Dərslikləri qəlizləşdirməklə nəyə nail olduq?

Aynur Abbaszadə
Vəziyyət ağırdı. Özü də, lap ağır. Hamı bir-birini günahlandırır: müəllimlər valideynləri, valideynlər müəllimləri və bütün təhsil sistemini... Nəticə də ki, bərbad. Təklif irəli sürən çox az, tələb və tənqid edənlər, hətta işi təhqirə qədər gətirənlərin sayı-hesabı yox. Məktəblər ağır cəzaçəkmə məntəqələrinə bənzəyir. Özlərindən ağır çantaları daşımaqları azmış kimi, hər gün 5-7 saat oturmaq da, başqa bir əzabdır uşaqlar üçün. Gəlin bir az səmimi olaq. Dərslikləri qəlizləşdirib, elmi çəkisini artırmaqla nəyə nail olduq?
Ötən tədris ilinin yekununda ilk dəfə IX sinif şagirdləri Azərbaycan dili və Riyaziyyat fənnlərindən ikimərhələli buraxılış imtahan verdilər. Bir riyaziyyat müəllimi olaraq onu deyim ki, ilk mərhələdə təqdim olunan sualların çətinlik dərəcəsi olduqca yüksək idi. Sanki, şagirdlər 9 illik attestat yox, elmi dərəcə alacaqdılar. Suallar hazırlanarkən sırf dərin biliyə və qabiliyyətə malik şagirdlər nəzərə alınmışdı. Bəs digərləri? Bəyəm hər kəs riyaziyyatçı olmalıdır?
Dərsliklər dövlətin qoyduğu standartlardan (yaş həddi nəzərə alınmadan qoyulan) çox-çox ağırdı. Saysız-hesabsız səhvlər dərsliklərin tələm-tələsik yazılmağının göstəricisidir. Tutaq ki, sözügedən səhvləri peşəkar müəllimlər aşkara çıxarıb düzəldir, şagirdə daha düzgün bilik verir. Axı fəal təlim prossesində tədqiqatçı şagird yeni biliyi müəllimin diktəsi olmadan özü əldə etməlidir. Onsuz da, onların yaş həddini aşan üstəlik səhvlərlə dolu dərsliklərdən hansı biliyi əldə etsinlər axı?
Kobud müqayisə olsa da, düşünək: sənin su səhəngin 5 litr su tutursa, 6-cı litri o səhəngə hansı möcüzə nəticəsində süzəcəksən? Vaxtiylə bizim 6-cı, 7-ci siniflərdə öyrəndiyimiz mövzuları indiki şagirdlər 3-cü, 4-cü siniflərdə mənimsəməlidirlər. Beynimiz hansı arada bu qədər inkişaf etdi?! Nə yedik, nə içdik ki, bu səviyyəyə gəlib çıxdıq?! Guya mənimsəniləcək materialları qəlizləşdirməklə daha savadlı bir nəsil yetişdirdik? Xeyr! Çətinləri öyrətməyə çalışarkən asanları belə daha qavramaq istəmədiklərin şahidi olduq. Nəticədə elm öyrənməkdən get-gedə soyuyan bir nəsil əmələ gəldi. Təsəvvür edin ki, kiçik boşqabla yeməli olduğunuz yeməyi sizə qazanla təklif edirlər, hətta təcili həzm etməyinizi tələb edirlər.
Bu il artıq 10-cu ildir ki, müəllim işləyirəm. İllərin müşahidəsi onu göstərir ki, indi keçdiyimiz mövzunu şagirdlər növbəti tədris ilində daha yaxşı anlayırlar. Sadə bir nümunə deyim, məsələn, əgər VII sinifdə “Sadə faiz artımı düsturu”nu keçiriksə, şagird düsturu mexaniki əzbərləyir, məsələlərə tətbiq edir, lakin bunun mahiyyətini VIII sinifdə daha gözəl anlayır. Olmazdımı ki, bu mövzu elə VIII sinifdə keçirilsin?! Beləcə 100-lərlə nümunə göstərə bilərəm. Bəli, indi ürəyinizdən keçən səsləri də, eşidirəm: “Peşəkar şəkildə tədris olunsaydı, şagird anlayardı”. Cavabını verirəm: Xeyr! Nə qədər peşəkar müəllim olursan ol, şagird dərketməsinin müəyyən sərhədi var.
İndiki təhsil sistemi söyüd ağacının dadlı, ləzzətli meyvələr bar verməsini gözləyir. Sözsüz ki, istisnalar hər zaman mövcuddur. Keçirilən mövzunu dərhal anlayan qabiliyyətli şagirdlər (sayılabiləcək qədər az) də, var. Amma ümumi götürsək, proqram şagirdlərin yaş səviyyəsin-dən çox ağırdı. Hər bir şagirdin “daşıyabiləcəyi yük” var. Əgər onu daha artığı ilə yükləsək əmin olun ki, daşımaqdan ya imtina edir, ya da, altında qalıb əzilir. İnkar etməklə deyil, mövcud vəziyyət budur.
Gəlin, dünyadakı uğurlu təhsil sistemlərinə nəzər salaq. Məsələn: Finlandiya. 200 ildir dəyişməyən təhsil sistemi ilə dünyada məşhurdur. Şagirdlər öyrəndikləri qədər əylənirlər. Gündəlik dərs saatlarının sayı təxminən 3 və ya 4 olur. Akademik saatları bir-birinə oyun oynaya biləcəkləri qədər uzun olan tənəffüslər bağlayır. Az-az, həm də zövq alaraq öyrənirlər. Bizdə isə əksinə. Valideyn dəstəyi olmadan şagird öz gücünə dərs yükünün altından qalxa bilmir. Yeni dərs ili başlayandan təxminən 10 gün sonra qarşımızda yorulmuş, bezmiş, baxışlarıyla mərhəmət tələb edən şagirdlər görməyimizin səbəbi sizcə başqa nə ola bilər? Valideyn məcburiyyəti və müəllim nəzarəti olmadan oxumaq istəyən şagird çox azdır. Bütün bunların səbəbi dərs yükünün həddindən artıq ağır olmağıdır. Mütləq və mütləq bir çarəsi tapılmalıdır. Əks halda, Azərbaycanın beş il sonrakı vəziyyətini təsəvvür etmək belə istəmirəm.
(Ardı olacaq)
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
7 aprel 2025 11:26
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
6 aprel 2025 21:12
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
6 aprel 2025 14:31
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 2025 22:45
- Zelenski seçkiyə hazırlaşır - Tarix MƏLUM OLDU
30 mart 2025 21:03
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35