Biznesi başına bəla olan millət vəkili hədəfdə - TƏFƏRRÜAT
Region19 yanvar 2018 00:32

78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilmiş "Kaspi Yıldız” və "Relax” şirkətlər qrupunun sahibi İqbal Məmmədov rayonda yaratdığı narazılıqlara görə "yuxarıların" qəzəbinə tuş gəlib.
"Ölkə.Az"ın məlumata görə, təmsil etdiyi rayon sakinləri arasında deputatın nüfuzunun düşməsinə səbəb onun biznesidir.
Bir müddət əvvəl millət vəkilinin rayonda yeri sakinlərin torpaq sahələrini zorla ələ keçirməsi ilə bağlı xəbərlər yayıldı.
Bununla bağlı müxtəlif vaxtlarda edilən şikayətlər deputatı yolundan döndərmədi.
Üstəlik İqbal Məmmədovun Lerik rayonunun İranla həmsərhəd kəndlərindən biri olan Orand kəndini susuz qoyması xəbəri də yayıldı.
Şikayətçilər millət vəkilinin bu kəndin yaxınlığında yerləşən torpaq sahələrində əkdirdiyi kartof sahələrinin suvarılması xeyli təsərrüffat sahibini susuz qoymuşdu.
Şikayətçilərin narazılığını nəzərə almaq əvəzinə, deputat biznesini genişləndirməyə başladı.
Deputata məxsus olduğu iddia edilən "Lebro” Broyler şirkətinin yerləşdiyi Piran kənd sakinlərinin mətbuata müraciəti isə daha bir narazılığın əsasını qoydu.
Kənd sakinlərinin narazılığı isə brolyer fabrikində kəsilən toyuqların qanınınonların gündəlik istifadə etdikləri çaya axıdılması idi.
Mətbuatda yayılmış bu kadrlar isə geniş rezonansa səbəb oldu.
Dəfələrlə şikayət edilməsinə baxmayaraq, indiyə qədər bununla bağlı heç bir ölçü götürülmədiyi qeyd olunur.
İqbal Məmmədovun qalmaqalları Leriklə yekunlaşmır.
Bakıda sahibkara qarşı etdiyi hərəkətlə diqqətləri cəlb edən deputatdan Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərova belə şikayət edildi.
Belə ki, "Sahil-D Kompani” MMC-nin İcraçı direktoru Adilağa Hüseynovun vitse-spikerə yazdığı məktubda millət vəkili İqbal Məmmədovun üç ailənin mənzilini saxta məhkəmə qərarı ilə ələ keçirməsindən və özgənin qapısını sındırmasından şikayət olunurdu.
Məktubda deyilir:
"Məmmədov İqbal Nəriman oğlu 2008-ci ilin fevral ayının 8-də "STS” şirkəti ilə 192, 193, 194 saylı müqavilələr imzalayaraq müvafiq olaraq guya 3, 4 və 5 otaqlı mənzillər almışdır. İlk öncə onu qeyd edim ki, qeyd olunan müqavılələr tərtib olunarkən ciddi Qanun pozuntularına yol verilmişdir. Belə ki, müqavilədə göstərilən mənzillərin hüquqi ünvanı «Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 məhəllə» ünvanı göstərilmişdir ki, həmin ünvanda "STS” şirkəti heç vaxt yaşayış binaları tikməmişdir. Həmin ünvanda olan binaları "Sahil-D Kompani” MMC tikmişdir ki, onun da "STS” şirkəti ilə heç bir əlaqəsi yoxdur. Müqavilə eyni gündə tərtib olunsa da, nədənsə imzalar müxtəlifdir və milli valyutamız manat olsada mənzillərin dəyəri nədənsə ABŞ dollar ilə göstə-rilmişdir ki, bu da Qanunlarımıza ziddir. Həmin ünvanda "Sahil-D Kompani” MMC tərəfindən 4 ədəd 24 mərtəbəli yaayış binası tikilmiş və mənzillər də satılmışdır.
Təxninən 2016-cı ilin iyun-iyul aylarında Məmmədov İqbal Nəriman oğlu bir dəstə insanla, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 məhəllə ünvana gələrək, 4 saylı binaya daxil olmaq istəmiş, ona izah ediləndə ki, burda ona məxsus mənzil yoxdur, onda o, binanın giriş qapısını dəmir linglə sındırmağa çalışmış, inzibatçı (komendant) Piriyev Ramazan Əbülfəz oğlunu təhqir edərək, fiziki təsir göstərmişdir. O da öz növbəsində 102 xidmətinə zəng edərək deputatın bu qanunsuz hərəkətinə görə hadisə yerinə polis əməkdalarını çağırmışdır. Mən hadisədən xəbər tutan kimi olay yerinə getdim, İqbal müəllimlə görüşdüm, onu ofisə dəvət edərək onunla söhbət etdim, onun sənədlərinə baxdım, sənədlərinin "Sahil-D Kompani” MMC-yə heç bir aidiyyatının olmadığını bildirdim. Buna baxmayaraq o, öz ətrafı ilə MMC-nin işçilərini yenə hədələyərək çıxıb getdi.
