Aparat rəhbəri və ailəsinin faciəli ölümü ilə bağlı məhkəmə işi — 1 milyonluq tələb
3 nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən partlayışa görə cinayət məsuliyyətinə cəlb edilən "Azəriqaz” İctimai Birliyinin (İB) əməkdaşı Nəzərov Pənah Məmmədalı oğlunun məhkəməsi keçirilib. O, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir.
Musavat.com” əbər verir ki, Pənah Nəzərovun cinayət işi üzrə məhkəmə iclası Abşeron Rayon Məhkəməsində baş tutub. 1969-cu il təvəllüdlü Pənah Nəzərov "Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismar Departamentinin Abşeron rayon Texniki İstismar xidmətində baş mühəndis vəzifəsində işləyib. Baş verən qəza haqda... Bir aliənin faciəsinə səbəb olan partlayış ötən ilin oktyabr ayında Hökməli qəsəbəsində baş verib. "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin aparat rəhbəri Müşviq Qurbanovun evində baş verən dəhşətli partlayış 3 nəfərin ölümü ilə nəticələnib. Partlayış nəticəsində 1972-ci il təvəllüdlü Müşviq Qurbanov, həyat yoldaşı, 1972-ci il təvəllüdlü Şəbruz Novruzova və qızları 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişmişdi. Ailənin digər üzvü 2004-cü il təvəllüdlü Leyla Qurbanlı isə ağır dərəcəli yanıq xəsarətləri almışdı. Mərhum Şəbruz Novruzova Bakıda tanınmış cərrahlardan olub. "Azəriqaz” əməkdaşına qarşı ittiham... İttihama görə, Pənah Nəzərov səhlənkarlıq, yəni işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsinə görə ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olan cinayət əməli törədib. Belə ki, P.Nəzərov "Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Abşeron rayon texniki istismar xidmətində baş mühəndis vəzifəsində işləyərkən qazdan istifadə qaydaları, qaz təsərrüfatında təhlükəsizlik qaydaları, qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının tələblərini pozub. İttihamda yazılır ki, P.Nəzərov vəzifə funksiyalarına görə texniki sənədləşmə və texniki baxış qrafiklərinin tərtib olunmasının ona həvalə edilməsinə baxmayaraq, öz xidməti vəzifəsini yerinə yetirməyib Abşeron rayon Texniki İstismar ərazisində, Sulutəpə-Xırdalan daşıyıcı qaz kəmərində və istismara verilməsində 2015-ci ildə tərtib etdiyi texniki baxış qrafikində və digər sənədlərdə qaz sızması baş vermiş qaz kəmərinə baxış və təmir işlərinin keçirilməsi ilə bağlı tədbirlər görməyib, bununla da onun işə laqeyd münasibəti nəticəsində, 20 oktyabr 2016-cı il tarixdə saat 06 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi Aşıq Ələsgər küçəsində yerləşən Novruzova Şəbruz Aydın qızına məxsus fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayış baş verib. Partlayış zamanı iki mərtəbəli yaşayış evinin 250.88 kv.m sahəsi tamamilə yanaraq istifadəyə yararsız vəziyyətə düşüb. İttihamda qeyd edilir ki, P.Nəzərov evin bərpası üçünn ƏDV də daxil olmaqla sərf ediləcək vəsait nəzərə alınmaqla, 181 min 502 manat, evdə olan əmlakın bütünlüklə yanaraq məhv olması nəticəsində 141 min 721 manat olmaqla, zərərçəkmiş şəxsə ümumilikdə 323 min 223 manat məbləğində külli miqdarda ziyanı vurulmasına səbəb olan cinayət əməlini törədib. Bu işdə zərərçəkmiş şəxs ailənin sağ qalan yeganə üzvü Leyla Qurbanlı tanınıb. Onun qanuni nümayəndəsi və mülki iddiaçı qismində Gülnar Novruzova, partlayış zamanı dünyasını dəyişən Şəbruz Novruzovanın hüquqi varisi isə Nuşravan Novruzov tanınıb. İş üzrə mülki cavabdeh tərəf isə "Azəriqaz” İB-dir. Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli hökmü ilə Pənah Nəzərov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli olacaq. Mülki iddiaçı Gülnar Novruzova məhkəmədə maddi zərərin əvəzi qismində 729 min manat, mənəvi zərərin əvəzi qismində isə 500 min manat olmaqla, cəmi 1 milyon 229 min manat mülki iddia qaldırıb. 729 min manatlıq maddi zərərə evə və məhv olmuş əmlaka dəymiş zərərlə yanaşı mərhumların və yaralanan qızın müalicəsi üçün sərf edilən xərclər də daxil edilib. Məhkəmə zərərçəkmiş tərəfin qaldırdığı mülki iddiada göstərilən vəsaitin "Azəriqaz” İB-dən tutulub Gülnar Novruzovaya ödənilməsini qərara alıb.

- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
