ABŞ komandanı: "Tramp İran etirazlarına güclü dəstək verməlidir"

ABŞ ordusunun qəaragah rəislərinin birləşmiş Komitəsinin keçmiş rəhbəri, nüfuzlu komandan Maykl Mallen prezident Donald Trampı İran etirazlarına daha güclü dəstək verməyə və “Obamanın 2009-cu ildə yol verdiyi səhvi” təkrarlamamağa çağırıb.
İstefada olan admiral Mallen deyib ki, 2009-cu ildə prezident Obama İran etirazçılarına daha güclü dəstək verməli idi, lakin bunu etmədi. İndi etirazların İran yenidən bürüdüyü bir vaxtda prezident Tramp daha güclü dəstək nümayiş etdirməlidir.
“Biz o vaxt mümkün olandan daha az dəstək verməyi qərara aldıq. Bu səhv idi”-admiral Mallen ABC telekanalına müsahibəsində 2009-cu ildə prezident seçkilərindən sonra İranda başlamış “yaşıl inqilaba” Obama administrasiyasının münasibətini xatırladaraq deyib.
“Mən ümid edirəm ki, biz indi İranın inkişafına dəstək verə bilərik. Onların olduqca gənc nəsli var. İranlılar gələcəyə baxırlar və gələcəyin olmadığını görürlər. Onlara dəyişikliklər və sağlam iqtisadiyyat vəd etmişdilər. Ancaq etirazlar göstərir ki, bu vədlər yerinə yetirilməyib”-admiral bildirib.
Maykl Mallen 2007-2011-ci illərdə birləşmiş qərargah rəisləri Komitəsinə rəhbərlik edib, həm Buş, həm Obama administrasiyasında işləyib.
22:15
İran prezidenti Həsən Ruhani ölkən bürümüş etirazlarla bağlı televiziya ilə xalqa müraciət edib. Prezident bildirib ki, etiraz aksiyalarında iştirak etmək iranlıların konstitusion haqqıdır. "Lakin tənqidi zorakılıqlardan fərqləndirmək lazımdır, etirazlar və tənqid zorakılıqlarla, dövlətin əmlakına zərər vurulması ilə müşaiyət olunmamalıdır"-Ruhani bildirib.
İran prezidenti deyib ki, vətəndaşların çoxunun İrandakı, eləcə də regiondakı vəziyyətin mürəkkəbliyini başa düşdüyünə inanır, onların milli maraqlar çərçivəsində hərəkət edəcəyini gözləyir.
***21:13
İranda dekabrın 28-də yumurtanın kəskin bahalaşmasına etiraz olaraq Məşhəd şəhərində başlayan, sırf sosial və iqtisadi xarakterli iqtisadi aksiyalar sürətlə məcrasından çıxıb. Virtualaz.org xəbər verir ki, bu gün dekabrın 31-nə olan məlumatlara əsasən ölkənin onlarla şəhərlərini, o cümlədən paytaxt təbrizi bürüyən , miqyası genişlənməkdə olan aksiyalarda artıq siyasi tələblər irəli sürülür, hətta dini rejimin getməsi və dünyəvi hakimiyyətin qurulması tələbləri səslənir.
Və hadisələrin bu cür inkişafı İranda başlayan etiraz dalğasının sonuncu belə miqyaslı etirazlardan-2009-cu il prezident seçkilərindən sonra başlayan aksiyalardan fərqli olduğunu göstərir. Çünki həmin nümayişlərdə dini rejimin və ali dini liderin əleyhinə indiki kimi açıq çağırışlar səslənmirdi.
Xəbər verildiyi kimi asayiş qüvvələri artıq nümayişçilərə qarşı silah işlədirlər və son məlumatlara görə azı beş nəfər ölüb. İran hakimiyyəti isə nümayişçilərə polisin yox, təxribatçıların atəş açdığını bildirir. İran hökuməti bu gün dekabrın 31-də etirazçılara xəbədarlıq edib ki, Doroud şəhərində iki adamın ölümünə gətirən qanun pozuntularının “hesabını verəcəklər”.
“Fərda” Radiosunun məlumatına görə, Tehran unuversiteti yanında dekabrın 30-da etirazçılar “Seyyid Ali Khamenei, sənə ar olsun!” – şüarı qışqırıblar. “Reuters”in məlumatına görə isə, şüarlar arasında “Yaşasın Rza şah” kimi şüarlar da var. (Hərçənd Rza şah sağ deyil və devriləndən bir il sonra-1980-ci ildə mühacirətdə ölüb) Tehranda cümə namazlarına başçılıq edən Əhməd Hatəmi belə şüarlara görə, cəzalandırmağı tələb edib.
Hökumət sözçüsü Məhəmməd Bager Nobəxt isə televiziya ilə çıxışında deyib ki, yeni ildə İranda 830 min yeni iş yeri yaradılacaq. Hazırda İranda 3 milyon 200 mnin rəsmi işsiz var. İranda etirazlar yumurtanın və toyuq ətinin bahalanmasına etirazlardan başlayıb. Daha sonra bütün İrana yayılan etirazlarda siyasi şüarlar da səslənir. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi isə 1979-cu il İslam İnqilabı ilə devrildi.
Xəbərlərə görə İranda yaranmış dramatik vəziyyətə görə sabah parlament fövqəladə yığıncaq keçirəcək. Prezident Həsən Ruhaninin isə yaxın saatlarda xalqa müraciət edəcəyi gözlənilirdi.
Hələlik İran aksiyalarının arxasında kimlərin dayandığı haqda birmənalı qənaət yoxdur. Bu etiraz dalğası ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı spontan olaraq da başlaya bilərdi, lakin bir çox müşahidəçilər hadisələrin arxasında ABŞ və İsrailin dayana biləcəyini təxmin edirlər.
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 2025 15:37
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 2025 14:24
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 2025 14:12
- Şok açıqlama: Hitlerin 1945-ci ildə özünü öldürməsi yalanlanır
12 aprel 2025 13:00
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 2025 20:28
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
9 aprel 2025 23:17
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
9 aprel 2025 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
9 aprel 2025 17:47
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35