2017-ci ilin əvvəllərində deputat İqbal Məmmədov yuxarıda qeyd olunan mənzillərin əsl sahiblərinin öz mənzillərindən çıxarılması barədə Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə keçən Məhkəmə iclaslarında hər iki tərəfin sənədləri diqqətlə araşdırılmış və müvafiq Qətnamə çıxarılmışdır. 2(011)-1643/2017 saylı, 13 aprel 2017-ci il tarixli Qətnamə ilə Məmmədov İqbal Nəriman oğlunun iddiası rədd edilmişdir.
Sonra Məmmədov İ.M. həmin Qətnamədən apellyasiya şikayəti vermiş və nədənsə müəmmalı səbəbdən həmin şikayətini geri götürərək təzədən Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Çox təccüblüdür, eyni iddia üzrə iki birinci instansiya məhkəmə orqanına ayrı-ayrılıqda necə müraciət etmək olardı? Ən vacibi, Mülki Məcəllənin tələbləri kobud surətdə pozularaq məhkəmə aidiyyətinə məhəl qoyulmamışdır. Hansı ki, "Sahil-D Kompani” MMC-nin hüquqi ünvanı Xətai rayonunda yerləşir, Nərimanov rayonunda yox. Doğrudanmı Ali qanunverici orqanın binasında oturub qanunlarımızın qəbuluna səs verən deputat bunları bilmir???
Nərimanov rayon Məhkəməsinin hakimi Əliyev Abbas Baba oğlu məhkəməyə təqdim olunan sənədləri araşdırmadan, öz peşəsinə yaraşmayan tərzdə, heç bir hüquqi əsası olmayan saxta sənədlərə istinad edərək üç ailənin öz halal mənzillərindən çıxarılması barədə 2(005)-5266/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli Qətnamə çıxarmışdır.
Onu da qeyd etmək istəyirəm ki, millət vəkili İqbal Məmmədov öz deputat mövqeyindən istifadə edərək, heç bir əsas olmadan sadə insanların haqqını hakim Əliyev Abbas Baba oğlunun köməkliyi ilə tapdalayaraq onların mənzillərinə sahiblənmək istəyir. Bir tərəfdə öz vəzifə börcunu ləyaqətlə yerinə yetirən, Azərbaycan Respublikasının Qanunlarına hörmətlə yanaşan Səlimova Səadət Rəşid qızı, digər tərəfdə öz vəzifə borcunu yerinə yetirməyən, Qanunlarımızın tələblərini qulaq ardına vuran, heç bir əsas olmadan, yalan informasiyalara istinad edərək Qətnamə çıxaran Əliyev Abbas Baba oğlu. Hər iki hakimin çıxardığı Qətnamələrin surətlərini və bu məsələ ilə bağlı bütün sənədlərin surətlərini Sizə göndərirəm və Sizdən xahiş edirəm, millət vəkili Məmmədov İqbal Nəriman oğlunun qanunsuz hərəkətlərinə son qoyulması üçün aidiyyatı qurumlara göstəriş verəsiniz, onun barəsində tədbir görülməsi üçün Milli Məclisin İntizam Komissiyasına göstəriş verəsiniz".
Xatırladaq ki, "Kaspi Yıldız” şirkəti və "Relax” istirahət mərkəzinin də deputata məxsus olduğu deyilir.
Deputatın qardaşı Çingiz Məmmədovun rəhbərlik etdiyi "Kaspi Yıldız” şirkətinin istehsal etdiyi yanğınsöndürmə qurğuları əslində illərdir ki, bütün ölkə ərazisində sahibkarlara məcburi şəkildə və fantastik qiymətlərə satılır.
Bu deputat barədə iddiaların kiçik bir qismidir. Lerikə səfər etməklə bütün bu deyilənlərin əyani şahidi olmaq mümkündür. Araşdırmalarımız davam edir.
Məqalədə adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 2025 11:44
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 2025 16:36
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 2025 13:43
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 2025 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 2025 23:01
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya