçı Gülnar Novruz qızı Yusifova cavabdehlər turaneli.tv informasiya saytının rəhbəri Mətləb Həsən oğlu Allahverdiyev, Criminal.az informasiya saytının rəhbəri Anar Şahin oğlu Məmmədov, ajantv.com informasiya saytının rəhbəri Tural Əliyev və baş redaktor Anar Ayvazlı, qaynarxett.az informasiya saytının rəhbəri Elnur İsmayıl oğlu İsmayıllı və İsmayıl Məhəmməd oğlu Nəsirova qarşı şərəf və ləyaqətin müdafiəsi, şərəf və ləyaqətə görə pul tələbinə və cavabdehin təkzib verməklə rəsmi üzr istəməsinə dair iddia ərizəsi ilə Beyləqan rayon məhkəməsinə müraciət edib. Xahiş edib ki, cavabdehlərdən onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına görə 40 min manat təzminat alınıb ona ödənilsin.

İddiaçı bildirib ki, Beyləqan rayonunda Təzəkənd kəndində yaşayır və müəllimədir, müəllimə kimi nüfuza malikdir. Beyləqan rayonu 1-ci Şahsevən kəndində yaşayan İsmayıl Məmməd oğlu Nəsirov onun barəsində "ajantv.com” saytında heç bir əsası olmayan, "Beyləqan məktəbində rəzalət” sərlövhəli məqalə yazıb. Məqalədə Dadaş Novruz oğlu Əhmədovun onunla intim əlaqədə olması və ondan hamilə qalması barədə məlumatlar əksini tapıb. Beyləqan rayon Məhkəməsi 11 avqust 2017-ci ildə yalnız iddiaçının iştirakı ilə iddia ərizəsinə baxıb. Cavabdehlərin heç birini məhkəməyə dəvət etməyib. Məhkəmənin vaxtı və yeri barədə onları əvvəlcədən xəbərdar etməyib. Hakim Nəsrullah Əliyev iddiaya baxıb və onu təmin edib.
Criminal.az saytının baş redaktoru Anar Məmmədov Şirvan Apelyasiya Məhkəməsinə müraciət edərək bildirib ki, iş üzrə cavabdeh sayıla bilməz. Baş redaktor iddiaçının etirazına, məhkəməyə üz tutmasına səbəb olan yazının "ajantv.com” saytından götürdüyünü, həmin sayta istinadla yaydığını hakimin diqqətinə çatdırıb. Həmin sayt bu barədə heç bir təkzib verməyib.

Tofiq Heydərov
Belə olan halda, Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 62-ci maddəsinə görə, yayılmış məlumatlar təkzib edilməmişsə, onu yenidən yayan şəxs məsuliyyət daşımamalıdır. Beyləqan rayon Məhkəməsinin, ardından Şirvan Apelyasiya Məhkəməsinin hakimi Tofiq Heydərovun sədrlik etdiyi məhkəmə KİV haqda qanunun bu faktına da diqqət etmədən qanunsuz və əsassız qətnamə, qərar qəbul ediblər. Apelyyasiya məhkəməsi Beyləqan rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.
Bundan başqa hakimlər İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyanın 10-cu maddəsinin pozuntusuna yol veriblər.
Avropa İnsan Hüquqları Məhkəməsinin dönə-dönə dediyi kimi: "İfadə azadlığı cəmiyyətin mühüm təməllərindən birini, onun tərəqqisi və hər kəsin gəlişməsi üçün baza şərtlərdən birini təşkil edir. 10-cu maddənin 2-ci bəndi nəzərə alınmaqla, ifadə azadlığı təkcə xoş qarşılanan, ziyansız sayılan "bilgi və ideyalara” deyil, həm də dövləti və ya əhalinin hər hansı bir bölümünü incidən, şoka salan və ya narahat edən "bilgi və ideyalara” da tətbiq edilir. Plüralizmin (çoxsəsliliyin), dözümlülüyün və geniş düşüncəliliyin tələbləri belədir. Bunsuz "demokratik toplum” yoxdur. Jurnalist azadlığı mümkün şişirtmə, hətta provokasiya imkanlarını da əhatə edir.
A.Məmmədov apelyasiya instansiyasının qərarından Ali Məhkəməyə şikayət edəcəyini bildirib.
Oxşar xəbərlər
- Məmməd Musayev yola salındı
15 aprel 2025 23:05
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 2025 14:39
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 2025 15:47
- İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü FOTO YENİLƏNDİ
11 aprel 2025 20:54
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 2025 00:37
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
9 aprel 2025 21:48
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
9 aprel 2025 17:47
- Xanlar Vəliyev təqaüdə göndərildi
8 aprel 2025 20:29
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
8 aprel 2025 15:28
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya