"Polad Bülbüloğlu cibindən 5 manatı oğurlayana..."

Rusiyadakı səfirimiz "Azərbaycanda erməniləri düşmən kimi qəbul edən yeni nəsil yetişir" dedi...
"Azərbaycanda erməniləri düşmən kimi qəbul edən yeni nəsil yetişir. Buna imkan verməməliyik".
Bu fikirlər Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu özünün sosial şəbəkələrdəki səhifəsində yazıb.
Azərbaycanı Rusiyada təmsil edən diplomatın, üstəlik də əslən Şuşadan, illərdir Ermənistanın işğalı altında olan müqəddəs məkandan olan diplomatın belə mövqeyi birmənalı qarşılanmayıb. Xüsusilə də diplomatın işğalçı Ermənistanda anti-türk ruhunda böyüdülən nəsillərdən bəhs etmək əvəzinə, Azərbaycanda erməniyə düşmən ruhunda tərbiyə edilən nəslin olması mövqeyindən çıxış etməsi qəbulolunmaz sayılır.
"Polad bəy daha yaxşı nəğməkar idi. Elə əsl Bülbüloğlu idi. Öz sənəti ilə məşğul olsaydı, elə tarixdə onunla qalacaqdı. Diplomatiya onun sənətkarlığına xələl gətirdi. İndi o, Azərbaycan diplomatı kimi yox, müğənni kimi danışır. Müğənni üçün də auditoriyada, salonda, zalda milli kimlik önəmli deyil, musiqi, ona çalınan çəpik, gül-çiçək önəmlidir, vəssalam. Təəssüflər olsun ki, o, bir diplomat kimi Azərbaycanı təmsil edir, çox təəssüf. Həm də ”xalq diplomatiyası" ilə məşğul olur".
Bu fikirlərin müəllifi KXCP sədri Mirmahmud Mirəlioğlu "Yeni Müsavat"a dedi ki, milli kimlik başqa məsələlərdə heç bir rol oynamır: "Adamın atası, anası gürcü, ya erməni də ola bilər və s. Amma hər kəs təmsil etdiyi dövləti ləyaqətlə təmsil etməlidir". M.Mirəlioğlu bildirdi ki, yeni nəsil əslində savaşçı olmalıdır: "Bir neçə gün bundan qabaq şəhidlərimizin ildönümünü və dəfninin 28-ci ildönümünü qeyd etdik. Normalda daha savaşçı, daha vətənpərvər, dostunu, düşmənini tanıyan nəsil yetişməlidir.
Bu olmadıqca, Azərbaycana nicat yoxdur. Bu olmadıqca, Azərbaycan özünün müstəqilliyini qoruyub-saxlaya, ərazi bütövlüyünü təmin edə bilməz. Ərazilərimizin düşməndən təmizlənməsi nəğmələrlə olmur, silahla, vətənpərvərliklə olur, adam bunun fərqində olmalıdır".
"Görünür, Polad Bülbüloğlu erməni ilə erməniçiliyi ayıra bilmir, ona görə belə düşünür. Biz "Böyük Ermənistan" ideyasının daşıyıcısı olan erməniçiliyə qarşı düşmənik, nəinki ermənilərə qarşı".
Bu fikirləri isə ADP sədri Sərdar Cəlaloğlu söylədi. Partiya rəhbəri qeyd etdi ki, erməni və erməniçiliyin başqa şey olduğunu bilmək lazımdır: "Necə ki, rus başqa şeydir, rus şovinistliyi, "velikorus" başqa. Bu mənada biz ermənilərə yox, onların ideyalarına düşmənik. Çünki o ideya bizə qarşı yönəlib. Bizim ərazilərimizə, milli kimliyimizə, mədəniyyətimizə, əxlaqımıza iddia edirlər.
Bunlar parazit bir xalqdır, tarix boyu yalnız türk xalqlarının əldə etdiyi tarixi nailiyyətlərdən oğurlayıb özləri üçün xalq obrazı yaratmaq istəyiblər, çünki bunların özlərinin heç nəyi yoxdur. Bunların nə arxitekturaları var, nə məişət mədəniyyətləri, nə kilsələri var. Erməni kilsəsinin qədim dili türk dilidir.
Adicə Azərbaycan dilində olan dolma haqqında deyir ki, bu, erməni yeməyidir, ya lavaş ermənilərə məxsusdur. Yaxud musiqimizi oğurlayır, deyir "Sarı gəlin" bizimdir. Səbəbi budur ki, özlərininki yoxdur, oğurlayırlar. Belə bir oğru düşüncəyə, oğru fəlsəfəyə düşmən olmamaq mümkün deyil ki.
Məsələn, Polad Bülbüloğlu cibindən 5 manatı oğurlayana deyəcək ki, sən yaxşı oğlansan? İndi bu, sənət adamıdır. Mən onu dərin biliyə, siyasi təfəkkürə malik adam hesab eləmirəm. Amma bu adam bəzi şeyləri bir-biri ilə qarışdırır".
S.Cəlaloğlu səfirin mövqeyinə əks fikir bildirdi: "Bəli, erməniçiliyə qarşı Azərbaycanda düşmənçilik tərbiyə olunmalıdır, dövlət səviyyəsində bu siyasət aparılmalıdır. Çünki türk xalqlarının bu bölgədə mövcudluğunun ən böyük təhlükələrindən biri də erməniçilik, "Böyük Ermənistan" ideyasıdır. Çünki ermənilər başqa dövlətlərin əlində alətə çevrilib.
Necə ki, kürdlər ABŞ-ın, başqa dövlətlərin əlində oyuncağa çevrilib, məhv olub gedirlər, ağılları başlarına gəlmir, düşünmürlər ki, bu siyasət onların əleyhinədir, eləcə də ermənilər.
Baxın, ermənilər müstəqil ola bilmirlər. Sən necə "Böyük Ermənistan" yaradırsan ki, Rusiyadan qopa bilmirsən? Sən hələ əvvəlcə kiçik Ermənistanı müstəqil et, sonra de ki, mən bunu böyüdürəm.
Biz bunlarla əlbəttə ki, düşmən olmalıyıq. Özü də düşmənçilik pis şey deyil ki. Necə ki, ruslar, farslar turançılığa, ruslar faşizmə, almanlar "velikorus" şovinizminə qarşı düşmənçilik aparır. Xiyabaninin gözəl bir sözü var idi, deyirdi dövrünün qabaqcıl insanının düşməni adamlar yox, onların daşıdığı ideyalardır.
Biz ermənilərə yox, ermənilərin daşıdığı ideyaya düşmənik, düşmən olmalıyıq, Polad Bülbüloğlu da düşmən olmalıdır, bunu başa düşməlidir. Azərbaycan dövlətini səfir kimi təmsil edir, amma hələ bilmir ki, erməni ilə erməninin daşıdığı ideyanın nə fərqi var?"
Əslən Xocalıdan olan deputat Elman Məmmədov bildirdi ki, hərənin öz fikri var: "Heç kimə demək olmaz ki, sən niyə belə düşünürsən, niyə belə deyirsən? Təbii ki, Polad müəllim ziyalı, tanınmış insandır. Eyni zamanda bizi Rusiyada təmsil edən diplomatımız, fövqəladə və səlahiyyətli səfirimizdir. Yəqin ki, o, özünə xas şəkildə, cəmiyyətdəki mövqeyinə, vəzifəsinə görə deyir. Mən bu barədə bir söz deyə bilmərəm. Ancaq mənim fikrimi soruşursunuzsa, mən çox sevinərəm ki, biz nəhayət, Azərbaycanda ermənilərə düşmən kimi baxan çox qətiyyətli, iradəli və mövqeyindən dönməyən bir nəsil yetişdirə bilək. Biz tarix boyu belə düşünmüşük: "Mən səni sevəcəyəm, sən sevməsən də". Mənim qardaşım, ermənilər bütün tarix boyu türkə, müsəlmana düşmən kimi baxıblar. Türk adı gələndə bunlar ancaq düşməni nəzərdə tutub. Yəni mövqeyindən, yanaşmasından asılı olmayaraq, bütün türkləri düşmən biliblər".
E.Məmmədov ermənilərin türklərə qarşı münasibətinin dəyişməz olduğunu qeyd etdi: "Hətta bu yaxınlarda onlarla əməkdaşlıq edən, Dağlıq Qarabağa qanunsuz gələn bir qrup türkə də - onlar da elə erməni kimi olsa da - düşmən kimi yanaşdılar.
Yəni türkdürsə, deməli, düşməndir. Bəs nə üçün bütün tarix boyu bizə qarşı bu qədər faciələri, soyqırımları törədən, başımıza bu oyunları açan, torpaqlarımızı işğal edən tör-töküntülərə, etnik qrupa, etnosa düşmən kimi baxmayaq? Nə üçün biz bunları dost kimi qəbul etməliyik? Bunlara düşmən kimi baxmaq nə vaxtdan qəbahət hesab olunub.
Mən Elman müəllim kimi, biz azərbaycanlı millət vəkili kimi deyirəm ki, mən çox sevinərəm ki, Azərbaycanda yalandan, çöldən-çölə yox, həqiqətən, özünün bütün varlığı, iradəsi, bacarığı, dünyagörüşü ilə işğalçı erməniləri düşmən hesab edən bir nəsil yetişsin. Ermənilərə biz də düşmən kimi baxa bilək və onunla düşmən kimi davranıb düşmənin üzərində qələbə çalmaq əzmi ilə yaşayaq, bu hiss də bizi sonda qalib eləsin. Kim nə cür fikirləşir, özü bilər, mənim fikrim budur".
QAT sədri Akif Nağı isə dedi ki, Polad Bülbüloğlu yanlış fikir səsləndirib: "Onun kimə xidmət etdiyi məlum deyil. Ermənilərə nifrət edən nəslin yetişməsinin günahkarı biz deyilik, torpaqlarımızı işğal edən, Xocalıda və didər ərazilərdə qətliamlar törədən erməni faşistlərinin günahıdır. Bu nifrətin olmaması üçün düşmən işğal etdiyi ərazilərimizdən çıxmalı, törətdiyi cinayətlərə görə xalqımızdan üzr istəməlidir".
Səfirin mövqeyini də dərc etməyə hazırıq.(yeni musavat)
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
- Uzunömürlü SABİQLƏR
21 mart 2025 19:47
- Dünyanın ən zəngin 5 MİLYАRDER QАDINI - Müsəlmаn yoxdur
8 mart 2025 22:31
- Məhkum bankirin Britaniyadakı 5 milyonluq hesabına həbs qoyuldu
6 mart 2025 10:47
- Xocalı soyqırımından 33 il ötür
26 fevral 2025 00:08
- Bələdiyyə sədri : Arvadı mühasib, qardaşı oğlu müavin
23 fevral 2025 17:36
- Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı- 10 min alıb...
23 fevral 2025 15:00
- Xruşov Stalinin qarşısında niyə diz çökdü ?
22 fevral 2025 19:00
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35