AAAF-ın vəkili bu dəfə Elbrus Ərudu tələb etdi: “Bizdən reklam alanda yaxşıydıq, indi olduq pis?”
Bu gün Yasamal rayon Məhkəməsində, hakim Aytən Mirzazədənin sədirliyi ilə “AAAF Holdinq” MMC-nin təsisiçisi Tofiq Heydərovun 21 sayta qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı növbəti məhkəmə iclası keçirilib. Qeyd edək ki, qaldırılan iddianın mahiyyəti ötən ilin sentyabr ayında AAAF rəhbəri Tofiq Heydərov barədə ölkə.az saytında yayılan və sonradan digər saytların da ilkin mənbəyə əsaslanaraq tirajladığı informasiya ilə bağlıdır. İddiaçı tərəf bildirir ki, həmin xəbər doğru deyil və buna görə də, ucdantutma bütün saytlardan dəyən mənəvi zərərə görə – 50 min manat təzminat, eləcə də təkzib verilməsini tələb edir. Azinforum.az-ın məhkəmədə iştirak edən əməkdaşının verdiyi məlumata görə, bugünkü prosesdə iddia üzrə əsas cavdeh kimi tanınan ölkə.az saytının heç bir nümayəndəsi və rəhbəri iştirak etməyib. Prosesdə cavadeh kimi tanınan digər saytların rəhbərləri iddianın tələbləri ilə razılaşmadıqlarını bildiriblər.
Onların hər birinin əsas arqumenti bundan ibarət olub ki, məhkəmə çəkişməsinin əsas tərəfləri ölkə.az saytı ilə AAAF şirkəti olmalıdır, çünki bütün saytlar ölkə.az-ın yaydığı məlumatı tirajlayıb, sonra isə şirkətin təkzib mövqeyini təmsil olunduqları KİV-lərdə yerləşdiriblər. Prosesdə çıxış edən AAAF-ın vəkili Səbuhi Axundov bildirib ki, onların tutduğu bu mövqe heç də media ilə aralarında müharibə açmağa hesablanmayıb:
“Mən bu zalda olanlara şamil etmirəm, ancaq elə saytlar var ki, onların fəaliyyətinin kökündə AAAF-a qarşı olan qərəz durur. Onların içində elələri var ki, bizə zəng edib deyillər: “500 manatlıq reklam verməsəniz, sizi rusvay edəcəyik” . AAAF-ın bir şirkət olaraq həqiqətən də bəzi KİV-lərlə reklam əməkdaşlığı olub. Başa düşmürəm, şirkətin reklam siyasətində müəyyən dəyişiklik olanda, onu rusvay etmək lazımdır? Artıq ikinci prosesdir ki, mən bizim məhkəməyə verdiyimiz bəzi saytların nümayəndələrini burada görmürəm. Nədir, iştirak edənlərdən artıqdırlar? Bu zalda əyləşən jurnalistlərin əksəriyyətini tanıyıram. Onların arasında çox peşəkar və tanınmış media mənsubları var. Ancaq nədənsə, mən burada “Qafqazinfo”nun rəhbəri Elbrus Ərudu görmürəm. Nədir, AAAF-dan reklam alanda biz yaxşıydıq, indi olduq pis ? Niyə onun reklamı kəsiləndən sonra belə dəqiqləşdirməmiş məlumatları verir? Bu səbəbdən də, bizim bütün saytlara münasibətimiz eyni deyil. Taktikamızın mahiyyətində duran əsas məsələ saytları ələkdən keçirmək, kimin bizimlə qərəzli olduğunu aydınlaşdırmaq və məhkəmə çəkişməsinə səbəb olan yazının ilkin mənbəyinin haradan qaynaqlandığını üzə çıxarmaqdır”.
Göründüyü kimi, AAAF-ın vəkilinin çıxışında incə mətləblər nəzərə çarpır. Keçən prosesdə isə vəkil məxsusi olaraq Eynulla Fətullayevi zalda görmək istədiyini bəyan etmişdi. Hətta bir az da sərt formada bildirmişdi ki, Eynulla haqqin.az-dan həmin yazını silsə də, biz ondan əl çəkməyəcəyik. Nəcə deyəllər, dünən Eynullanın , bu gün isə Ərudun adı prosesdə xüsusi vurğu ilə çəkilirsə, deməli məsələnin mahiyyətində bizim də görə bilmədiyimiz bəzi məqamlar ola bilər. Əslində, isə bizim gözümüzdən nəsə yayına da bilməz. Çünki hiss edilir ki, Tofiq Heydərovu əsas qıcıqlandıran məsələ onunla əvvəllər normal münasibətləri olan baş redaktorların birdən-birə AAAF-a arxa çevirmələri olub. Azinforum.az olaraq biz alnı açıq şəkildə qeyd edirik ki, indiyə kimi Tofiq Heydərov və onun rəhbəri olduğu şirkətlə nəinki reklam razılaşmamız olub, heç onun bir stəkan çayını belə içməmişik. Bu səbəbdən də, hesab edirik ki, həmin şirkətin bizim əsassız yerə vaxtmızı almağa həm hüquqi, həm də mənəvi haqqı çatmır.
Qeyd edək ki, prosesdə Azinforum.az İnformasiya Portalının təsisçisi Məhəmmədəli Qəribli qaldırılan məhkəmə iddiasına rəsmi etiraz bildirib və geniş məzmunlu etirazını yazılı şəkildə hakimə təqdim edib. Saytımızım təsisçisi prosesdəki çıxışında bildirib ki, təqdim olunan etirazda iddianın əsassız olmasına dair beynəlxalq konvensiyalar və Azərbaycan qanununvericiliyinə əsaslanmaqla dəlillər ortya qoyulub. Nöbvəti məhkəmə prosesi feral ayının 1-nə təyin edilib.
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 2024 20:46
- Eks-Deputat öldü
25 dekabr 2024 18:17
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 2024 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 2024 14:40
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 2024 13:56
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 2024 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 2024 23:55
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 2024 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 2024 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 2024 18:37
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 16:25
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
24 dekabr 16:03
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 15:32
- Nəvəsi Prezidenti bu FOTO ilə təbrik etdi
24 dekabr 14:27
- Putin İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 13:04
- Azərbaycanda onların saxlanılması -bayram oldu - Polisə təşəkkür etdilər
24 dekabr 12:29
- Putin - Tramp görüşü Bakıda keçirilə bilər - SON DƏQİQƏ!
24 dekabr 11:41
- Prezidentin doğum günüdür
24 dekabr 00:08
- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
23 dekabr 22:05
- Veysəloğlu Şirkətlər Qrupu...30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)
23 dekabr 21:02
- ŞOOK - Minimum aylıq əməkhaqqı artırıldı- Sərəncam
23 dekabr 20:14
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 14:02